Comon Sırğaları Muzeyi
Şinto Kəndi Sırğa Muzeyi (榛東村耳飾り館, Şinto-mura Mimikazarikan) – Yaponiyanın Qunma prefekturasının Şinto kəndində yerləşən muzey. Dünyada sırğaya həsr olunmuş yeganə muzeydir.
== Tarixi ==
1989–1990-cı illərdə Şinto Kəndi Təhsil Şurası tərəfindən Çino xarabalıqlarında qazıntı işləri aparmışdır. Tədqiqatlar zamanı ərazidən Comon dövrünə aid daş alətlər, dulusçuluq məmulatları, ayinlərdə istifadə olunmuş əşyalar tapılmışdır. Tapıntılar arasında sırğalar üstünlük təşkil etmiş, 577 sırğa tapılmışdır. Muzey qazıntı işlərinin nəticələrini göstərmək və sırğaları nümayiş etdirmək məqsədilə 1992-ci ildə yaradılmışdır. 2001-ci ildə muzeyin eksponatları Britaniya Muzeyindəki "Şinto" sərgisində nümayiş etdirilmişdir.
== Ekspozisiya ==
Ekspozisiyanın əsasını Comon dövrünün sırğaları təşkil etsə də, burada dünyanın müxtəlif ölkələrindən gətirilmiş sırğalar da sərgilənir. Muzeyin kolleksiyasına 2000 sırğa daxildir və onların 1000-i sərgilənir. Muzeyin emalatxanasında maqatama və boyunbağı hazırlama vorkşopları keçirilir.