tör-töküntü sözü azərbaycan dilində

tör-töküntü

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tör-töküntü • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Töküntü (bitki)
Töküntü (bitki) – Bitkinin ölü hissəsi olub ölü kütləyə aiddir, bura torpağın səthinə və ya su hövzəsinin dibinə tökülən yarpaqlar, budaqlar, çiçəklər, toxumlar, meyvələr, qabıqlar, tozcuqlar, sporlar və s. daxildir. İllik töküntü bəzi bitki qruplaşmalarında (xüsusilə meşə) torpaq səthində döşənək yaradır. Torpağın səthinə, sonra isə onun qatlarına töküntü ilə bitki sintez edən üzvi maddə ilə yanaşı, torpaq qatlarından mənimsənilən mineral (kül elementləri) maddələr də daxil olur. Süxur töküntülərində suda asan həll olunan və bitkilər üçün zərərli duzların miqdarının yol verilən həddən (>0,25%) çox, yüksək qələvi (su suspenziyasında pH-ın 9,0-dan yuxarı) və güclü turş mühitin (pH-3,5-dən aşağı) olması ilə yaranır. Töküntülərdə ağır metalların (qurğuşun, sink, civə, kadmium, xrom və başqa elementlər) həddən çox toplanması ilə də canlı aləm üçün toksiklik yarana bilər. Töküntülərdə yayılan ilkin bitkilər. Bitkilərin tərkibi töküntüləri əhatə edən ərazidə yayılmış səciyyəvi bitkilərin xüsusiyyətlərindən, bitki sporlarının yayılmasından və töküntü süxurlarının aqrokimyəvi xassəsindən asılıdır. Töküntülərdə ilk bitki toxumlarının çıxışı küləklə gətirilən bitki növləri hesabına olur. Rayonun təbii amillərindən və töküntüləri təşkil edən süxurların fiziki və kimyəvi xassələrindən asılı olaraq ilkin ot bitkiləri alaq və ya yayılma arealına malik zonal bitki növləri ola bilər.

tör-töküntü sözünün leksik mənası və izahı

  • 1 is. 1. Bax qalıq 1-ci mənada. Qurban boşalmış içki şüşələrini, yeyilmiş qəlyanaltının tör-töküntüsünü süfrədən yığdı. T.Ş.Simurq. 2. məc. Məhv olmuş ictimai quruluşun mənfi qalıqları, izi; cəmiyyətin mənən pozulmuş ünsürləri. [Mürşüd:] İnci, axı o gün mən sənə isbat elədim ki, qısqanclıq kapitalizmin tör-töküntüsüdür. S.Rəhman. 3. top. Səliqəsiz halda yerə tökülmüş şeylər, qarmaqarışıqlıq haqqında. Gülzar yığışdırır tör-töküntünü; Sonra da həyətdə çırpır örtünü. S.Vurğun. Ev tör-töküntü idi. Xanım Balacayeva arada eşələnir və Gülöyşə ilə danışırdı. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / tör-töküntü

tör-töküntü sözünün rus dilinə tərcüməsi

  • 1 1. отребье, сброд; 2. безалаберный, неопрятный, небрежный; 3. пережитки;

    Azərbaycanca-rusca lüğət / tör-töküntü
  • 2 сущ. собир. 1. остатки. Süfrənin tör-töküntüsü (artığı) остатки стола (объедки) 2. отбросы: 1) негодные остатки чего-л. 2) презр. о морально разложившихся членах общества; отребье. Cəmiyyətin tör-töküntüləri отбросы (отребье) общества, daşnak tör-töküntüləri дашнацкое отребье, faşist tör-töküntüləri фашистское отребье 3. пережиток (то, что не соответствует современным требованиям) 4. мусор, сор (беспорядочно накиданная груда, куча чего-л.). Tör-töküntünü (zir-zibili) yığışdırmaq убирать мусор 5. беспорядок (отсутствие порядка). Evdə tör-töküntüdür в доме беспорядок

    Azərbaycanca-rusca lüğət / tör-töküntü

tör-töküntü sözünün inglis dilinə tərcüməsi

tör-töküntü sözünün fransız dilinə tərcüməsi

tör-töküntü sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. кил. qalıq 1); 2. пер. чкӀанвай са жемиятдин виже текъвер амукьаяр, кӀанер-пунар, гелер; 3. акатайвал чилел вегьенвай (гадарнавай, аватнавай) затӀар.

    Azərbaycanca-ləzgicə lüğəti / tör-töküntü

"tör-töküntü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tör-töküntü nədir? #tör-töküntü sözünün mənası #tör-töküntü nə deməkdir? #tör-töküntü sözünün izahı #tör-töküntü sözünün yazılışı #tör-töküntü necə yazılır? #tör-töküntü sözünün düzgün yazılışı #tör-töküntü leksik mənası #tör-töküntü sözünün sinonimi #tör-töküntü sözünün yaxın mənalı sözlər #tör-töküntü sözünün əks mənası #tör-töküntü sözünün etimologiyası #tör-töküntü sözünün orfoqrafiyası #tör-töküntü rusca #tör-töküntü inglisça #tör-töküntü fransızca #tör-töküntü sözünün istifadəsi #sözlük