Tiryaki Mehmed Paşa
Tiryaki Mehmed Paşa (1680, Konstantinopol – 31 iyul 1751, Retimno[d], Krit vilayəti) — I Mahmud dönəmində 1 il 16 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
== Həyatı ==
Əslən türk olub, 1680-ci ildə İstanbulda dünyaya gəldi. Atası yeniçəri ocağında xidmət edən İvaz ağadır. Bu səbəblə yeniçəri ocağında böyüdü və ilk vəzifələrini də burada aldı. 1736-cı ildə səfərə göndərilən ordunun daxilində baş yazıcı olaraq vəzifələndirildi. Səfər əsnasında Sultan Mahmudun əmriylə, yeniçəri ocağında qeydə düşməyən əsgərlərə ülufə verməyərək dövlət xəzinəsinə külli miqdarda gəlir qazandırdı.
Ancaq bu səbəblə yeniçərilər arasında xeyli düşmən qazandı. Bu səbəblə vəzifəsindən azad edilərək sədarət kəndxudası Osman Xalis Əfəndinin xidmətinə alındı. Uzun müddət müxtəlif vəzifələrdə xidmət etdikdən sonra 10 avqust 1746-cı ildə sədrəzəm təyin edildi.
Ancaq sədarətə təyin edildikdən sonra sərt tədbirlər alan Mehmed Paşa eyş-işrət aləmlərinə qarışdı.