Nairi sözü azərbaycan dilində

Nairi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Nairi • 83.7838%
  • nairi • 16.2162%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nairi
Nairi — Van Gölünün cənubi hisəsində tarixsəl bir ölkə adı (e.ə. 1114- 860), Assuriyalılar onlara (KUR.KUR Na-i-ri, və ya Na-i-ru) adı verirdi, müasir Türkiyənin və Cənubi Azərbaycanın (İranın Qərbi Azərbaycan vilayətinin) Van və Hakkari vilayətlərinə təxminən uyğun gəlir. Nairi bəzən Mesopotamiya, Xet və Urartu mənbələrindən bilinən Nihriya ilə bərabərləşmişdir. Ancaq bir mətn içərisində belə gəlir ki Nihriya ilə birgə olmaması təxmin edilir. Tunc dövrünün qutulmasından əvvəl Nairi qəbilələri həm Assuriya, həm də Xetlər ilə mübarizə aparacaq qədər güclü bir qüvvə hesab olunurdu. Mitanni Krallığının yıxılışından sonra torpaqlarına nəzarət etmək üçün Xetlər və Assuriyalılar arasındakı döyüşlərin son nöqtəsi olan Nihriya Döyüşü; orada baş verdi, e.ə. 1230. Urartu'nun ilk padşahları özülərini yerli Bianili yerinə Nairi adlandırdılar. Ancaq Urartu ilə Nairi arasındakı münasibət dəqiq bəlli deyil. Bəzi alimlər Urartu və Nairinin ayrı-ayrı nöqtələr olduğunu irəli sürdülər.
Nairi Hunanyan
Nairi Hunanyan (erm. Նաիրի Հունանյան; 8 dekabr 1965, İrəvan) — 27 oktyabr 1999-cu ildə Ermənistan parlament binasına təşkil edilən silahlı hücumun lideri.
Nairi Zaryan
Nairi Zaryan (erm. Նաիրի Զարյան; əsl adı: Ayastan Yeğiazaryan; 31 dekabr 1900, Qaragündüz[d], Van vilayəti – 11 iyul 1969, İrəvan[…]) — Ermənistan-sovet şairi və yazıçısı. O, 1944–1946-cı illərdə Ermənistan Yazıçılar İttifaqının prezidenti olmuş, həmçinin Ermənistan SSR Sülhü Müdafiə Komitəsinin sədri vəzifəsində çalışmışdır. Nairi Zaryan 26 yanvar 1901-ci ildə Osmanlı imperiyasının Van vilayətində yerləşən Qaragündüz kəndində anadan olmuşdur. O, 1915-ci ildə Anadoluda etnik gərginlikdən əziyyət çəkdiyinə görə Rusiyaya qaçmışdır. Zaryan sonradan, 1918-ci ildə Anadoluda Osmanlı qüvvələrinə qarşı vuruşan milislərin tərkibində döyüşmüşdür. O, 1927-ci ildə İrəvan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Zaryan yazıçılıq fəaliyyətinə bu dövrdə başlamışdır. O, İkinci Dünya müharibəsi illərində çoxlu sayda şeir və qeydlər nəşr etdirmişdir. Zaryan 1951–1958-ci illərdə Ermənistan SSR Ali Sovetinin deputatı olmuşdur.
Nairi rayonu
Nairi rayonu (erm. Նաիրիի շրջան) — 1972–1995-ci illərdə Ermənistan SSR–də və Ermənistan Respublikasında inzibati–ərazi vahidi. İnzibati mərkəzi Yeğvard şəhəri idi. 15 mart 1972-ci ildə Abovyan və Əştərək rayonlarının bir hissəsi hesabına təşkil edilmişdi.

"nairi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nairi nədir? #nairi sözünün mənası #nairi nə deməkdir? #nairi sözünün izahı #nairi sözünün yazılışı #nairi necə yazılır? #nairi sözünün düzgün yazılışı #nairi leksik mənası #nairi sözünün sinonimi #nairi sözünün yaxın mənalı sözlər #nairi sözünün əks mənası #nairi sözünün etimologiyası #nairi sözünün orfoqrafiyası #nairi rusca #nairi inglisça #nairi fransızca #nairi sözünün istifadəsi #sözlük