* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Quru çay yatağı. Xınalıqdan Şah dağına getmək üçün əvvəlcə çaylağa enməli olursan. R.Rza. [Döyüşçülər] bir az yoxuşla dırmaşdıqdan sonra enişə, həm də çaylağa endilər. Ə.Vəliyev. □ Çaylaq daşı – bax çaydaşı. Yolun o əl-bu əlində yuyulub təmizlənmiş muncuq kimi gözəl çaylaq daşları parıldayır, tez-tez təkərlərin ağzından qoparaq çırtaçırtla dörd yana səpələnir. M.İbrahimov. Çaylaq daşından tikilmiş [Xınalıq kəndinin] evləri, torpaq eyvanları, səkiləri, ağacsız dar küçələri elə bil çiçəklərlə, güllərlə bəzənmişdi. R.Rza.
Azərbaycan dilinin izahlı lüğəti / çaylaq2 Azərbaycanın dağlıq və dağətəyi rayonlarında yayda quruyan daşlı çay yatağı. чайлаг chaylag
Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / çaylaq1 Mənası “iki dağın arasından axan çayın məcrası” deməkdir. Hərfən “çay yeri” anlamını verir. Çay isə “su” deməkdir. Çay, çara (heyvanın tökdüyü maye), çimmək, cummaq, çağlamaq, çala, çökək, çuxur, carlamaq, çayıl (bu bizdə işlədilmir, bəzi türk dillərində çimmək üçün suyun qabağını kəsib göl düzəltməyə çayıl deyirlər) sözlərinin hamısı su ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / çaylaq2 сущ. 1. галечник (приречье с мелкими, отшлифованными водой камнями) 2. сухое (высохшее) русло реки, ложе. Çaylaq daşı см. çaydaşı; булыжник, галька 3. диал. водосточная долина между двух гор
Azərbaycanca-rusca lüğət / çaylaq