* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Yaxşı, xeyirxah, xoş münasibət. □ Hüsn-rəğbət bəsləmək – xoş, xeyirxah, yaxşı münasibət göstərmək. Hüsaməddin Qətibənin … Atabəy Məhəmməddən intiqam almaq fikirlərinə hüsn-rəğbət bəsləyirdi. M.S.Ordubadi. Hüsn-rəğbətini qazanmaq – hər hansı bir münasibətlə birində özünə qarşı xoş, xeyirxah, yaxşı münasibət, sevgi hissi oyatmaq. [Rəşid:] Qurbanqulu hünəri və məhəbbəti sayəsində cümlə kəndin hüsn-rəğbətini qazanmışdı. T.Ş.Simurq. Zabit qəhrəmananə bir vəziyyətlə Nəsir bəyin evindən çıxdı. Nəsir bəyin hüsn-rəğbətini qazanmaq böyük səadətdi! Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / hüsn-rəğbət1 HÜSN-RƏĞBƏT [Əbülhəsən bəy:] O, inqilaba qarşı ona görə hüsn-rəğbət bəsləyirdi ki, inqilabın Rusiya və İngiltərə əleyhinə işlədiyini görürdü (M.S.Ordubadi); HÜSN-TƏVƏCCÖH Əbülhəsən bəy: Lakin qum hüsn-təvəccöh bəsləmək inqilabçılıqdan çox uzaqdır (M.S.Ordubadi); İLTİFAT Qarı Aqilin ürək tərpədən iltifatına qarşı indi heyran-heyran baxır (S.Rəhimov); ÜLFƏT Həkimlə xəstə arasında qəribə ülfət yaranmışdı (B.Bayramov); XOŞ MÜNASİBƏT.
Azərbaycan dilinin sinonimlər lüğəti / hüsn-rəğbət1 сущ. благорасположение, сочувствие, симпатия, доброжелательное, благожелательное отношение. Dərin hüsn-rəğbət глубокая симпатия, səmimi hüsn-rəğbət искренняя симпатия ◊ hüsn-rəğbət bəsləmək kimə, nəyə относиться с симпатией, доброжелательно к кому, к чему, симпатизировать кому, чему; чувствовать, испытывать симпатию к кому, hüsnrəğbətini qazanmaq заслужить чье-л. расположение, хорошее отношение
Azərbaycanca-rusca lüğət / hüsn-rəğbət1 [ər.] сущ. хъсан, хуш рафтар; хушдиз кьабулун; hüsn-rəğbət bəsləmək хъсандиз, хушдиз кьабулун, гьуьрмет авун; hüsn-rəğbətini qazanmaq хъсан амалралди вич (жув) кӀанарун, гьуьрмет къазанмишун.
Azərbaycanca-ləzgicə lüğəti / hüsn-rəğbət