* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. bax drama. Hələ 1932-ci ildən düşünməkdə olduğu “Əfqanıstan” dramı üzərində Cabbarlı daha ciddi çalışmaq niyyətində idi. M.Arif. 2. Sif. mənasında. Dram janrı. Dövlət dram teatrı. Dram əsərləri.
Azərbaycan dilinin izahlı lüğəti / dram1 DRAM (teatr əsəri; ədəbiyyatın növlərindən biri) O [S.Vurğun], ilk dramım yazanda da hər kəsdən əvvəl C.Cabbarlı ənənələrinə əsaslanmışdı (M.Arif); PYES Pyes zadəgan ailəsinə mənsub bir əyyaşın əhvali-ruhiyyəsini kəskin boyalarla təsvir edirdi (A.Şaiq); TƏMSİL Həmin məclisdə mərhum Mirzə Fətəlinin “Mərdi-Xəsis Hacı Qara” adlı təmsili oynanılırdı (C.Məmmədquluzadə); TƏMSİLAT (köhn.) Timsal üçün Axundovun beş komediyası hesab olunan “Sərgüzəşti-mərdi-xəsis” adlı təmsilatı ilə ki, başqa ibarə ilə “Hacı Qara” adlanır... (F.Köçərli).
Azərbaycan dilinin sinonimlər lüğəti / dram2 I сущ. см. drama 1 II прил. драматический. Dram teatrı драматический театр, dram dərnəyi драматический кружок, dram əsəri драматическое произведение, dram janrı драматический жанр
Azərbaycanca-rusca lüğət / dram1 is. drame m ~ artisti artiste m dramatique ; ~ dərnəyi cercle m d’art dramatique
Azərbaycanca-fransızca lüğət / dram