zirək sözü azərbaycan dilində

zirək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • zirək • 85.6354%
  • Zirək • 9.9448%
  • ZİRƏK • 4.4199%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zirək
Zirək və ya Zirak — keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor mərzinin ərazisində mövcud olmuş kənd. Arpaçayın sol qolu olan Zirakçayın sahilində yerləşmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. == Etimologiyası == Toponim qədim türk tayfalarından olan "siraq" etnonimi əsasında əmələ gəlmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 43 nəfər, 1873-cü ildə 169 nəfər, 1886-cı ildə 218 nəfər, 1897-ci ildə 223 nəfər, 1914-cü ildə 433 nəfər, 1916-cı ildə 423 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1923–1924-cü illərdə sağ qalanlar öz yurdlarına qayıda bilmişdilər. Burada 1926-cı ildə 158 nəfər, 1931-ci ildə 545 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Həsən Zirək
Həsən Zirək (kürd. Hesen Zîrek; 29 noyabr 1921, Bükan, Qərbi Azərbaycan ostanı – 26 iyun 1972, İran) — İran musiqiçisi. Tanınmış kürd əsilli İran sənətçisi və bəstəkarı.

zirək sözünün leksik mənası və izahı

  • 1 sif. [fars.] Bacarıqlı, əlindən iş gələn, cəld, çevik, çox diribaş. [Hacı Qara:] Yaxşı, siz istəyirsiniz ki, quşdan da zirək olub Arazın o tayına səkəsiniz? M.F.Axundzadə. Bir qədər diribaş və zirək uşaqlar mollanın xəlfəsi olardılar. H.Sarabski. □ Zirək tərpənmək (tərpəşmək) – 1) tez, cəld hərəkət etmək. [Kərbəlayı Fatma xanım:] …Ay qız, Zeynəb, tez ol, yataqları gətir, bu tərəfdən qoy… Tez ol! Bir azacıq zirək tərpəş! C.Məmmədquluzadə; 2) başqalarından tez hərəkət etmək, bir işdə başqalarını qabaqlamaq.

    Azərbaycan dilinin izahlı lüğəti / zirək
  • 2 diribaş, cəld, çevik, bacarıqlı.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / zirək

zirək sözünün etimologiyası

zirək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 bacarıqlı — cəld — çevik — diribaş

    Azərbaycan dilinin sinonimlər lüğəti / zirək
  • 2 ZİRƏK ..sədri də davadan çıxıb ad qazanmış zirək və bacarıqlı bir oğlandır (M.Rzaquluzadə); CƏLD [Qəhrəman yüzbaşı:] Ədə, cəld tərpənişin!.. (C.Məmmədquluzadə); ÇEVİK Nurəddin özünə görə bilikli, çevik bir uşaqdır (S.S.Axundov); DİRİBAŞ Oğlu diribaşdır, yaxşı ov tulasıdır (A.Şaiq); QOÇAQ Qoçaq Aytən, ovçu Eliş; Doğma bacı-qardaşdılar (M.Rzaquluzadə); OD-ALOV (məc.) Minnətov: Hələ Şeydanı demirsən, od-alovdur, zalım oğlunun qızı (R.Rza); BACARIQLI (bax).

    Azərbaycan dilinin sinonimlər lüğəti / zirək

zirək sözünün antonimləri (əks mənalı sözlər)

zirək sözünün rus dilinə tərcüməsi

  • 1 1. ловкий, шустрый, бойкий, юркий, живой, изворотливый, поворотливый, вертлявый, верткий, подвижной, прыткий, проворный; 2. находчивый, сметливый, хват; 3. бойко, проворно;

    Azərbaycanca-rusca lüğət / zirək
  • 2 I прил. 1. сообразительный, смышлёный, сметливый; смекалистый, догадливый. Zirək uşaq смышлёный ребёнок 2. быстрый, резвый, бойкий, проворный, ловкий (отличающийся подвижностью); изворотливый. Zirək adam бойкий человек, əldən zirək быстрый на руку, dildən zirək бойкий на язык, hamıdan zirək проворнее всех II нареч. бойко, ловко, быстро. Zirək tərpənmək действовать ловко

    Azərbaycanca-rusca lüğət / zirək

zirək sözünün inglis dilinə tərcüməsi

  • 1 s. adroit, dexterious, agile; (bacarıqlı) smart, bright (çevik, cəld) prompt, quick, brisk, nimble, lively, alert; expeditious, swift; ~ oğlan a prompt fellow

    Azərbaycanca-ingiliscə lüğət / zirək

zirək sözünün fransız dilinə tərcüməsi

zirək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] прил. зирек, зиринг, алакьдай, гъиляй кар къведай, кар алакьдай, цицӀи; zirək tərpənmək зирингдиз юза хьун а) фад, тадиз гьерекат авун; б) масабурулай фад гьерекат авун, масабурулай вилик алатун.

    Azərbaycanca-ləzgicə lüğəti / zirək

"zirək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zirək nədir? #zirək sözünün mənası #zirək nə deməkdir? #zirək sözünün izahı #zirək sözünün yazılışı #zirək necə yazılır? #zirək sözünün düzgün yazılışı #zirək leksik mənası #zirək sözünün sinonimi #zirək sözünün yaxın mənalı sözlər #zirək sözünün əks mənası #zirək sözünün etimologiyası #zirək sözünün orfoqrafiyası #zirək rusca #zirək inglisça #zirək fransızca #zirək sözünün istifadəsi #sözlük