şəbih sözü azərbaycan dilində

şəbih

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şəbih • 87.5000%
  • Şəbih • 6.2500%
  • ŞƏBİH • 6.2500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şəbih
Şəbih — meydan tamaşalarının bir növüdür. "Şəbih" sözünün tərcüməsi "oxşar, bənzər" deməkdir. Şəbih həm formaca, həm də mənaca dini xarakter daşıyır və bir misteriya tamaşası olaraq Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Bu teatrın özünəməxsus dramaturgiyası və teatr poetikası vardır ki, burada əsas münaqişə xətti Xəlifə Əlinin oğlu Hüseynin və ona qarşı fitnə-fəsadlar hazırlayan Yezidin tərəfdarları arasında gedən mübarizə əsasında inkişaf edir. Tarixdə "Kərbəla müsibəti" adı ilə yadda qalan bu qətliam (72 nəfər Hüseynin yaxınları) islam tarixində ibrət dərsi olaraq bu gün də belə unudulmur. VIII əsrdən üzübəri şiələr peyğəmbərin nəvəsi Hüseynə ağılar deyib ağlayır, təziyələr keçirirlər. == Tarixi == XV əsrdən etibarən Azərbaycanda geniş qeyd olunan şəbih tamaşaları məhərrəmlik ritualının tərkib hissəsidir. Şəbih bir sıra ərəb ölkələrində, eləcə də "Əhli-beyt"ə bağlılığı ilə seçilən və şiələrin sıx yaşadığı Azərbaycan, İran, Əfqanıstan, Türkiyə və Hindistanda geniş keçirilmişdi. Şəbih sadəcə mərasimdən ibarət olmayan otuzdan artıq müxtəlif məzmunlu və janrlı tamaşanın ümumi adıdır. Onları birləşdirən əsas cəhət isə Kərbəlanın timsalında zalıma, zülmə qarşı Allahın zəfərini, İslamın təntənəsini əks etdirməsidir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2009 ••••••••••••••••••• 0.16
2014 •••••••••••••••••••• 0.17

şəbih sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. klas. Bənzər, oxşar. Şəbihi yoxdur. 2. din. Keçmişdə: məhərrəm ayında aşura günü şiələrin göstərdikləri Kərbəla hadisələrinə həsr olunmuş faciəli tamaşa, mərasim. Camaat dörd ətrafda oturardı, şəbih göstərərdilər. Bu şəbihlər teatr tamaşalarını xatırladırdı. H.Sarabski. [Ağa:] Nəbiqulu məsləhət gördü ki, onunla birləşib Dəcəlləbadın meydanında şəbih çıxardaq. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / şəbih

şəbih sözünün sinonimləri (yaxın mənalı sözlər)

şəbih sözünün rus dilinə tərcüməsi

  • 1 мистерия

    Azərbaycanca-rusca lüğət / şəbih
  • 2 I сущ. 1. устар. сходство, подобие. Şəbihi yoxdur: 1) нет сходства (подобия) 2) не имеет себе подобных (бесподобный) 2. религ. мистерия (религиозная драма, посвященная событиям в Кербале, показываемая ярыми шиитами). Şəbih çıxarmaq устраивать мистерию II прил. похожий, подобный, сходный

    Azərbaycanca-rusca lüğət / şəbih

şəbih sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. клас. ухшар; 2. дин. мистерия (виликра: мегьарам вацра, ашурадин юкъуз шиийри Кербала вакъиайриз талукь яз туькӀуьрна къалурдай тамаша, мярекат).

    Azərbaycanca-ləzgicə lüğəti / şəbih

şəbih sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) bənzər, oxşar, tay; 2) şiələrin məhərrəmlikdə göstərdikləri faciəli dini tamaşa.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"şəbih" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şəbih nədir? #şəbih sözünün mənası #şəbih nə deməkdir? #şəbih sözünün izahı #şəbih sözünün yazılışı #şəbih necə yazılır? #şəbih sözünün düzgün yazılışı #şəbih leksik mənası #şəbih sözünün sinonimi #şəbih sözünün yaxın mənalı sözlər #şəbih sözünün əks mənası #şəbih sözünün etimologiyası #şəbih sözünün orfoqrafiyası #şəbih rusca #şəbih inglisça #şəbih fransızca #şəbih sözünün istifadəsi #sözlük