* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Sırtıq, üzlü, nadinc. [Mələk:] Bəs deyil? Sital uşağı sital, lap zəhləmi tökdünüz. Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / sital1 qarayaxa — sırtıq — zəhlətökən — həyasız — utanmaz — tərs
Azərbaycan dilinin sinonimlər lüğəti / sital1 s. stubborn, impudent, importunate; troublesome; ~ adam importunate person / man*; ~ uşaq a stubborn child*
Azərbaycanca-ingiliscə lüğət / sital(Ağdam, Ağdaş, Borçalı, Cəlilabad, Əli Bayramlı, İsmayıllı, Kürdəmir, Qafan, Qax, Quba, Masallı, Mingəçevir, Şəmkir, Şuşa, Tovuz) 1. nadinc, dəcəl (İsmayıllı, Şəki). – Çox sital uşaxdı, təx’ qoysan a:ləmi bir-birinə qatar (Şəki); – Do:rusı, mən belə sital adam görməmişəm (Şuşa) 2. höcət, tərs, sözə baxmayan (Ağdam, Ağdaş, İsmayıllı, Qafan, Quba, Şəmkir, Şuşa, Tovuz). – Bu uşağ elə sitaldu ki, hiç ulmiyən kimi (Quba); – Atasınıη, qardaşınıη sözünə baxmıyan adam sital adamdı (Borçalı); – Elə sital adama söz deməyin faydası yoxdu (Kürdəmir) 3. həyasız, utanmaz, sırtıq (Cəlilabad, Əli Bayramlı, Qax, Masallı) 4. paxıl (Mingəçevir) 5. tənbəl (Borçalı)
Azərbaycan dilinin dialektoloji lüğəti.