təkyə sözü azərbaycan dilində

təkyə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təkyə • 71.4286%
  • Təkyə • 19.6429%
  • TƏKYƏ • 8.9286%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Təkyə
Təkyə (Şabran)
Təkyə (Komican)
Təkyə (fars. تكيه‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 18 ailədə 27 nəfəri kişilər və 28 nəfəri qadınlar olmaqla cəmi 55 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Təkyə (bina)
Təkyə (تكيه) təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yerdir.
Təkyə (Şabran)
Təkyə — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Təkyə kəndi Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Çaraq kəndi olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == === Tanınmış şəxsləri === Vaqif Ucatay (Hüseynov Vaqif Hüseyn oğlu) — Azərbaycan rəssamı.
Dizac-i Təkyə (Urmiya)
Dizac-i Təkyə (fars. ديزج تكيه‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 737 nəfər yaşayır (204 ailə).
Təkyə-ye Süfla (Qürvə)
Təkyə-ye Süfla (fars. تكيه سفلي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 102 nəfər yaşayır (24 ailə). Əhalisini kürdlər təşkil edir.
Təkyə-ye Ülya (Qürvə)
Təkyə-ye Ülya (fars. تكيه عليا‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 138 nəfər yaşayır (29 ailə). Əhalisini kürdlər təşkil edir.
Süleymaniyyə təkyəsi
Süleymaniyyə təkyəsi (ərəb. التكيّة السليمانيّة‎ ət-təkiyyə s-süleymaniyyə; türk. Süleymaniye Külliyesi) — Dəməşqdə yerləşən təkyə. Təkyə təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yerdir. Süleymaniyyə təkyəsi məscid, imarət, Səlimiyyə mədrəsəsi adlı mədrəsə və qəbiristanlıqdan ibarətdir. Məscid və imarət Sultan Süleyman Qanuninin tərəfindən 1554–1559-cu illərdə Memar Sinanın layihəsi əsasında inşa etdirilmişdir. Səlimiyyə mədrəsəsi 1566-1567-ci illərdə (II Səlimin dövründə) inşa edilmişdir. Süleymaniyyə təkyəsi klassik Osmanlı memarlığının örnəklərindən biridir. Sultan VI Mehmed Süleymaniyyə təkyəsinin qəbiristanlığında dəfn olunmuşdur.
Səlimiyyə təkyəsi
Səlimiyyə təkyəsi (ərəb. التكيّة السليميّة‎ ət-təkiyyə s-səlimiyyə) — I Səlimin tərəfindən 1518-ci ildə Dəməşqdə inşa etdirilən təkyə. Təkyə təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yerdir. Səlimiyyə təkyəsi məscid və imarətdən ibarətdir. Məscid İbn Ərəbi türbəsinin yerində inşa edilmişdir. Səlimiyyə təkyəsi Süleymaniyyə təkyəsindən daha qədimdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2009 •••••••••••••••••• 0.16
2010 •••••••••••••••••••• 0.18
2016 •••••••••••••••••••• 0.17
2020 ••••••••••••••• 0.13

təkyə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. köhn. Söykənəcək, dayanacaq. □ Təkyə eləmək (etmək) – 1) söykənmək, dayanmaq. Rzaquluxan suyu içdikdən sonra balışa təkyə edib, yavaş-yavaş göz yaşı tökməyə başladı. M.S.Ordubadi; // söykəmək, dayamaq, dəstəkləmək. [Molla Həmid:] Başını yuxarı qovzuyub, gözünü çadırın səqfinə dikib, sağ əlinin baş barmağı ilə çənəsinə təkyə edib, … cavab verir. M.F.Axundzadə; 2) əsaslanmaq, istinad etmək. Rəsmi mənbədən bizə çatan bəzi məlumata təkyə etsək, görərik ki, keçən il təhsili qurtaran on səkkiz nəfər [azərbaycanlı] mamaların bir çoxu kəndlərə dağılıbdır. C.Məmmədquluzadə. 2. Məhəccər, söykənəcək, sürahi. Qərənfil bacı eyvanın təkyəsinə yaxınlaşaraq … səslədi. İ.Əfəndiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / təkyə
  • 2 is. [ər.] Təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yer. Dərvişlikdən xəbəri yox, gecə-gündüz təkyə axtarır. (Ata. sözü). Odur ki, hər bir toya, təziyəyə, təkyəyə adam çağırmaq lazım olsa, bunu da Hacı Tağıya tapşırırlar. Ə.Haqverdiyev. // Təziyə, yas, hüzr yeri. Bir gün, baharın son ayında Şərəbanı xanım qonşuya təkyə yerinə getmişdi. E.Sultanov. □ Təkyə saxlamaq – hüzr məclisi qurmaq, təziyədarlıq etmək. Məhərrəmlik münasibətilə bu karvansaranın həyətində təkyə saxlayıb təziyədarlıq edilərdi. S.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / təkyə

təkyə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 I TƏKYƏ Odur ki, hər bir toya, təziyəyə, təkyəyə adam çağırmaq lazım olsa, bunu da Hacı Tağıya tapşırırlar (Ə.Haqverdiyev); ZAVİYƏ [Əli:] ..zaviyələrə gedər, rahiblərin həyatını öyrənməyə çalışardı (Çəmənzəminli). II təkyə bax 1. söykənəcək; 2. məhəccər

    Azərbaycan dilinin sinonimlər lüğəti / təkyə

təkyə sözünün rus dilinə tərcüməsi

  • 1 1 сущ. устар. 1. опора, подставка 2. перила. Eyvanın təkyəsi перила балкона; təkyə etmək: 1) облокачиваться, облокотиться 2) подпирать, подпереть. Əlilə üzünü təkyə etmək подпереть рукой лицо 3) основываться на ч ём-л., ссылаться на что-л.; опираться на что-л. Məlumatlara təkyə etmək основываться на сведениях (ссылаться, опираться на сведения), faktlara təkyə etmək ссылаться, опираться на факты 2 сущ. 1. моление дервишей и мюридов 2. траур. Təkyə saxlamaq: 1) держать траур 2) соблюдать траурные обряды

    Azərbaycanca-rusca lüğət / təkyə

təkyə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. куьгьн. агалтдай, далу агалддай чка; təkyə eləmək (etmək) а) агалтун, далу агалдун; далу гун, дестег гун; б) асас яз кьун (гьисабун), далу кутун (агалдун); бинеламиш хьун; 2. мегьежар, суьрегьи, чахчахар.

    Azərbaycanca-ləzgicə lüğəti / təkyə
  • 2 [ər.] сущ. терикьатчийри, дервишри, муьридри айинар кьиле тухудай чка; // тазият, яс, кьейи чка; təkyə saxlamaq яс межлис туькӀуьрун, тазиядарвал авун.

    Azərbaycanca-ləzgicə lüğəti / təkyə

təkyə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) söykənmə, istinad etmə; 2) bax təkyəgah, təkyəgəh.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"təkyə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təkyə nədir? #təkyə sözünün mənası #təkyə nə deməkdir? #təkyə sözünün izahı #təkyə sözünün yazılışı #təkyə necə yazılır? #təkyə sözünün düzgün yazılışı #təkyə leksik mənası #təkyə sözünün sinonimi #təkyə sözünün yaxın mənalı sözlər #təkyə sözünün əks mənası #təkyə sözünün etimologiyası #təkyə sözünün orfoqrafiyası #təkyə rusca #təkyə inglisça #təkyə fransızca #təkyə sözünün istifadəsi #sözlük