ömür-günlük sözü azərbaycan dilində

ömür-günlük

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ömür-günlük • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Günlük
Gündəlik və ya günlük — bir şəxsin və ya kollektivin həyatında baş verən hadisələri günbəgün əks etdirən yazı kitabçası, xatirə dəftəri. Xatirə ədəbiyyatından fərqli olaraq, gündəlikdə dəqiq tarix göstərilir. İlk dəfə XVII əsrdə İngiltərədə geniş yayılmışdır. == Haqqında == Gündəliklər tarixi, tarixi-bioqrafik və ya tarixi-mədəni, bədii sənəd kimi mühüm əhəmiyyətə malikdir (Ceyms Kukun elmi gündəliyi, Vilhelm Karloviç Küxelbekerin lisey gündəliyi, Valter Skott, Stendal, Taras Şevçenko, Lev Nikolayeviç Tolstoy və başqalarının gündəlikləri). Qəhrəmanın gündəliyi şəklində yazılmış bədii əsərlər də var. Belə əsərlərdə qəhrəmanın həyatı ilə bağlı ən mühüm hadisələr, onun daxili aləmi, düşüncələri, hiss və həyəcanları birnci şəxsin dilindən nəql edilir. Məsələn, İvan Turgenevin "Artıq adamın gündəliyi", Mixail Saltıkov-Şedrinin "Ucqardan gəlmiş adamın Peterburq gündəliyi", Mixail Yuryeviç Lermontovun "Zəmanəmizin qəhrəmanı" povestində "Peçorinin jurnalı", Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanında Fəridənin gündəliyi və s. Azərbaycan yazıçılarından Mehdi Hüseyn, Əziz Şərif və başqalarının gündəlikləri çap olunmuşdur. Keçən əsrdə bir çox siyasi və sosial sarsıntılara məruz qalan xalqların ədəbiyyat tarixlərinin tam mənzərəsinin yaradılmasında gündəliklərin rolu böyükdür. Bu səbəbdən də, bu gün ictimaiyyətə təqdim edilən yazıçı gündəlikləri çox əhəmiyyətlidir.
Ömür
Həyat — bioloji baxımdan, kimyəvi reaksiyalar və ya bir təkamül ilə nəticələnən başqa hadisələr kimi bəzi bioloji proseslər göstərən orqanizmlərin xüsusiyyəti. Üzvi birləşmələr inkişaf və çoxalma qabiliyyətlərinə malikdir. Bəzi canlılar bir-birilə ünsiyyət və ya əlaqə qura bilir və bir çox canlı daxili dəyişikliklər keçirərək ətraf mühitə uyğunluq göstərə bilirlər. Həyatı bir başqa deyişlə izah edəsi olsaq, canlılıq xarakteri daşıyan varlıqların hamısının yaşadıqları müddət ərzində qazandıqları təcrübə və yaşayışlarının toplusudur. Həyatın fiziki bir xüsusiyyəti neqativ entropiya prinsipinə tabe olmasıdır. Biologiya canlıları tədqiq edən bir elm sahəsidir. Bioloqlar, bütün canlıları bütün planeti əhatə edən qlobal miqyasdan, hüceyrə və molekulları, mikroskopik ölçüyə qədər olan canlılara təsir edən mühüm dinamik hadisələrlə birlikdə araşdıran, biologiya elmi ilə məşğul olan insanlardır. Bir çox prosesi özündə saxlayan həyatı proseslərdən bəziləri: Enerji və maddənin işlənməsi, bədəni təşkil edən maddənin işlənməsi, yaraların sağalması və bütün orqanizmlərin çoxalmasıdır. Həyatın sirləri, tarixdəki bütün insanlara təsir etdiyindən; İnsanın fiziki quruluşu, bitkilər və heyvanlar haqqındakı araşdırmalar bütün cəmiyyətlərin tarixlərində yer tapır. Bu qədər marağın bir hissəsi, insanların həyata hökm etmə və təbii qaynaqları istifadə etmək istəyindən gəlir.
Günlük (dəqiqləşdirmə)
Günlük — bir şəxsin və ya kollektivin həyatında baş verən hadisələri günbəgün əks etdirən yazı kitabçası, xatirə dəftəri. Günlük həmçinin bu mənaları ifadə edə bilər: Günlük — bəzi baş geyimlərinin qabaq tərəfinə – alnın üzərinə düşən hissəsinə tikilən yarımdairəvi dəri, karton və s. parçası. Günlük — Günəşdən, yağışdan qorunmaq üçün əllə baş üstündə tutulan çətir; zont. Günlük — Günəş düşən yer. Günlük — kotan ölçü vahidinin xalq arasındakı adı. == Həmçinin bax == Güllük — Azərbaycanın Qax rayonunun inzibati ərazi vahidində kənd.
Abdülkadir Ömür
Abdülkadir Ömür (25 iyun 1999, Çarşıbaşı, Trabzon ili) — Türkiyə Superliqasında çıxış edən Trabzonsporun futbolçusu. == Karyerası == === Trabzonspor === "Trabzonsporda" ilk matçına 12 yanvar 2016-cı ildə keçirilən "Adanaspor" — "Trabzonspor" matçının 65-ci dəqiqəsində çıxıb. Matç "Trabzonsporun" 1–4 hesablı qələbəsi ilə başa çatıb. "Trabzonsporda" ilk qolunu 22 dekabr 2016-cı ildə keçirilən "Trabzonspor" — "Kızılcabölükspor" matçının 35-ci dəqiqəsində vurub. Matça start heyətdə başlayan Ömür 85-ci dəqiqədə əvəzlənib. Matç "Trabzonsporun" 5–0 hesablı qələbəsi ilə başa çatıb.
Ömür Nağıyev
Ömür Məlik oğlu Nağıyev — Azərbaycan aktyoru və rejissoru, Azərbaycanın əməkdar artisti, ikinci rejissor, arxiv kadrlarda iştirak edən. 1953-cü ildə Bakı şəhərində anadan olub. 1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino və televiziya rejissorluğu fakültəsini bitirib. 1972-ci ildən etibarən "Azərbaycanfilm" kinostudiyasında işləyib. 30-dan çox filmdə çəkilib. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. Bakı Bələdiyyə teatrında işləyib. “Qanlı zəmi”, “Yeddi oğul istərəm”, “İmtahan”, “İşarəni dənizdən gözləyin”, “Bizim küçənin oğlanları”, “Bəyin oğurlanması”, “Doğma sahillər” kimi filmlərdə yaratdığı obrazlar qalereyası, Bakı Bələdiyyə Teatrının səhnəsində həyat verdiyi rəngarəng rolları xüsusilə vurğulanmalıdır. 2005-ci ildən S.Vurğun adına Rus Dram teatrının aktyorudur. Teatrda işlədiyi müddətdə bir neçə obrazlar yaradıb.
44 günlük müharibə
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi. Türkiyə, bu dəstəyin dərəcəsi mübahisəli olsa da, Azərbaycana hərbi dəstək verdi. Türkiyənin iştirakının, münaqişədə Azərbaycanın mövqeyini artırmaqla və Rusiyanın bölgədəki təsirini kənarlaşdırmaqla təsir dairəsini genişləndirmək cəhdi olduğu düşünülür. Beynəlxalq ekspertlər müharibənin Azərbaycanın hücumu ilə başladığını və əsas məqsədin bölgənin müdafiəsi zəif olan cənub bölgələrini işğaldan azad etmək olduğunu iddia edirlər. Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdı.
4 günlük müharibə
6 günlük müharibə
Altıgünlük müharibə (ivr. ‏מלחמת ששת הימים‏‎, translit. Milhemet Şeşet Ha Yamim), Uğursuzluq (ərəb. النكسة‎, translit. Əl-Nəksa), 1967-ci il müharibəsi (ərəb. حرب 1967‎, translit. Hərb 1967), İyun müharibəsi, 1967-ci il Ərəb-İsrail müharibəsi və ya Üçüncü Ərəb-İsrail müharibəsi — 1967-ci ilin iyun ayının 5-dən 10-a qədər İsrail ilə qonşuları Misir – o dövrdəki rəsmi adı ilə Birləşmiş Ərəb Respublikası, Suriya və İordaniya arasında baş vermiş hərbi münaqişə. Birinci Ərəb-İsrail müharibəsindən sonra qonşu dövlətlər arasında münasibətlər normallaşmadı. İsrail Misirin 1950-ci ildən bağladığı Tiran boğazını yenidən öz gəmilərinin keçməsinə açmaq üçün 1956-cı ildə Sinay yarımadasını işğal etdi (İngiltərə və Fransanın yardımı ilə). Bir müddət keçdikdən sonra İsrail buradan qoşunlarını geri çəkməyə məcbur oldu, lakin bunun müqabilində Misirlə Tiran boğazının həmişə açıq saxlanılması barədə razılıq əldə edildi.
Altı günlük müharibə
Altıgünlük müharibə (ivr. ‏מלחמת ששת הימים‏‎, translit. Milhemet Şeşet Ha Yamim), Uğursuzluq (ərəb. النكسة‎, translit. Əl-Nəksa), 1967-ci il müharibəsi (ərəb. حرب 1967‎, translit. Hərb 1967), İyun müharibəsi, 1967-ci il Ərəb-İsrail müharibəsi və ya Üçüncü Ərəb-İsrail müharibəsi — 1967-ci ilin iyun ayının 5-dən 10-a qədər İsrail ilə qonşuları Misir – o dövrdəki rəsmi adı ilə Birləşmiş Ərəb Respublikası, Suriya və İordaniya arasında baş vermiş hərbi münaqişə. Birinci Ərəb-İsrail müharibəsindən sonra qonşu dövlətlər arasında münasibətlər normallaşmadı. İsrail Misirin 1950-ci ildən bağladığı Tiran boğazını yenidən öz gəmilərinin keçməsinə açmaq üçün 1956-cı ildə Sinay yarımadasını işğal etdi (İngiltərə və Fransanın yardımı ilə). Bir müddət keçdikdən sonra İsrail buradan qoşunlarını geri çəkməyə məcbur oldu, lakin bunun müqabilində Misirlə Tiran boğazının həmişə açıq saxlanılması barədə razılıq əldə edildi.
On günlük müharibə
On günlük müharibə (serb. Десетодневни рат, sloven. Desetdnevna vojna), Serbiyada daha çox Sloveniyada müharibə kimi tanınır (serb. Рат у Словенији), Sloveniyanın özündə isə "Sloveniyanın istiqlal müharibəsi" adlanır (27 iyun - 7 iyul 1991) — Sloveniyanın Yuqoslaviyadan ayrılması nəticəsində Yuqoslaviya Xalq Ordusu və Sloveniya Ərazi Müdafiə Qüvvələri arasında hərbi münaqişə. Bu silahlı münaqişə Yuqoslaviya müharibələrinin başlanğıcı oldu. 25 iyun 1991-ci ildə - Sloveniyanın Yuqoslaviyadan müstəqilliyini birtərəfli elan etdiyi gün - Sloveniya parlamentinin sədri Milan Kuçan silahlı qüvvələrinə Yuqoslaviya sərhədinin Sloveniya hissəsindəki sərhəd məntəqələrini ələ keçirməyi və Yuqoslaviya Xalq Ordusu kazarmalarını Maribor və Lyublyanada blokadaya almağı əmr etdi. Yuqoslaviya rəhbərliyinin səmərəsiz hərəkətləri və AİB-nin xarici siyasət təzyiqi nəticəsində iyulun 7-də Briona sazişi bağlandı, ona əsasən Yuqoslaviya qoşunlarını Sloveniya ərazisindən çıxardı, Sloveniya isə Sloveniyanın müstəqil elan edilməsinə moratorium elan etdi.
Bitməyən ömür (kitab)
On doqquz günlük oruc
On doqquz günlük oruc (ing. Nineteen-Day Fast)- Bəhai dinin ardıcılları tərəfindən hər il 2 mart və 21 mart tarixləri aralığında gerçəkləşdirilən orucluq dövrü. Bəhai orucu, Bəhai təqviminin sonuncu ayına işarə edir və orucluq bitməklə təqvmin ili də, bitmiş olur. Dinin müqəddəs sayılan yazılarında qeyd olunub ki, oruc tutan şəxs günəş çıxandan günəş batanadәk on doqquz gün әrzindә özünü hәr cür yemәkdәn vә içmәkdәn saxlamalıdır. Orucluq mart ayında gecә ilә gündüzün bәrabәrlәşdiyi eyni bir vaxtda – yәni Şimal yarımkürəsindә bahar vә Cənub yarımkürəsindә isә qış olduğu zaman qurtarır. Orucluq ayı heç zaman oruc tutmaq üçün üzücü olan yayın şiddәtli isti günlәrinә vә ya qışın sәrt soyuğuna düşmür. Bundan başqa, ilin bu dövründә yer kürәsinin insan yaşayan bütün mәntәqәlәrinin hәr yerindә günün çıxması vә batması vaxtı tәxminәn sәhәr saat 6-dan axşam saat 6-ya qәdәrdir.
Bitməyən ömür (film, 2013)
Ömür qatarı (film, 1991)
Film görkəmli Azərbaycan alimi Zemfira Verdiyevanın həyat və pedaqoji fəaliyyətindən bəhs edir.
Özgə ömür (film, 1987)
Özgə ömür (rus. Другая жизнь) — 1987-ci ildə yazıçı Rüstəm İbrahimbəyovun ssenarisi əsasında, rejissor Rasim Ocaqov tərəfindən C. Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında istehsal edilmiş film. Əsas rolları Aleksandr Kalyagin, Fəxrəddin Manafov, İrina Kupçenko və başqaları ifa edirlər. Film institut rektorunun ikili həyat yaşamasından bəhs edir. Çəkilişlər Bakıda və Moskvada aparılmışdır. 1987-ci ildə aktrisa İrina Kupçenko ən yaxşı epizodik rola görə SSRİ Kinematoqrafçılar İttifaqının təsis etdiyi "Nika" prizinə layiq görülmüşdür. 1) Film Fariz Əmiroviç Rzayevin (Aleksandr Kalyagin) ömrünün son gününü əhatə edir. O, ölkənin ən böyük institutlarından birinin rektorudur. Bu vəzifədə artıq 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Məsuliyyətli, savadlı və işini mükəmməl bilən bir adamdır.
100 illik şərəfli ömür
100 illik şərəfli ömür — Hacı Zeynalabdin Tağıyev haqqında ekranlaşdırılan bədii-sənədli film. == Məzmun == Azərbaycan xalqının böyük oğlu, türk dünyasını iftixarı, nəcib əməlləri ilə zəngin bir insanlıq məktəbi yaradan Hacı Zeynalabdin Tağıyevin dərin və mənalı ömür yolunu əks etdirən "100 illik şərəfli ömür" bədii-sənədli filmdir. Filmdə əsas kadrların 30 faizini XX əsrin əvvəllərindəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. == Film haqqında == XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə böyük zaman sərf edilmişdir. Ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünülür. Ssenarisi üzərində üç ildən çox çalışılmışdır. C. Qasımov, həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatlardan sənədli filmin 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Film əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub. Filmi 40 ölkəyə 100-dən artıq beynəlxalq festivala təqdim ediləcək.
2 ömür (film, 2016-2017)
2 ömür bədii serialı rejissor Ramin Nəbiyev tərəfindən 2016-cı ildə ekranlaşdırılmışdır. Film Xəzər televiziyasında istehsal edilmişdir. Hadisələr 1994-cü ildə baş verir. Serialın süjet xəttini 3 dostun həyat hekayəsi təşkil edir. Filmdə əsas rolları Elşən Rüstəmov, Əbdülqəni Əliyev, Əjdər Zeynalov, Əzizağa Əzizov, Flora Hüseynova, Çingiz Mütəllimov, Həcər Ağayeva, Leyli Vəliyeva, Mələk Kazımova, Məsumə Babayeva və Natavan Hacıyeva ifa edirlər. == Məzmun == Hadisələr 1994-cü ildə baş verir. Serialın süjet xəttini 3 dostun həyat hekayəsi təşkil edir. 1994-cü il. Nail (Əbdülqəni Əliyev), Sahib (Elşən Rüstəmov) və Rəfael (Əjdər Zeynalov) üç dostdurlar. Sahiblə Rəfaelin həyat yoldaşları hamilədirlər.
Adına yaraşan ömür... (film, 2013)
Adına yaraşan ömür... filmi rejissor Röyal Əliyev tərəfindən 2013-cü ildə çəkilmişdir. Film İctimai televiziyada istehsal edilmişdir. Film azərbaycanlı aktrisa, əməkdar artist, SSRİ dövlət mükafatı laureatı Münəvvər Kələntərlinin həyat və yaradıcılığından bəhs edir. == Məzmun == Film azərbaycanlı aktrisa, əməkdar artist, SSRİ dövlət mükafatı laureatı Münəvvər Kələntərlinin həyat və yaradıcılığından bəhs edir. Münəvvər Kələntərli 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb. Əvvəllər Opera Teatrında, sonralar isə Musiqili Komediya Teatrında fəaliyyət göstərib. 10-a yaxın filmə çəkilib. Münəvvər Kələntərli kinostudiyada ən rahat aktyorlardan sayılıb. Həmişə bir dubla çəkilib.
Alovlardan keçən ömür (film, 2005)
Alovlardan keçən ömür qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Rza İsrafiloğlu tərəfindən 2005-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film İkinci dünya müharibəsinin iştirakçısı Daniyal Abdullayevdən bəhs edir. == Məzmun == Film İkinci dünya müharibəsinin iştirakçısı, Brest qalasının qəhrəmanı, "Fransa müqavimət hərəkatı"nın döyüşçüsü Daniyal Abdullayevdən bəhs edir.
Mənim ömür nəğmələrim... (film, 2003)
Altı nəfər gənc gözəl bir məkana istirahətə gəlirlər. Və burada onlar öz istək və arzularını poetik şəkildə dilə gətirirlər. Film-tamaşa İftixar Piriyevin şeirləri əsasında çəkilmişdir.
Mənim ömür nəğmələrim (film, 2003)
Altı nəfər gənc gözəl bir məkana istirahətə gəlirlər. Və burada onlar öz istək və arzularını poetik şəkildə dilə gətirirlər. Film-tamaşa İftixar Piriyevin şeirləri əsasında çəkilmişdir.
Ömür-gün sevdası (film, 1976)
Sənədli-bədii, etnoqrafik-folklor filmi Azərbaycanda uzunömürlü toy ənənələri haqqında söhbət açır. Filmin əsas hissəsi Azərbaycanın ən gözəl guşələrindən olan Kəlbəcərdə çəkilmiş, burada bədii kinonun vasitələrindən, aktyor oyunlarından da istifadə edilmişdir. Filmin başlanğıcında Azərbaycanda "Gəlin havası" olaraq bilinən "Vağzalı"nın çalınır. Filmdə Azərbaycan adət-ənənələrindən, ağsaqqal sözünün keçərli olmasından danışılır və qız istəmə mərasimindəki şirinçaydan bəhs olunur. Şirin çayın açıqlaması olaraq deyilir ki, "evlənəcək olan qız və oğlan bir-biri ilə hər zaman şirin sözlə danışsınlar". Filmdə toy ənələri ilə yanaşı "Kilim arası" və "Toyda maral oynayar" deyilən xalq yaradıcılığı nümunəsi göstərilir. Uzun ömürlü Azərbaycan evliliklərindən danışılır, Azərbaycanda uzun ömürlü evliliklərin səbəbi olaraq isə ər və arvadın bir-birinə olan mehribanlıq və hörmətlə olan münasibəti göstərilir. 1976-cı ildə şəkilən filmdə erməni işğalının daha gəlmədiyi Kəlbəcər şəhərində 129 kənd olduğu qeyd olunur.Filmi izlərkən kənd evlərini, mal-qaranı, geniş otlaq sahələrini, sağlam və firavan yaşayan Azərbaycan xalqını görmək mümkündür.
Altı günlük müharibə ilə bağlı mübahisələr
Altı günlük müharibə ilə bağlı mübahisələr – Orta Şərqdə və dünyada böyük dəyişikliyə səbəb olmuş Altı günlük müharibədən sonra bütün dünyada müzakirə olunan bəzi mübahisəli məsələlər nəzərdə tutulur. Bu mübahsələrin əksəriyyəti öz aktuallığını hal-hazırda da, saxlamaqdadır. Bu mübahisə mövzularına misal olaraq misirli hərbçilərə İsrail hakimiyyəti tərəfindən işğəncə edilməsi iddialarını, önləyici hücum və ya ədalətsiz hücum məsləsini, USS Liberty hadisəsini, döyüşən tərəflərə ABŞ, Birləşmiş Krallıq və SSRİ tərəfindən hərbi dəstək məsələlərini göstərmək olar. == Önləyici vuruş və ya ədalətsiz hücum == Başlanğıcda həm Misir, həm də İsrail tərəfi elan etdi ki, ölkələri digəri tərəfindən hücuma məruz qalmışdır. İsrailin BMT-dəki səfiri Qideon Rafael İsrail XİN-dən belə bir məktub aldı: 3:10-da Qideon Rafael BMT Təhlükəsizlik Şurasının iyun ayı üçün rəhbəri olan danimarkalı Hans Taboru yuxudan oyatdı və ona Misir ordusunun İsrailə hücum etdiyini, İsrailin Misirin bu qorxaq və xain hücumuna cavab verdiyini bildirdi. BMT Təhlükəsizlik Şurasının 5 iyundakı iclasında Misir və İsrail tərəfləri bir-birlərini hücum etməkdə ittiham etdilər. İclas zamanı İsrail nümayəndələri Eban və Evron ilk atəşin misirlilər tərəfindən açıldığına and içdilər. SSRİ tərəfindən dəstəklənən Misir 5 iyunda müharibənin İsrail tərəfindən başladıldığını bildirdi. İsrail isə ilk atəşin Misir tərəfindən açıldığını bildirirdi. İsrail nümayəndəsi BMT Təhlükəsizlik Şurasına bildirmişdi ki, "Bu sabahın erkən saatlarında (5 iyun) Misir ordusu kütləvi halda İsrail sərhədinə tərəf göndərilmişdir.
100 illik şərəfli ömür (film, 2019)
100 illik şərəfli ömür — Hacı Zeynalabdin Tağıyev haqqında ekranlaşdırılan bədii-sənədli film. == Məzmun == Azərbaycan xalqının böyük oğlu, türk dünyasını iftixarı, nəcib əməlləri ilə zəngin bir insanlıq məktəbi yaradan Hacı Zeynalabdin Tağıyevin dərin və mənalı ömür yolunu əks etdirən "100 illik şərəfli ömür" bədii-sənədli filmdir. Filmdə əsas kadrların 30 faizini XX əsrin əvvəllərindəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. == Film haqqında == XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə böyük zaman sərf edilmişdir. Ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünülür. Ssenarisi üzərində üç ildən çox çalışılmışdır. C. Qasımov, həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatlardan sənədli filmin 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Film əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub. Filmi 40 ölkəyə 100-dən artıq beynəlxalq festivala təqdim ediləcək.
Ömür payı. Səməndər Rzayev (film, 2015)
Ömür payı. Səməndər Rzayev — rejissor Tahirə Hüseynovanın 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə görkəmli teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti Səməndər Rzayevin 70 illik yubileyinə həsr olunur. Filmdə "Həyatın dibində", "Sizə deyib gəlmişəm", "Közərən ocaqlar", "Evləri köndələn yar", "Yollar görüşəndə...", "Dəli yığıncaqı", "İblis", "Kreysr sonatası" teatr və televiziya tamaşalarının, "Uşaqlığın son gecəsi", "Nəsimi", "Tütək səsi", "Od içində", səsləndirdiyi "İstintaq", "Babək", "Babamızın babasının babası", "Qara gölün cəngavərləri", "Bəyin oğurlanması", "Bağ mövsümü" filmlərinin kadrlarından eləcə də "Bulağ" radioverilişindəki səsdən istifadə edilmişdir. Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından, eləcə də Siyavuş Kərimi, Faiq Sücəddinov, Aygün Səmədzadə və xarici bəstəkarların musiqilərindən istifadə edilmişdir. Orfoqrafik: Titrlərdə "Sizə deyib gəlmişəm", "Yollar görüşəndə...", "Dəli yığıncağı" teatr və televiziya tamaşalarının adları səhvən "Sizi deyib gəlmişəm", "Yollar görüşəndə", "Dəli yıgıncagı" kimi yazılmışdır. Orfoqrafik: Titrlərdə "Od içində", "Uşaqlığın son gecəsi" filmlərinin adları səhvən "Od içində vahə", "Uşaqlıgın son gecesi" kimi yazılmışdır. Orfoqrafik: Titrlərdə "Babamızın babasının babası" filmində Babamızın ədatından sonra səhvən vergül qoyulmuşdur.

Oxşar sözlər

#ömür-günlük nədir? #ömür-günlük sözünün mənası #ömür-günlük nə deməkdir? #ömür-günlük sözünün izahı #ömür-günlük sözünün yazılışı #ömür-günlük necə yazılır? #ömür-günlük sözünün düzgün yazılışı #ömür-günlük leksik mənası #ömür-günlük sözünün sinonimi #ömür-günlük sözünün yaxın mənalı sözlər #ömür-günlük sözünün əks mənası #ömür-günlük sözünün etimologiyası #ömür-günlük sözünün orfoqrafiyası #ömür-günlük rusca #ömür-günlük inglisça #ömür-günlük fransızca #ömür-günlük sözünün istifadəsi #sözlük