Qanq sözü azərbaycan dilində

Qanq

Yazılış

  • Qanq • 96.2617%
  • qanq • 3.7383%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qanq
Qanq və ya Qanqa (hind गंगा, GaṅgāIAST, [ˈɡəŋɡaː]) — Cənubi Asiyada çay. Hinduizm mifologiyasına görə Qanqa — cənnətdən yerə enən çaydır. Hinduistlər bu çayı müqəddəs yer kimi ziyarət edirlər. Onun sahilində kremasiya edib, ondan sonra qalan tozu çaya tökürlər.
Qanq-Brahmaputra
Brahmaputra çayı (sanskr. ब्रह्मपुत्र), assam. ব্ৰহ্মপুত্ৰ নদ Brôhmôputrô) — Hindistan yarımadasından axan ən böyük çay. Tibet, Hindistan və Banqladeşdən axan transsərhəd çaydır. Brahmaputra dünyada su həcminə görə 9-cu, uzunluğuna görə isə 15-ci çaydır. Brahmaputra Tibetin Buranq əyalətində, Himalayın şimal yamacında yerləşən Kaylas dağı yaxınlığındakı Mapam-Yumtsu gölündən başlayır, Himalayı keçərək böyük dərələrlə cənubi Tibet boyunca axır və Hindistanın Arunaçal-Pradeş ştatına daxil olur. Bundan sonra çay, geniş Qanq deltasında Banqaladeşdə Padma adı ilə məşhur olan Qanqla birləşir. Brahmaputra və Padma birləşərək Meqhna çayını əmələ gətirir və Benqal körfəzinə tökülür.Təxminən 4,696 km (2,918 mil) uzunluğunda olan Brahmaputra bölgədə suvarma və nəqliyyat üçün vacib bir çaydır. Çayın orta dərinliyi 30 metr (98 ft), maksimum dərinliyi isə 135 metr (443 ft)-dir (Sadiyada). Yazda Himalaydakı qarın əriməsi nəticəsində çayda fəlakətli daşqınlar baş verir.
Qanq delfini
Amazon delfini və ya iniya, amazon iniya, bouto (lat. Inia geoffrensis) — cetacea dəstəsinin çay delfinləri qrupuna aid heyvan fəsiləsi. Əsasən balıq, molyusk və xərçəngkimilərlə qidalanır. Cənubi Amerika üçün endemikdir. Fransız zooloqu Joffrua Sent İler Etyenin şərəfinə adlandırılıb. == Taksonomiyası == Amazon delfininin görünüşü 1817-ci ildə Anri Mari Dyukrot de Blenvil tərəfindən təsvir edilmişdir. Amazon çayı Yunfin ilk olaraq Platanistoidea superfamilyasına məxsus idi ki, bu da bütün çay yunuslarını meydana gətirmişdir ki, bu da onları paraphyletik qrup halına gətirmişdir. İndi isə Amazon çayının delfini Inioidea superfamilyasına təsnif edilib. Amazon zamanına və necə girdiğinə dair bir fikir birliyi yoxdur; Sakit okeandan Miyosen dövründə, Andesin formalaşmasından və ya Atlantik dənizindən bunu edə bilərlər. Mübahisələrə məruz qalan böyük beynəlxalq orqanlara malik növlərin və yarımnövlərin təsnifatı ilə bağlı davam edən müzakirələr var.
Qanq delfinləri
Qanq delfinləri (lat. Platanistidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Qanq deltası
Qanq deltası — dünyanın ən böyük deltasıdır. Delta tarixi Belqaliya vilayəti ərazisində yerləşir. 240 çayın birləşməsindən meydana gəlmişdir. Əsasən Qanq və Brahmaputra çaylarının təsiri ilə formalaşır. Qanq deltası üçbucaq formaya malikdir. Sahəsi 105 640 km² təşkil edir, bu isə Missisipi deltasından iki dəfə böyükdür. Deltaya istiqamətlənən çaylar Hindistan, Butan, Nepal, Çin və Banqladeş ərazilərindən başlanğıcını götürür. Delta iki hissəyə bölünür: Qərbi (az aktiv) və Şərqi (çox aktiv). Qanq deltası labirintlər, bataqlıqlar, adalardan ibarətdir. Burada dünyanın ən böyük manqrov meşələri yerləşir.
Qanq çayı
Qanq və ya Qanqa (hind गंगा, GaṅgāIAST, [ˈɡəŋɡaː]) — Cənubi Asiyada çay. Hinduizm mifologiyasına görə Qanqa — cənnətdən yerə enən çaydır. Hinduistlər bu çayı müqəddəs yer kimi ziyarət edirlər. Onun sahilində kremasiya edib, ondan sonra qalan tozu çaya tökürlər.
Hind-Qanq ovalığı
Hind-Qanq ovalığı və ya Hind-Qanq düzənliyi (benq. সিন্ধু-গাঙ্গেয় সমভূমি) — Hindistan, Pakistan və Banqladeşin ərazisində ovalıq; şimalda Himalay dağları, cənubda Dekan yaylası ilə həmsərhəddir. Ovalığın uzunluğu təxminən 3 min kilometr, eni — 250 — 350 kilometrdir, dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biridir. == Relyef və hidroqrafiya == Ovalığın səthi, 270 m hündürlüyündə yerləşmiş Hind və Qanq deltaları ilə əhatələnib. Relyefdə 60 m-ə qədər hündürlüyə malik kristallik səthin çıxıntıları və dərələrlə parçalanmış çay terraslarının çıxıntıları müşahidə olunur. Ovalıqdan axan çaylar kifayət qədər çoxdur (xüsusilə şərq hissəsində) və bu çaylar bol suludur. Su sərfi böyükdür lakin mövsüm ilə tərəddüdlər olur. Musson və dağlarda qarlarının ərinməsi dağıdıcı daşqınlara səbəb olur və yayda axını artırır. Şərqdən qərbə hərəkət zamanı iqlim quraqlaşır. == İqlim və bitki == Qanq və Brahmaputranın (düzənliyin şərq hissəsi) hövzəsində subekvatorial musson iqlimi hakimdir, Hind çayının (qərb hissəsi) hövzəsində isə — tropik iqlim hakimdir.
Hind Qanq ovalığı
Hind-Qanq ovalığı və ya Hind-Qanq düzənliyi (benq. সিন্ধু-গাঙ্গেয় সমভূমি) — Hindistan, Pakistan və Banqladeşin ərazisində ovalıq; şimalda Himalay dağları, cənubda Dekan yaylası ilə həmsərhəddir. Ovalığın uzunluğu təxminən 3 min kilometr, eni — 250 — 350 kilometrdir, dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biridir. == Relyef və hidroqrafiya == Ovalığın səthi, 270 m hündürlüyündə yerləşmiş Hind və Qanq deltaları ilə əhatələnib. Relyefdə 60 m-ə qədər hündürlüyə malik kristallik səthin çıxıntıları və dərələrlə parçalanmış çay terraslarının çıxıntıları müşahidə olunur. Ovalıqdan axan çaylar kifayət qədər çoxdur (xüsusilə şərq hissəsində) və bu çaylar bol suludur. Su sərfi böyükdür lakin mövsüm ilə tərəddüdlər olur. Musson və dağlarda qarlarının ərinməsi dağıdıcı daşqınlara səbəb olur və yayda axını artırır. Şərqdən qərbə hərəkət zamanı iqlim quraqlaşır. == İqlim və bitki == Qanq və Brahmaputranın (düzənliyin şərq hissəsi) hövzəsində subekvatorial musson iqlimi hakimdir, Hind çayının (qərb hissəsi) hövzəsində isə — tropik iqlim hakimdir.
Adi qanqal
Adi qanqal (lat. Cirsium vulgare) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarpaqları üst tərəfdən tikanlarla qismən sıx örtülmüşdür, alt tərəfdən hörümçək toruna oxşar tüklü olub, keçə tüklərə qədər dəyişir, xətvari-uzunsovdur, uzunluğu 5–15 sm, eni 2–7 sm-dir, gövdəyə tədricən birləşəndir, üçkünc-neştərvariyə lələkvari bölünmüşdür, 2–3 ədəd ayrı dilimlərinin bölümləri uc hissədə uzunsərt tikanlı, kənarları isə xırda nazik tikanlıdır. Səbətləri tikanlı və xirda yarpaqlı gövdə və budaqların uc hissəsində yerləşib, yumurtaşəkillidir, təkdir və eni 2,5 −4,5 sm-dir. Çiçəkləri çəhrayı rəngdən bənövşəyi-tünd qırmızı rəngədək dəyişir. Toxumları 3–4 mm uzunluqdadır, sarımtıl və ya açıq-qəhvəyi rəngdə olub, qara uzununa zolaqlıdır; kəkili ağımtıldır. İyun ayında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında. Ovalıqdan subalp qurşağına qədər yayılmışdır. == Yaşayış mühiti == Meşə talalarında, yol boyunca, ruderal bitki kimi yaşayış evlərinin yaxınlığında rast gəlinir.
Adi çaqqal qanqalı
Amerikalı qanqster (film, 2007)
Amerikalı qanqster — rejissor Ridli Skottun 2007-ci ildə çəkdiyi film. Əsas rolları Denzel Vaşinqton, Rassel Krou və Çivetel Eciofor ifa edirlər.
Aşağı Qanqlıçay
Edina Qanql
Edina Qanql (d. 25 iyun 1990) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Edina Qanql, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Edina Qanql, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Maak qanqalı
Maak qanqalı (lat. Cirsium maackii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Qanqal
Qanqal (lat. Cirsium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çoxillik, az hallarda ikiillik otlardır. Çiçəkləri boruşəkilli olub, səbətcik formalı çiçək qrupunda yerləşir. Çiçək sarığı və yarpağının kənarı tikancıqlı, toxumları uçağanlıdır. Şimal yarımkürəsində 200, Qafqazda 60, Azərbaycanda isə 32 növü yayılmışdır. Şotlandiyanın milli gülüdür. Gövdəsinin hündürlüyü 50—130 sm, yarpaqları oturaqdır. Şaquli kökləri 3–5 m dərinliyə gedir, yan köklər yaruslarla yerləşir. Toxumla və vegetativ yolla çoxalır.
Qanqalaş
Qanqalaş — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd.
Qanqdis
Qanqdis, Qandisışan Transhimalay (çin. 冈底斯山) — Çində Tibet yaylası ilə Himalay dağlarına paralel uzanan, Brahmaputra və Satlec çayları arasında yerləşən dağ sistemi. == Ümumi xüsusiyyətlər == Dağ sisteminin uzunluğu 1600 km, eni isə ən geniş hissədə 300 km təşkil edir. Qanqdisin şərqində ən hündür nöqtə Nençentanqla (7162 m), mərkəzi hissədə Lyunbo-Kanqri (7095 m), qərb hissədə Alinq-Qanqri (6720 m) dağlarıdır. Hündürlüklərinin böyük qismi 5000-5500 metr arasında dəyişir. Aşırımlarının çoxu (Dinla, Koqbopa, Qorinq) 5000 metr və daha yüksəkdə yerləşir. Əsasən mezazoy erasında formalaşmışdır. Suxurlarının tərkibi qranit, kvarsit, əhəng daşından ibarətdir. Bundan başqa parlaq-qırmızı lava suxurlarına da rast gəlinir. Dağ sistemi öz növbəsində bir sıra silsilələrə bölünür.
Qanqli
Qanqli (q.yun. γανγλιον — düyün, dərialtı şiş), sinir düyünü — bir çox onurğasızlarda, bütün onurğalı heyvan və insanda sinir hüceyrələri, sinir lifləri və onların yerləşdiyi toxuma yığınından ibarət törəmə. Onurğalılarda qanqlilər əsas etibarilə onurğa sütunu boyu (boyun, döş və bel nahiyələrində) yerləşir. Onurğa beyninin seqmentlərindən (buğumlarından) çıxan sinir lifləri (preqanqlionar liflər) müvafiq düyünlərə daxil olur, sonra isə üzvlərdə şaxələnir (postqanqlionar liflər). Qanqlilər mərkəzi sinir sistemi ilə daxili üzvlər arasındakı sinir əlaqəsini təmin edir. Belə düyünlər ürək və bağırsaqda da mövcud olub, konkret funksiyalar daşıyır.
Qanqlılar
Qanqlılar (Kanqlı, kankyu, Kəngərlər) — qədim türk tayfası. == Tarixi == Erkən orta əsrlərdə Albaniyanın türk tayfalarından biri də kəngərlər olmuşdur. Kəngərlər Albaniyanın qərbində, Ermənistan bölgəsində və Naxçıvan ərazilərində yaşayırdılar. Kəngərlər haqqında ilk mə’lumat V əsrdən verilir. Onlar peçeneqlərin bir qolu hesab olunur. Peçeneqlərin əsas yurdu isə Aral gölündən şimalda, Sır-Dəryanın yuxarı və aşağı axarı daxil olmaqla, Kəngər vilayəti idi. IX əsrin ərəb coğrafiyaçısı ibn Xordadbeh Sır-Dərya çayını ‘Kanqar’ adlandırmışdır. Güman olunur ki, kəngərlər bizim eranın ilk illərində hunlarla birlikdə Azərbaycana gəlmişlər. Kanqlı tayfası kimi, kanqar (kəngər) tayfası da e.ə.II əsrdə mövcud olan Kanq vilayətinə, Sır-Dərya üzərindəki Kanqyuy dövlətinə mənsub olmuşlar. Buna görə də kanqar (kəngər) sözünün ‘kanq’ tayfa adı və ər ‘igid’, ‘əsgər’, ‘kişi’ sözündən əmələ gəldiyi müəyyən edilir – bolqar, suvar, xəzər, avar, quqar tayfa adlarında olduğu kimi.
Qanqnam
Qannam (kor. 강남구) — Seul şəhərinin rayonu. == Tarixi == == Populyar mədəniyyətdə == 2012-ci ildə PSY-ın Gangnam Style mahnısı Qannam rayonu haqqındadır. Mahnının YouTube-a yüklənən videosunu ilk dövrlərdə 350 milyondan çox adam izləmiş və bununla da o Ginnesin Rekordlar Kitabına daxil olmuşdur.
Qanqo məbədi
Qanqo məbədi (元興寺, Qanqo-ci) və ya Şin Qanqo məbədi – Yaponiyanın Nara şəhərində yerləşən buddist məbədi. Buddizmin Keqon və Şinqon Ritsu sektalarına aiddir. Əsası 588-ci ildə qoyulmuşdur. UNESCO-nun ümumdünya irsi siyahısındadır. == Tarix == Məbəd 588-ci ildə Soqa no Umako tərəfindən qurulmuşdur. İlk öncə Asuka şəhərində yerləşdiyi üçün Hoko məbədi və Asuka məbədi adları ilə tanınmışdır.İmperatorluq sarayı Asuka şəhərindən Nara şəhərinə köçürüləndən sonra məbəd 718-ci ildə Narada yenidən təşkil olunmuşdur. Buna görə də Şin (Yeni) Qanqo məbədi adı ilə tanınır. Yenidən tikilmiş məbəd düzbucalıq həyətin içərisində yerləşən böyük qızıl zaldan və cinahlarda yerləşən iki beşmərtəbəli paqodadan ibarət idi. 749-cu ildə Qanqo məbədi Today məbədindən sonra ölkənin ikinci ən əhəmiyyətli məbədi hesab olunurdu. Nara dövründə Sanron məktəbinin məbədi kimi qəbul edilmişdir.
Qanqren
Qanqren (yun. gangraina) — toxumanın, orqanın və ya bədənin bir hissəsinin çürüməsi (nekrozu). Toxumalara oksigen ya heç çatmadıqda, ya da cüzi miqdarda çatdıqda başlayır. Adətən ürəkdən çox aralı nahiyələrdə, məsələn, barmaqlarda, yaxud infarkt zamanı ürək əzələsində, ya da ağciyərdə olur. Qan damarlarığın trombozu, ateroskleroz, endarteriit və s. xəstəliklər, habelə mexaniki (travma), fiziki (yanıq, donma), kimyəvi (qatı turşu və qələvilərin təsirindən), şüa və s. amillərin təsiri nəticəsində baş verir. == Növləri == Qanqrenin 3 növü var: quru, yaş və qazlı qanqren. === Quru qanqren === Toxumalara qan axını birdən kəsildikdə və toxumalar quruduqda başlayır. Çürümüş toxuma bərkiyir, büzüşür, toxuma zülallarının laxtalanması, qan piqmentlərinin parçalanması nəticəsində tünd-qəhvəyi, yaxud qara rəng alır.
Qanqrenoz piodermiya
Qanqrenoz piodermiya – xoraların yaranması ilə gedən nadir xəstəlikdir. Sistem xəstəliklərlə assosiasiya olur. Zədələnmə çox ağrılı pustulların yaranması ilə başlayır (ən çox aşağı ətrafda). Xoranın mərkəzi eritematoz bənövşəyi sərhədlə əhatə olunur. Sağaldıqda çapıq qalır.
Qanqsterlər dəstəsi (film, 2013)
Kriminal qrup (ingiliscə orijinal adı: Gangster Squad) — 2013-cü ildə Beall Will tərəfindən süjeti yazılmış və rejissoru Ruben Fleischer olan amerikan döyüş cinayət filmidir. Filmdə baş rollarda Coş Brolin, Rayan Qoslinq, Şon Penn, Nik Nolte, Emma Stoun, Entoni Makki, Covanni Ribisi, Maykl Penya və Robert Patrik çəkilib. Film real hadisələrə əsaslanır və onun ümumi hekayəsi 1940-50-ci illərdə Los-Anceles Polis Departamentinin əməkdaşları və detektivləri tərəfindən şəhəri Mikki Koen və onun dəstəsinin törədə biləcəyi təhlükələrdən hifz etmək üçün yaradılan “Qanqsterlər dəstəsi (Gangster Squad) qrupu” adlı qrupun başına gələn hadisələrə əsaslanır. Filmin ilkin olaraq 7 sentyabr 2012-ci ildə nümayişi nəzərdə tutulmuşdu, lakin 2012-ci ildəki Aurora çəkilişinə görə, Warner Bros Pictures tərəfindən buraxılış tarixi 11 yanvar 2013-cü ilə dəyişdirilmişdir.
Qanqtok
Qanqtok (hind गंगटोक, tib. སྒང་ཐོག་, ing. Gangtok) — Hindistanın Sikkim əyalətinin mərkəzi və əyalətin ən böyük şəhəri. == Təhsil == Şəhərdəki əsas ali təhsil müəssisəsi Sikkim Universitetidir. == İdman == Şəhərin "Yunayted Sikkim" futbol klubu Hindistan Liqasının II divizionunda çıxış edir. Şəhərdəki Paljor Stadionunun tutumu 25,000 nəfərdir. Stunning photos of Gangtok and Sikkim == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Gangtok haqqında səyahət məlumatları var.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.37 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 1.18
2004 •••••• 0.34
2006 •••• 0.23
2009 ••••••••••• 0.64
2010 ••••••••••••••••• 1.00
2011 •••••••••••• 0.69
2012 ••••• 0.26
2013 •••••••• 0.44
2014 ••••••••• 0.51
2015 •••••• 0.34
2017 •••••• 0.33
2019 ••• 0.14

qanq sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

qanq olmaq: (Salyan) çaşıb qalmaq. – Oqqədər işim var ki, yap qanq olmışam

Azərbaycan dilinin dialektoloji lüğəti.

"qanq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qanq nədir? #qanq sözünün mənası #qanq nə deməkdir? #qanq sözünün izahı #qanq sözünün yazılışı #qanq necə yazılır? #qanq sözünün düzgün yazılışı #qanq leksik mənası #qanq sözünün sinonimi #qanq sözünün yaxın mənalı sözlər #qanq sözünün əks mənası #qanq sözünün etimologiyası #qanq sözünün orfoqrafiyası #qanq rusca #qanq inglisça #qanq fransızca #qanq sözünün istifadəsi #sözlük