Hüsnü sözü azərbaycan dilində

Hüsnü

Yazılış

  • Hüsnü • 97.3874%
  • hüsnü • 2.3902%
  • HÜSNÜ • 0.1112%
  • HÜsnü • 0.1112%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hüsnü Mübarək
Məhəmməd Hüsnü Mübarək (ərəb. محمد حسنى سيد مبارك‎) (4 may 1928[…], Kəfrul-Museyliha[d], əl-Minufiyyə mühafəzəsi[d], Misir krallığı[d] – 25 fevral 2020[…], Qahirə) — Misirin 4-cü prezidenti. == Həyatı == Hüsnü Mübarək 1928-ci il mayın 4-də Misirin Minufiya vilayətinin Şibin əl-Qum rayonunun Kəfrul-Museylihə kəndində anadan olub. İxtisasca hərbi təyyarəçidir. 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlib. 1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1972-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini təyin olunub. 1975-ci ildə vitse-prezident postuna keçən Hüsnü Mübarək 1981-ci ildə dövlət başçısı Ənvər Sədat öldürüləndən sonra prezident kürsüsünü götürüb. 1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxlayıb. 2005-ci ildə ümumxalq səsverməsində yenidən prezident seçilib. Məhəmməd Hüsnü Səid Mübarək 1928-ci il mayın 4-də Nil deltasında yerləşən Manufiyə qubernatorluğunun Kəfr-əl-Musilxa kəndində anadan olub.
Hüsnü Qubadov
Hüsnü Baba oğlu Qubadov (4 yanvar 1922, Disər, Naxçıvan MSSR – 13 avqust 1991, Bakı) — opera müğənnisi. == Həyatı == Hüsnü Baba oğlu Qubadov 1922-ci il yanvar ayının 4-də Ordubad rayonunun Disər kəndində anadan olmuşdur. 1938-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, təhsil illərində İbrahim Həmzəyevin yaratdığı dram dərnəyində iştirak etmiş, Səməd Vurğunun "Vaqif" dramında xanəndə rolunu oynamışdır. O vaxtdan uşaqlıqdan həvəs göstərdiyi müğənnilik sənətinə bağlanmış, özfəaliyyət olimpiadalarında uğur qazanmış, 1958-ci ildə isə Respublika Özfəaliyyət Müsabiqəsinin laureatı olmuşdur. Həmin il M.F.Axundov adına Opera və Balet Teatrına dəvət edilmiş, onun səhnəsində yaddaqalan obrazlar yaratmışdır. Təbii ifa tərzi ilə seçilən müğənni İbn Səlam, Məcnunun atası, Kərəm ("Leyli və Məcnun", Üzeyir Hacıbəyli), "Əsli və Kərəm", Çapqınçı, Rəmmal ("Şah İsmayıl", Müslüm Maqomayev) və s. rolları ifa etmişdir. Teatrın tərkibində Tiflisdə (indiki Tbilisi), Gəncə, Naxçıvan, Şəki və respublikanın digər şəhər və rayonlarında qastrol səfərlərində olmuşdur. Onun ifasında "Şuşa yaylağı", "Üçtelli durna", "Bəhbəh", "Dilin can incidəndir" və digər mahnılar, habelə Ü.Hacıbəylinin "Leyli və Məcnun" operası (YUNESKOnun xətti ilə) qrammofon valına yazılmışdır. Müğənni 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Hüsnü Əjdərov
Hüsnü Xəlil oğlu Əjdərov (12 fevral 1941, Kirovabad) — fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == 12 fevral 1941-ci ildə Gəncə şəhərində doğulub. == Əsas elmi nəticələri == Germanium-silisium kristallarında dərin və dayaz aşqar atomlarının əsas enerji hallarının spektri təyin edilib. Geniş temperatur intervalında Ge-Si sistemində sərbəst elektrik yük daşıyıcılarının səpilmə mexanizmləri və qanunauyğunluqları öyrənilib. Aşqar atomlarını əhatə edən nanohəcmlərin tərkibinin qeyri identivliyi ilə əlaqəli bərk məhlul kristallarında yaranan elektron xassələrinin xüsusiyyətləri aşkar edilib və araşdırılıb. Böyük Britaniyada aparılan tədqiqatlar əsasında göstərilib ki, almazabənzər A3B5 kristallarında ultrakvant rejimdə, elektronların aşqar ionlarından səpilməsi üstünlük təşkil edəndə, matrisada böyük neqativ uzununa maqnit müqaviməti müşaidə edilir. Yarımkeçirici bərk məhlul sistemlərinin verilmiş tərkibdə alınması, onların müxtəlif aşqar elementlərlə leqirə edilmə texnologiyaları və bu məsələlərin fiziki-riyazi əsasları geniş inkişaf etdirilib. Ərintidən bircinsli və dəyişən tərkibli yarımkeçirici bərk məhlul monokristallarının alınması və aşqarlanması üçün bir sıra innovativ üsulların kosepsiyaları və nəzəri əsasları verilib. == Əsas elmi əsərləri == Negative magnetoresistance in Indium Arsenide in the extreme quantum limit — Phys. Stat.
Hüsnü təxəllüs
Hüsni təxəllüs — divan ədəbiyyatına aid termin, şairin öz təxəllüsünü həm təxəllüs kimi, həm də həmin sözün əsas mənasında eyni vaxtda işlətdiyi vəziyyətə hüsni təxəllüs deyilir == Haqqında == Divan ədəbiyyatında ümumiyyətlə şairlərin təxəllüsü var. Şairlər bəzən bu təxəllüsləri öz əsərlərində söz kimi işlədirlər. Şair gah təxəllüs, gah da ad kimi istifadə edir. Hüsni təxəllüsün ən məşhur nümunələrindən biri məşhur türk divan şairi Bakinin aşağıdakı misrasıdır: Baki qalan bu qübbədə bir xoş səda imiş. Bu qübbədə əbədi qalan bir xoş səs imiş. Bu misrada "Baki" sözü həm şairin təxəllüsü, həm də "əbədi, əzəli" mənasında vurğulanır. == Həmçinin bax == Təxəllüs Nəzəriyyə Ədəbiyyat Poetika == Mənbə == "Ədəbiyyatşünaslığın əsasları", Elmi redaktor P. Xəlilov, Redaktor İ. Həmidov, Bakı 1978 Kamil Vəliyev. Dastan poetikası. Bakı 1984 Kamil Vəliyev Nərimanoğlu. Azərbaycan eposunun poetik sintaksisi (monoqrafiya).
Fazil Hüsnü Dağlarca
Fazil Hüsnü Dağlarca (türk. Fazıl Hüsnü Dağlarca; 26 avqust 1914, Konstantinopol – 15 oktyabr 2008, İstanbul) – Türk şairi == Həyatı == 1914-cü ildə İstanbulda anadan olub. Atası – Hasan Hüsnü bəy hərbçi, polkovnik-leytenant olduğundan tez-tez yer dəyişirdi. Ona görə Fazil Hüsnü də orta təhsilini Türkiyənin müxtəlif şəhərlərində – Konyada, Kayseridə,Adanada və Kozanda alıb. 1935-ci ildə hərbi məktəbi bitirərək atasının yoluyla gedir, zabit kimi Şərqi və Orta Anadolunu, Trakyanın bir sıra bölgələrini dolaşır. 15 il orduda qulluq edəndən sonra yüzbaşı rütbəsində istefaya çıxır. 1960-cı ildən İstanbulun Aksaray səmtində kitab evi açır, "Türkcə" adlı jurnal buraxır. O vaxtlar yeni yazdığı şeirləri kitab mağazasının vitrininə yapışdırar, oxucular Dağlarcanın şeirini elə ilk əldən – əlyazısında oxuyardı. Bu şeirlər sonra yığılıb kitab olardı. F. H. Dağlarca qədər məhsuldar ikinci bir şair tapmaq bəlkə də çətindir.
Hüseyn Hüsnü Paşa
Hüseyn Hüsnü Paşa (türk. Hüseyin Hüsnü Paşa) (d. 1856, Artvin - ö. 1926) — Osmanlı ordusunun əsgəri və dövlət xadimi. 31 Mart hadisəsi zamanı Hərəkat ordusunda mühüm rol oynadı. Qısa müddətə Müdafiə Naziri vəzifəsinə təyin edildi. == Həyatı == Hüseyn Hüsnü Paşa 1850-ci ildə Artvində dünyaya gəlmişdir. Hərbi məktəbi və Hərbi Akademiyanı bitirmişdir. 1877-1878-ci illər Osmanlı-Rusiya müharibəsində iştirak etmişdir. Mehmet Əli Paşanın qızı ilə ailə həyatı qurmuşdur.
Hüsnü Əmir Ərkilət
Hüsnü Əmir Ərkilət — Türkiyə və Almaniya ordusunun azərbaycanlı generalı == Həyatı == Hüsnü Əmir Ərkilət 1883-ci ildə Kayserinin Ərkilət nahiyəsindən doğulmuşdu. Atası Osmanlı ordusunun zabiti olan Xəlil bəy idi. Xəlil bəy peşəkar zabit və yüksək təhsilə malik bir insan idi. Xəlil bəyin həyat yoldaşı Şəfiqə xanım əslən azərbaycanlı idi. Şəfiqə xanım Şuşada doğulmuş, 1880-ci ildə ailəsi ilə birlikdə Kayseriyə köçmüşdü. Elə bu şəhərdə kökəncə azərbaycanlı olan Xəlil bəylə ailə qurmuşdu. Bu ailənin ilk övladı olan Hüsnü bəy istedadlı bir insan idi. O həyatını atasının təkidilə hərb sənətinə bağlayır. Dayısı Rəfi bəyi onu hərbi məktəbə qoyur. 10 illik hərbi sahədə təhsil alan Hüsnü bəy kapitan kimi xidmətə başlayır.
Həsən Hüsnü Saka
Həsən Hüsnü Saka (1885, Trabzon – 29 iyul 1960 və ya 30 iyul 1960, İstanbul) — Sabiq millət vəkili, baş nazir. İlk və orta təhsilini Trabzon İbtidai Məktəbi və Rüştiyesinə tamamladıqdan sonra İstanbul Mercan İdadisinə məzun oldu. Mülküyə Məktəbini 1908-ci ildə bitirdi. Divan-ı Muhasebatta dövlət xidmətinə girdi. 1909-cu ildə təhsil üçün Fransaya göndərildi. 1912-ci ilin noyabrında Paris Siyasi Biliklər Məktəbi diplomatiya şöbəsinə məzun olaraq yurda döndü, köhnə vəzifəsində işə başladı. 1915-ci ilin aprel ayında Maliyyə nəzarəti varidat Ümumi Müdirliyi dividendlər vergisi Apelyasiya Komissiyası 1. Mümeyyizliğine təyin edildi. 1916-cı ilin oktyabrında Eskişehir Region İqtisad direktoru oldu. 4 sentyabr 1918-ci ildə Mülküyə Məktəbi İqtisad müəllimi boynuna götürdü.
Məhəmməd Hüsnü Mübarək
Məhəmməd Hüsnü Mübarək (ərəb. محمد حسنى سيد مبارك‎) (4 may 1928[…], Kəfrul-Museyliha[d], əl-Minufiyyə mühafəzəsi[d], Misir krallığı[d] – 25 fevral 2020[…], Qahirə) — Misirin 4-cü prezidenti. Hüsnü Mübarək 1928-ci il mayın 4-də Misirin Minufiya vilayətinin Şibin əl-Qum rayonunun Kəfrul-Museylihə kəndində anadan olub. İxtisasca hərbi təyyarəçidir. 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlib. 1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1972-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini təyin olunub. 1975-ci ildə vitse-prezident postuna keçən Hüsnü Mübarək 1981-ci ildə dövlət başçısı Ənvər Sədat öldürüləndən sonra prezident kürsüsünü götürüb. 1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxlayıb. 2005-ci ildə ümumxalq səsverməsində yenidən prezident seçilib. Məhəmməd Hüsnü Səid Mübarək 1928-ci il mayın 4-də Nil deltasında yerləşən Manufiyə qubernatorluğunun Kəfr-əl-Musilxa kəndində anadan olub.
Süleyman Hüsnü Paşa
Süleyman Hüsnü Paşa (1838, Konstantinopol – 11 avqust 1892, Bağdad) — Osmanlı müğənnisi və yazıçı. O, ilk elmi Türkcülərdən biridir. O hərbi məktəblərdə xarici dildən tərcümə edilən kitablarla tanış oldu və Tarixi-i Aləm (Dünya Tarixi) əsərini yazdı.
Hüsnü Mübarəkin Azərbaycandakı heykəli
Hüsnü Mübarəkin Azərbaycandakı heykəli — Abşeron rayonu Xırdalan şəhərinin "Misir" parkında Məhəmməd Hüsnü Mübarəkin şərəfinə ucaldılmış heykəl. Xırdalan Misirin Qalubiyyə şəhəri ilə 2008-ci ildə qardaşlaşmış şəhər elan edilib. Parkın yerləşdiyi küçə də Qalubiyyə adlanır. Misir hakimiyyəti də öz növbəsində Qalubiyyə şəhərində küçələrin birinə "Abşeron" adını verib. "Misir" parkında Hüsnü Mübarəkin heykəlinin yerləşdiyi qırmızı mərmər döşənmiş meydançanın ətrafı kəndirlə əhatələnib. Parkda Hüsnü Mübarəkdən başqa Misir fironu 3-cü Tutmosun da heykəli var. Ümumiyyətlə, Misir hakimiyyəti parkın salınmasında xəsislik etməyib. Parkda Misirdən gətirilmiş çox sayda heykəl qoyulub. 2007-ci ildə Xırdalan şəhərindəki Misir dostluq parkında Məhəmməd Hüsnü Mübarəkin heykəli qoyulmuşdur. 2011-ci il Misir iğtişaşları ilə əlaqədar 2011-ci il yanvarın 31-də Azərbaycan müxalifətinin təmsil olunduğu İctimai Palata bu heykəlin ləğvi üçün müraciət etmişdir.
Hüsnüşah Xatun
Hüsnüşah Xatun (1454, Qaramanoğulları bəyliyi – 1513, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. == Həyatı == Hüsnüşah Xatun 1454-cü ildə dünyaya gəldi. Atası İçəl sancaqbəyi Qaramanlı Nasuh bəy, Qaramanoğlu II İbrahim bəyin qızının nəvəsi idi. Pir Əhməd bəy və Əbdülkərim bəy adlı 2 qardaşının olduğu məlumdur. Qaramanoğulları ilə bağlanan süh sazişlərindən birinə əsasən, Fateh Sultan Mehmedin böyük oğlu və o əsnada Amasya sancaqbəyi olan Şahzadə Bəyazidlə evlənmişdir. Ancaq bəzi vəqf sənədlərində "Əbdülcəlil qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı iddia edilir. 1474-cü ildə Şahzadə Şahənşahı, 1475-ci ildə isə Sultanzadə Sultanı dünyaya gətirdi. Ancaq qızı uşaq yaşlarında vəfat etmişdir. 1480-ci ildə oğlu Şahzadə Şahənşah qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi.

hüsnü sözünün leksik mənası və izahı

"hüsnü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hüsnü nədir? #hüsnü sözünün mənası #hüsnü nə deməkdir? #hüsnü sözünün izahı #hüsnü sözünün yazılışı #hüsnü necə yazılır? #hüsnü sözünün düzgün yazılışı #hüsnü leksik mənası #hüsnü sözünün sinonimi #hüsnü sözünün yaxın mənalı sözlər #hüsnü sözünün əks mənası #hüsnü sözünün etimologiyası #hüsnü sözünün orfoqrafiyası #hüsnü rusca #hüsnü inglisça #hüsnü fransızca #hüsnü sözünün istifadəsi #sözlük