* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Fikrin, yaxud görmə və eşitmə qüvvəsinin bir obyektə tərəf yönəlməsi və onun ətrafında cəmlənməsi. Diqqətə layiq olmaq. – Molla kitabı oxuyurdu və kəndlilər diqqət ilə qulaq asırdılar. C.Məmmədquluzadə. □ Diqqət etmək (eləmək) – bax diqqət vermək. Hər kəs istəyir ki, mənim yalanımı tutsun, təvəqqe edirəm, bu yazdığıma yaxşı diqqət eləsin. C.Məmmədquluzadə. İclas başlandıqda Ceyran diqqət edib görür ki, Eldar yoxdur. S.Hüseyn. Diqqət kəsilmək – tam diqqət etmək, diqqətlə baxmaq. O bütün varlığı ilə diqqət kəsilərək qabağa baxırdı. M.İbrahimov. Gülsənəm arvad diqqət kəsilib öz-özündən soruşdu… M.Hüseyn. Diqqət mərkəzi – diqqətin toplandığı nöqtə, hamının diqqətini cəlb edən, ən mühüm sayılan şey. Şahnaz diqqət mərkəzində dayandığını hiss etdikcə, özünə daha çox sığal verirdi. İ.Şıxlı. Diqqət nəzər – bax diqqət 1-ci mənada. Danışıqda bu həyulaların diqqət nəzərini yeni bir hadisə cəlb etdi. M.S.Ordubadi. Diqqət oyandırmaq, diqqəti cəlb etmək (çəkmək) – maraqlandırmaq, diqqəti özündə toplamaq. Kəndin diqqəti cəlb edəcək cəhətlərindən birisi də bütün binaların ikimərtəbəli olması və bir quruluşda tikilməsi idi. M.S.Ordubadi. Hacı Rəsul adamların diqqətini çəkə bildiyinə sevindi. Mir Cəlal. Diqqət vermək – fikrini bir şeyə yönəltmək, bir şey üzərində cəmləşdirmək, bir şeyə diqqətlə baxmaq, fikir vermək. Diqqət yetirmək – diqqət vermək. [Süleyman] birdən Gülçöhrəni görüb diqqət yetirir. Ü.Hacıbəyov. Mən bu laqeyd insana diqqət verib baxırdım. M.S.Ordubadi. Qonum-qonşu Rübabə ilə Fatmanın danışığına diqqət yetirirdilər. Mir Cəlal. Diqqətini cəlb etmək – 1) göstərmək, baxmaq, diqqət yetirmək, görməyə məcbur etmək; 2) maraqlandırmaq, diqqət yetirməsinə səbəb olmaq. Bu hadisə mənim diqqətimi cəlb etdi. // Əmr, xahiş mənasında (bir şeyə diqqəti cəlb etmək istədikdə deyilir). Diqqət! İşə başlayırıq. – [Münəccim:] Südabəni gördün sən; Səyavuşu öpərkən? Gözdən qaçırma, diqqət! H.Cavid. 2. Qayğı, meyil, iltifat; əhəmiyyət vermə. İnsanların bir-birinə diqqəti. O, qonaqlara böyük diqqət və hörmət yetirdi.
Azərbaycan dilinin izahlı lüğəti / diqqət3 \ – insanın idraki və praktiki fəaliyyətinin müəyyən bir obyekt və yaxud hərəkət üzərinə yönəldilməsini və cəmləşdirilməsini təmin edən psixi vəziyyəti.
Fəlsəfə terminlərinin izahlı lüğəti / diqqət2 сущ. внимание: 1. сосредоточенность мысли, зрения, слуха на каком-л. объекте. Diqqətini cəlb etmək kimin привлекать, привлечь внимание чьё, diqqət vermək kimə, nəyə обращать, обратить внимание на кого, на что, diqqətini yayındırmaq kimin отвлекать, отвлечь внимание чьё, diqqətini cəmləmək kimdə, nəyə сосредоточить внимание на ком, на чём, diqqət yetirmək kimə, nəyə уделять, уделить внимание кому, чему, diqqətini zəiflətmək ослабить (своё) внимание, diqqətə layiq olmaq быть достойным внимания, заслуживать внимания, lazımi diqqət должное внимание 2. забота, чуткое отношение к кому-л., чему-л. Qarşılıqlı diqqət взаимное внимание, daimi diqqət постоянное внимание, gündəlik diqqət повседневное внимание, müstəsna diqqət исключительное внимание, diqqətin ifadəsi выражение внимания, diqqətin təzahürü проявление внимания, diqqətə görə təşəkkür благодарность за внимание, diqqət tələb etmək требовать внимания 3. пед., псих. нервно-психологический процесс, сосредотачивающий умственную деятельность человека в каком-л. направлении. Diqqət mərkəzi центр внимания, diqqət fokusu фокус внимания, diqqətin keçirilməsi переключение внимания, diqqətin davamlılığı устойчивость внимания, diqqətin yayınması отвлечение внимания, diqqətin mərkəzləşməsi концентрирование внимания; diqqət! diqqət! внимание! внимание!
Azərbaycanca-rusca lüğət / diqqət1 i. attention, heed; notice; note; ~ vermək to pay* attention (to), to take* notice (of); to take* heed (of), to give* / to pay* heed (to); bir kəsin ~ini bir şeyə cəlb etmək to call / to draw* / to direct smb.’s attention to smth.; bir kəsin ~ini cəlb etmək to attract / to arrest / to draw* smb.’s attention; ~ mərkəzində olmaq to be* the focus of attention (of); ciddi ~ vermək to give* much attention; Diqqət! Attention!
Azərbaycanca-ingiliscə lüğət / diqqət1 is. attention f ; ~ vermək faire attention à. . . ; accorder une attention à qch ; ~! Attention!
Azərbaycanca-fransızca lüğət / diqqət1 [ər.] 1. дикъет; фикир; diqqət etmək (eləmək) дикъет авун (кил. diqqət vermək); diqqət vermək дикъет гун, са затӀуниз дикъетдалди килигун, фикир гун; 2. къайгъу, майил; къимет гун; 3. diqqətlə нареч. дикъетдалди, дикъет гана, фикир гана; // дикъетлудаказ, дуьздаказ, лазим тир къайдада.
Azərbaycanca-ləzgicə lüğəti / diqqət