nas sözü azərbaycan dilində

nas

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nas • 62.0112%
  • Nas • 26.8156%
  • NAS • 8.9385%
  • naS • 1.1173%
  • NaS • 1.1173%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nas surəsi
114-cü surə ən-Nas (İnsanlar) surəsi (Məkkədə nazil olmuşdur, 6 ayədir). Surə adını hər ayənin sonunda işlənən və insan (insanlar) mənasını verən nas sözündən götürmüşdür. Fələq surəsi ilə bu surə birlikdə qorunma surələri hesab olunur. Surədə Allahın Rəbb, Məlik, İlah ad və sifətləri vurğulanır.
Kayum Nasiri
Qabdelkayum Qabdennasır oğlu Nasıri (Kayum Nasiri) (tat. Qayum Nasıri, Kayum Nasiri, d. 2 [14] fevral, 1825 — ö. 20 avqust, 1902) — tatar alim-etnoqraf, ədəbiyyatçı və XIX əsrin maarifçisi. == Həyatı == Tatar milli oyanışı və maarifçiliyinin simvolu olan Abd-ül-Kayum Nasiri, 14 (2) Fevral 1825-ci ildə Yaşıl Üzən bölgəsinin Yuxarı Şırdan kəndində 6 uşaqlı ailənin 2-ci övladı olaraq dünyaya gəlmişdir. İlk təhsilini atası Əbdünnəsirdən alan Kayum 1841-ci ildə təhsil almaq məqsədi ilə Qazana getmiş və Qazanın Beşinci Məhəllə Mədrəsəsinə yazılmışdır. Kayyum Nasiri 1855-ci ilə qədər bu məktəbdə təhsil almış, ərəb və fars dilləri ilə yanaşı gizlincə rus dilini də öyrənmişdir. O vaxt Rusca öyrənmək üləma (din alimi) tərəfindən qadağan edildiyinə görə Kayum Nasiri bu addımı ilə həm də bir ilk imza atmışdır. Rus dilini öyrənməsi ona asanlıqla iş tapmaq imkanı vermişdir. 1855-ci ildə Kayum Nasiri, oğlan və qız uşaqları üçün dini ibtidai məktəb olan Ruhani Seminariyada tatar dili müəllimi kimi fəaliyyətinə davam etmişdir.
Matrakçı Nasuh
Nasuh bin Qaragöz bin Abdullah əl-Bosnavi (türk. Nasuh bin Karagöz bin Abdullah el-Visokavi el-Bosnavî, serb-xorv. Serbo-Croatian: Matrakčija Nasuh Visočak; 1480 – 1564) — miniatür sənətinin mahir ustası, tarixçi və riyaziyyatçı. Əsil adı Nasuh bin Karagöz bin Abdullah el-Bosnavi olsa da, tarix mənbələrində Matrakçı Nasuh kimi göstərilmişdir. Matrakçı Nasuh 1480-ci ildə Sarayevo şəhərində anadan olmuşdur. Ölüm tarixi haqqında müxtəlif fikirlər vardır. Katib Çələbi Matrakçı Nasuhun ölüm tarixi kimi 1533-cü ili göstərsədə, sonradan bu rəqəm öz təsdiqini tapmamışdır. Nasuh əfəndinin 1564-cü ildə vəfat etməsi barədə bəzi fikirlərdə vardır, ancaq fikirlərdə rəsmən təsdiqlənməmişdir. Matrakçı Nasuhun şəxsi həyatı barədə tarix mənbələrində məlumat azdır. Babasının əslən xristian olduğu, Osmanlı əsgərləri tərəfindən zorla müsəlmanlaşdırlması barədə əsaslı iddalar vardır.
Mayko Nasu
Mayko Nasu (d. 31 iyul 1984) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Miconia nasella
Miconia nasella (lat. Miconia nasella) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Migel Nassimento
Mirzə Nağı Nasiri
Mirzə Nağı Nasiri və ya Mirzə Nağı Ordubadi (ö. 1731) — Səfəvilər sülaləsinin son dövrlərində məmur kimi çalışmış şəxs. O, məşhur Ordubadi ailəsinə mənsubdur. == Həyatı == Mirzə Nağı uzun müddət şah şurasının (məcles-nevis və ya vaqāye'-nevis) katibi vəzifəsində çalışmışdır. O, önəmli risalənin nüəllifi olmuşdur. Bu traktat 1731-ci ildə II Şah Təhmasibin hakimiyyəti illərində tamamlanmışdır. Risalədə imperiyanın təşkili, orqanları, rütbələri və əməkhaqqı sistemi barədə məlumatlar əks etdirilmişdir. Müasir dövrdə bu kitabın əlyazması Hacı Hüseyn ağa Naxçıvani adlı şəxsin əlində idi. Orijinal adı naməlum olan əsərə məzmununa görə "Alqāb va Mavājeb-e Dowreh-ye Salātin-e Safaviyeh" adı verilmişdir. Hacı Hüseyn ağa sonradan bu əlyazmanı Təbriz ktabxanasına hədiyyə etmişdir.
Moza bint Nasir əl-Misnəd
Şeyxa Moza bint Nasir əl-Misnəd (ərəb. موزا بنت ناصر المسند‎; 8 avqust 1959) — Qətərin birinci xanımı. Şeyxa Moza bint Nasir əl-Misnəd 1958/1959-cu ildə Qətərin Əl Khor şəhərində anadan olub. O, 1977-ci ildə Qətər dövlətinin əmiri Hamad bin Xəlifə Al-Sani ilə ailə həyatı qurub. Şeyxa Moza Al Taniyənin üç arvadından ikincisidir. Xanım Şeyxa Moza 1995-ci ildə Qətər elm, təhsil və ictimai inkişaf fondunun sədri olub. 1998-ci ildən isə Ərəb Demokratiya Fondunun rəhbəri və ailə məsələləri üzrə Ali Şuranın prezidenti vəzifələrində çalışıb. 2002-ci ildən Ali Təhsil Şurasının vitse-prezidenti, 2003-cü ildə UNESCO-nun xoşməramlı səfiri olub. Hazırda o Veill Kornel Tibb Kollecinin idarə heyətinin üzvüdür. Forbes jurnalı xanım Mozanı 100 ən güclü qadından biri kimi elan edib.
Murat Nasırov
Murat İsmailoviç Nasırov (13 dekabr 1969, Almatı – 19 yanvar 2007, Moskva) — uyğur əsilli Rusiya və Qazaxıstan pop müğənnisi. == Həyatı == Murat Nasırov 19 yanvar 2007-ci ildə Moskvada məşhur barların birinin eyvanından özünü ataraq intihar etmişdir. Onun nəyə görə özünə qəsd etdiyinin səbəbi hələ də məlum deyil. Bəzi ehtimallara görə Murat Nasırov ölümündən qabaq həmin barın foesində LSD(Dietilamid lizergin turşusu) qəbul etmişdir. Bu ehtimalları nəzərə alaraq Murat Nasırovun meyiti yarılmış, ancaq ehtimallar özünü doğrultmamışdır. Yəni onun bədənində heç bir alkoqol və ya başqa maddə aşkarlanmamışdır. Bu yaxınlarda Rusiya mətbuatının Murat Nasırovun ailəsi və dostlarının dediklərinə nəzərən yaydığı məlumata görə ona heç bir zülm və ya məcburiyyət olunmayıb, əvvəllər heç vaxt intiharı nəzərindən belə keçirməmişdir. Onun klubda stəkanının içinə LSD maddəsi atılmağı bir sıra şübhəli məqamları hələ də kölgədə saxlayır, belə ki, bu qəsd olunmaması da demək deyil.
Məmməd Əli Nasir
Məmməd Əli Nasir Məhəmməd oğlu — Azərbaycan yazıçısı, "Qızıl qələm" mükafatçısı. == Həyatı == Məmməd Əli Nasir 1931-ci ildə Şamaxı rayonunun Cəmcəmli kəndində anadan olmuşdur. Kiçik yaşlardan onun ədəbiyyata olan marağı, onu yaşıdlarınıdan fərqləndirmişdir. 8-ci sinfi kənddə bitirib, Şamaxı şəhərində pedoqoji məktəbə daxil olmuşdur. Oranı da fərqlənməylə bitirib, bir müddət müəllimlik fəaliyyəti göstərmişdir. Sonra Bakı Dövlət Universtedinin jurnalistika fakültəsinə daxil olmuşdur. Onun istedadı və ədəbiyyata marağı yazdığı məqalələrlə, əsərlərdə aydın görülmüşdür. "Hərb və hikmət, Maksim və Kornac, Aşiq Nemət Dərbəndi". Universİtetdə təhsil ala-ala bir çox qəzetlerdə çıxan ədəbi bədii publistik məqalələri bir çoxlarını maraqlandırmışdı. Universiteti bitirdikdən sonra Bakı Ali Partiya məktəbinə daxil olmuş, oranıda əla qiymətlərlə bitirmisdir.
Mərkəzdənqaçma nasosu
Mərkəzdənqaçma nasosu ən geniş yayılmış nasos növüdür. Bu nasoslar həm soyuq, həm də isti halda olan suların, özlülüyü yüksək olan və aşındırıcı mayelərin, suyun qruntla, torfla, şlakla və s. bərk hissəciklərlə qarışığını nəql etmək üçün tətbiq olunur. Mərkəzdənqaçma nasosunun ümumi təsviri şəkildə verilmişdir. Bu nasoslar üçün mayenin fasiləsiz axması səciyyəvidir. Nasosun işçi üzvü üzərində pərlər bərkidilmiş rotordan ibarətdir. Rotor fırlanan valda oturdularaq çox hallarda bir başa elektrik mühərriki ilə əlaqələndirilir. Fırlanan rotorun pərləri mühərrikin enerjisini mayeyə verərərək mayedə təzyiq yaradır. Mühərrikin gövdəsinin orta hissəsində təzyiq kənarlarına nisbətən aşağı olduğundan mərkəzdənqaçma qüvvəsinin hesabına) maye girişdən çıxışa doğru hərəkət edir. Nasosun işçi çarxı həm bir tərəfli, həm də ikitərəfli hazırlana bilir.
NASA
NASA (ing. National Aeronautics and Space Administration; "Milli Aeronavtika və Kosmos İdarəsi") — ABŞ-nin mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi. NASA 1958-ci ilin fevralında yaradılmış Aeronavtika üzrə Milli Məşvərət Komitəsinin (NACA) xələfidir. NASA-nın 2006-cı ilin fevral ayında qəbul edilmiş missiyası "Kosmik tədqiqadlarda və elmi kəşflərdə aparıcı rol oynamaq"dır. NASA-nın həyata keçirdiyi elmi tədqiqatlar əsasən Yer Müşahidə Sistemi vasitəsilə Yer planetini daha yaxşı tədqiq etmək, heliofizika və astrofizika elmlərini daha dərindən öyrənmək və avtomatlaşdırılmış sistemlər vasitəsilə Günəş sisteminə daxil olan fəza cisimlərini kəşf etmək işlərini əhatə edir. NASA-nın 18 min nəfər əməkdaşı vardır və agentlik əldə etdiyi məlumatları tez-tez başqa ölkədaxili və beynəlxalq təşkilatlarla paylaşır. == Tarixi == 1957-ci oktyabrın 4-də SSRİ-nin dünyada ilk süni peyki kosmosa buraxması ABŞ-ni özünün yenicə başlanmış kosmik proqramını sürətlədirməyə vadar etdi. ABŞ Konqresi SSRİ-nin bu addımını ölkənin milli təhlükəsizliyinə doğru yönəlmiş təhdid kimi dəyərləndirdi və təcili fəaliyyətə keçmək üçün xəbərdarlıq etdi. 7 ay davam edən müzakirələr nəticəsində yeni kosmik agentliyin yaradılması haqda razılığa gəlindi. Bu agentliyin yaradılması üçün xüsusi komissiya NASA yaradıldı.
NASA X-43
X-43A, NASA-nın hipersonik vasitə layihəsinin adıdır. Layihənin nümayiş və sınaq vasitəsi də eyni adla adlandırılmışdır. == Birbaşa kosmik səyahət == Scramjet, kosmosa birbaşa uçmaq üçün istifadə edilə bilən nəqliyyat vasitələrinə yol açan reaktiv mühərrik tipinin adıdır. Bu ad Supersonic Combustion Ramjet sözlərinin qısaldılmasından yaranmışdır. Yanacaq və hava qarışığının səsdən daha yüksək sürətlə hazırlana bildiyi bir ramjet tipidir. Adi ramjet mühərriklərində hava alma sürətinin səsdən aşağı sürətə endirilməsi tələb olunurdu. Havanın tez girmə və çıxma qabiliyyəti bu mühərriklərə çox yüksək sürət əldə etməyə imkan verir. Belə bir mühərriklə əldə edilə bilən təxmin edilən yuxarı sürət həddi təxminən 12-24 machdır (yəni səs sürətinin 12-24 qatı). Hələ də ABŞ Hərbi Hava Qüvvələrində olan SR-71 təyyarələri 3,2 Macha kimi sürətlənə bilir. 2004-cü ilin noyabr ayında NASA-nın yeni X-43A vasitəsi sürət rekordunu üç dəfə artıraraq 9.6 Mach (saatda 7 min mil/saat) (11.000 km/saat) sürətinə çatdırdı.
NASCAR
Quraşdırılmış Avtomobil Avto Yarışları Milli Assosiasiyası (NASCAR) — Amerikadakı ən böyük avtomobil yarışlarından biri. Həcmcə ən böyük 3 yarış vardır, "Monster Energy NASCAR Cup Series", "the Xfinity Series" və dünya yarış maşınları seriyası(Campaign World Truck Series). Kanada, Meksika və Avropada olduğu kimi, NASCAR 48, ABŞ-də 100-dən çox yolda 1500-dən çox yarışlar keçirilmişdir. Nascarın Yaponiyada keçirdiyi yarışlar əsasən Suzuka və Motegi dövrələrində keçirilir. Nascar yarışları həmçinin eSports şirkətinin " PEAK Antifreeze NASCAR iRacing Series" dövriyəsinin əsas hissəsini təşkil edir. NASCAR şirkəti, 1948-ci ildə Bil Frans tərəfindən qurulmuşdur və 2003-cü ildən bəri onun oğlu Brayn Frans tərəfindən idarə olunur. Şirkət Florida ştatının Daytona Beach şəhərində yerləşir. Beynəlxalq yarışlarda 150-dən çox ölkədə yayımlanır. == Tarixi == === Erkən avtomobil yarışları === 1920-ci və 30-cu illərdə Daytona Beach, 1927 və 1935-ci illər arasında dünya rekordlarının qırıldığı yer kimi tanınır. Rensom Olds və Alexander Winton arasında olan 1903-cü ildəki tarixi yarışdan sonra, bu yürüş sahəsi 15 dən çox rekordların qırıldığı yerə çevrildi.
NASDAQ
NASDAQ (National Association of Securities Dealers Automated Quotations) — rəsmi bir redaksiyası olmayan dəzgah üstü birjalarda (OTC) əməliyyat görən qiymətli kağızlar üçün alqı-satqı qiymətlərinin göstərildiyi avtomatik məlumat şəbəkəsi olaraq Nyu-Yorkda qurulmuş özəl birjadır. 8 fevral 1971-ci ildə NASDAQ fond birjasının əsası qoyulmuşdur. Dünyanın texnoloji birjası olaraq qəbul edilir. == NASDAQ indeksləri == NASDAQ birjasında təkcə yüksək texnologiyalı şirkətlərin səhmləri siyahıya alınmır və buna görə də hər biri iqtisadiyyatın müvafiq sektorundakı vəziyyəti əks etdirən indekslərin bütöv bir sistem yaranıb. Hazırda NASDAQ birjasının elektron sistemində ticarət edilən qiymətli kağızların cari qiymətləri (kotirovkalara) əsasında on üç indeks mövcuddur. === Nasdaq Kompozit (ümumi fond indeksi) === Nasdaq Kompozit indeksi NASDAQ birjasında bütün siyahıya alınmış şirkətlərin səhmləri daxildir (ümumi sayı 5000-dən çox). Bazar dəyərin hesablama üsulu: şirkətin səhmlərinin ümumi sayı bir səhmin cari bazar dəyərinə vurulur. === Nasdaq-100 (fond indeksi) === Nasdaq-100 fond indeksi kapitallaşma üzrə və səhmləri NASDAQ birjasında satılan 100 ən böyük şirkəti əhatə edir. İndeksə maliyyə sektorundakı şirkətlər daxil deyil. 2021-ci ilə olan məlumata görə, Nasdaq-100 fond indeksin ümumi siyahısının 57%-i texnologiya şirkətləridir.
Nasarava ştatı
Kasarava ştatı (ing. Nasarawa State) — Nigeriyanın Şimal-mərkəzi geosiyasi zonasında ştat.
Nasazlıqlar arasındakı orta zaman (İnformatika)
Nasazlıqlar arasındakı orta zaman (İnformatika) (MTBF (ing. mean time between failures, ru. среднее время безотказной работы) - qurğunun etibarlılığının ölçü vahidi, qurğunun ilk nasazlığınadək olan orta zaman aralığı; adətən, minlərlə və ya onlarla min saatla ifadə olunur. Məsələn, MTBF göstəricisi 25000 saat olan qurğunun heç bir qəza olmadan təxminən 25000 saat işləməsi gözlənilir. Bəzi sərt disklərin MTBF göstəricisi 800000 saatdan (90 ildən) yuxarıdır. Ancaq, nəzərə almaq lazımdır ki, MTBF yalnız orta göstəricidir; qurğunun hər hansı hissəsinin daha tez sıradançıxma ehtimalı var. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Naser Şadli
Naser Şadli (Fransızca tələffüz: [nɑsɛʁ ʃadli]; 2 avqust 1989) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və Belçika milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. O, peşəkar karyerasına Eerste Diviziya təmsilçilərindən olan Apeldoorn klubunda start vermişdir. 2010-cu ildə isə Tvente klubuna transfer olmuşdur. O, ilk mövsümdəcə KNVB Kubokunun qalibi olmuşdur. 2013-cü ildə Şadli Tottenhem Hotspur klubu ilə müqavilə imzalamışdır. Üç il sonra isə klub rekordu olan £13 milyon qarşılığında Vest Bromviç Albion klubuna transfer olmuşdur. Şadlinin atası Mərakeş vətəndaşıdır. O, 2010-cu ildə Mərakeş millisində debüt etmişdir. Növbəti ilə isə o, Belçika millisini təmsil etməyə başlamışdır. O, milli ilə 2014 və 2018 FİFA Dünya Kuboku turnirləri də daxil olmaqla, 51 oyunda iştirak etmişdir.
Nash tarazlığı
Neş tarazlığı (ing. Nash equilibrium) oyunlar nəzəriyyəsində — iki və ya daha çox oyunçuların iştirak etdikləri qeyri-koperativ oyunlar üçün həll konseptidir. Con Neş belə bir tarazlığın mövcud olduğunu hər hansı bir sonlu oyunda qarışıq strategiyalarda sübut etdi. Bu konseptdə aşağıdakılar fərz olunur: hər bir oyunçu digər hər bir oyunçunun tarazlıq strategiyasını bilir, və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə öz qazancını artıra bilməz. Əgər bütün oyunçular öz strategiyalarını seçmişlərsə və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə artıq heç bir qazanc əldə edə bilmirsə, onda bu strategiyalar seçimi və müvafiq qazanclar (mükafatlar) Neş tarazlığın təşkil edir. == Tarixi == Bu konsepsiya ilk dəfə Antuan Oqüst Kurno tərəfindən istifadə edilmişdir. Kurno oyununda Neş tarazlığı dediyimizi necə tapacağımızı göstərdi. Neş, bu cür tarazlığın istənilən sayda oyunçu ilə sonlu oyunlar üçün mövcud olduğunu sübut edən ilk şəxs idi. Bu, kooperativ olmayan oyunlar haqqında 1950-ci ildə yazdığı dissertasiyasında edilmişdir. Neşdən əvvəl bu, yalnız Con fon Neyman və Oskar Morqenştern tərəfindən 2 əlli sıfır məbləğli oyunlar üçün sübut edilmişdir.
Nashik
Nasi-qorenq
Nasi-qorenq (indonez. nasi goreng, mənası "qızardılmış düyü"), İndoneziya mətbəxinin həm də Cənub-Şərqi Asiyanın milli yeməyidir. Çox vaxt İndoneziyanın "kulinariya simvolu" olaraq qəbul edilir, Qərb ölkələri də daxil olmaqla bölgədən kənarda da yayılmışdır. Plov növü olub, bitki yağında heyvan və ya bitki mənşəli əzilmiş məhsullarla qızardılmış düyü qarışığıdır. Müxtəlif növləri var. Tarixən əsas kulinariya mərkəzlərindən biri olan Yavada xüsusilə populyardır. İndoneziya və bir sıra digər regional mətbəxlərdə, Nasi-qorenq ilə birlikdə qarnir, adətən, yumurta, bir neçə manqal sate, krupuk (Çipsi), az miqdarda təzə və ya isladılmış tərəvəz və bəzən də digər qəlyanaltılar ilə tamamlanır. == Yaranması və yayılması == Nasi-qorenq, uzun əsrlər boyu Malakka yarımadasında və Malay arxipelaqının əsas taxıl məhsulu kimi becərilən düyünün ənənəvi bişirilməsi üsullarından biridir. Qaynadılmış düyünün bitki yağında qovurulması, həmçinin yeməyin əvəzedilməz tərkib hissəsi olan soya sousunun işlədilməsi təcrübəsinin burada məskunlaşmış çinlilərdən mənimsənildiyi güman edilir. Düyünün bu üsulla bişirilməsi nəinki ona xüsusi dad verir, hətta nəmli, isti havada yeməyin uzun müddət saxlanılmasına şərait yaradır.
Nasibilik
Əli ədavətçiliyi və ya Nasibilik — Müaviyə və Əli dönəmindəki savaşlarından başlayıb, Əlinin öldürülməsindən sonra daha da şiddətli olub. == Bəni Üməyyə dönəmi == Əli ibn Əbu Talibə söyüş iftira və səbb Bəni Üməyyəli Müaviyə çağından başlanıb Ömər bin Əbdüləziz çağınadək ardısı oldu taki, o, bu işin qadağan olmasına əmr edincə. İbni Əbilhədid Nəhcül-bəlağə şərhi kitabında şiələrin beşinci imamı Baqirdən hədis qondarma və şiələrin oldürülməsinə görə belə deyir: Biz Qureyşlilər əlindən nə zülmlər və ədavətlər çəkmişik! bizim istəyən və şiələrimiz camaatın içində nələr ki çəkməyiblər!… camaatı bizdən incitmək üçün necə şəhərlərdə bizim demədiyimiz və etmədiyimiz sözləri bizə bağladılar. onların ən şiddətlisi Həsən bin Əlidən sonraidi. bizim şiələrimizi hər şəhərdə tapdılar öldürüb şiə olmaqları üçün əl və qolların kəsdilər. hər kimsəki bizi sevmək və istəməyə məşhuridi həbsə salınıb mal mülkü talan olub evi başına uçurulurdu. İbn Əbilhədidin yazdığına görə Muaviyə quruluq və yoxsulluq zamanından sonra işçilərinin birinə bir məktub yazaraq dedi: "sənin o, kəslərə ki, Əbu Turabın fəzilət, yaxşılıq və tərifini deyələr heç çeşid məsuliyyətin yoxdur." ondan sonra natiqlər Əli və Əhli-Beytinə söyüş, yalan və iftira etməyə başladılar… O, zamanın ən yazıq camaatı kufəlilərdilər niyə ki Əlinin şiələri orada çox idilər. Müaviyə Ubeydullah ibn Ziyadı oraya hakim edib Bəsrənidə ona tapşırdı. O, şiələri güdüb axtarırdı, onları tanıyırdı niyə ki Əli xilafəti zamanında onun tərəfdaşlarından idi.
Nasif əl-Yazici
Nasif əl-Yazici (ərəb. ناصيف اليازجي‎; 25 mart 1800[…], Kfar-şima[d], Cəbəl Lübnan mühafəzəsi[d] – 8 fevral 1871, Beyrut) — ədib.
Nasikabatrachus sahyadrensis
Nasikabatrachus sahyadrensis — Nasikabatrachus cinsinə və Nasikabatrachidae mono fəsiləsinə aid olan qurbağa növü. Hindistanın Qərbi Qat dağları ərazisində yayılmışdır. == Tarixi == Növ yalnız 2003-cü ildə qeydə alınmış və təsnifatı təsdiqlənmişdir. Bu canlılar cəmi 14 km² ərazidə yayılmışlar. Bu canlıların ən yaxın qohumları olan Seyşel qurbağaları, onların yaşadığı arealdan 3 min km cənubda yayılmışdır.. Ancaq bu canlıları kəşf edən Bidcu onları ayrı sinifə aid edir. == Həyat tərzi == Nasikabatrachus sahyadrensis ilin böyük hissəsini torpağın altında keçirir. Yalnız ildə 2 həftə mussonlar dönəmində cütləşmək məqsədilə torpağın səthinə çıxır. Bu xüsusiyyət bu qurbağaların aşkarlanmasına maneə olmuşdur. qidalanmaq məqsədilə torpağın səthinə çıxmırlar Sadəcə yer altındaca termitlə qidalanırlar.
Nasim Abışov
Nasim Əjdər oğlu Abışov — pedaqogika üzrə elmlər doktoru, professor, Respublikanın Əməkdar müəllimi. Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü. == Həyatı == Abışov Nasim Əjdər oğlu 12 may 1974-cü il tarixində Yardımlı rayonunun Bozayran kəndində anadan olmuşdur. Orta məktəb şagirdləri arasında kimya fənni keçirilmiş Respublika fənn olimpiadalarının qalibi kimi 1991-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız qəbul olunmuş və 1996-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. N. Ə. Abışov BDU-da oxuduğu dövr ərzində ali məktəb tələbələri arasında kimya fənni üzrə keçirilmiş Respublika fənn olimpiadalarının qalibi olmuşdur. O, 1996-cı ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin "Fiziki kimya" ixtisası üzrə aspiranturasına daxil olmuş, 1999-cu ildə oranı bitirmiş, 2000-ci ildə həmin ixtisas üzrə kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. Aspiranturada oxuduğu dövrdə BDU-da yaradılmış "Kimyadan dünya olimpiadasına hazırlıq mərkəzində" orta məktəb şagirdlərindən ibarət Azərbaycan yığma komandasının hazırlığında fəal iştirak etmişdir. N. Ə. Abışov yığma komandanın uğurlu nəticələrinə görə MDB ölkələrinin "Kimyadan Təhsil Assosiasiyasının" diplomu, 2 dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı, 2 dəfə BDU- nun Fəxri Fərmanı ilə təltif olunmuşdur. 2011-ci ildə ADPU-nun "Kimyanın tədrisi metodikası" ixtisası üzrə doktoranturasını bitirmişdir. 2013-cü ildən pedaqogika üzrə elmləri doktoru, 2017-ci ildən professordur.

nas sözünün leksik mənası və izahı

  • 1 is. [ər. “insan” söz. cəmi] klas. İnsanlar, xalq, camaat, el. [Şah:] İndi mən əfradinasdən bir mərdi-fəqirəm – Abbas Məhəmməd oğlu. M.F.Axundzadə. Şeyx Sədi … nəinki bir şirazlılara və yainki əhli-əcəmə, bəlkə ümum nasa gözəl nəsihətlər və hikmətamiz sözlər deyib. F.Köçərli.

    Azərbaycan dilinin izahlı lüğəti / nas
  • 2 is. Dilin altına qoyulub çəkilən xına rəngli narın tütün növü. …Türkmən müsafirləri və ya əlvan çapan Buxara tacirləri dizlərin qucuyub nas atırlar. S.M.Qənizadə. [Hərəmağası] dilinin altına bir az nas atıb, ulduzları seyr etməyə başladı. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / nas

nas sözünün rus dilinə tərcüməsi

  • 1 жевательный табак

    Azərbaycanca-rusca lüğət / nas
  • 2 1 сущ. нас (сорт жевательного и нюхательного табака). Nas atmaq (qəbul etmək) употреблять (принимать) нас 2 сущ. устар. люди, народ

    Azərbaycanca-rusca lüğət / nas

nas sözünün inglis dilinə tərcüməsi

nas sözünün ləzgi dilinə tərcüməsi

nas sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Dərbənd) bazar ertəsi. – Nas da diyədig, hacilər də

Azərbaycan dilinin dialektoloji lüğəti.

"nas" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nas nədir? #nas sözünün mənası #nas nə deməkdir? #nas sözünün izahı #nas sözünün yazılışı #nas necə yazılır? #nas sözünün düzgün yazılışı #nas leksik mənası #nas sözünün sinonimi #nas sözünün yaxın mənalı sözlər #nas sözünün əks mənası #nas sözünün etimologiyası #nas sözünün orfoqrafiyası #nas rusca #nas inglisça #nas fransızca #nas sözünün istifadəsi #sözlük