* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Dilimizdə kökü din olan dinlə və dinşə sözləri var, “qulaq as”, “sus”, “danışma” mənalarını əks etdirir. Tın (din) kəlməsi tarixən nəfəs sözünün müqabilində işlədilib. Deməli, dinlə sözünün mənası “danışma” deməkdir və dinmək (danışmaq) sözü ilə heç bir əlaqəsi yoxdur. Tınmas sözü susmaz sözünün sinonimi kimi tuva dilində indi də işlədilir(Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dinləmək2 DİNLƏMƏK İstər-istəməz skamyanın arxasına söykənib bu lətif səsi dinləməyə başladı (M.Hüseyn); EŞİTMƏK Eşidin, nə deyir; “İki gün əvvəl; Niyə gecikmişdin? Bundan danış gəl!” (M.Rahim); QULAQ ASMAQ [Şahməmməd:] Mənə qulaq as... (S.Rüstəm); QULAQ TUTMAQ Ol sözə tutma qulaq, mən çəkdiyim əfqanə tut (Füzuli); QULAQ VERMƏK Nisəbəyim xanım: Hətta bir gün mən qapı dalından qulaq verirdim (M.S.Ordubadi); GUŞ ELƏMƏK (köhn.) Kağəz sənə ağ göstərir öz sineyi-safın; Guş eyləmə lafın (M.Ə.Sabir); GUŞ QILMAQ (köhn.) Guş qılginən bir sadələrə... (C.Məmmədquluzadə); MÜLTƏFİT OLMAQ Maral: Mirzə, bir yanını yerə qoy, mənə yaxşı mültəfit ol (S.Rəhman).
Azərbaycan dilinin sinonimlər lüğəti / dinləmək1 DİNLƏMƏK – SÖYLƏMƏK Rəis sizi məmnuniyyətlə dinləyir (İ.Əfəndiyev); Mən sizə əqidəmi söylədim (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / dinləmək2 глаг. слушать: 1. воспринимать слухом что-л. Musiqi dinləmək слушать музыку, məruzə dinləmək слушать доклад 2. исследовать путем выслушивания состояние какого-л. органа, механизма; выслушать. Həkim xəstəni dinləyir врач слушает больного 3. выслушивать что-л. публично оглашаемое (на собрании, заседании и т.п.); заслушивать 4. посещать чьи-л. лекции, занятия в целях изучения чего-л. Məşhur professoru dinləmək слушать известного профессора 2. прослушивать, прослушать (выслушать от начала до конца). Mühazirələr kursunu dinləmək прослушать курс лекций, biz dünən birlikdə “Leyli və Məcnun” operasını dinlədik мы вчера вместе прослушали оперу “Лейли и Меджнун”
Azərbaycanca-rusca lüğət / dinləmək1 f. 1. to listen (to); 2. (müğənnini, musiqini və s.) to hear* (d.); 3. tib. to sound (d.); radionu ~ to listen to the radio; mühazirə ~ to attend a lecture; (telefonla danışarkən) Dinləyirəm! Hello!
Azərbaycanca-ingiliscə lüğət / dinləmək1 f. écouter vt, entendre vt ; suivre vt ; tib. ausculter vt
Azərbaycanca-fransızca lüğət / dinləmək