Lanq sözü azərbaycan dilində

Lanq

Yazılış

  • Lanq • 97.1831%
  • lanq • 2.8169%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Andre Lanq
Andre Lanq — (ing. Andrew Lang; 31 mart 1844[…] – 20 iyul 1912[…]) Şotland şairi, romançısı, ədəbiyyatşünası və antropologiya sahəsinə töhfə verən alim. O, daha çox, tarix, etnoqrafiya, antropologiya və folklor kolleksiyaçısı kimi tanınır. Sent-Endryus Universitetində Andre Lanqın mühazirələri onun adını daşıyır.
Noa Lanq
Noa Noell Lanq (17 iyun 1999-cu ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Lanq Feyenoord akademiyası vasitəsilə inkişaf etmişdir. 6 fevral 2017-ci ildə Lanq Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2019-cu ilin 30 iyun tarixinə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Lanq öz peşəkar karyerasında debütünü 3 aprel 2017-ci ildə Yonq Utrext klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Ezra Valianı əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. Lanq karyerasında ilk qolunu 15 dekabr 2017-ci ildə Emmen klubuna qarşı oyunda vurmuşdur. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır. == Şəxsi həyatı == Lanq Niderlandın Kapelle aan den İYssel şəhərində anadan olmuşdur. Valideynləri isə Surinam vətəndaşlarıdır.
De-Lanqe sindromu
De-Lanqe sindromu — ilk dəfə 1933-cü ildə Hollandiya həkimi De-Lanqe tərəfindən təsvir edilmişdir. Sindromun başlıca cəhətləri bunlardır: xəstələr boyca kiçik, arıq olub özünəməxsus sifətləri ilə diqqəti cəlb edir. Qaşları həddindən artıq tüklü, burunları qısa, burun deşikləri bir qədər yuxarıda yerləşir. Kəllə həcmcə kiçik, braxisefal quruluşa malik olur. Əlləri kiçik, şəhadət barmaqları qısa, çəçələ barmaqları içəri doğru əyilir, bəzən bir barmaqları çatmır. Bədənin digər hissələrinin (onurğa sütunu, köks qəfəsi) və daxili orqanların (böyrəklərin) anomaliyası da tez-tez təsadüf edilir. Xəstələrin 80%-də imbesillik və ya ağır ağıl zəifliyi nəzərə çarpır. Bəzi xəstələrdə cəngolma tutmaları da müşahidə edilir. Xəstəliyin səbəbinin irsi amillərlə bağlılığı şübhə doğurmur, lakin hansı xromosomlarla əlaqədar olması dəqiqləşdirilməmişdir. Müalicə simptomatik olaraq aparılır.
Edmond Lanqli
Edmond Lanqli (ing. Edmund of Langley) (5 iyun 1341 – 1 avqust 1402) — İngiltərə kralı III Eduardın və xanımı Enolu Filipanın həyatda qalan dördüncü oğlu. Orta əsrlər dövrünə xas ənənəyə görə, o da doğulduğu Lanqli sarayının adını ləqəb olaraq aldı. O, York ailəsinin banisi idi ancaq bu ailənin İngiltərə taxtındakı iddiası Edmondun kiçik oğlu Riçardın, qardaşı Lionelin nəticəsi Anna Mortimerlə evlənməsi ilə başladı. Bu ailənin Gül müharibəsindəki rəqibi olan Lankasterlər də yenə Edmondun digər qardaşı Gentli Conun şəcərəsindən gəlməkdə idi. == Mənbə == James Reston, Jr. "Dogs of God," New York: Doubleday, p. 18. Douglas Biggs, "A Wrong Whom Conscience and Kindred Bid Me to Right: A Reassessment of Edmund of Langley, Duke of York and the Usurpation of Henry IV" Albion, 26 (1994), pp. 231–246.
Helen Lanqevin-Joliot
Helen Lanqevin-Joliot (doğum adı: Joliot-Küri; 19 sentyabr 1927, Parisin 6-cı rayonu[d]) — Fransız laboratoriyalarında nüvə reaksiyaları ilə bağlı araşdırmaları ilə tanınan və hər üçü də fizika və kimya üzrə Nobel mükafatı almış Mariya Kürinin nəvəsi və İren Jolio-Küri və Frederik Jolio-Kürinin qızı, fransız nüvə fiziki. Tədqiqat sahəsindəki karyerasından təqaüdə çıxdıqdan sonra Helen qadınları və qızları STEM sahələrində iştirak etməyə təşviq etməyə yönəlmiş aktivizmə qoşulmuşdur. Onun aktivizmi həm də geniş ictimaiyyət üçün daha çox elmi savadlılığın təşviqinə köklənib.
Henri Lanqlua
Henri Lanqlua (fr. Henri Langlois; 13.11.1914, İzmir, Osmanlı imperiyası — 13.1.1977, Paris) — Fransa kinematoqrafının əsasını qoyan şəxslərdən biri. == Həyatı == Henri Lanqlua ( Henry Langlois )- yəqin ki, çox az adam bu insan barəsində eşidib. H.Lanqlua Türkiyənin İzmir şəhərində anadan olub. Filmlərin qorunması və onların bərpası ilə məşğul olan biri olub. Paris kinoarxivinin qurucularından biri olub. Vaxtı ikən dünya kinosunun ən önəmli adamlarından olan Lanqlua 1936-cı ildə yaratdığı Paris Kinoarxivi (Cinémathèque Française') ilk öncə on filmdən ibarət olub, amma 1970-ci ildə isə Fransa Kinoarxivində yer almış minə yaxın film olub. Lanqlua ikinci dünya müharibəsi zamanı bir çox filmlərin xilaskarı olub. Faşistlər kitablar kimi filmləri də məhv edirdilər və Lanqlua bir çox filmin məhv olmasına izin verməyib. Çarli Çaplinin ‘’Böyük Diktator’’ filminin orijinal nüsxələrindən birini faşistlərin məhvindən qoruyub.
Hubert Lanqet
Hubert Languet (1518 – 30 sentyabr 1581, Antverpen, Brabant hersoqluğu[d]) fransız Diplomatı və İslahatçısıdır. Onun diplomatiyasının aparıcı ideyası protestantlığın qorunması və genişlənməsi üçün dini və vətəndaş azadlığı idi. O, protestant kilsələrinin birliyini inkişaf etdirmək üçün əlindən gələni etmişdir. == Həyatı == Languet 1518-ci ildə Fransanın Dijon şəhərindən 21 mil (34 km) qərbdə yerləşən Vitteaux şəhərində anadan olub . O, hüquq təhsili almaq üçün Poitiers Universitetinə daxil olub, lakin ilahiyyat , tarix , elm və siyasət elmləri ilə də maraqlanıb . Padua və Bolonya universitetlərində olmuş , İtaliya və İspaniyaya səyahət etmişdir . O, şübhələrinə son qoyan Melanchthonun Loci theologici əsərindən çox təsirləndi . 1549-cu ildə Languet Wittenbergə getdi , burada Melanchthon tərəfindən mehribanlıqla qonaq kimi qəbul edildi, tez-tez səyahətlərində onu müşayiət etdi və dostları ilə intim münasibətdə idi. Protestantların təqibləri ilə Fransadan qovulan o, Vittenberqdə məskunlaşdı, qışı orada keçirdi, lakin yay və payızda geniş səyahətlər etdi. 1559-cu ildə Melanxtonun tövsiyəsi ilə Lanqet Saksoniya seçicisinin xidmətinə diplomatik agent kimi daxil oldu və 1577-ci ilə qədər bu vəzifədə çalışdı.
Kleman Lanqle
Kleman Lanqle (fr. Clément Lenglet; 17 iyun 1995, Madrid) — Fransa milli komandasının və İspaniyanın Barselona klubunun müdafiəçisi. == Həyatı == 17 iyun 1995-ci ildə Fransada anadan olub.
Kristian Lanqe
Kristian Lous Lanqe — (17 sentyabr 1869[…], Stavanqer[d] – 11 dekabr 1938[…], Oslo) Norveçli tarixçi, müəllim və politoloq. O, internasionalizm nəzəriyyəsi və praktikasının dünyadakı ən qabaqcıl təmsilçilərindən biri idi. == Həyatı == Kristian Lanqe Stavanqerdə anadan olub. Onun atası hərbi mühəndis idi və tarixçi Kristian Kristof Andreas Lanqenin nəvəsi idi. O,1887-ci ildə orta məktəbi bitirdikdən sonra, səyahət etməyə və Oslo Universitetində tarix, ingilis və fransız dillərini öyrənməyə davam etdi. 1893-cü ildə filologiya elmləri namizədi dərəcəsinə yiyələndi. Uzun illər orta məktəblərdə müəllimlik etdi və doktorluq dərəcəsinə yiyələnmək üçün Oslo Universitetinə müraciət etdi. == Karyerası == 1899-cu ildə, Parlamentlərarası Birliyin Oslo konfransını təşkil edən komitənin katibi təyin edildikdə, müxtəlif ölkələrin parlamentariləri arasında müzakirələrin aparılmasına həsr olunmuş təşkilatın, internasionalist hərəkatının ilk rəsmisi oldu. Növbəti il,Norveç Parlamentinin Nobel Komitəsinin katibi elan edildi və 1909-cu ildə vəzifəsindən imtina etməsinə baxmayaraq,Norveç Nobel İnstitutunun ilk günlərində əsas rol oynayacaqdı. Bu müddət ərzində İkinci Haaqa Sülh Konfransının Norveç texniki nümayəndəsi oldu.
Lanqdok-Rusiyon
Langedok-Russilyonn (fr. Languedoc-Roussillon) - Fransanın cənubunda yerləşən keçmiş bölgə statuslu yaşayış məntəqəsi. 2016-cı il yanvarın 1-dən Oksitaniya bölgəsinin bir hissəsidir.
Lanqedok-Russillyon
Langedok-Russilyonn (fr. Languedoc-Roussillon) - Fransanın cənubunda yerləşən keçmiş bölgə statuslu yaşayış məntəqəsi. 2016-cı il yanvarın 1-dən Oksitaniya bölgəsinin bir hissəsidir.
Lanqedok-Russillyon-Midi-Pirenei
Oksitaniya (fr. Occitanie) — Fransanın cənub bir bölgəsidir. Mərkəzi Tuluza şəhəridir. == Adı == Qanunun mətni Langedok (fr. Languedoc) və Russilyon (fr. Roussillon),Pireney Dağları (fr. Pyrénées) tarixi bölgələrinin adlarını və bölgənin Fransanın xəritəsi (Cənub;fr. Midi) üzərində yerləşdiyini, bölgənin müvəqqəti adını, tirelə ayrılmışdır. Regional kapitalın daimi adı və yeri 2016-cı il iyulun 1-dən əvvəl Regional Şura tərəfindən müəyyənləşdirilmişdir və 2016-cı il oktyabrın 1-dək Fransanın Dövlət Şurası tərəfindən təsdiq edilmişdir.. == Coğrafiya == Ümumi sahəsi 72,724 km² olan bölgə, Fransanın böyük şəhərlərindəki ikinci böyük şəhərdir.
Lanqedok-Russilyon
Langedok-Russilyonn (fr. Languedoc-Roussillon) - Fransanın cənubunda yerləşən keçmiş bölgə statuslu yaşayış məntəqəsi. 2016-cı il yanvarın 1-dən Oksitaniya bölgəsinin bir hissəsidir.
Lanqepas
Langepas — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
Lanqkavi adaları
Lanqkavi adaları (malay Langkawi Permata Kedah) — Malakka boğazında, Malayziyanın şimal-qərbində, Tailandla sərhəddən bir qədər aralıda (Tarutau adasından 25 km) yerləşir. Arxipelaqın sahəsi 478 km² (bunun 363 km² Pulaiu-Lanqkavinin payına düşür). Ən hündür nöqtəsi — Qununq-Raya (880 ). Qrupa 4 nisbətən iri və yüzlərlə kiçik ada daxildir. Adalar materikdən 51 km aralıda yerləşir. İqlimi ekvatorialdır. Quraq növsüm müşahidə edilmir. İl ərzində 2500 mm yağıntı düşür. Adalarda 96700 nəfər (2008) yaşayır. Bunun 90 % malaylardır.
Lanqkavi səma körpüsü
Lanqkavi səma körpüsü — Malayziyada körpü == Tarixi == Körpü 2005-ci ildə istifadəyə verilmişdir. == Quruluşu == Körpüyə çıxmaq üçün funikulyordan istifadə edirlər. Gəzmək üçün olan sahə 410 fut və təxmini 125 metrdir. Körpü Qanqun Mat Çinçanq dağının zirvəsində, dəniz səviyyəsindən 2300 fut hündürlükdə yerləşir. Xüsusi lift ilə dağa qalxan turistlər tropik meşələri və Malayziyanın ən gözəl dağ mənzərələrini seyr edə bilirlər.
Lanqlad yarımadası
Lanqlad (Kiçik Mikelon, fr. Langlade, Petite Miquelon) — Sen-Pyer və Mikelon arxipelaqının Mikelon Lanqlad adalarının cənubunda yerləşir. XVIII əsrə qədər Lanqlad adası müstəqil ada olsa da, sonradan Qran-Mikelon adası ilə uzunluğu 12 km olan burunla birləşdi. Lanqlad adasından 5 km cənub-şərqdə Sen-Per adası yerləşir. Sahəsi — 91 km² təşkil edir. Lanqlad adasında heç bir canlı yaşamır. Halbuki 2006-cı ildə adada yaşayan tək insan vəfat etmişdir.Lanqlad adasında çoxlu sayda su tutarları vardır. Onların bir qismi yağıntından asılı olaraq ərazisi dəyişir. Ancaq rütubətli iqlin səbəbindən göllər heç vaxt qurumur. Əsas etibari ilə bataqlıq bitkiləri üstünlük təşkil edir.
Lanqobardlar
Lanqobardlar və ya Lombardlar (lat. langobardī (uzunsaqallılar) — qədim alman tayfalarından biri. Əfsanəyə görə lanqobard qadınları özlərini döyüşdə öz ərlərini qorumaq və döyüşçülərin saylarının daha da çox görünmələri və bununla da düşməni qorxutmaq üşün saçlarını çənələrinin altından bağlayaraq özlərini döyüşçü kişilərə oxşadırdılar. Lanqobardlar ilk əvvəl Elbanın aşağı sol sahillərində Bardenqauda yaşayırdılar. V əsrdə cənuba, Norikə girərək burada xristianlığın Ariçilik qolunu qəbul edirlər və beləliklə İmperiya (Şərqi Roma - Bizans) tərəfindən "müttəfiq tərəfdaşlar" kimi rəsmi tanınmağa başladılar. Lanqobardların erkən tarixi üzrə əsas mənbələrdən birinə "lanqobard xalqının mənşəyi" adlı əsər anonim olaraq yazılmışdır ki, o dövrdə yaşamış tarixçi Pavel Dyakon "lanqobardların Tarixi" adlı əsərində bu mənbədən yararlanmışdır. == Lanqobar Krallığı və kralları == Əfsanəyə görə Skadan – (şimal) adlı ada vardır ki, burada çoxlu xalqlar yaşayırdı. Bunların arasında vinil adlanan kiçik bir xalq da vardır ki, onun başında Qambara və onun iki oğlu İbor və Ayo dururdu. Qonşu xalqlar arasında yaşayan vandallar başda Ambri və Assi olmaqla vinillərə qarşı çıxaraq onlardan “ya bizə vergi verməlisiniz ya da, bizimlə vuruşmalısınız” tələbini irəli sürdülər. Buna cavab olaraq İbor və Ayo və onların anası Qambara bildirdilər ki, “vandallara vergi verməkdənsə onlarala vuruşmaq daha yaxşıdır”.
Lanqon (rayon)
Lanqon (fr. Ajaccio) — Fransanın Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Jironda. Suprefektura — Lanqon. Rayon əhalisi 2006-cı ildə 87 584 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 38 nəf / km². Rayon sahəsi — 2306 km².
Lanqr (rayon)
Lanqr (fr. Langres) — Fransanın Şampan-Arden regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Marna. Suprefektura — Lanqr. Rayon əhalisi 2006-cı ildə 46 150 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 21 nəf / km². Rayon sahəsi — 2163 km².
Lanqustlar
Lanqustlar (lat. Palinuridae) — buğumayaqlılar tipinin ali xərçənglər sinifinin onayaqlılar dəstəsinin Palinuridae ailəsinə aid olan yeməli xərçənglər. Eyni zamanda ing. Rock lobsters — qısqaclı lobster kimi tanınır. Lanqustlar, xüsusilə Avstraliya, ABŞ, Yeni Zelandiya, İrlandiya, Cənubi Afrika və Bahamada yayılmışdır. Avstraliya və Yeni Zellandiyada onu ing. crayfish, sea crayfish, crawfish adlandırırlar. Uzunluğu 60 sm, çəkisi 5 kq qədər olan lanqustlar iri xərçənglərdən omara oxşasa da ondan qısqaclarının olmaması ilə fərqlənir. Bədəni və bığcıqları qüvvətli maşalara malikdirlər. Adətən dənizin 5–150 m dərinliklərində qayalar altında, korallar arasında təqribən 50 lanqustan ibarət zəncir şəklində cərigəli kaloniyalarla məskunlaşırlar.
Lanqyoya
Lanqyoya (norv. Langøya) — Norveçin üçüncü ən böyük adası (Şpitsbergen arxipelaqının adaları istisna olmaqla) 850,2 km² ərazisini əhatə edir. Vesterolen bölgəsinin bir hissəsidir və Hinnyoya adasının şimalındakı Nordland qraflığında yerləşir. Dar Sortlannssundet boğazı iki adanı ayırır: Lanqyoya və Hinnyoya. Boğazdan bir kilometr uzunluğuna malik Sortlandsbrua körpüsü ikio adanı birləşdirir. Adanın ərazisində Byo kommunası və qismən Eksnes, Sortland və Hadsel kommunaları vardır. Adada bir neçə göl var məsələn, Alsvoqvatnet gölü.
Oskar Lanqe
Oskar Rışard Lanqe (pol. Oskar Ryszard Lange; 27 iyul 1904[…] – 2 oktyabr 1965[…], London) — polşalı iqtisadçı, ekonometrik, siyasi və ictimai xadim. == Həyatı == Əsas elmi məsləhətçisi Adam Krzyżanowski idi. 1927-ci ildə Hüquq elmləri üzrə magistr dərəcəsini və 1928-ci ildə Krakov Universitetində hüquq elmləri doktoru dərəcəsini alıb. 1929–30-cu illərdə London İqtisadiyyat Məktəbində oxudu. 1931-ci ildə Krakov Universitetində müəllim oldu. 1935-ci ildə ABŞ-yə getdi və Miçigan Universitetində dərs deməyə başladı. 1938–1945-ci illərdə Çikaqo Universitetində dərs demişdir. 1927–1947-ci illərdə Polşa Sosialist Partiyasının üzvü, 1948-ci ildən PBİP üzvü. 1945-ci ildə Polşaya, 1945–1947-ci illərdə Polşa Xalq Respublikasının ABŞ-dakı səfiri, 1947-ci ilin yanvar-dekabr aylarında Polşa Xalq Respublikasının BMT-də və Təhlükəsizlik Şurasında təmsilçisi oldu.
Paul Lanqli
Paul Lanqli (9 fevral 1972) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Paul Lanqli Avstraliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.26 dəfə / 1 mln.
2006 ••••••••••••• 0.45
2007 ••••••••••••• 0.42
2008 •••••••• 0.24
2009 ••••••••••••••••••• 0.64
2010 ••• 0.09
2012 •••••••••••••••••• 0.60
2013 ••••• 0.15
2014 •••••••••• 0.34
2015 •••••••••• 0.34
2017 ••••• 0.16
2019 •••••••••••••••••••• 0.70
2020 •••• 0.13

"lanq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#lanq nədir? #lanq sözünün mənası #lanq nə deməkdir? #lanq sözünün izahı #lanq sözünün yazılışı #lanq necə yazılır? #lanq sözünün düzgün yazılışı #lanq leksik mənası #lanq sözünün sinonimi #lanq sözünün yaxın mənalı sözlər #lanq sözünün əks mənası #lanq sözünün etimologiyası #lanq sözünün orfoqrafiyası #lanq rusca #lanq inglisça #lanq fransızca #lanq sözünün istifadəsi #sözlük