Ding sözü azərbaycan dilində

Ding

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Ding • 55.5556%
  • ding • 44.4444%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ding
Ding — çəltiyi qılafdan təmizləmək üçün nisbətən geniş yayılmış döyüm alətlərdən biri. Azərbaycanda tarixən dingin ayaq və əl dingi olmaqla iki əsas növü yayılmışdır. Ding yerli ustalar tərəfindən palıd, qoz, şabalıd və möhkəm oduncaqlı ağac növlərindən hazırlanırdı. Ayaq dinginin qabaq hissəsində girdə çala, arxa hissəsində bir cüt qol olurdu. Ding ağacı ox vasitəsilə həmin qolların arasına salınır və təpmə yolu ilə qaldırılıb-endirilirdi. Dibəyin dişli dimdiyi çalaya doldurulmuş çəltiyə dəydikcə onu qılafdan ayırıb təmizləyirdi. Çəltiyi vaxtı ilə su dingi vasitəsilə də döyüb təmizləmişlər. Bu tip dinglər Azərbaycanın bütün çəltikçilik bölgələrində geniş yayılmışdı. Quruluşuna və istehsal gücünə görə su dingi ayaq dingindən fərqlənirdi. Su dingi nov, pər (su çarxı), şapalaqlı ox, ding qolu, döyəc və 5-6 ədəd girdə çaladan ibarət düzəldilirdi.
Canis dingoides
Dinqo (lat. Canis lupus dingo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinin adi canavar növünə aid heyvan yarımnövü.
Canis lupus dingo
Dinqo (lat. Canis lupus dingo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinin adi canavar növünə aid heyvan yarımnövü.
Dingir
Dingir, Diĝir (şumercə: 𒀭; deyilişi [ tiŋiɾ ]) — mixi yazılı qaynaqlarda "Tanrı" anlayışını ifadə edir. "Tinqir" sözü "İlah" və ya "İlahə" olaraq tərcümə edilə bilər. Şumer mixi yazılarında 𒀭 işarəsi adətən ilahiliyi, bəzən də müqəddəsliyi müəyyənləşdirmək üçün dini adların qarşısında istifadə edilir (məs.: 𒀭𒈹 = dingirİnanna; "İnanna tanrı"). İşarə əvvələr şumercə "göy", "ulu", "ən" (yüksək, uc, son) məna yükünü daşıyan an sözünün ideoqramı kimi istifadə olunub; sonralar isə işarə həm də dingir (tanrı) sözünün loqoqramına çevrilib və şumer panteonunun ən ulu tanrısı, bütün digər ilahların əcdadı hesab edilən An tanrının adını daşıyır; bundan əlavə, sözlərdə /an/ hecasını ifadə edən fonoqram kimi tətbiq edilir. Assuriya mixi yazılarında bu (AN, DİGİR, ) həmçinin El (və ya ilu) İlahının ideoqramı və yaxud da an və il sözlərinin hecalı şəkildə yazılışı kimi oxunur. Şumer ilahiyyat anlayışı göylərlə sıx bağlıdır, faktlardan bu aşkar olunur ki, "göy" ideoqramının işarəsini iki dəfə yazdıqda ulduzun gerçək şəkli formalaşır. İlahiyyatın gerçək bağlılığı səmadakı parlaq hierofaniya ( yunan dilində "müqəddəs işığı gətirmək" anlamına gəlir) ilə bağlıdır. Bu da mümkündür ki, Şumercə olan Dingir sözü tədricən dəyişilib, Türk dilində olan Tenqri (səma, Göy Tanrısı) sözünə çevrilmişdir. Güman ki, türk panteonunun baş ilahı (T2NQR2İ /teŋri/ = göy; Tanrı) şumer panteonundakı Dingir ilə bağlıdır. Assuriya mixi yazılarında bu (AN, DİGİR, ) həmçinin il (yaxud ilu) ilahının ideoqramı və yaxud da an və il sözlərinin hecalı şəkildə yazılışı kimi oxunur.
Dingə (Qəzvin)
Dinək (fars. دينك‎‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 39 nəfər yaşayır (11 ailə).
Paraamblyseius dinghuensis
Paraamblyseius dinghuensis (lat. Paraamblyseius dinghuensis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraamblyseius cinsinə aid heyvan növü.

ding sözünün leksik mənası və izahı

  • 1 is. Çəltiyi döyüb dənlərini qabığından çıxarmaq üçün qurğu. Su dingi. Ayaq dingi. Ding döymək. Dingi işlətmək. Əl dingi (həvəngdəstə). – Şöhrətim var, işləyir dingim, dəyirmanım mənim. Ə.Nəzmi.

    Azərbaycan dilinin izahlı lüğəti / ding

ding sözünün rus dilinə tərcüməsi

ding sözünün inglis dilinə tərcüməsi

ding sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. динг (прунз гатадай); ayaq dingi кӀвачин динг; ding döymək динг гатун; əl dinqi гъилин динг, такӀв.

    Azərbaycanca-ləzgicə lüğəti / ding

ding sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Cəbrayıl, Lənkəran, Mingəçevir, Oğuz, Şəki, Zaqatala) çəltik döyən qurğu. – Dingin dişləri tökülüb deyin çəltik döyəmmir (Cəbrayıl); – Su dingi olur, ayax dingi olur (Oğuz); – Düyümüz qurtalıtdı, çəltiy aparasiyux dingə (Şəki); – Bu, su dingində dögülüb, alahı şeydü (Lənkəran)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"ding" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ding nədir? #ding sözünün mənası #ding nə deməkdir? #ding sözünün izahı #ding sözünün yazılışı #ding necə yazılır? #ding sözünün düzgün yazılışı #ding leksik mənası #ding sözünün sinonimi #ding sözünün yaxın mənalı sözlər #ding sözünün əks mənası #ding sözünün etimologiyası #ding sözünün orfoqrafiyası #ding rusca #ding inglisça #ding fransızca #ding sözünün istifadəsi #sözlük