Nina sözü azərbaycan dilində

Nina

Yazılış

  • Nina • 99.2537%
  • NİNA • 0.5597%
  • nina • 0.1866%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nina
Nina — ad. Nina Balaban — Makedoniyalı atıcı. Nina Loblovskaya — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş sovet snayperi Nina Zilli — İtalyan müğənnisi. Nina Dobrev — bolqar mənşəli Kanada aktrisası. Nina Badriç – Xorvatiyalı müğənni.
Nina Aasmyae
Nina Aasmyae (est. Niina Aasmäe, rus. Нуянзина Нина Павловна 16 may 1947) — Erzyan alimi, filologiya elmləri doktoru (2006), professor. Tartu Universiteti müəllimi. Nina Pavlovna Aasmyae 16 may 1947-ci ildə Mordoviyanın Bolşebereznikovski rayonu, Deqilyovka kəndində anadan olmuşdur. 1954-1965-ci illərdə Saransk ümumtəhsil məktəbində oxumuşdur. 1965-1970-ci illərdə N.P.Oqaryov adına Mordoviya Dövlət Universitetində oxuyur. 1972-1974-ci illərdə A. İ. Hersen adına Leninqrad Dövlət Pedaqoji İnstitutunda; 1976-1980-ci illərdə Tartu Universitetinin aspiranturasında oxuyur və 2004-2006-cı illərdə doktoranturada təhsil alır. Tartuda yaşayır və işləyir. Aasmäe, Niina (2002).
Nina Badriç
Nina Badriç – Xorvatiyalı müğənni.
Nina Balaban
Nina Balaban (2 noyabr 1995) — Şimali Makedoniyalı atıcı. Nina Balaban Şimali Makedoniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Nina Balaban birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 407.7 xal toplayaraq 42-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Nina Dobrev
Nina Dobrev (bol. Нина Константинова Добрева; 9.1.1989) —bolqar mənşəli Kanada aktrisası. Aktrisanın debütü Degrassi: The Next Generation serialında tənha gənc ana rolu Mia Cons (Mia Jones) ilə olmuşdur. Lakin aktrisa The CW telekanalının dram janrında lentə aldığı "Vampirin gündəlikləri" teleserialından sonra dünya şöhrəti qazanmışdır. Dobrev Bolqarıstanın paytaxtı Sofiya şəhərində doğulub. İki yaşında ikən o, ailəsi ilə birgə sonradan məşhurluq qazandığı Kanadanın Ontario vilayətinin Toronto şəhərinə köçüb. Onun anası rəssam, atası isə bilgisayar mütəxxəsisidir. Onun Aleksandr adlı mühəndis təhsili alan böyük qardaşı var. Aktrisa Ontarioda J. B. Tyrrell Sr. Ümumi məktəbində və "Wexford Collegiate School for the Arts in Scarborough"da təhsil alıb.
Nina Doroşina
Nina Doroşina (3 dekabr 1934 – 21 aprel 2018, Moskva) — aktrisa.
Nina Duvakina
Nina Duvakina (rus. Нина Максимовна Дувакина, 2 fevral 1963, Sosnovka kəndi, Kemerovo vilayəti, Rusiya) — xakas şairi, yazıçısı, publisisti, tərcüməçi və naşiri, M.Qorki adına Ədəbiyyat İnstitutunun məzunu, Rusiya Yazıçılar Birliyinin üzvü. Nina Maksimovna Duvakina 2 fevral 1963-cü ildə Kemorovo vilayətinin Sosnovka kəndində fəhlə ailəsində doğulmuşdur. Milliyyətcə xakas türküdür. İlk təhsilini doğulduğu kənddə almış, 1986-cı ildə Novosibirsk Elektrotexnika İnstitutunu bitirmişdir. İnstitutu bitirdikdən sonra Novosibirskdə (1980-1982), Altay vilayətinin Slavqorod rayoununda (1987-1988), Xakasiya Respublikasının Çernoqorsk şəhərində (1990-1996) şöbə müdiri, müxbir, müəssisə direktoru və başqa vəzifələrdə çalışmışdır. Xüsusilə, Xakasiyanın rusca yayınlanan “Çernoqorsk fəhləsi” (rus. Черногорский рабочий) qəzetinin müxbiri kimi fəaliyyət göstərdiyi dövrdə (1990-1996) ədəbi-publisistik yaradıcılığa daha çox bağlanmışdır. Abakanda “Rosa” (rus. Роса) nəşriyyatında redaktor işləmişdir (1996-1999).
Nina Hartli
Nina Hartli (11 mart 1959, Berkli, Kaliforniya) — ABŞ porno aktrisası. Filmlərdə Nina Hartli, Nina Hartman, Babbl Batt, və Nina Hartvell adı ilə məşhur olub. 2012-ci ilin rəsmi məlumatlarına görə Nina Hartli 900-dən artıq pornoqrafik filmdə iştirak edib. Nina Hartli 1959-cu ildə Kaliforniyada anadan olub. Əsl adı "Mari Luiz Hartman"dır (ing. Marie Louise Hartman). Lüterant atası və yəhudi anası Alabama ştatından bura köç ediblər. Nina Alman, İsveç və Yəhudi əsillidir. Onun valideynləri buddizm dininə itaət edir. Nina Hartli isə ateistdir.
Nina Kralyiç
Nina Kralyiç (xorv. Nina Kraljić; 4 aprel 1992, Lipovlyani[d], Sisak-Moslavina jupaniyası[d]) — Xorvatiya müğənnisi, bəstəkarı və aktrisası. O, əsasən Xorvatiyanın The Voice səs yarışmasında qələbəsinə görə və Xorvatiyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etməsinə görə tanınır. 2016-cı ildə Nina Xorvatiyanın Porin musiqi mükafatına layiq görülmüşdür. Onun Samo adlı debüt albomu həmin ilin sentyabr ayında işıq üzü görmüşdür. Nina Kralyiç 4 aprel 1992-ci ildə Xorvatiyada anadan olmuşdur. Onun atası Jelko, anası isə İrena Kralyiçdir. Tena adlı özündən yaşda kiçik bacısı var. Uşaqlıq illərindən musiqiyə həvəsli olan Nina ilk səhnə təcrübəsini 2009-cu ildə Xorvatiyanın Got Talent məharət yarışmasında iştirakdan almışdır. O, yarışmada onuncu yeri tutmuşdur.
Nina Ladoxina
[mənbə göstərin] Ladoxina Nina Petrovna — kimyaçı alim, AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi, dosent, kimya üzrə fəlsəfə doktoru. Ladoxina Nina Petrovna1962 ildə Baki şəhərində anadan olub. 1969-cü ildə 211 saylı orta məktəbə qəbul olunmuş və 1979 ildə həmin məktəbi bitirmişdir. Ladoxina Nina Petrovna 1984-cü ildə Lvov Politexnik İnstitutunun “Üzvi birləşmələrin texnologiyası” fakultəsini bitirmişdir və həmin ildə Aşqarlar Kimyasi İnstitutuna mühəndis vəzifəsinə işə qəbul edilmişdir. 1989-cü ildə aspiranturaya daxil olmuş və 1993-cü ilin namizədlik dissertasiyası müdafiə etmişdir. “Heterotsiklik aminlərin N-alkoksimetil törəmələri antimikrob aşqarlar kimi” mövzusunda olan dissertasiyasına görə elmi şura onu elmlər namizədi adına layiq görmüşdür. Ladoxina N.P. yüksək elmi nailiyyətinə görə 2006-ci ilin martında Azerbaycan Respublikası Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür. 2013-cü ildən doktoranturaya qiyabi daxil olmuş və kimya elmləri üzrə (23.06.01 – üzvi kimya ixtisası) elmlər doktoru elmi dərəcəsi almaq üçün, “Funksionaləvəzolunmuş arilsulfamidlərin sintezi, bəzi kimyəvi çevrilmələri və xassələrı” dissertasiya mövzusu təsdiq olunmuşdur. Funksionaləvəzolunmuş arilsulfamidlərin sintezi üçün yeni metodların hazırlanması və alınan birləşmələrin biosid aşqarları kimi xüsüsi mayelərə təsirinin öyrənilməsinə həsr olunmuşdır.Sintez olunmuş funksionaləvəzolunmuş sulfamidlərlə metilen qrupunun aktivliyi əsasında 1,2- və 1,3-polyarofil-lərlə heterotsiklizasiya aparılmış və bu reaksiyanın sinxron getdiyi müəyyən edilmişdir. Xloraminlərlə allilxlorid arasındakı reaksiya şəraiti öyrənilmiş və alınan 1,3-dixlorpropilsulf-amidlərin aziridinə çevrilməsi prosesi müəyyən edilmişdir.
Nina Loblovskaya
Nina Loblovskaya (rus. Нина Алексеевна Лобковская; 8 mart 1924, Karaqanda vilayəti, Qazaxıstan MSSR) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş sovet snayperi.
Nina Menşikova
Nina Menşikova (8 avqust 1928, Moskva – 26 dekabr 2007, Moskva) — aktrisa.
Nina Osepyan
Nina Ovanesovna Osepyan (14 aprel 1915, Bakı – 19 noyabr 1977, Stepanakert) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1962). 14 aprel 1913-cü ildə Bakıda anadan olmuşdur. Uzun illər Xankəndi Dövlət Dram Teatrının aktrisası olmuşdur. 19 noyabr 1977-ci ildə Xankəndidə vəfat etmişdir.
Nina Osipyan
Nina Ovanesovna Osepyan (14 aprel 1915, Bakı – 19 noyabr 1977, Stepanakert) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1962). 14 aprel 1913-cü ildə Bakıda anadan olmuşdur. Uzun illər Xankəndi Dövlət Dram Teatrının aktrisası olmuşdur. 19 noyabr 1977-ci ildə Xankəndidə vəfat etmişdir.
Nina Ovsepyan
Nina Ovanesovna Osepyan (14 aprel 1915, Bakı – 19 noyabr 1977, Stepanakert) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1962). 14 aprel 1913-cü ildə Bakıda anadan olmuşdur. Uzun illər Xankəndi Dövlət Dram Teatrının aktrisası olmuşdur. 19 noyabr 1977-ci ildə Xankəndidə vəfat etmişdir.
Nina Persson
Nina Elisabeth Persson — İsveçli müğənni. Nina Persson 6 sentyabr 1974-ci ildə İsveçin Orebro şəhərində anadan olmuşdur. 16 İyun 2001-ci ildə ABŞ-lı musiqiçi Nathan Larsonla evlənmiş və 30 Sentyabr 2010-ci ildə Nils adını verdikləri bir oğlan uşaq dünyaya gətirmişdir. 1992-ci ildən bəri The Cardigans adlı İsveç musiqi qrupunun solistidir.
Nina Qalavanova
Nina Qalavanova (20 noyabr (3 dekabr) 1915 – 1994, Sxinval) — Cənubi Osetiyalı yazıçı, şair, tərcüməçi və müəllim. Tarixdə ilk osetiyalı sovet qadın yazıçısı. Gürcüstan SSR əməkdar müəllimi. 20 noyabr 1915-ci ildə Tiflis əyalətinin Bejanaantkari kəndində kəndli ailəsində anadan olmuşdur. Anasının ölümündən sonra yaxınları tərəfindən tərbiyə edilir. Doqquz yaşında Dzau ibtidai məktəbinin birinci sinfinə qəbul edilir. 1926-cı ildən Tsxinvali kəndli gənclər məktəbində oxuyur. 1929-cu ildə komsomola daxil olur. 1932-ci ildə Tsxinvali Pedaqoji Texnikumunu və 1936-cı ildə Cənubi Osetiya Pedaqoji İnstitutunu (indiki - Cənubi Osetiya Dövlət Universiteti) bitirir. Tsxinvali Pedaqoji Texnikumunda kitabxanaçı işləyir.
Nina Qrebeşkova
Nina Pavlovna Qrebeşkova (rus. Нина Павловна Гребешкова; 29 noyabr 1930, Moskva) — Rusiya aktrisası, Rusiyanın əməkdar artisti (2001). Nina Pavlovna Qrebeşkova 29 noyabr 1930-cu ildə Moskvada anadan olmuşdur. 1954-cü ildə, 24 yaşı olarkən, o, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir. Nina öz sənətinə qız, məktəbli, pioner kimi rollarla başlamışdır. Daha sonralar isə gənc ana və müəllim obrazlarını ifa etmişdir. Onun böyük sənət yolu isə İvan Pıryevin "Düzlüyün sınağı" filminə çəkildikdən sonra başlayır. N. Qrebeşkova Leonid Qaydayın əksər əsas filmlərində ikinci plan rollarını ifa etmişdir. Kinorejissor Leonid Qaydayın həyat yoldaşı olmuşdur. .
Nina Ramişvili
Nina Şalovna Ramişvili (gürc. ნინო შალვას ასული რამიშვილი;6 (19) yanvar 1910, Tiflis – 6 sentyabr 2000, Tbilisi) — Sovet, gürcü rəqqasəsi (balet artisti), xoreoqraf, baletmeyster. Sosialist Əməyi Qəhrəmanı (1990), SSRİ xalq artisti (1963), Birinci dərəcəli Stalin mükafatı (1949) və Gürcüstan SSR Dövlət mükafatı (1974) laureatı. 1910-cu il yanvarın 6-da (19) Tiflisdə (digər məlumatlara görə Bakıda) anadan olmuşdur. 1922-1927-ci illərdə Tbilisi Opera və Balet Teatrının (indiki Tbilisi Xoreoqrafiya Məktəbi) nəzdində Dövlət Balet Məktəbində təhsil almışdır (müəllimi Mariya Perini olub). Məktəbi bitirdikdən sonra teatrın truppasına qəbul olunmuşdur. Əvvəlcə kordebaletdə, sonra solo rəqs hissələrini ifa etmişdir. 1937-ci ildə Opera və Balet Teatrını tərk etməli oldu. Səbəb aparıcı balerinalardan birinin Ninonu onu zəhərləməyə cəhddə ittiham etməsi olub. Bu epizod haqqında Gürcü qadınlarının tarixindən kitab yazan yazıçı və jurnalist İ.Obolenski yazmışdır.
Nina Sarnatskaya
Sarnatskaya Nina Dmitriyevna (8 dekabr 1909, Bakı – 6 aprel 1986, Bakı) — Aktrisa, Azərbaycan SSR xalq artisti (01.06.1974) Nina Sarnatskaya Bakıda fəhlə-gənclər teatrı nəzdindəki studiyanı bitirmiş (1932), həmin ildən Bakı İşçi Teatrında işləmişdir. 1941-1957 illərdə Ufa, Ulyanovsk, Sverdlovsk dram teatrlarında fəaliyyət göstərmişdir. 1957-ci ildən Azərbaycan Rus Dram Teatrının aktrisası olmuşdur. Azərbaycan SSR xalq artisti — 01.06.1974 Mariya Aleksandrovna ("Ailə", İ.Panov) Murzavetskaya ("Qurdlar və qoyunlar", Aleksandr Ostrovski) Pəri xala ("Sən nə üçün yaşayırsan", İmran Qasımov və Həsən Seyidbəyli) Solomonida ("Ağır ittiham", L.Şeynin)* Madam Ksidios ("Müdaxilə", L.Slavin) Voynitskaya, Avdotya Nazarovna ("Vanya dayı," "İvanov", Anton Çexov) Kvaşnya ("Həyatın dibində", Maksim Qorki) Balaca ("Ömrümüz çox qısadır", İ.Qasımov) və b.
Nina Simone
Eunice Kathleen Waymon (Yuunis Kətlin Veymn), səhnə adı ilə Nina Simone (d. 21 fevral 1933, Tryon, Şimali Koralina — ö. 21 aprel 2003 Carry-le-Rouet, Bouches-du-Rhône) — ABŞ müğənnisi, bəstəkar, ictimai fəal, antirasist. Caz, Blues, R&B (ritm və blues), Folk musiqi tərzlərində unudulmaz və əfsənələşən Simone, musiqi ilə iç-içə olan bir ailədə dünyaya gəldi. İlkin musiqi təhsilini anasının dəstəyilə mənimsəyən sənətçi, uşaq yaşlarında kilsə xorlarında mahnılar oxuyarkən, yardımsevər birinin köməyilə piano dərsləri aldı. 10 yaşında New York Juilliard musiqi məktəbində təhsilinə davam etməyə başladı. O zamanların gərgin irqçi basqıları ilə bərabər maddi sıxıntılar səbəbilə Philadelphia`ya köçdülər. 1954-cü illər müxtəlif barlarda musiqi istedadını göstərməyə başladı. 1958-ci ildə ilk albomu yayımlandı. Elə həmin il adını ispan dilində "qız" anlamına gələn Nina və pərəstişkarı olduğu aktrisa Simone Signoretin adından götürərək bildiyimiz Nina Simone təxəllüsünə keçdi.
Nina Sublatti
Nina Sulaberidze (gürc. ნინა სულაბერიძე; d. 31 yanvar 1995, Moskva) və ya tanınmış adı ilə Nina Sublatti (gürc. ნინა სუბლატი) — Gürcüstanı Avroviziya 2015 müsabiqəsində "Warrior" mahnısı ilə təmsil edən müğənni, xəttat və model. Sublatti gürcü ailənin qızı kimi 1995-ci ilin 31 yanvarında Rusiyanın paytaxtı Moskvada anadan olmuşdur. Doğumundan qısa müddət sonra ailəsi Gürcüstana köçmüşdür. İncəsənət məktəbində rəsm, heykəltəraşlıq dərsləri almışdır. 2008-ci ildə modellik dərsləri də öyrənmişdir. 2011-ci ildə Georgian Dream Studiosunda təhsil almağa başlamış, müğənni Bera İvanişvili ilə işlər görmüşdür. 2013-cü ildə "Saqartvelos Varskvlavi" müsabiqəsinin qalibi olmuşdur.
Nina Yarova
Nina Yarova İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü olub, Azərbaycanda rusdilli telejurnalistika məktəbinin əsasını qoymuş dövlət mükafatı laureatıdır. 1956-cı ildə Azərbaycan Dövlət Televiziyası fəaliyyətə başlayan gündən orada çalışıb və telekanalda rusdilli verilişin ilk redaktoru olub. Eyni zamanda uzun illər Azərbaycan Dövlət Kinostudiyasında sənədli və elmi-kütləvi filmlər birliyinin baş redaktoru işləyib. 1961-ci ildə o vaxt çox da tanınmayan gənc müğənni Müslüm Maqomayev haqqında ilk sənədli film çəkilib. N.Yarova İsrailə köçdükdən sonra jurnalistika sahəsində fəaliyyətini davam etdirib, İsrail Dövlət Radiokanalının (REKA) müxbiri olub.
Nina Zilli
Nina mətbəəsi
Nina mətbəəsi (rus. Нина типография) — XX əsrin əvvəllərində Bakıda gizli şəkildə fəaliyyət göstərmiş mətbəə. Nina mətbəəsi əsasən bolşevik yönümlü təbliğatla məşğul olurdu və İskra qəzeti ilə sıx fəaliyyət göstərmişdir. Mətbəənin adı qədim şumerlərdəki Nina ilahəsindən götürülmüşdür. Əfsanəvi Nineviyanın və Assuriya imperiyasının yaradıcısını bu cür adlandırılmışdır. Elə bu adı da inqilabçıların Bakıdakı ilk gizli mətbəəsi daşıyırdı. 1898-ci ilin martında yaranan Rusiya sosial-demokrat partiyasının 3 il sonra Bakıda komitəsi yaradılmışdır. Mətbəənin yaradılmasında gürcü inqilabçısı Lado Ketsxovelinin böyük rolu olmuşdur. 1900-cü ildə Tiflis sosdemlərinin tapşırığı ilə Bakıya gələn Lado 1 il sonra partiyanın gizli mətbəəsinin təşkilini nail olur. Tez-tez ünvanını dəyişən “Nina” mətbəəsinin yaranmasında böyük səy göstərən digər şəxslər isə Bakı komitəsinin ilk tərkibinə daxil olan Avel Yenukidze, Lev Krasin, Qalperin, Eyzenbet və Faynberq idi.
I Want a Little Sugar in My Bowl (Nina Simone)
Fincanım üçün azacıq şəkər istəyirəm (ing. I Want a Little Sugar in My Bowl) — Nina Simonenın Sings the Blues singlına daxil olan mahnılarından biri.
Müqəddəs Nina Cəmiyyəti
Müqəddəs Nina Cəmiyyəti — XIX əsrdə Zaqafqaziyada fəaliyyət göstərmiş qadın xeyriyyə cəmiyyəti. Təşkilatın mərkəzi Tiflisdə idi. Qafqazda ilk xeyriyyə müəssisəsi olan Müqəddəs Nina cəmiyyəti 1846-cı il mayın 5-də Qafqaz canişini Mixail Vorontsovun yoldaşı Yelizaveta Vorontsova tərəfindən təsis edilmişdir. Yeni yaradılan bu cəmiyyətin əsas məqsədi aztəminatlı ailələrdən olan qızların təhsil alması idi. 1846-cı ilin sonunda tərtib edilmiş "1847-ci il üçün Qafqaz təqvimi"nə daxil olan yazılarda cəmiyyətin ilk üzvlərinin adlarını görmək mümkündür. Cəmiyyət fəaliyyətinin əvvəlində imperator I Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnanın himayəsi altında idi. 1860-cı ilin 3 oktyabrında Vorontsov cəmiyyətin nizamnaməsini təsdiq edir. Sənəddə "onun işlərində iştirak etmək arzusunu bildirmiş" hər bir qadının cəmiyyətə üzv ola biləcəyi qeyd olunmuşdu. Cəmiyyətə sədr, sədr müavini, beş üzv və katibdən ibarət idarə heyəti rəhbərlik edirdi. 1860-cı ilin 10 dekabrında İmperator II Aleksandr Müqəddəs Nina cəmiyyətinin yeni nizamnaməsini təsdiq edir.
Müqəddəs Nina qız gimnaziyası
Müqəddəs Nina qız gimnaziyası (Tbilisi)
Müqəddəs Nina qız gimnaziyası (Bakı)
Müqəddəs Nina qız gimnaziyası — Bakıda fəaliyyət göstərmiş təhsil müəssisəsi. 1846-cı ildən başlayaraq Rusiyada “Müqəddəs Nina” adı ilə fəaliyyət göstərən qadın xeyriyyə cəmiyyəti aztəminatlı ailələr üçün işlər görürdü. Azərbaycanda isə ilk dəfə 1848-ci ildə Şamaxıda Müqəddəs Nina təhsil müəssisəsi fəaliyyətə başladı. 1859-cu ildə güclü zəlzələ nəticəsində Şamaxı dağıldı və quberniya mərkəzi bütün idarələri ilə birlikdə Bakıya köçürüldü. 1861-ci ilin oktyabrında hərbi qubernator Tarxan Mouravovun təşəbbüsü və himayəsi ilə o dövrün imperator xanımı Mariya Aleksandrovnanın himayəsi altında fəaliyyət göstərən “Müqəddəs Nina” cəmiyyətinin Bakıda ilk dəfə bölməsi açıldı. 1862-ci ildə bu cəmiyyətin nəzdində Bakıda ilk dəfə qızlar üçün təlim-tərbiyə müəssisəsinin (ilk qızlar məktəbi) əsası qoyuldu. Bu müəssisəyə qubernatorun həyat yoldaşı Baronessa rəhbərlik edirdi. O dövrdə məktəb şəhər ətrafında keçmiş Tatarskaya (indiki Topçubaşov) küçəsində, Bakı limanının komandiri K.V.Freyganqın evində, geniş bağ sahəsi olan bir ərazidə yerləşirdi. 1874-cü ildə “Müqəddəs Nina” xeyriyyə cəmiyyətinin nəzdində fəaliyyət göstərən məktəb gimnaziya statusu aldı və Bakı qızlar gimnaziyası kimi fəaliyyətə başladı. 1886-cı ildə “Müqəddəs Nina” qızlar gimnaziyası İçərişəhərin qala divarlarına yaxın yerdə, əvvəllər xırman yeri olmuş bir sahədə məktəb binası üçün tikintinin əsası qoyuldu.
Müqəddəs Nina qız gimnaziyası (Gəncə)
Müqəddəs Nina qız gimnaziyası Bina 1883-cü ildə Gəncənin ikinci hissəsində, ermənilərin və qeyri- müsəlmanların kütləvi yaşadıqları ərazidə, "Qırmızı kənd" adlandırılan yerdə inşa edilib. Binada XIX əsrin sonları, XX əsrin əvvəllərində Müqəddəs Nina qız gimnaziyası yerləşirdi. Sovet hakimiyyəti illərində bu bina ADAU-nun hərbi kafedrasının korpusu kimi fəaliyyət göstərir. Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin istifadəsindədir. Gimnaziyada 1885-ci ildən 1906-cı ilə kimi 334 rus, 506 erməni, 66 gürcü, 21 alman, 19 yəhudi, 16 polyak, 4 ingilis, 3 yunan, 3 sarı xaldey, 3 aysori, 1 avstraliyalı və 1 osetin qızı təhsil aldığı halda, burada yerli xalqın cəmi 3 nəfər nümayəndəsi oxuyurdu ki, onlar da dövrünün zadəgan insanlarının övladları idilər.
Müqəddəs Nina qız gimnaziyası (Tbilisi)
Müqəddəs Nina qız gimnaziyası — Tbilisidə “Müqəddəs Nina” xeyriyyə cəmiyyətinin qız məktəbi. Təhsil müəssisəsi 5 may 1846-cı ildə açılmışdır.
Müqəddəs Nina qız gimnaziyası (İrəvan)
Müqəddəs Nina qız gimnaziyası - “Müqəddəs Nina” xeyriyyə cəmiyyətinin qız məktəbi. 1875-ci ildən 1900-cü ilədək İrəvanda müqəddəs Nina qız məktəbində təhsil alan 270 şagirddən 4 nəfəri azərbaycanlı qız olmuşdu. Bunlardan ikisi notarius İsmayıl bəy Qazıyevin qızları, ikisi isə Ələşrəf bəy Qazıyevin qızları idi.
Müqəddəs Nina qız gimnaziyası (Şamaxı)
Müqəddəs Nina qız gimnaziyası — "Müqəddəs Nina" xeyriyyə cəmiyyətinin qız məktəbi. "Müqəddəs Nina" qadın xeyriyyə cəmiyyətinin 1848-ci ilin aprel ayının 30-da açmış olduğu rus qız məktəbi 1859 Şamaxı zəlzələsi səbəbilə 11 il fəaliyyət göstərdikdən sonra 30 may 1859-cu ildə Şamaxıdakı fəaliyyətini dayandırmalı oldu. Güclü zəlzələ nəticəsində Şamaxı dağılmışdı və quberniya mərkəzi bütün idarələri ilə birlikdə Bakıya köçürüldü. Ona görə də 1861-ci ildə yeni quberniya mərkəzi kimi məhz Bakıda Müqəddəs Nina Bakı qadın təhsil müəssisəsi açıldı. Məktəbdə 17 nəfər azərbaycanlı qız təhsil alırdı.
Müqəddəs Nina qız gimnaziyası (Şəki)
Müqəddəs Nina qız gimnaziyası - “Müqəddəs Nina” xeyriyyə cəmiyyətinin qız məktəbi.

"nina" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nina nədir? #nina sözünün mənası #nina nə deməkdir? #nina sözünün izahı #nina sözünün yazılışı #nina necə yazılır? #nina sözünün düzgün yazılışı #nina leksik mənası #nina sözünün sinonimi #nina sözünün yaxın mənalı sözlər #nina sözünün əks mənası #nina sözünün etimologiyası #nina sözünün orfoqrafiyası #nina rusca #nina inglisça #nina fransızca #nina sözünün istifadəsi #sözlük