dəng sözü azərbaycan dilində

dəng

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dəng • 87.7551%
  • Dəng • 12.2449%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yuxarı Dəngüz (Bükan)
Yuxarı Dəngüz (fars. دنگوزعليا‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 136 nəfər yaşayır (24 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2011 •••••• 0.09
2013 •••••••••••••••••••• 0.29
2016 •••••••••••• 0.17

dəng sözünün leksik mənası və izahı

  • 1 is. 1. məh. Bərabər, tay. Sən ona dəng deyilsən. 2. dan. Cüzi bir hissə, bir dənə. Çin mülkünə verməm saçının dəngini. M.P.Vaqif. Mah ilən hüsnünün xoş rənginə; Yetə bilməz təcnisimin dənginə. Aşıq Pəri. 3. köhn. Qara xırda pul; qəpik-quruş. Dəvənin biri dəngə, vay dəng dərdi. (Ata. sözü). 4. məh. Bir yerdən başqa yerə aparmaq üçün bağlanan tay, top, bağlama. İpək dəngi. Kağız dəngi.

    Azərbaycan dilinin izahlı lüğəti / dəng
  • 2 dəng eləmək (etmək) (bəzən “başını”, “baş-beynini”, “qulağını” sözləri ilə) – çox və bərk danışmaqla, qışqırmaqla, səs-küy salmaqla bezikdirmək, adamın başını, qulaqlarını yormaq; baş-qulaq aparmaq. Dəng eləmişdi xalqı sədayi-nəvaların. Q.Zakir. Sən də çox başımı dəng eyləmə, doldur çubuğu; Mən behişt istəmirəm, aləmə elan olsun! M.Möcüz. // Bıqdırmaq, narahat etmək, zəhləsini aparmaq. Yarın fikri, xəyalı; Məni gecə dəng edər. Sarı Aşıq; dəng olmaq (bəzən “qulaq” sözü ilə) – səsdənküydən və s.-dən qulaqları batmaq, başı yorulmaq, təngə gəlmək, üzülmək. Səs-küydən, qışqırıqdan dəng olduq. – Bilməm nə görübdür bizim oğlan oxumaqdan; Dəng oldu qulağım. M.Ə.Sabir.

    Azərbaycan dilinin izahlı lüğəti / dəng

dəng sözünün etimologiyası

dəng sözünün rus dilinə tərcüməsi

  • 1 : в сочет. dəng olmaq изводиться, известись, лишаться, лишиться покоя от чьей-л. болтовни, шума, крика; dəng etmək (eləmək) kimi прожужжать, прогудеть кому уши, лишать, лишить покоя кого болтовнёй, шумом, криком; dəngəm(-ik, -dir, -dirlər) (я, мы, он, они) изведен(-ы), лишен(-ы) покоя (шумом, разговором и т.п.)

    Azərbaycanca-rusca lüğət / dəng

dəng sözünün inglis dilinə tərcüməsi

  • 1 s.: ~ olmaq to become* / to get* fatigued (of loud noise), to get* / to become* tired / fatigued (of nonsense talk); ~ etmək to tire / to fatigue smb. of idle / dull / nonsense talk

    Azərbaycanca-ingiliscə lüğət / dəng

dəng sözünün fransız dilinə tərcüməsi

dəng sözünün ləzgi dilinə tərcüməsi

  • 1 dəng eləmək (etmək) денг авун (кьил, япар), гзаф ва кӀевиз рахуналди, гьараюналди, ван кутуналди икрагь авун, кьил кьуьртӀуь авун; кьил-яб тухун; // жазанарун, нарагьат авун, зегьле тухун.

    Azərbaycanca-ləzgicə lüğəti / dəng
  • 2 сущ. 1. нугъ. тай, барабар; 2. рах. жизви са пай, сад; 3. куьгьн. чӀулав куьлуь пул; кепек-къуруш; 4. нугъ. са чкадай маса чкадиз тухун патал кутӀуннайай затӀ, тай, туп ва мс.; kağız dəngi кагъаздин туп.

    Azərbaycanca-ləzgicə lüğəti / dəng

dəng sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Pul. Rus dilində olan деньги bu sözdən yaranıb. Gəlib görsən cahıllıqda neylərdim, Həramilər avgahını boylardım. Bəzirgan soyardım, dənglər paylardım, Xas qumaşlar satdım, aldım bir zaman.                                                          (“Lətif şah”)

Azərbaycan dastanlarının leksikası

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) huşu getmiş, huşunu itirmiş; 2) başağrısı.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Cəlilabad) ağıl. – Baş qoşmo:na <qoşma ona>, dəngi əsgigdü

Azərbaycan dilinin dialektoloji lüğəti.

"dəng" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəng nədir? #dəng sözünün mənası #dəng nə deməkdir? #dəng sözünün izahı #dəng sözünün yazılışı #dəng necə yazılır? #dəng sözünün düzgün yazılışı #dəng leksik mənası #dəng sözünün sinonimi #dəng sözünün yaxın mənalı sözlər #dəng sözünün əks mənası #dəng sözünün etimologiyası #dəng sözünün orfoqrafiyası #dəng rusca #dəng inglisça #dəng fransızca #dəng sözünün istifadəsi #sözlük