Zvi sözü azərbaycan dilində

Zvi

Yazılış

  • Zvi • 65.6250%
  • zvi • 28.1250%
  • ZVİ • 6.2500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zvi Arad
Zvi Arad (צבי ארד, 16 aprel 1942, Petah-Tikva, Mərkəz dairəsi – 4 fevral 2018, Petah-Tikva, Mərkəz dairəsi) — İsrailli riyaziyyatçı idi. Bar-İlan Universitetinin vitse-prezidenti və Netanya Akademi Kollecinin prezidenti vəzifələrində işləmişdir. Zvi Arad akademik təhsilinə Bar-İlan Universitetinin Riyaziyyat fakültəsində başlayıb. O, 1964-cü ildə ilk dərəcəsini alıb, orduda xidmət etdikdən sonra ikinci və üçüncü dərəcələrini tamamlamaq üçün Tel-Əviv Universitetinin Riyaziyyat fakültəsinə daxil olmuşdur. Zvi Arad həmkarı professor Marsel Herzoqla birlikdə Springer-Verlag tərəfindən nəşr olunan "Conjugacy Classes Products"ı adlı əsəri yazdı. Kitab riyazi nəzəriyyənin qurulmasını asanlaşdırdı və bu gün Cədvəl Cəbrləri kimi tanınan mücərrəd cəbrin bir hissəsini təşkil edən riyaziyyatın mərkəzi sahələrinə əlavə edildi; qrafik nəzəriyyəsi, cəbr birləşmələri və nəzəriyyə təqdimatı kimi sahələrdə istifadə olunur. Arad cədvəlli cəbrlə bağlı daha iki kitab yazdı. 2000-ci ildə onun kitabı American Mathematical Society Memuirs seriyasında, 2002-ci ilin yanvarında isə Springer tərəfindən cədvəlli cəbrlərə dair daha bir beynəlxalq kitab nəşr olundu. Arad Müasir Riyaziyyatın 402-ci cildinin redaktoru idi. İsrailli riyaziyyatçı Zvi Arad 4 fevral 2018-ci ildə İsrailin Petah Tikva şəhərində 75 yaşında vəfat edib.
Daniel Zvisl
Daniel Zvisl (30 avqust 1984) — Macarıstanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Daniel Zvisl Macarıstanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Zviad Qamsaxurdia
Zviad Konstantinoviç Qamsaxurdiya (gürc. ზვიად კონსტანტინეს ძე გამსახურდია; 31 mart 1939, Tbilisi – 31 dekabr 1993[…], Dzveli Xibula[d]) — Gürcüstan siyasətçisi, dissidenti, alimi və yazıçısı. O, Gürcüstan SSR Ali Sovetinin sədri (1990–1991) və Gürcüstanın 1-ci Prezidenti (14 aprel 1991 – 6 yanvar 1992) olmuşdur. Postsovet respublikalardan olan Gürcüstan Respublikasının demokratik yolla seçilmiş 1-ci prezidenti olan Zviad Qamsaxurdiya daim Rusiyanı onun hökumətinə qarşı sui-qəsddə ittiham edirdi. O, Gürcüstanın inkişaf etdirilməsi üçün xarici dövlətlərdən kömək ala bilməmiş və Qamsaxurdiya hökuməti tərəfindən tanınan Çeçenistanın dövlət başçısı Cövhər Dudayevin simasında özünə etibarlı müttəfiq tapmışdır. O, Gürcüstanı dəhşətli və qanlı vətəndaş müharibəsinə aparan dövlət çevrilişinin qurbanı oldu. Zviad Qamsaxurdiya Abxaziya ilə Gürcüstan arasında mövcud fikir ayrılıqlarının kökündə dayanır. O həmçinin, digər Qafqaz ölkələri ilə yaxın əlaqələr qurmuşdur. Zviad Qamsaxurdiya 31 mart 1939-cu ildə Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində anadan olmuşdur. O, əslən Zuqdididən, milliyətcə meqrel olan zadəgan gürcü ailəsində anadan olmuşdu.
Zviad Qamsaxurdiya
Zviad Konstantinoviç Qamsaxurdiya (gürc. ზვიად კონსტანტინეს ძე გამსახურდია; 31 mart 1939, Tbilisi – 31 dekabr 1993[…], Dzveli Xibula[d]) — Gürcüstan siyasətçisi, dissidenti, alimi və yazıçısı. O, Gürcüstan SSR Ali Sovetinin sədri (1990–1991) və Gürcüstanın 1-ci Prezidenti (14 aprel 1991 – 6 yanvar 1992) olmuşdur. Postsovet respublikalardan olan Gürcüstan Respublikasının demokratik yolla seçilmiş 1-ci prezidenti olan Zviad Qamsaxurdiya daim Rusiyanı onun hökumətinə qarşı sui-qəsddə ittiham edirdi. O, Gürcüstanın inkişaf etdirilməsi üçün xarici dövlətlərdən kömək ala bilməmiş və Qamsaxurdiya hökuməti tərəfindən tanınan Çeçenistanın dövlət başçısı Cövhər Dudayevin simasında özünə etibarlı müttəfiq tapmışdır. O, Gürcüstanı dəhşətli və qanlı vətəndaş müharibəsinə aparan dövlət çevrilişinin qurbanı oldu. Zviad Qamsaxurdiya Abxaziya ilə Gürcüstan arasında mövcud fikir ayrılıqlarının kökündə dayanır. O həmçinin, digər Qafqaz ölkələri ilə yaxın əlaqələr qurmuşdur. Zviad Qamsaxurdiya 31 mart 1939-cu ildə Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində anadan olmuşdur. O, əslən Zuqdididən, milliyətcə meqrel olan zadəgan gürcü ailəsində anadan olmuşdu.
Zviad Qoqoçuri
Zviad Qoqoçuri (gürc. ზვიად გოგოჭური; 30 oktyabr 1986) — 90 kq çəki dərəcəsində çıxış edən gürcü paralimpiyaçı cüdoçu. O, 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb (90 kq). Qoqoçuri Gürcüstanın Paralimpiya tarixində medal qazanan ilk və hələlik tək idmançıdır.
Zviad Siçinava
Zviad Siçinava - 2009-cu ildən Gürcüstan Futbol Federasiyasının prezidenti 43 yaşlı Siçinava Qaraçay-Çərkəz Respublikasının Sparta kəndində doğulub və hələ də Rusiya vətəndaşıdır. O, 10 il ərzində Moskvanın Tereza Durova teatrının direktoru olub, son illərdə isə Rusiya Mədəniyyət Nazirliyinin tikinti təşkilatının maliyyə direktoru kimi çalışır. 2009-cu ildə ölkə çempionatının yüksək liqasında çıxış edən Zuqdidinin "Baya" klubunun sabiq prezidenti Zviad Siçinava GFF-in növbədənkənar konfransında vahid namizəd olub və 31 mümkün səsdən 29-unu toplayıb.
Zvinger
Komplekslər Zvinger (Drezden) — Drezden şəhərinin tarixi mərkəzində yerləşən saray-park kompleksi. Zvinger (Qoslar) — Qoslar şəhərində yerləşən istehkam qülləsi Şəxslər Culian Zvinger — fizika üzrə Nobel mükafatı laureatı, Los-Anceles Kaliforniya Universitetinin müəllimi. Teodor Zvinger (1533–1588) — İsveçrəli həkim. Yakov Zvinger (1915–1999) — Engels adına kolxozun sədri, Sosialist Əməyi Qəhrəmanı.
Zvinger (Drezden)
Zvinger (alm. Zwinger‎; tələffüzü — [ˈt͡svingæː]) — Drezden şəhərinin tarixi mərkəzində yerləşən saray-park kompleksi. Memar Matteus Daniel Pöppelmannın və heykəltaraş Baltazar Permozerin rəhbərliyi altında inşa olunmuş saray memarlıq, heykəltaraşlıq və rəssamlığın şah əsəri, Almaniyanın isə barokko üslubunda inşa edilmiş ən mühüm binalarından biri hesab edilir və məşhur Frauenkirxa kilsəsi ilə yanaşı, Drezdenin ən məşhur abidəsi sayılır. Abidənin adı onun yerləşdiyi yerlə bağlı əmələ gəlmişdir, orta əsrlərdə iç və bayır qala divarları arasında yerləşən ərazini Zvinger adlandırırdılar. Zvingerin əsası 1709-cu ildə Oranjereya və müxtəlif festivalların keçirilməsi üçün müvəqqəti ərazi qismində qoyulmuşdur. Onun təmtəraqlı pavilyonunu bəzəyən ballüstrada, fiqur və vaza elementləri, eləcə də əsas binalara parallel şəkildə uzanan möhtəşəm qalereyalar kurfürst I Fridrix Avqustun (onu həmçinin "Güclü Avqust" kimi də tanıyırdılar) əzəmətə və təbii ki hakimiyyət iddialarına doğru can atdığını göstərir. Kurfürstun orijinal konsepsiyasında, Zvinger Köhnə qəsrin yeni həyəti kimi Elba çayının sahilində yerləşəcəyi düşünülmüşdür, buna görə də Elba istiqamətində olan torpaq sahələri elə başlanğıcdan toxunulmayan ərazi kimi qorunub saxlanılırdı (əvvəlcədən qalın divarlarla hasarlanmışdır). Kurfürstün ölümündən sonra, Yeni qəsr binası üçün uzun illər tərtib olunan plan və eskizlər lazımsız əşya kimi atılır, barokko üslubuna olan moda azaldıqdan sonra isə, Zvinger sarayı özünün ilkin əhəmiyyətini itirməyə başlayır. Ancaq sonralar, yəni bir əsr kedikdən sonra memar Qottfrid Zemper çayın sahili boyunca gələcəkdə özünün adını daşıyacaq geniş qalereyaların tikintisinə başlayır və beləliklə də, boş qalmış ərazilər nəhayət ümumi vəhdət şəklində tamamlanır. 1855-ci ildə yüksək təbəqədən olan ictimaiyyət üçün açılmış Zemper qalereyası, XIX əsr Almaniyasının ən böyük muzey layihələrindən birinə çevrilir və məhz bu layihə XVIII əsrdən bəri genişlənən Zvinger sarayının geniş muzey kompleksinə çevrilməsinə imkan yaratdı.
Zvinitsa
Şahzadə Zvinitsa (814 – 831) — Bulqar şahzadəsi. Qardaşı Enravotanın xristian olmasından sonra vəliəhd olmuşdu. Lakin xəstələnib öldüyünə görə vəliəhdlik kiçik qardaşı Malamirə keçdi.
Zviadistlər
Zviadistlər (gürc. ზვიადისტები; Zviadistebi) — 1991-1993-cü illərdə Gürcüstanda vətəndaş müharibəsi zamanı devrilmiş və öldürülmüş prezident Zviad Qamsaxurdiyanın tərəfdarlarının qeyri-rəsmi adı. Prezident Zviad Qamsaxurdiya 20 dekabr 1991-ci il və 6 yanvar 1992-ci il tarixləri arasında Tbilisinin mərkəzini dağıdan qanlı çevriliş nəticəsində devrilib. Qamsaxurdiyanın tərəfdarları olan zviadistlər keçmiş kommunist lider Eduard Şevardnadzenin rəhbərlik etdiyi çevrilişdən sonrakı hökumətə qarşı kütləvi nümayişlər keçirdilər. Mütəşəkkil silahlı qruplar hökumət qüvvələrinin keçmiş prezidentin məskunlaşdığı əyalət olan Sameqreloya nəzarəti ələ keçirməsinə mane olub. Tərəflər arasında atışmalar 1992-1993-cü illər ərzində davam etdi və Qamsaxurdiyanın 1993-cü ilin sentyabrında Qərbi Gürcüstana qayıtması ilə genişmiqyaslı vətəndaş müharibəsinə çevrildi. Zviadist üsyançılar məğlub edildi və Qamsaxurdiya 31 dekabr 1993-cü ildə öldürüldü. Qamsaxurdiyanın ölümü 15 fevral 1994-cü ildə təsdiqləndi. Qamsaxurdiyanın ölümündən sonra zviadistlər heç vaxt tək partiya yaratmadılar, müxtəlif siyasi təşkilatlara və ictimai hərəkatlara qoşuldular, bəziləri isə Eduard Şevardnadze hökumətinə qarşı mübarizəni davam etdirdilər. Wheatley, Jonathan.

Oxşar sözlər

#zvi nədir? #zvi sözünün mənası #zvi nə deməkdir? #zvi sözünün izahı #zvi sözünün yazılışı #zvi necə yazılır? #zvi sözünün düzgün yazılışı #zvi leksik mənası #zvi sözünün sinonimi #zvi sözünün yaxın mənalı sözlər #zvi sözünün əks mənası #zvi sözünün etimologiyası #zvi sözünün orfoqrafiyası #zvi rusca #zvi inglisça #zvi fransızca #zvi sözünün istifadəsi #sözlük