ricət sözü azərbaycan dilində

ricət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ricət • 94.7368%
  • Ricət • 5.2632%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ricət
Ricət — lirik-epik əsərdə müəllifin təsvir olunan şəxsə və hadisəyə münasibətini ifadə edən parçadır. Sözün mənası "haşiyə çıxmaq" dır. Ona görə də ricətə haşiyə də deyilir. Ricətdə müəllif haqqında danışdığı hadisələri öz dövrü ilə əlaqələndirir, öz düşüncələrini əks etdirir. Poemalarda və ya mənzum romanlarda lirik ricətdən daha çox istifadə olunur. Ricət əsərə lirrik ruh, emisonallıq gətirir. Nizami "Xosrov və Şirin" əsərində Hörmüzün ölümünü qələmə aldığı yerdə zəmanənin insanlara etdiyi zülmdən, ədalətsizlikdən danışır.

ricət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Geriyə dönmə, qayıtma, gəldiyi yerə tərəf hərəkət; əvvəlki yerə qayıtma; geri çəkilmə. …Siyasi mübarizədə yeni qüvvələr toplamaq üçün müvəqqəti ricət ən ağıllı bir üsuldur. M.S.Ordubadi. [Qoca:] Assuriya, Midiya, Elam və iskitləri titrədən ordu parslar tərəfindən ricətə sövq edildi. Çəmənzəminli. □ Ricət etmək – geriyə dönmək, qayıtmaq; geri çəkilmək. Fədailər diliranə ricət etdi dübarə; Şahpərəstlər şikəs tapıb, üz qoydular fərarə. A.Səhhət. 2. Dini etiqadlara görə qiyamət günü dirilib təzədən məhşərə qayıtma. Hər kəs ölənlərin ricətini, yəni dirilib bu dünyaya gəlməyini xahiş edir. C.Məmmədquluzadə. 3. məc. Haşiyə çıxma, mətləbdən kənar çıxma. Əsərdə ritorik təsvirlər, ricətlər və uzunçuluq yoxdur. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / ricət
  • 2 RİC’ƏT ə. 1) geriyə dönmə, qayıtma; 2) boşadığı arvadı yenidən alma; 3) ölülərin qiyamət günü dirilib məhşərə qayıtması; 4) üz çevirmə, müraciət etmə; 5) ədəbiyyatda: haşiyə çıxma.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ricət

ricət sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. устар. 1. возврат, возвращение 2. лит. отступление. Lirik ricət лирическое отступление 3. религ. воскресение после смерти

    Azərbaycanca-rusca lüğət / ricət

ricət sözünün inglis dilinə tərcüməsi

ricət sözünün fransız dilinə tərcüməsi

ricət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. кьулухъ элкъуьн, кьулухъ хъфин, атай чкадихъ гьерекат хъувун, хтун; эвел авай (хьайи) чкадиз хъфин (хтун); кьулухъ хьун; ricət etmək кил. ricət 1); 2. дин. къияматдин юкъуз кьейибурал ччан хтана цӀийи кьилелай мяшердал хтун; 3. пер. метлебдилай къерехдиз экъечӀун, асул месэла туна, маса затӀарикай рахун ва я кхьин.

    Azərbaycanca-ləzgicə lüğəti / ricət

"ricət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ricət nədir? #ricət sözünün mənası #ricət nə deməkdir? #ricət sözünün izahı #ricət sözünün yazılışı #ricət necə yazılır? #ricət sözünün düzgün yazılışı #ricət leksik mənası #ricət sözünün sinonimi #ricət sözünün yaxın mənalı sözlər #ricət sözünün əks mənası #ricət sözünün etimologiyası #ricət sözünün orfoqrafiyası #ricət rusca #ricət inglisça #ricət fransızca #ricət sözünün istifadəsi #sözlük