* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. Əllərini, barmaqlarını bir şeyin üzərində xəfifcə gəzdirərək onu hamar şəklə salmaq, düzəltmək; tumarlamaq. Saqqalını sığallamaq. Saçlarını sığallamaq. Telini sığallamaq. // Masaj eləmək, ovmaq. Əlacı üzülmüş Nərgiz gah oğlunu dilə tutur, gah qarıya kömək eləyib uşağın qarnını sığallayır. Ə.Vəliyev. // Nəvaziş, mehribanlıq, riqqət, oxşama əlaməti olaraq əlini xəfifcə birinin başına və ya üstünə sürtmək, çəkmək. Kosa isə öz işində olmaqla toyuqlardan tutub başını sığallayır və buraxırdı. S.Rəhimov. Kabla Novruzqulu [uşaqları] öpüb, sığallayıb, hərəsinin ovcuna bir ağ pul bayramlıq basardı. H.Sarabski. // Məc. mənada. Ləpələr sığallayır nəhəng gövdəsini “Avrora”nın; Yuxulu bir ananın əli kimi. R.Rza.
Azərbaycan dilinin izahlı lüğəti / sığallamaq1 tumarlamaq — ovuşdurmaq — oxşamaq — ütüləmək — hamarlamaq
Azərbaycan dilinin sinonimlər lüğəti / sığallamaq2 SIĞALLAMAQ (nəvaziş əlaməti olaraq əlini xəfifcə üstünə və başına sürtmək) Əmir yenə də qızının başını sığallayaraq sual verdi (M.S.Ordubadi); OXŞAMAQ [Qəndab:] O mənə yaxınlaşdı, yenə də saçlarımı oxşadı (B.Bayramov); SIĞAMAQ Gözlərini xoş bir yorğunluq oxşayır, sığayır, Azər isə oxuyurdu (Ə.Kərim); TUMARLAMAQ O Əmir, yenə də Qətibənin saçlarını tumarlayır, onun başından öpür və onu nazlandırırdı (M.S.Ordubadi).
Azərbaycan dilinin sinonimlər lüğəti / sığallamaq2 глаг. 1. гладить, поглаживать, погладить: 1) проводить, ладонью, разглаживая, распрямляя что-л. Saçlarını sığallamaq гладить волосы 2) ласково проводить рукой по чему-л. Uşağın başını sığallamaq гладить ребёнка по головке 2. массировать (делать массаж). Əlini sığallamaq массировать руку, sinəsini sığallamaq массировать грудь 3. ласкать (прикосновением доставлять кому-л., чему-л. приятное ощущение)
Azərbaycanca-rusca lüğət / sığallamaq1 f. to smooth (d.); (saçı) to sleek (d.); saçını ~ to sleek down one’s hair
Azərbaycanca-ingiliscə lüğət / sığallamaq1 гл. кап алтадун (аладарун), гъил экъуьрун, гъил алтадун; гъил алтадна дуьзрун, цӀалцӀамрун (мес. чуру, чӀарар); // тӀушунун, массаж авун; // сигъал чӀугун, туьмер авун.
Azərbaycanca-ləzgicə lüğəti / sığallamaq