Lviv
Lvov (ukr. Львів) — Ukraynanın Lvov vilayətinin inzibati mərkəzi. Ölkənin milli-mədəni və elmi-təhsil mərkəzidir, həmçinin böyük sənaye mərkəzi və nəqliyyat qovşağıdır. Qalitsiyanın və Qərbi Ukraynanın paytaxtı hesab edilir. Lvovun sahəsi təxminən 180 km²-dir.
== Adı ==
Rus mənbələrinə görə Lvov şəhərin adını knyaz Danilo Qalitski öz Lev adlı oğlunun şərəfinə qoyub. Tarix boyu bu şəhər rəsmi olaraq adını dəyişməyib, lakin müxtəlif dillərədə bu şəhərin adı bu cür fərqlənir: ukr. Львів (Lviv), pol. Lwów, rus. Львов (Lvov), alm.