* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••• | 99.36 |
2003 | •••••••••••••• | 100.00 |
2004 | •••••••••••••••••••• | 146.54 |
2005 | ••••••••••••••••• | 120.11 |
2006 | •••••••••••••••• | 116.67 |
2007 | •••••••••••••••••• | 129.82 |
2008 | ••••••••••••••••• | 122.05 |
2009 | •••••••••••••••• | 113.91 |
2010 | ••••••••••••••• | 105.39 |
2011 | •••••••••••••••• | 110.24 |
2012 | •••••••••••••• | 97.84 |
2013 | •••••••••••••• | 100.51 |
2014 | •••••••••••••••• | 111.89 |
2015 | •••••••••••••• | 97.99 |
2016 | •••••••••••• | 85.03 |
2017 | •••••••••• | 73.16 |
2018 | •••••••••••• | 86.75 |
2019 | ••••••••••••••• | 107.10 |
2020 | •••••••••• | 71.34 |
1 is. [ər.] köhn. Hörmət əlaməti olaraq birini görməyə, biri ilə görüşməyə gəlmə; görüşə gəlmə; vizit. Münəccimbaşı Mirzə Sədrəddin qibleyi-aləmin ziyarətinə müşərrəf olmaq istəyir bir vacib işdən ötrü. M.F.Axundzadə. İki ay bundan qabaq naçalnikdən izn alıb getmişdim kəndimizə anamın ziyarətinə. C.Məmmədquluzadə. Müsyö Qamel əvvəlinci ziyarətdə bu işlərin hamısına bələd oldu. Qantəmir. □ Ziyarət etmək – görüşmək üçün yanına getmək, görüşünə getmək, görüşmək. Ziyarətinə getmək – görüşünə getmək. Vəliəhd Gəncəyə gəldiyinin ikinci günü Qızıl Arslanın verdiyi məktubu da götürüb böyük şair Nizaminin ziyarətinə getdi. M.S.Ordubadi. Bir axşam nə olur olsun deyə, Nemət cənab Baxı ziyarət etməyə qərar verdi. Çəmənzəminli. Müsyö Qamel İsfahanda kimi ziyarət etməlidir, kimlə əlaqə və dostluq saxlamalıdır? Qantəmir. [Yaqut] gəlir-gedir, anasını ziyarət edir. Ə.Məmmədxanlı; // din. Hörmət və xatırlama əlaməti olaraq müqəddəs sayılan yerləri, qəbirləri və s.-ni gedib görmə. Rəsul ustasından izn alıb atasının qəbrini ziyarət etmək üçün qəbiristanlığa yollandı. “Aşıq Qərib”. Göynüyün ətrafını Molla Cümə; Hər günü dörd yolla ziyarət eylər. Molla Cümə. □ Ziyarətə getmək din. – müqəddəs sayılan yerləri və qəbirləri görməyə getmək. İmama çox lazımdı ki, Ağa Sadıq kimi axmaqlar onun ziyarətinə getdi, ya yox. C.Məmmədquluzadə. Anlayanlar ziyarətə getmədi; Gedənlər də mətləbinə yetmədi. Aşıq Mirzə. Ziyarətinə getmək – ziyarət etmək. …Qonşu qadınlar Pirçinar ziyarətinə getməyə qərar vermişdilər. S.Hüseyn. [Məşədi Mürsəl:] Sən bu cansız daşları de ki, onlar da ağanın ziyarətinə yuvarlana-yuvarlana gedirlərdi. T.Ş.Simurq. ◊ Həm ziyarət, həm ticarət – fürsətdən, təsadüfdən istifadə edərək, bir yerə gəlmişkən, ikinci xoş bir işi də görmək. Həm ziyarət, həm ticarət, – deyə Əhməd fındıq dükanını ləğv edib və ələ gətirdiyi paraları arxalığının astarına tikib yola düşdü. B.Talıblı.
Azərbaycan dilinin izahlı lüğəti / ziyarət2 сущ. 1. устар. посещение, визит. Tarixi yerlərə ziyarət посещение исторических мест 2. паломничество: 1) путешествие к так называемым святым местам для поклонения 2) перен. путешествие куда-л. многочисленных почитателей, поклонников кого-л., чего-л.; ziyarət etmək: 1. посещать, посетить (навещать, навестить кого-л.); 2. паломничать (ходить по так называемым святым местам); ziyarətinə getmək kimin, nəyin: 1. посещать, посетить кого, что 2. совершать, совершить паломничество ◊ həm ziyarət, həm ticarət пользуясь случаем, заодно что-то делать
Azərbaycanca-rusca lüğət / ziyarət1 i. 1. (müqəddəs yerlərə səfər) pilgrimage; 2. (hörmətli şəxslə görüş) a visit; ~ etmək to pay* a visit (to), to visit (d.); ~ə getmək to go* on (a) pilgrimage, to pilgrimage; bir kəsin ~ inə getmək to pay* a visit to smb.; to pay* smb. a visit
Azərbaycanca-ingiliscə lüğət / ziyarət1 is. 1) pèlerinage m (müqəddəs yerlərə) ; 2) visite f ; ~ə getmək (müqəddəs yerlərə) aller vi (ê) en pèlerinage, faire un pèlerinage ; ~ etmək visiter vt, rendre visite ; bir kəsin ~inə getmək faire (və ya rendre) une visite à qn ; bir kəsin ~ində olmaq être en visite chez qn ; Həcc ~i pèlerinage à la Mecque
Azərbaycanca-fransızca lüğət / ziyarət1 [ər.] сущ. куьгьн. зиярат (гьуьрметдин лишан яз сад акун патал, садан къвалав, садан гуьруьшдиз атун, фин; визит; ziyarət etmək зиярат авун, акун патал садан къвалав фин, гуьруьшдиз фин; ziyarətinə getmək зияратдиз фин, гуьруьшдиз фин; // дин. гьуьрметдин лишан яз мукъаддас яз гьисабзавай чкаяр, сурар, пӀирер ва мс. фена акун; ziyarətə getmək дин. зияратдиз фин (мукъаддас чкаяр, сурар, пӀирер ва мс. акун патал фин); ziyarətinə getmək зияратдиз фин, зиярат авун; ** həm ziyarət, həm ticarət халудин кӀвализ финни хьурай, тай вердишарунни (фирсетдикай, дуьшуьшдикай менфят къачуна, са чкадиз къведамаз кьвед лагьай са хъсан карни авун).
Azərbaycanca-ləzgicə lüğəti / ziyarətə. 1) birini görməyə getmə; 2) müqəddəs sayılan bir yerə getmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətigörməyə getmə; müqəddəs yerlərə getmə.
Azərbaycan kişi adlarının izahlı lüğəti