* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. və is. vulq. 1. Çox yekə, çox böyük, yekəpər, yöndəmsizcəsinə iri. Şah Dəşküvar baxırdı, gördü ki, bu pəlvan elə zırpı pəlvandı ki, qabağında dağ dayanmaz. (Nağıl). [Gileygüzarov:] Mən boyda zırpı ədibi burada qoyub, bir gör kimləri çap eyləyirlər, kimləri?! – deyib özündən çıxdı. S.Rüstəm. …Bitdilidən zəvvar aparmağa gələn zırpı bir şeydi. Ə.Əbülhəsən. 2. bax zırı(q) 2-ci mənada.
Azərbaycan dilinin izahlı lüğəti / zırpı1 Ehtimal olunur ki, zorba sözünün dəyişilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / zırpı1 ZIRPI – BALACA Lakin bədlikdən iki zırpı it də onlarla gəlirdi (M.Talıbov); Evin balaca, kirli qapısı böyük alma, armud bağına baxır (Mir Cəlal).
Azərbaycan dilinin antonimlər lüğəti / zırpı1 cущ., прил. вульг. 1. зирпи, гзаф еке (чӀехи), зурба, кӀалубсуз ири, пазаван; 2. кил. zırı(q) 2).
Azərbaycanca-ləzgicə lüğəti / zırpı(Qazax, Şəmkir) qanacaqsız
Azərbaycan dilinin dialektoloji lüğəti.