NİMA sözü azərbaycan dilində

NİMA

Yazılış

  • NİMA • 57.5758%
  • Nima • 33.3333%
  • nima • 9.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nima Yuşic
Nima Yuşic (farsca: نیما یوشیج), əsl adı Əli İsfəndiyaridir (d. 12 noyabr 1895 – ö. 6 yanvar 1960) — sadəcə Nima adıyla tanınan İran şairi idi. Fars və mazandaran dillərində yazırdı. Nima Yuşic kimi tanınan məşhur müasir İran şairi və fars azad şeirinin atası Əli İsfəndiyari 1897-ci ildə Mazandaranın uzaq və gözəl mənzərəli kəndlərindən olan Yuş kəndində dünyaya gəlmişdir. Nimanın atası İbrahim xan Əzəmus-səltənə şücaətli atçılardan idi və heyvandarlıq və əkinçiliklə məşğul olub. İbrahim xan musiqi və xəttatlıqla da məşğul idi. Anası da çox zövqlü bir qadın idi və daima Nizami Gəncəvinin "Yeddi gözəl" və Hafiz Şirazinin divanını oxuyurdu. Nimanın uşaqlıq illəri bu səmimi ailədə və İranın yaşıl və sıx şimal meşələrində keçmişdir. O, bir müddət çobanlarla birlikdə yaylaq və qışlaqları gəzib dolaşmışdır.
Nima Qum Muzeyi
Nima Qum Muzeyi (仁摩サンドミュージアム, Nima Sando Myuciamu) – Yaponiyanın Şimane prefekturasının Oda şəhərində, keçmiş Nima qəsəbəsinin ərazisində yerləşən və quma həsr olunmuş muzey. Burada dünyanın ən böyük qum saatı saxlanılır. Muzeyin açılışı 3 mart 1991-ci ildə yerli bələdiyyə başçısının iştirakı ilə baş tutmuşdur. Muzeyin yaradılmasında məqsəd qəsəbə yaxınlığında yerləşən Kotoqahama çimərliyinin qumunu nümayiş etdirərək turist cəlb etmək olmuşdur. Belə ki, bu çimərliyin qumu "oxumaq" xüsusiyyətinə malikdir. Muzeyin memarı Nimada doğulmuş Şin Takamatsudur. O, muzeyin ən hündür piramidasını anasının qəbrindən görünə biləcək şəkildə dizayn etmişdir. Muzey altı şüşə piramidadan ibarətdir. Ən böyük şüşə piramidasında Ginnesin Rekordlar Kitabına düşmüş dünyanın ən böyük qum saatı saxlanılır. Bu qum saatının yuxarı kürəsinin tam boşalması və aşağı kürəsinin tam dolması düz 1 il çəkir.
Nima Ərkani Hamid
Nima Ərkani Hamid (ing. Nima Arkani-Hamed; 5 aprel 1972, Hyuston, Texas) — İran əsilli Amerika-Kanada nəzəri fiziki. Ərkaninin valideynləri Iran və Təbriz şəhərinin əhalisindəndirlər.
Abdullah Nimar Dərviş
Şeyx Abdullah Nimar Dərviş (1948, Kafr-Qasim[d], Mərkəz dairəsi – 14 may 2017) — İsraildə İslam hərəkatının banisi. Dərviş 1948-ci ildə Kafr Qasimdə anadan olub. Nablusda dini təhsilini başa vurduqdan sonra Kafr Qasimə qayıdır və İslama və İslam ənənələrinə qayıtmağı təbliğ etməyə başlayır. Ardınca 1971-ci ildə İsraildə İslam hərəkatını qurur. 1979-cu ildə Dərviş Üsrət əl-Cihad ("Cihad ailəsi") adlı yeraltı təşkilat qurur. Məqsəd "Fələstində ərəb-islam dövləti" yaratmaq idi. İki il sonra bir neçə tərəfdaşı ilə birgə tutulur və terrorçu təşkilata üzvlükdə ittiham edilirlər. 1985-ci ilədək həbsdə qalan Dərviş İsrail və Fələstin Xalq Azadlıq Cəbhəsi Baş Komandanlığı arasında bağlanmış Cibril Sazişinə əsasən azadlığa buraxılır. 1985-ci ildə azad edildikdən sonra Şeyx Dərviş ictimai fəal olmağa və zorakı fəaliyyətdə iştirak edən İsrail ərəblərinə qarşı çıxmağa başladı. 1992-ci ildə üç İsrail əsgərinin bir qrup İsrail ərəbləri tərəfindən öldürülməsini açıq şəkildə qınadı.
Nimahil
Nimahil (fars. نمهيل‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 791 nəfər yaşayır (186 ailə).
Nimann-Pik xəstəliyi
Nimann-Pik xəstəliyi və ya sfinqomielinlipidoz – irsi sfinqomielinaza fermentinin irsi defekti ilə əlaqədar baş verən xəstəlik. Xəstəlik zamanı beyin qabığı hüceyrələrində, beynin ağ maddəsində, qaraciyərdə, dalaqda, sümük iliyində, böyrəküstü vəzilərdə, böyrəklərdə, limfa düyünlərdə, dəridə və qanın mononuklear hüceyrələrində (monositlər və limfositlər) sfinqomielinlərin miqdarı artır. Xəstəliyin ilk əlaməti həyatın ilk ilində (çox vaxt 6-7 aylıq uşaqlarda) təzahür edir: tədricən qaraciyər və dalaq böyüyür, kəskin arıqlama və psixi inkişafın ləngiməsi müşahidə edilir; mərkəzi sinir sisteminin fəaliyyətinin pozulması fonunda piramid sistemin zədələnməsi əlamətləri müşahidə edilir (hərəkət pozulması, spasifik iflic və s.). Sonralar əzələ tonusu və reflekslər zəifləyir; idiotiya, korluq və karlıq müşahidə edilir. Xəstəlik 5 yaşına qədər ölümlə nəticələnir (xəstə uşaqların tez-tez infeksion və iltihabi xəstəliklərə tutulması ölüm hallarını tezləşdirir). Toxuma və üzvlərdən götürülmüş biopsiya müayinələrində Pik hüceyrələrinin görünməsi bu xəstəliyin əsas morfoloji diaqnostik kriteriyası sayılır. Xəstəliyin A, B, C olmaqla 3 tipi mövcudddur. Bir-biri ilə əlaqəli olan A və B tip 1 – cili turş sfinqomielinaza fermentinin əksikliyi və bunun nəticəsində sfinqomielin toplantısı ilə xarakterikdir. A tip xəstəlikdə, ağır formada sfinqomielinaza əksikliyi görünür, sfinqomielinin seramid və fosforilxolinə parçalanmasında pozğunluq yaranır. Bütün faqosit hüceyrələrində və neyronlarda artıq miqdarda sfinqomielin toplanır.

"nima" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nima nədir? #nima sözünün mənası #nima nə deməkdir? #nima sözünün izahı #nima sözünün yazılışı #nima necə yazılır? #nima sözünün düzgün yazılışı #nima leksik mənası #nima sözünün sinonimi #nima sözünün yaxın mənalı sözlər #nima sözünün əks mənası #nima sözünün etimologiyası #nima sözünün orfoqrafiyası #nima rusca #nima inglisça #nima fransızca #nima sözünün istifadəsi #sözlük