İraqa sözü azərbaycan dilində

İraqa

Yazılış

  • İraqa • 99.9518%
  • iraqa • 0.0482%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qərmətilərin İraqa yürüşü
Qərmətilərin İraqa yürüşü — Bəhreyn qərmətilərinin Abbasilər xilafətinin paytaxt bölgəsi İraqa 927-ci ilin payızında başlayan və 928-ci ilin yayına qədər davam edən genişmiqyaslı basqını. Bu yürüş əvvəlki illərdə həcc karvanlarına edilən bir sıra dağıdıcı basqınlar, eləcə də Bəsrə və Kufənin yağmalanmasından sonra yaranan gərginliyin kulminasiya nöqtəsi idi. Bu basqınlar qərmətilərə müqavimət göstərməkdə aciz qalan Abbasi hökumətindəki ümumi siyasi nasazlıq fonunda baş vermiş, Bağdadda siyasi gərginliyi artırmış və vəzir ibn Fəratın edamına səbəb olmuşdur. 927-ci ilin oktyabr və ya noyabr ayında qərmətilərin rəhbəri Əbu Tahir Cənnəbi İraqa yürüş etmək üçün tərkibi 2,300 nəfərdən çox olmayan bir qüvvəyə rəhbərlik etmişdir. Qərmətilər dekabrda Kufəni tutmuş və Azərbaycanın əsir götürülən yarımmuxtar əmiri Yusif ibn Əbu Sac xeyli böyük ordusunu məğlub etmişdilər. Qərmətilər daha sonra şimaldan Fərat çayı boyunca Bağdada doğru hərəkət etməyə başlamış, nəticədə paytaxtda burada geniş çaxnaşma baş tutmuşdur. Təhlükəyə qarşı çıxmaq üçün 40 mindən çox qoşun toplanmış, lakin Abbasi sərkərdələri Munis Müzəffər və Əbülheycə Həmdani döyüşdən yayınmış, əvəzində Bağdad yaxınlığındakı körpüləri və kanalları dağıdaraq qərmatilərin irəliləməsinə mane olmuşdular. Baş verən daşqın nəticəsində qərmatilər 7 yanvar 928-ci il tarixində Bağdad yaxınlıqlarında irəliləməyə son qoymuş, daha sonra Fəratın digər tayına çəkilərək Şimali Mesopotamiyaya doğru hərəkət etmiş, burada bölgəni yağmalamış və sakinləri əsir götürmüşdülər. Müqavimətlə qarşılaşmayan qərmətilər 928-ci ilin yayında Bəhreynə qayıtmışlar. Yürüş Kufədə qərməti simpatizanları olan Bəqliyyə üsyanına səbəb olmuşdur, lakin bu üsyan Abbasi qüvvələri tərəfindən yatırılmışdır.
ABŞ və müttəfiqlərinin İraqa müdaxiləsi (2003)
ABŞ və onun müttəfiqləri tərəfindən İraqa müdaxilə, rəsmi olaraq "İraqın azadlığı" əməliyyatı” — ABŞ və müttəfiqlərinin Səddam Hüseyn rejimini devirmək üçün 2003-cü ildə İraqa qarşı həyata keçirdikləri hərbi əməliyyat. İraq ordusuna qarşı "şok və titrəyiş" doktrinasına əsaslanan hərbi əməliyyatlar martın 20-də başladı və aprelin 9-da Amerika qoşunlarının İraqın paytaxtı Bağdadı tutması ilə başa çatdı. Mayın 1-də ABŞ prezidenti Corc Buş (kiçik) aktiv hərbi əməliyyatların başa çatdığını elan etdi. Hərbi əməliyyatların başlanmasının rəsmi səbəbi kimi Birləşmiş Ştatlar rejimin beynəlxalq terrorizmlə, xüsusən də "Əl-Qaidə" hərəkatı ilə əlaqəsi, eləcə də kütləvi qırğın silahlarının axtarışı və məhv edilməsi olduğunu bildirmişdi. 2004-cü ilin oktyabrında aparılan yoxlamalar İraqda kütləvi qırğın silahlarının mövcudluğunu aşkar etməmişdir. Səddam Hüseyn ABŞ-a qarşı terror hücumları planlaşdırmışdı. Belə ki, 1991-ci ildən əvvəl istehsal edilmiş kimyəvi silah mərmiləri və onların istehsalı üçün zavodlar müharibədən sonra tapılmışdı, hansı ki Səddam Hüseyn onları 1991-ci ildən sonra ləğv etməli idi. İşğalın məqsədlərindən birinin İraq neftinə nəzarəti ələ keçirmək olduğu da irəli sürülür . Əməliyyat BMT tərəfindən bəyənilməyib və beynəlxalq ictimaiyyətin narazılığına səbəb olub . İşğal ərəfəsində ABŞ-ın rəsmi mövqeyi belə idi ki, İraq kütləvi qırğın silahları hazırlayır (xüsusən, İraqın alüminium borular alması uranın zənginləşdirilməsi və atom silahı üçün sentrifuqların hazırlanmasına sübut kimi təqdim olunurdu) və İraqı güc yolu ilə tərksilah etmək lazımdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 8.10 dəfə / 1 mln.
2002 •••••••• 20.56
2003 •••••••••••••••••••• 55.51
2004 •••••••••••••••••• 48.51
2005 ••••••• 16.87
2006 •••••• 14.64
2007 •••••• 13.95
2008 ••• 5.60
2009 ••• 7.04
2010 ••• 8.26
2011 •• 4.55
2012 2.50
2013 ••• 5.69
2014 •••• 9.78
2015 ••• 6.12
2016 1.39
2017 •• 3.90
2018 •• 4.34
2019 •• 2.78
2020 1.99

Oxşar sözlər

#iraqa nədir? #iraqa sözünün mənası #iraqa nə deməkdir? #iraqa sözünün izahı #iraqa sözünün yazılışı #iraqa necə yazılır? #iraqa sözünün düzgün yazılışı #iraqa leksik mənası #iraqa sözünün sinonimi #iraqa sözünün yaxın mənalı sözlər #iraqa sözünün əks mənası #iraqa sözünün etimologiyası #iraqa sözünün orfoqrafiyası #iraqa rusca #iraqa inglisça #iraqa fransızca #iraqa sözünün istifadəsi #sözlük