laylay sözü azərbaycan dilində

laylay

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • laylay • 60.5634%
  • Laylay • 39.4366%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Laylay
Layla — körpə uşağı yatırmaq üçün beşik başında oxunan nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqərat hissəsi də əlavə edilir və "laylay", "balam" ifadələri təkrarlanır. Məsələn: Layla beşiyim, layla, evim eşiyim layla. Sən get şirin yuxuya, Çəkim keşiyin layla. Laylay uşağı yuxuya getməsi üçün müəyyən bir avaz üstündə oxunan bayatılardır. Bu bayatılarda uşağın gələcəyi ilə bağlı arzular – ailə qurması, xəstəliklərdən uzaq olması, bolluq-bərəkət içində yaşaması ifadə olunur, bəzən körpənin valideynləri öyülür, bəzən də laylanı deyən şəxsin öz həyatında baş verən uğursuzluqlar, çətinlikləri ilə bağlı məqamlar dilə gətirilir. Qarabağdan tolanmış bayatılarda da bu kimi hallarla çox üzləşirik: Nərgizi üzüm, layla, Yaxana düzüm, layla. Sən böyü, mən qocalım, Toyunda süzüm, layla (AFA.Qarabağ folkloru, V cild., 2000: səh. 371) Laylay qolum, qanadım, Laylay gələcək adım.

laylay sözünün leksik mənası və izahı

  • 1 is. 1. Körpə uşaqları yatırtmaq üçün hava ilə oxunan həzin şeir parçası; nənni, beşik nəğməsi. Laylay çalmaq. Laylay demək. Laylay oxumaq. – Oturmuş ana; Basmış bağrına; Nazlı körpəsin; Layla der ona. A.Səhhət. Gecə-gündüz gözlərilə çəkmiş mənim keşiyimi; Laylay deyib yırğalamış iftixarla beşiyimi. S.Rüstəm. 2. Azərbaycan şifahi xalq ədəbiyyatında şeir formalarından biri (çox zaman dörd misrasından 1, 2 və 4-cü həmqafiyə, 3-cü isə sərbəst olur); məs.: Laylay dedim yatasan; Qızılgülə batasan; Qızılgüllər içində; Şirin yuxu tapasan. ◊ Layla demək məc. – arxayınlaşdırmaq, arxayın salmaq, qəflətdə saxlamaq.

    Azərbaycan dilinin izahlı lüğəti / laylay

laylay sözünün rus dilinə tərcüməsi

laylay sözünün inglis dilinə tərcüməsi

  • 1 layla(y) i. 1. lullaby, (beşik nəğməsi) a cradle song; 2. lull(ing); ~ demək (çalmaq) to sing* a cradle song; uşağı yatırtmaq üçün ~ çalmaq to lull a baby to sleep

    Azərbaycanca-ingiliscə lüğət / laylay

laylay sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. лайла(й), кьепӀинин мани (бицӀи аялар ксурдамаз ядай); laylay çalmaq (demək, oxumaq) лайлаяр ягъун (лугьун, кӀелун); 2. шиирдин формайрикай сад; ** layla demək пер. лайлаяр ягъун, архайинрун, авамвиле хуьн, ксурун.

    Azərbaycanca-ləzgicə lüğəti / laylay

laylay sözünün türk dilinə tərcüməsi

"laylay" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#laylay nədir? #laylay sözünün mənası #laylay nə deməkdir? #laylay sözünün izahı #laylay sözünün yazılışı #laylay necə yazılır? #laylay sözünün düzgün yazılışı #laylay leksik mənası #laylay sözünün sinonimi #laylay sözünün yaxın mənalı sözlər #laylay sözünün əks mənası #laylay sözünün etimologiyası #laylay sözünün orfoqrafiyası #laylay rusca #laylay inglisça #laylay fransızca #laylay sözünün istifadəsi #sözlük