zindan sözü azərbaycan dilində

zindan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • zindan • 63.1868%
  • Zindan • 35.1648%
  • ZİNDAN • 1.6484%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.47 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 2.02
2006 •••••••••••••• 1.35
2007 ••• 0.21
2009 ••••••• 0.64
2010 •••• 0.36
2011 •••••• 0.60
2012 •••••••• 0.77
2013 ••• 0.29
2014 ••••••• 0.69
2016 •• 0.17
2017 ••••••• 0.65
2018 •• 0.15
2019 ••••••• 0.70
2020 ••• 0.27

zindan sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Üzərində metal döymək üçün dəmirçi aləti. Dəmirçi qabarlı əlinə hovxurub, çəkici bir-iki dəfə boş zindana vurdu. B.Bayramov. □ Zindan kimi – çox ağır. Yol uzun, həsrət ağır zindan kimi; Hansı xəncər yarasıdır ağrıda hicran kimi?! R.Rza.

    Azərbaycan dilinin izahlı lüğəti
  • 2 is. [fars.] 1. Keçmiş zamanlarda: qaranlıq və müdhiş dustaqxana (adətən yerin altında olardı). Zindana atmaq. Zindana salmaq. – …Sultanın hökmü ilə zindanlarda çürüyən min-min məşrutəxahların ahü naləsi Kəlküttəyə çata bilməyib, çünki Kəlküttə çox uzaqdır. C.Məmmədquluzadə. Bu binanın [ədliyyə sarayının] …zirzəmisində məhbuslar üçün zindanlar vardır. M.İbrahimov. Zindana saldılar Leylanı o gün. B.Vahabzadə. // Ümumiyyətlə, həbsxana, həbs, dustaqxana. Qəbir kimi qaranlıqdır zindanım; Qurd-quş, siçan oynağıdır dörd yanım. A.Səhhət. [Sona:] O vaxt zindan naçalniki dustağı bizə təslim edər. H.Nəzərli. [Ramazan:] Söylə görüm bu cür yaşamaq ilə zindanda yaşamağın fərqi nədir? B.Talıblı. // Məc. mənada. [Zəhra:] Ayrı düşdükcə Şeyx Sənandan; Mana guya cahan olur zindan. H.Cavid. 2. məc. Çox qaranlıq, çox darısqal, cansıxıcı yer haqqında. Bura lap zindandır ki… Zindan kimi bir otaq. ◊ Dünyanı zindana döndərmək – əzab vermək, gününü qara eləmək. Dünyanı bizdən ötəri; Döndərdi zindana, pişik! Aşıq Ələsgər.

    Azərbaycan dilinin izahlı lüğəti

zindan sözünün etimologiyası

  • 1 Fars sözüdür və “zirzəmisi olan türmə” deməkdir. Bunun müqabilində biz qoduqluq (quyu sözündəndir, bu sözün qədim forması quduq kimi qeydə alınıb) işlətmişik və dialektlərdə indi də işlədilir. İkinci bir zindan (əsli: sindan) sözü də var və ərəbcədir. Dəmirçilərin üstündə dəmir döydüyü vasitədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti

zindan sözünün sinonimləri (yaxın mənalı sözlər)

zindan sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 ZİNDAN I is. [ fars. ] köhn. Qaranlıq və dəhşətli həbsxana, qazamat. Sabah Şərqin yəqin mərd oğulları; Zindanların qapısını döyəcəklər (S.Rüstəm). ZİNDAN II is. [ fars. ] Dəmiri döymək üçün alət. Zindan pas atıb; Çəkic sapsız qalıbdır (İ.Zamanlı).

    Azərbaycan dilinin omonimlər lüğəti

zindan sözünün rus dilinə tərcüməsi

  • 1 1. наковальня; 2. темница;

    Azərbaycanca-rusca lüğət
  • 2 1 сущ. устар. темница, тюрьма. Zindana salmaq заключить в темницу, zindana atmaq бросить в темницу; zindan kimi как темница; zindandakı kimi как в тюрьме, как в темнице 2 сущ. наковальня: 1. железная подставка особой формы для ковки металла. Zindan səsi звук наковальни, çəkici zindana endirmək опустить молот на наковальню 2. анат. одна из слуховых косточек, расположенных в полости среднего уха ◊ çəkiclə zindan arasında qalmaq оказаться между молотом и наковальней

    Azərbaycanca-rusca lüğət

zindan sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. dungeon; jail, prison; ~a salmaq / atmaq to dungeon (d.) / to jail (d.) / to fling* / throw* / to cast* into prison / dungeon II. i. anvil

    Azərbaycanca-ingiliscə lüğət

zindan sözünün fransız dilinə tərcüməsi

  • 1 is. prison f, geôle f, cachot m ; taule f (tôle f)fam ; ~a salmaq (atmaq) mettre qn en prison, emprisonner vt, incarcérer vt

    Azərbaycanca-fransızca lüğət

zindan sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. зулдан (чатухъандин); zindan kimi зулдан хьтин, гзаф залан.

    Azərbaycanca-ləzgicə lüğəti
  • 2 [fars.] сущ. 1. алатай девирра: зиндан, мичӀи дустагъхана, къазамат, фур (ччилин кӀаник); // къазамат, дустагъ; 2. пер. гзаф мичӀи, гзаф дар, рикӀ чуькьуьдай, зиндан хьтин чка (мес. кӀвал); ** dünyanı zindana döndərmək дуьнья мичӀи (зиндан) авун, азаб гун, югъ тагун, пис йикъа ттун.

    Azərbaycanca-ləzgicə lüğəti

zindan sözünün türk dilinə tərcüməsi

zindan sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ZİNDAN1 f. 1) bax zindanxanə; 2) m. çox qaranlıq və cansıxıcı yer. ZİNDAN2 f. dəmirçi zindanı.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"zindan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zindan nədir? #zindan sözünün mənası #zindan nə deməkdir? #zindan sözünün izahı #zindan sözünün yazılışı #zindan necə yazılır? #zindan sözünün düzgün yazılışı #zindan leksik mənası #zindan sözünün sinonimi #zindan sözünün yaxın mənalı sözlər #zindan sözünün əks mənası #zindan sözünün etimologiyası #zindan sözünün orfoqrafiyası #zindan rusca #zindan inglisça #zindan fransızca #zindan sözünün istifadəsi #sözlük