Samid sözü azərbaycan dilində

Samid

Yazılış

  • Samid • 98.9362%
  • samid • 1.0638%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Samid İmanov
Samid Gülağa oğlu İmanov (14 oktyabr 1981, Həsənabad, Neftçala rayonu – 4 aprel 2016, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Aprel döyüşləri şəhidi və Azərbaycanın Milli Qəhrəmanı. Samid Gülağa oğlu İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində Gülağa və Xuraman İmanovların ailəsində anadan olmuşdur. Samid İmanov ailənin birinci oğul övladı idi. Onun özündən böyük Aybəniz və Gülbəniz (d. 1978) adında iki bacısı, Sadiq adında isə bir qardaşı var idi. Samid İmanov 1988-ci ildə Neftçala rayonu 1 nömrəli tam orta məktəbinin birinci sinfinə getmiş, 1998-ci ildə isə həmin məktəbi bitirmişdir. Ardınca təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirən İmanov 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən mükafata layiq görülmüşdür. Samid İmanov 2013-cü ilin iyununda dayısı qızı Badam xanım ilə ailə həyatı qurdu. Şəhidin 2014-cü il təvəllüdlü Fidan adlı qızı və 2016-cı il təvəllüdlü Turan adlı oğlu yadigar qalıb. Samid İmanov 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.
Samid Əsgərov
Baba Samid
Baba Samit orta əsrlərdə Azərbaycanda və Türkiyədə geniş rəğbət qazanmış şiə sufi təriqəti idi. Bəktaşi (Bektaşiyye) təriqətinin bir qolu olduğu güman edilir. Baba Samit, rəvayətə görə, hərəkatın banisi Hacı Bektaş Vəlinin oğludur. Həmçinin türbə kitabələrinə görə İmam Əli Rzanın nəslindəndir. Azərbaycanda Baba Samit hərəkatının tarixi kifayət qədər zəif araşdırılıb. Bəktaşi hərəkatının Azərbaycanda XVI əsrə qədər geniş yayıldığı məlumdur. Səfəvi dövləti qurulduqdan sonra bu şiə ordeni hakimiyyət tərəfindən təbliğ edildi. 16-cı və 19-cu əsrlər aralığında xeyli sayda sufi təkkələri fəaliyyət göstərmişdir. Azərbaycanda, Sabirabad yaxınlığındakı Baba Samid məqbərəsi hələ də əhali tərəfindən ehtiramla yad edilir, lakin sovet dövründən qalma diqqətsizlik nəticəsində həm təsəvvüf təriqətlərinin tədqiqi, həm də onların adət-ənənələri ilə bağlı biliklər zəifdir. Baba Samid məqbərəsi Sabirabad rayonunun Şıxlar kəndi ərazisində magistral yolun kənarında yerləşən ibadətgahdır.
Baba Samid məqbərəsi
Baba Samid məqbərəsi — Səfəvilər dövrünə aid olan tarixi abidə. == Tarixi == Türbə Sabirabad rayonun Şıxlar kəndi ərazisində magistral yolunun kənarında yerləşir. Türbənin tarixi haqqında Azərbaycan Tarix İnstitutunun professoru, tarix-elmləri doktoru Məşədixanım Nemətova araşdırmalar aparmış və bu haqda fikirlərini dəfələrlə nəşr etdirmişdir. Baba Samid türbəsinin ərəb-fars dillərində yazılmış 9 sətrlik 1-ci 3 sətrində Qurandan XIX surə, 31-32-ci ayələr yazılmışdır. 4-5-ci sətrlər Həzrəti Əlinin (ə.s) tərifinə həsr olunmuş, qalan 4 sətrdə türbənin Səfəvi şahı 1-ci Təhmasib vaxtında Şirvan bəylərbəyisi Abdulla xan Ustaclının əmri ilə 993-cü ildə hicri ilinin zülqəddə ayında (XI-1585-ci miladi ili) «xoşbəxtliklər mənbəyi olan seyidlərin (burada seyid «böyük» mənasındadır) başçısı Baba Samid ibn Bektaş ibn Sultan Əli ibn Həzrəti Musa Ərriza üçün bina olunmuşdur» sözləri yazılmışdır. Kitabədən göründüyü kimi Baba Samid Hacı Bektaşın oğludur. Onu da İmam Rza (765-818) ilə bağlayırlar. Hacı Bektaşın İmam Rzanın oğlu kimi (yəni təriqət övladı) verilməsi onun rəhbərlik etdiyi cəmiyyətin şiəliklə məşğul olmasına işarədir. Sabirabad yaxınlığında yerləşən Baba Samid türbəsi hələ də əhali tərəfindən yad edilir,ancaq Sovet dövründə olan laqeydlik nəticəsində həm sufiliyin tədqiqi,həm də onların ənənələrini bilmək qeyri-mümkün olmuşdur. Bəktaşilik hərəkatının 16-cı əsrdə Azərbaycanda yayıldığı məlumdur.
Babək Samidli
Babək Mətləb oğlu Səmidli (7 yanvar 1974, Göyçay – 23 noyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavini, İkinci Qarabağ müharibəsinin şəhidi. Babək Səmidli 2020-ci ilin sentyabrında başlanan 44 günlük müharibədə Suqovuşanın azadlığı uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub. 2020-ci ilin noyabrında minaya düşməsi nəticəsində şəhid olub. == Həyatı == Səmidli Babək Mətləb oğlu 1974-cü il yanvar ayının 7-də Azərbaycan Respublikasının Göyçay şəhərində anadan olmuşdur. === Təhsili === 1980-ci ildə Göyçay şəhəri 6 nömrəli orta məktəbə daxil olmuş və 1991-ci ildə həmin orta məktəbi bitirmişdir. 1993-cü ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olub və 1997-ci il, 30 avqust tarixində oradan motoatıcı ixtisası üzrə məzun olmuşdur. === Ailəsi === Ailəli idi. Mətləb və Səmid adında 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Babək Səmidli 1997-ci ilin sentyabr ayından 1998-ci il may ayına qədər İstanbulda yerləşən Tuzla Piyadə məktəbində zabit vəzifəsində ixtisaslaşma kursunda təhsil almışdır. 1998-ci ilin avqust ayına qədər Türkiyə Quru Qoşunlarının Birinci Ordusunun briqadasında motoatıcı taqım komandiri vəzəfəsində təcrübə keçmişdir.

samid sözünün leksik mənası və izahı

"samid" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#samid nədir? #samid sözünün mənası #samid nə deməkdir? #samid sözünün izahı #samid sözünün yazılışı #samid necə yazılır? #samid sözünün düzgün yazılışı #samid leksik mənası #samid sözünün sinonimi #samid sözünün yaxın mənalı sözlər #samid sözünün əks mənası #samid sözünün etimologiyası #samid sözünün orfoqrafiyası #samid rusca #samid inglisça #samid fransızca #samid sözünün istifadəsi #sözlük