riqqət sözü azərbaycan dilində

riqqət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • riqqət • 83.3333%
  • Riqqət • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

riqqət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Ürək yumşaqlığı, ürək incəliyi, şəfqət. İlk dəfə idi ki, Sadıq kişi oğlunun, əziz-xələf oğlunun səsindəki həzin riqqəti görüb duyur, ürəyinin başı ağrıyırdı. Mir Cəlal. // Təsirlənmə, mütəəssir olma, acıma; təəssür. …Tələbələrin səhnədə göstərdikləri müvəffəqiyyəti gördükcə riqqət və sevincindən gözləri yaşlar içində qalırdı. A.Şaiq. Toplaşanlardan çoxunun gözü həyəcan və riqqətdən yaşarmışdı. R.Rza. □ Riqqətə gəlmək – bax riqqətlənmək. Anasının mehribanlığından riqqətə gəlmiş və ürəyi açılmış Qaraş gülümsədi. M.İbrahimov. Bu söhbətdən sonra Ulduz riqqətə gəlmiş, artıq anasının könlünü sındırmayaraq o tibb institutuna daxil olmuşdu. Ə.Məmmədxanlı. Riqqətə gətirmək – bax riqqətləndirmək. Axund Fərəc, vəhşi adlandırdığı bu … xalqı ağladacaq, riqqətə gətirəcək və sonra bütün acığını çıxacağını zənn edirdi. Qantəmir.

    Azərbaycan dilinin izahlı lüğəti / riqqət
  • 2 ə. 1) naziklik, incəlik; 2) təəssüf, heyifsilənmə; 3) m. yazığı gəlmə, rəhmi gəlmə. Riqqəti-qəlb qəlb incikliyi, qəlbə toxunma.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / riqqət

riqqət sözünün rus dilinə tərcüməsi

  • 1 сострадание, сочувствие, жалость, умиление

    Azərbaycanca-rusca lüğət / riqqət
  • 2 сущ. 1. сострадание (сочувствие, жалость, вызываемые страданием, несчастьем другого человека) 2. умиление (чувство нежности, возбуждаемое чем-л. трогательным); riqqətə gəlmək сострадать (испытывать сочувствие, жалость к страдающему человеку); приходить, прийти в умиление; ürəyim (qəlbim) riqqətə gəlir душа (сердце) наполняется жалостью, сочувствием к кому-л., riqqətə gətirmək kimi вызывать сострадание, чувство жалости в ком; приводить, привести в умиление кого

    Azərbaycanca-rusca lüğət / riqqət

riqqət sözünün inglis dilinə tərcüməsi

riqqət sözünün fransız dilinə tərcüməsi

riqqət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. рикӀин хъуьтуьлвал, рикӀин хцӀувал, мергьямет; рикӀ къурвах хьун, рикӀ ккун, язух атун; riqqətə gəlmək кил. riqqətlənmək; riqqətə gətirmək сущ. riqqətləndirmək.

    Azərbaycanca-ləzgicə lüğəti / riqqət

"riqqət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#riqqət nədir? #riqqət sözünün mənası #riqqət nə deməkdir? #riqqət sözünün izahı #riqqət sözünün yazılışı #riqqət necə yazılır? #riqqət sözünün düzgün yazılışı #riqqət leksik mənası #riqqət sözünün sinonimi #riqqət sözünün yaxın mənalı sözlər #riqqət sözünün əks mənası #riqqət sözünün etimologiyası #riqqət sözünün orfoqrafiyası #riqqət rusca #riqqət inglisça #riqqət fransızca #riqqət sözünün istifadəsi #sözlük