dingə sözü azərbaycan dilində

dingə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dingə • 86.6667%
  • Dingə • 13.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dingə (Qəzvin)
Dinək (fars. دينك‎‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 39 nəfər yaşayır (11 ailə).

dingə sözünün leksik mənası və izahı

dingə sözünün rus dilinə tərcüməsi

dingə sözünün inglis dilinə tərcüməsi

dingə sözünün ləzgi dilinə tərcüməsi

dingə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Cəbrayıl, Cənubi Azərbaycan, Şamaxı) 1. hündür yer, təpə (Cəbrayıl, Cənubi Azərbaycan). – Dingədə çoban qoyun otarırdı (Cəbrayıl); – Öyin qabağı dingədi (Cənubi Azərbaycan) 2. camaatın söhbət üçün toplaşdığı yer (Şamaxı). – Dingədə gör kimlər var? II (Çənbərək, Gəncə, Qazax, Şəmkir) 1. kiçik qoz ağacı (Gəncə, Qazax). – Qalxozun zəmisinin qırağındakı kollıxda bir dingə var (Gəncə) 2. kötük, kəsilmiş ağacın kötüyü (Çənbərək, Şəmkir). – Meşəbəyi dingələrin hamısına möhür vuruf (Şəmkir); – Aşağıkı butağı dingədən kəs, quruyuf (Çənbərək) III (Borçalı, Gəncə, Hamamlı, Kürdəmir, Qazax, Ordubad, Saatlı, Şamaxı) 1. başa bağlanan bəzək geyimi (Gəncə, Qazax, Ordubad, Şamaxı). – Başımın dingəsi açılıb (Şamaxı); – Bu gəlinin dingəsi də var (Ordubad) 2. çələng (Borçalı, Hamamlı, Kürdəmir, Qazax). – Dingə də:rmi saxnax kimi olur (Hamamlı); – Dingəni qadınlar başdarına yumru qo:rdular, sancax taxırdılar belə (Qazax); – Dingiyi qojalar qoymaz, cəhəllər qoyar (Borçalı)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"dingə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dingə nədir? #dingə sözünün mənası #dingə nə deməkdir? #dingə sözünün izahı #dingə sözünün yazılışı #dingə necə yazılır? #dingə sözünün düzgün yazılışı #dingə leksik mənası #dingə sözünün sinonimi #dingə sözünün yaxın mənalı sözlər #dingə sözünün əks mənası #dingə sözünün etimologiyası #dingə sözünün orfoqrafiyası #dingə rusca #dingə inglisça #dingə fransızca #dingə sözünün istifadəsi #sözlük