Somali dəniz quldurları
Somali dəniz quldurları — Somalidə müasir silah və gəmilərə sahib quldurlar.
== Ümumi məlumat ==
Somali dəniz quldurlarına qarşı uzun müddət mübarizə ya aparılmadı, ya da onlara qarşı aparılan mübarizə bu piratların qanunsuz hərəkətlərini sona çatdırmaq üçün kifayət etmədi. Onların gəmiləri ələ keçirmək qaydası isə olduqca bəsit formada təşkil olunurdu. Belə ki, kiçik qayıqlara minən 10–15 nəfərdən ibarət quldur dəstələr Somali sahillərinə yaxın üzən bir gəmiyə (daha çox yük gəmilərinə üstünlük verirdilər) yaxınlaşır, əvvəlcə bir neçə əl havaya atəş açırdılar. Gəmi onların bu atəşinə cavab olaraq dayanmalı idi, əgər dayanmırdısa, bu zaman quldurlar daha ağır silahlarla birabaşa gəmiyə atəş açırdılar və kiçik qayıqlarını gəmiyə yaxınlaşdıraraq filmlərdə də gördüyümüz kimi ona ip ataraq bu yolla gəmiyə doluşurdular. Bundan sonrakı mərhələdə gəmi kapitanı və gəminin digər bütün şəxsi heyəti sərnişinlərlə birlikdə əsir götürülürdü və gəmi Somalinin sahillərində gizli yerlərdən birinə sürülüb aparılır və orada həftələrlə bəzən aylarla saxlanılırdı. Daha sonra isə gəminin aid olduğu şirkətdən, habelə gəmidə yaxın qohumları olan zəngin insanlardan yüksək miqdarda pul tələb olunurdu.
Əslində baş verənlərdən Somali hakimiyyət orqanlarının da sözsüz ki, xəbəri var idi, lakin onlar belə bu dəniz quldurlarına qarşı lazımı şəkildə mübarizə aparmaq üçün ölkədəki anarxiyanı bəhanə edərək qeyri-dəqiqlik nümayiş etdirirdilər, çünki böyük ehtimalla dəniz quldurları gəmilərin və sərnişinlərin geri qaytarılması zamanı əldə etdikləri yüksək məbləğdə pulların bir hissəsini rüşvət qismində hakimiyyət orqanlarına verirdilər və bununla da rahat qanunsuz fəaliyyətlərini həyata keçirmək şans əldə etmiş olurdular. Bəzi versiyalara görə isə, Somali dəniz quldurları mədəni cəhətdən olduqca geri qalmış insanlar idi və onların çox böyük hissəsi nəinki ingiliscə bilir, heç bu barədə anlayışları da yox idi. Meydana çıxan sual isə, bəs onların təhvil-təslim zamanı milyon dollarlarla pul əldə etməsi üçün tələb olunan xarici dil tələbatını kim təmin edirdi?