zirehi sözü azərbaycan dilində

zirehi

Yazılış

  • zirehi • 75.0000%
  • Zirehi • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avtomobil zirehi
Avtomobil zirehi, tanklar, təyyarələr və gəmilər kimi zirehli döyüş maşınlarında maşın heyətini qəlpə, güllə, döyüş raketi və ya top mərmisi kimi düşmən atışlarından qorumaq üçün istifadə olunan zireh növüdür. Mülki nəqliyyat vasitələri də zirehli ola bilər. Bu vasitələrə hökumət rəsmiləri (məsələn, prezident limuzinləri), müxbirlər və münaqişə regiy və ya şiddətli cinayətin olduğu yerlərdə mülki şəxslər tərəfindən istifadə edilən zirehli maşınlar daxildir. Mülki zirehli avtomobillər həmçinin, təhlükəsizlik firmaları tərəfindən soyğun və ya yük qaçırma riskini azaltmaq üçün pul və ya qiymətli əşyaları daşımaq üçün də istifadə olunur. Zireh, nəqliyyat vasitələrini qəsdən həyata keçirilmiş hücumlardan başqa təhdidlərdən qorumaq üçün də istifadə edilə bilər. Bəzi kosmik aparatlar mikrometeoroidlərdən və ya kosmik tullantılardan müdafiə olunmaq üçün xüsusi zirehlə təchiz olunmuşdurlar. Jet mühərrikləri ilə işləyən müasir təyyarələrdə, kompressorun və ya fanın zədələnməsi halında təyyarə korpusunun zədələnməməsi üçün qaz turbin mühərriklərinin ətrafına fan mühafizə və ya qəza mühafizə divarı adlandırılan aramid kompozit kevlardan hazırlanmış xüsusi bir zireh növü quraşdırılmışdır. Nəqliyyat vasitəsinin dizaynı və təyinatı daşınan zireh miqdarını müəyyənləşdirir. Zireh örtükləri çox vaxt ağır olur və həddindən artıq zireh nəqliyyat vasitəsinin hərəkət qabiliyyətini məhdudlaşdırır. Bu problemi azaltmaq üçün buckypaper və alüminium köpük zireh lövhələrini əhatə edən bəzi yeni materiallar (nanomateriallar) və material kompozisiyaları tədqiq edilir.
Tatami (yapon zirehi)
Tatami (畳胴具足) və ya tatami gusoku (畳む, "Tatami" - "qatlamaq", "gusoku" - "zireh") — feodal Yaponiya dövründə samuray zümrəsinə daxil olan şəxslərin və onların əsgərləri olan aşiqarular tərəfindən istifadə olunmuş yüngül büküləbilən zireh. Tatami do (bükülən zireh) və ya tatami katabira (zirehli jaket) tatami zirehi komplektinin əsas komponentləri idi. Tatami gusoku (bükülən zirehin tam komplekti) tatami do və ya tatami katabiradan (jaket), tatami kabuto (kask), çoçin kabuto, tatami zukin (başlıq) və ya başqa növ baş qoruyucularından və yapon zirehlərinə xas olan digər hissələrdən ibarətdir. Söküləbilən haçi gane kimi qoruyucu başlıq və ənənəvi kabuto da tatami gusokunun hissələridir. Tatami zirehi yüngül, portativ, daşınma üçün rahatdır, aşiqarular üçün hazırlanması ucuz başa gəlir. Tatami zirehi ən aşağı sinfə mənsub olan samuraylardan tutmuş ən yüksək sinfə mənsub olan samuraylara qədər bütün samuraylar tərəfindən geyinilmişdir. Lakin yüksək sinfə mənsub samuraylar bu zirehin daha inkişaf etdirilmiş versiyasını geyindikləri halda, aşağı sinfə mənsub olan samuraylar və xidmətçilər daha sadə versiyasından istifadə etmişdirlər. "Samurayın silahı və zirehi: Qədim Yaponiyada silahların tarixi" kitabında İan Bottomley karuta tatami do və karuta tatami kabuto (88-ci səhifə) haqqında məlumat vermiş, kitabın 91-ci səhifəsində tatami do karuta gane do və kikko gane donun növlərini müzakirə etmişdir. Corc Kameron "Konstruksiya, dekorasiya lüğəti və silah ilə zirehin istifadəsi" adlı kitabının 606-cı səhifəsində kikko tatami zirehini göstərmişdir. [[Karuta (yapon zirehi)|Karuta]] kiçik dördbucaqlı və kvadrat dəmir (bəzən dəri) lövhəciklərdir və arxadan parçaya tikilir.

Oxşar sözlər

#zirehi nədir? #zirehi sözünün mənası #zirehi nə deməkdir? #zirehi sözünün izahı #zirehi sözünün yazılışı #zirehi necə yazılır? #zirehi sözünün düzgün yazılışı #zirehi leksik mənası #zirehi sözünün sinonimi #zirehi sözünün yaxın mənalı sözlər #zirehi sözünün əks mənası #zirehi sözünün etimologiyası #zirehi sözünün orfoqrafiyası #zirehi rusca #zirehi inglisça #zirehi fransızca #zirehi sözünün istifadəsi #sözlük