nasiri sözü azərbaycan dilində

nasiri

Yazılış

  • nasiri • 65.2893%
  • Nasiri • 33.0579%
  • NASİRİ • 1.6529%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kayum Nasiri
Qabdelkayum Qabdennasır oğlu Nasıri (Kayum Nasiri) (tat. Qayum Nasıri, Kayum Nasiri, d. 2 [14] fevral, 1825 — ö. 20 avqust, 1902) — tatar alim-etnoqraf, ədəbiyyatçı və XIX əsrin maarifçisi. Tatar milli oyanışı və maarifçiliyinin simvolu olan Abd-ül-Kayum Nasiri, 14 (2) Fevral 1825-ci ildə Yaşıl Üzən bölgəsinin Yuxarı Şırdan kəndində 6 uşaqlı ailənin 2-ci övladı olaraq dünyaya gəlmişdir. İlk təhsilini atası Əbdünnəsirdən alan Kayum 1841-ci ildə təhsil almaq məqsədi ilə Qazana getmiş və Qazanın Beşinci Məhəllə Mədrəsəsinə yazılmışdır. Kayyum Nasiri 1855-ci ilə qədər bu məktəbdə təhsil almış, ərəb və fars dilləri ilə yanaşı gizlincə rus dilini də öyrənmişdir. O vaxt Rusca öyrənmək üləma (din alimi) tərəfindən qadağan edildiyinə görə Kayum Nasiri bu addımı ilə həm də bir ilk imza atmışdır. Rus dilini öyrənməsi ona asanlıqla iş tapmaq imkanı vermişdir. 1855-ci ildə Kayum Nasiri, oğlan və qız uşaqları üçün dini ibtidai məktəb olan Ruhani Seminariyada tatar dili müəllimi kimi fəaliyyətinə davam etmişdir.
Nasiri (Qəzvin)
Nasiri (fars. ناصري‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 9 nəfər yaşayır (4 ailə).
Əxlaqi-Nasiri
Əxlaqi-Nasiri — Nəsirəddin Tusinin 1235-ci ildə yazdığı əsər. Kitab İbn Miskəveyhin ərəbcə yazdığı Təharətul-əraq kitabının əlavələr ilə birlikdə fars dilinə tərcüməsidir. Hamlet İsaxanlının fikrincə, “Əxlaq-i Nasiri” əsəri (1232) Miskaveyh’in “Təhzib əl-Əxlaq” əsərindən (onu tərcümə etmək əvəzinə daha dolğun kitab yazmaq istəmişdir), Aristotel və qismən Platondan istifadə etməklə yazılıb. Bu kitab sistemli praktik fəlsəfə, əxlaq fəlsəfəsi kimi çox oxunub və məşhur olub. Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Kitab müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır. Əsər Rəhim Sultanov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş Bakıda 1989-cu ildə Elm, 2005-ci ildə Lider nəşriyyatında 280 səhifə, 25 min tirajla, 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən 400 səhifədə, 2015-ci ildə Bakı Kitab Klubunda 336 səhifədə, 100 tirajla çap edilmişdir. Övsafül-Əşraf Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Farscadan tərc.
Əxlaqi Nasiri

Mirzə Nağı Nasiri
Mirzə Nağı Nasiri və ya Mirzə Nağı Ordubadi (ö. 1731) — Səfəvilər sülaləsinin son dövrlərində məmur kimi çalışmış şəxs. O, məşhur Ordubadi ailəsinə mənsubdur. Mirzə Nağı uzun müddət şah şurasının (məcles-nevis və ya vaqāye'-nevis) katibi vəzifəsində çalışmışdır. O, önəmli risalənin nüəllifi olmuşdur. Bu traktat 1731-ci ildə II Şah Təhmasibin hakimiyyəti illərində tamamlanmışdır. Risalədə imperiyanın təşkili, orqanları, rütbələri və əməkhaqqı sistemi barədə məlumatlar əks etdirilmişdir. Müasir dövrdə bu kitabın əlyazması Hacı Hüseyn ağa Naxçıvani adlı şəxsin əlində idi. Orijinal adı naməlum olan əsərə məzmununa görə "Alqāb va Mavājeb-e Dowreh-ye Salātin-e Safaviyeh" adı verilmişdir. Hacı Hüseyn ağa sonradan bu əlyazmanı Təbriz ktabxanasına hədiyyə etmişdir.
Nasirilər
Nasirilər sülaləsi (ərəb. بنو نصر) — İspaniyada hakimiyyətdə olmuş sonuncu ərəb və müsəlman sülaləsi. Əsası 1232-ci ildə I Məhəmməd ibn Nəsr tərəfindən qoyulmuş və 2 yanvar 1492-ci ildə, əmir XII Məhəmmədin hakimiyyəti dövründə birləşmiş Kastiliya və Araqon krallıqları qarşısında süquta uğramışdır. Nasirilər dövründən qalan ən məşhur abidə Qranadada yerləşən Əlhambra sarayıdir.
Nasirilər sülaləsi

Nasiriyyə (Əlcəzair)
Nasiriyyə (ərəb. ناصرية‎, fr. Naciria) — Əlcəzairin şimalında, Bumerdes vilayətinin ərazisində kommuna . Kommuna vilayətin cənub-şərq hissəsində, dəniz səviyyəsindən 158 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 77 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 43 kilometr şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 22,431 nəfər idi.

Oxşar sözlər

#nasiri nədir? #nasiri sözünün mənası #nasiri nə deməkdir? #nasiri sözünün izahı #nasiri sözünün yazılışı #nasiri necə yazılır? #nasiri sözünün düzgün yazılışı #nasiri leksik mənası #nasiri sözünün sinonimi #nasiri sözünün yaxın mənalı sözlər #nasiri sözünün əks mənası #nasiri sözünün etimologiyası #nasiri sözünün orfoqrafiyası #nasiri rusca #nasiri inglisça #nasiri fransızca #nasiri sözünün istifadəsi #sözlük