Pol Lafarq
Pol Lafarq (15 yanvar 1842[…], Santyaqo-de-Kuba[d], İspaniya imperiyası – 26 noyabr 1911, Dravey[d]) — Fransanın inqilabçı marksist sosialisti, siyasi yazıçı, iqtisadçı, jurnalist, ədəbi tənqidçi, aktivist və Karl Marksın kürəkəni. Ən məşhur yazısı "Tənbəllik hüququ" əsəridir. Kubada fransız və San-Dominqo mənşəli ailədə anadan olan Pol ömrünün böyük hissəsini Fransada keçirmiş, ayrı-ayrı illərdə İngiltərə və İspaniyada da yaşamışdır. 69 yaşında ikən 66 yaşlı həyat yoldaşı Laura ilə birlikdə intihar etmişdir.
P. Lafarqın adı Karl Marksın məşhur sitatı ilə əlaqədar tez-tez hallanır. Belə ki, 1883-cü ildə vəfat edən K. Marks ölümündən bir müddət əvvəl P. Lafarqa və Fransa İşçi Partiyasının təsisçisi Jül Gedə məktub yazmışdı. Hər iki şəxs artıq "marksist" prinsipləri təmsil etdiklərini iddia edirdilər. K. Marks isə onları "inqilabla bağlı gəlişigözəl, bər-bəzəkli ifadələr işlətməkdə" və islahatçı mübarizənin dəyərini inkar etməkdə ittiham edirdi. Bu hadisə Fridrix Engelsin dediyinə görə K. Marksın məşhur sitatının yaranmasına səbəb olmuşdu: "Bir şey dəqiqdir ki, mən marksist deyiləm."
P. Lafarq 1842-ci ildə indiki Kubanın Santyaqo-de-Kuba şəhərində anadan olub. Atası Kubada qəhvə plantasiyalarının sahibi idi.