Sabih sözü azərbaycan dilində

Sabih

Yazılış

  • Sabih • 57.1429%
  • sabih • 42.8571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sabiha Bengüdaş
Səbihə Bəngüdaş (1904, Konstantinopol – 2 oktyabr 1992, Ankara) — türk rəssam və heykəltaraşdır. Türkiyənin ilk heykəltaraş qadındır. Səbihə Bəngüdaş (qızlıqda Səbihə Ziya) 1904-cü ildə İstanbulda anadan olub. İlk təhsilini Əyyub Sultan Rəşad məktəbini (Əyyub Anadolu Lisesi) bitirmişdir. Atası Ziya bəy Şamdan Türkiyəyə gəlmişdir. Təhsilinin 4 ilini Şamda almışdır. Bundan sonra 1 il Fransada katolik məktəbində təhsilini davam etdirir. İstanbula qayıdan ailəsi Böyükada da məskunlaşır. O burada faud Paşanın məktəbinə daxil olur. 1920-ci ildə liseni bitirmədən Sanayi Nefis Mektebinin (bugünkü Mimar Sinan Güzel Sanatlar Üniversitesi)rəssamlıq bölməsinə daxil olur.
Sabiha Gökçən
Səbihə Göyçən (türk. Sabiha Gökçen; 22 mart 1913, Bursa, Xudavəndigar vilayəti – 22 mart 2001, Ankara) — dünyanın ilk qadın qırıcı təyyarə pilotu və ilk türk qadın pilotu. Mustafa Kamal Atatürkün qızlığa götürdüyü övladlarından biridir. O, 22 mart 1913-cü ildə dünyaya göz açmış və 2001-ci ilin eyni günündə - martın 22-də dünyasını dəyişmişdir. O, Atatürkün Sabiha Gökçen adı ilə tanınmış mənəvi qızı idi. Onun atası Bursa vilayətinin baş katibi Mustafa Hafiz İzzət bəy, anası isə Xeyriyyə xanım idi. Sabiha özü də Bursada dünyaya gəlmişdi. Valideynlərini hələ balaca ikən itirmiş və böyük qardaşının himayəsi altında böyüyüb boya-başa çatmışdır. 1925-ci ildə 12 yaşının olmasına baxmayaraq, Bursanı ziyarət etməyə gələrək Hünkar adlı köşkdə qonaq qalan Atatürklə əlaqə yaradaraq təhsil almaq istəyini ona çatdırmağı bacarmışdır. Atatürk Sabihanın qardaşının icazəsi ilə onu öz himayəsinə götürmüş və özü ilə birlikdə Ankaraya gətirmişdi.
Sabiha Kasimati
Sabiha Kasimati (alb. Sabiha Kasimati, 15 sentyabr 1912-ci il, Ədirnə - 26 fevral 1951-ci il Tirana) ixtioloq alim, ilk Alban universiteti məzunu, Albaniyada kommunist rejimin dissidenti olmuşdur. Ənvər Xəlil Xocanın məktəb yoldaşı idi. 1951-ci il Siqurimi qırğını zamanı həlak oldu. Albaniyada kommunist rejimin devrilməsindən sonra o, Milli Şərəf ordeni ilə təltif edildi. Məşhur alban həkimi Abdurrəhman Qasimatinin ailəsində anadan olmuşdur. Sabihanın atası və babası liberal ziyalılar olaraq tanınırdı. Uşaqlıqdan Sabiha Kasimati təhsil, tədqiqat və sosial fəaliyyətlərə yönəldilmişdir. 1927-ci ildə Sabiha Kasimati Korçada Fransız liseyinə daxil oldu. Ənvər Xoca ilə oxudu, onunla dostluq əlaqələrini davam etdirdi.
Sabiha Sultan
Ruqiyə Səbihə Sultan və ya Səbihə Osmanoğlu (19 mart 1894, Konstantinopol və ya Osmanlı imperiyası – 26 avqust 1971) — son Osmanlı sultanı Sultan Vahidəddinin qızı. Səbihə Sultan 2 aprel 1894-cü ildə atasına məxsus Vahidəddin köşkündə dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Vahidəddin Əfəndi, anası isə onun ilk xanımı Əminə Nazikəda Qadınəfəndidir. Uşaq yaşlarında mükəmməl saray tərbiyəsi alan Səbihə Sultan bacısı Ülviyyə Sultanla birlikdə babasının xidmətçilərindən Mihrifələk xanımın oğlu Rəfiq bəy nəzarətində saray təhsilini tamamlamışdır. Ənənəvi Osmanlı tərbiyəsiylə yanaşı, Mile Voçino adlı bir italyan musiqiçidən piano dərsləri də almışdır. 1 fevral 1916-cı ildə İzzəddin Əfəndinin müəmmalı şəkildə vəfatının ardından, atası Vahidəddin Əfəndi taxt varisi elan olundu. Bu səbəblə vəliəhdin qızı olaraq Səbihə Sultanın evləndirilməsi müzakirə edildi. Onun üçün seçilən namizədlər arasında Rauf Orbay, Əhməd Muxtar Paşanın qardaşı oğlu Mehmed Əli Paşa və bir çox başqa ordu mənsubu da vardı. Üstəlik, sonuncu Qacar şahı Əhməd şah Qacar və o illərdə ordu daxilində yüksəlməyə başlayan Mustafa Kamal Paşa da Səbihə Sultan üçün əmisi Sultan Rəşada elçi düşmüşdü. Ancaq Səbihə Sultan o illərdə vəliəhd Əbdülməcid Əfəndinin oğlu Fərrux Əfəndiylə eşq yaşayırdı və bu səbəblə bu təkliflərin hamısını geri çevirdi.
Sabiha Sərtəl
Səbihə Dərviş Sərtəl (1895, Saloniki, Osmanlı imperiyası – 2 sentyabr 1968, Bakı, SSRİ) türk jurnalist və yazar. Jurnalistikanı peşə olaraq qəbul etmiş ilk türk qadın yazardır. Türkiyədə feminizmin qabaqcıllarından biri sayılır. Sol düşüncəli yazar həmçinin türk mətbuat tarixində önəmli bir isim olan Mehmet Zəkəriyyə Sərtəlin həyat yoldaşıdır. 1895-ci ildə Salonikidə doğulub. Orta məkəbi Saloniki İnas Liseyində və bir Fransız məktəbində tamamlayıb. 16 yaşından etibarən qadın hüququları və sosial məsələlərlə bağlı esselər yazmağa başlamışdır. Salonikin yunan işgalına uğraması nəticəsində 1912-ci ildə ailəsi ilə İstanbula köçdü. 1915-ci ildə jurnalist Mehmet Zəkəriyyə (Sərtəl) Bəy ilə evləndi. Şahzadəbaşında Sübhi Paşa İqamətgahında təşkil edilən nikahda Səbihə xanımın vəkilliyini Tələt Paşa, Mehmet Zəkəriyyə Bəyin vəkilliyini isə Tevfik Rüştü Bəy etdi..
Sabiha Gökçül Erbay
Ayşe Sabiha Gökçül Erbay (1908, Berqama, İzmir ili – 31 avqust 1998) — türk məktəb müəllimi və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci parlamentində Balıkesir seçki dairəsinin, 6-cı və 7-ci parlamentində isə Samsun seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. Ayşə Sabiha 1900-cü ildə Balıkəsirdə, Berqamada Əziz və həyat yoldaşı Nadirənin ailəsində anadan olub. O, Qız müəllim məktəbində (Darü’l-muallimât) təhsil alıb, daha sonra isə Ali müəllim məktəbində (Darü’l-muallimât-ı Âliye İhzarî) oxuyub və oranı 1919-cu ildə bitirib. Ayşe Sabiha 1934-cü il Soyad Qanununun qüvvəyə minməsindən sonra "Gökçül" soyadını götürüb. Ayşe Sabiha Gökçül 1943-cü ildə Mustafa Ülvi Erbayla evlənmişdir. Fransız dilini yaxşı dərəcədə bilirdi. Pedaqoloji karyerasına 1919-cu il sentyabrın 19-da Ədirnədəki Qız müəllim məktəbinə türk dili müəllimi təyin olunması ilə başlamışdır. Onun buradakı işi Osmanlı imperiyası dağılmaq üzrə ikən, 21 iyun 1920-ci ildə bitib. Erbay üç illik işsizlikdən sonra və Türkiyə Cümhuriyyətinin qurulması ilə yenidən karyerasına davam etmiş, 22 oktyabr 1923-cü ildə İzmirdəki Qız müəllim məktəbinə türk dili müəllimi təyin olunub.
Xədicə Sabiha Görkey
Sabiha Görkey
Xədicə Sabiha Görkey ― türk müəllim və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci parlamentində Sivas seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. Xədicə Sabiha Görkey 1888-ci ildə İstanbulun Üsküdar ilçəsində Hacı İsmayıl və həyat yoldaşı Ayşənin ailəsində anadan olub. Sabiha 1903-cü ildə Üsküdar qız peşə liseyini, 1906-cı ildə isə İstanbul Darülmuallimatını (İstanbul qız müəllimlər məktəbi) bitirmişdir. Sabiha 31 yanvar 1907-ci ildə Molla Gürani Orta Peşə Liseyində bədii tikmə müəllimi kimi işləməyə başlayıb. O 1904–1908-ci illərdə daha bir neçə məktəbdə müəllim kimi işləyib. O bundan sonra indiki İstanbul Universiteti olan Darülfünunda riyaziyyat üzrə təhsil almış və 1917-ci ildə oranı ən yüksək qiymətlə bitirmişdir. O həm də, universiteti bitirən ilk beş qız tələbədən biri idi. Sabiha 1917-ci ilin sentyabrında Bursadakı Müəllimlər Texnikumuna müdir köməkçisi və riyaziyyat müəllimi təyin edilib. O, vəzifəsindən ayrılaraq məzuniyyət üçün İstanbula getmiş və bundan sonra vəzifəsinə qayıtmamışdır.

sabih sözünün leksik mənası və izahı

"sabih" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sabih nədir? #sabih sözünün mənası #sabih nə deməkdir? #sabih sözünün izahı #sabih sözünün yazılışı #sabih necə yazılır? #sabih sözünün düzgün yazılışı #sabih leksik mənası #sabih sözünün sinonimi #sabih sözünün yaxın mənalı sözlər #sabih sözünün əks mənası #sabih sözünün etimologiyası #sabih sözünün orfoqrafiyası #sabih rusca #sabih inglisça #sabih fransızca #sabih sözünün istifadəsi #sözlük