* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. bax qapılmaq2. Qərinələrlə məst olub cəhalətə uyduq! Hansı günümüzü xoş keçirdik? C.Məmmədquluzadə. Meydanda durun mərd kimi; Uymayın ötəri şöhrətə, ada. B.Vahabzadə. // İnanaraq tabe olmaq, razı olmaq, güzəştə getmək; dilə aldanmaq; təsir altına düşmək. Yalana uymaq. – Əzizim, içmə, dostum! Hər sudan içmə, dostum! Uyma əğyar sözünə! Dostundan keçmə, dostum! (Bayatı). [Ziba xanım:] Sənin gözün örtülüb, uyubsan bu çənginin məkrinə, felinə, təmiz adını itiribsən. M.F.Axundzadə. 2. Bənd olmaq, vurulmaq, sevmək. Uyubsan zalım xoryada; Dostdan kənar gəzən gözəl! Aşıq Ələsgər. [Tutubəyim Ağabəyimə:] [Atan] bir müddət Hacı Kərimin qızına uydu, indi də Gəncədən təzə gətirdiyi bacıma uyub. Çəmənzəminli. 3. Uyğun gəlmək, uyğun olmaq, münasib olmaq, düz gəlmək, yaraşmaq. Vay, vay! Deyəsən, bəşər deyil bu! Bir şəklə uyan təhər deyil bu! M.Ə.Sabir. Bu iki adamın təbiəti bir-birinə əsla uymayırdı. A.Şaiq.
Azərbaycan dilinin izahlı lüğəti / uymaq2 Qapılmaq, aludə olmaq. (“Koroğlu” dastanının lüğəti) Fikrinizdə nə qoyubsuz? Qeyri yollara uyubsuz, Görünür məndən doyubsuz? Doymayan beləmi əyləni? (“Qulun qaçmağı”)
Azərbaycan dastanlarının leksikası / uymaq1 Bu söz mənbələrdə təqlid etmək, yamsılamaq kimi şərh olunub.İndi “təsir altına düşmək” anlamını əks etdirir. Uyğun kəlməsi də bununla qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / uymaq4 1. UYMAQ Uymayın ötəri şöhrətə, ada (B.Vahabzadə); QAPILMAQ [Tütünçüoğlu] gənc olmasına baxmayaraq, başqaları kimi həlli müşkül olan arzulara qapılmazdı (M.S.Ordubadi). 2. uymaq bax vurulmaq I 3. uymaq bax aldanmaq
Azərbaycan dilinin sinonimlər lüğəti / uymaq1 1. увлекаться, увлечься, поддаваться; 2. быть похожим, подходить, соответствовать;
Azərbaycanca-rusca lüğət / uymaq2 глаг. 1. увлекаться, увлечься: 1) проявить сильный, особенный интерес к чему-л. Futbola uymaq увлекаться футболом, ova uymaq увлекаться охотой 2) почувствовать влечение к кому-л.; влюбляться, влюбиться в кого-л. 2. соответствовать, сходиться. Xasiyyətləri uymur характеры не соответствуют (характерами не сходятся) 3. соблазняться, соблазниться: 1) поддаться соблазну, прельститься чем-л. заманчивым. Pula uymaq соблазниться на деньги, şöhrətə uymaq соблазниться славой 2) склоняться, склониться на что-л., не устоять перед каким-л. желанием, влечением. İçkiyə uymaq соблазниться на вино
Azərbaycanca-rusca lüğət / uymaq1 f. 1. (nəyəsə) to take* a great interest (in); to be* keen (on smth.), to go* mad (on smth.); (kiməsə) to take* a fancy (to smb.); asanlıqla ~ to be* easily carried away; şahmata / tennisə və s. ~ to be* keen on chess / tennis, etc.; 2. (kiməsə məftun olmaq) to be* enamoured (of smb.); to fall* (for smb.); 3. (hay-küyə və s.) to succumb to / to give* way to panic 4. (yaramaq, uyğun olmaq) to do* (for); to fit (d.); (yaraşmaq) to suit (d.), to become* (d.), to go* very well (with); 5. to correspond (to, with); Bu həqiqətə uymur It is not true; Bu şəraitə uymur It does not meet / fit the situation
Azərbaycanca-ingiliscə lüğət / uymaq1 f. passionner (se) pour, laisser (se) entraîner, raffoler vi de qn (de qch) ; engouer (s’) de, emballer (s’) pour
Azərbaycanca-fransızca lüğət / uymaq1 гл. 1. кил. qapılmaq²; 2. агъун, чӀалахъ хьана табий хьун, рази хьун; алцур хьун; эсердик акатун; 3. кӀан хьун, бенд хьун, ашукь хьун; 4. кьун, дуьз атун, кутугун, туькӀуьн.
Azərbaycanca-ləzgicə lüğəti / uymaq