yarpaq sözü azərbaycan dilində

yarpaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yarpaq • 86.6572%
  • Yarpaq • 13.1299%
  • YARPAQ • 0.2129%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.59 dəfə / 1 mln.
2003 ••••••••• 1.18
2004 •••••••••••• 1.68
2006 •••••••••• 1.35
2007 •• 0.21
2008 •••••••••••••• 1.95
2009 ••••••••• 1.28
2010 •••••••••• 1.45
2011 ••••••••••••• 1.89
2012 ••••••••••••••••••• 2.67
2013 •••••••••••• 1.75
2014 •••••• 0.86
2015 ••••••••• 1.19
2016 •••••••••• 1.39
2017 •••• 0.49
2018 •••••••• 1.05
2019 •••••••••••••••••••• 2.92
2020 •••••••••••••••• 2.25

yarpaq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Ağac və s. bitkilərin yastı və cinslərinə görə müxtəlif şəkildə olan yaşıl rəngli tənəffüs orqanı. Çinar yarpağı. Qoz yarpağı. Meynə yarpağı. Limon yarpağı. Yarpaqlar payızda tökülür. – Evimiz hazırdır, bir bağ içində; Eyvanı yamyaşıl yarpaq içində. S.Vurğun. Ağacların bir yarpağı belə tərpənmirdi. M.Hüseyn. □ Yarpaq açmaq – yarpaqlanmaq, yaşıllaşmaq. Şəhərin kənarında olan böyük bağçada, hər yerdə olan kimi, ağaclar göyərib yarpaq açmışdı. C.Cabbarlı. Pəncərənin önündə bir ağac; Puçurladı, yarpaq açdı. N.Rəfibəyli. Yarpaq dolması – meynə yarpağına bükülüb bişirilən dolma. …Boşqabın içində üstü qatıqlı dörd yarpaq dolması … qoyulardı. H.Sarabski. Yusif yarpaq dolması ilə dolu boşqabı irəli çəkib yeməyə başladı. Ə.Vəliyev. Yarpaq (nanə yarpağı) kimi (tək) əsmək (titrəmək) – tir-tir əsmək (qorxudan, soyuqdan). Biçarə münəccimbaşının ərvahı uçub, başladı yarpaq kimi titrəməyə. M.F.Axundzadə. Gülsüm qorxusundan nanə yarpağı tək əsirdi. Ə.Haqverdiyev. 2. Vərəq, səhifə. [Rza kişi] kağızdan bir yarpaq götürüb içinə çoxlu tənbəki tökdükdən sonra bükdü. Ə.Vəliyev. // Yarpağa oxşayan, yarpaq şəklində olan hər şey. 3. Bənd (şeirdə). [Rəsul:] Güloğlan, dörd yarpaq söz deyəcəyəm. Cavabın verə bilsən, mən buradan birbaş Təbrizə qayıdacağam. “Aşıq Qərib”.

    Azərbaycan dilinin izahlı lüğəti

yarpaq sözünün etimologiyası

  • 1 “Yastı” mənasında yalbı, “yarpaq” mənasında yalbırğaq sözləri olub. Bunlardan sonuncusu yarpaq (yastı olan, yapıq olan) şəklinə düşüb, sonra isə indiki kimi (yarpaq) formalaşıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti

yarpaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

yarpaq sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. лист, листок. Ağacların yaşıl yarpaqları зелёные листья деревьев, quru yarpaqlar сухие листья, solğun yarpaqlar увядшие листья, yarpaqlar yaşıllanır листья зеленеют, бот. təpə yarpaqları верхушечные листья, aşağı yarpaqlar низовые листья, yarpaq saplağı черешок листа, yarpaq dilimi лопасть листа, yarpaq birəciyi (birəsi) зоол. листоблошка II прил. листовой. бот. Yarpaq kələm листовая капуста, yarpaq tütün листовой табак, yarpaq bığcıqları листовые усики, yarpaq qələmləri листовые черенки, yarpaq mozaikası листовая мозаика, bir yarpaq da tərpənmir даже листок не шелохнётся (о полной тишине, о безветрии) ◊ yarpaq kimi əsmək (titrəmək) дрожать как лист

    Azərbaycanca-rusca lüğət

yarpaq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. leaf* (pl. leaves); yaşıl ~lar green leaves; yarpağın tökülməsi the fall of leaves; ~ qoymaq (duza) to pickle vineleaves; ◊ ~ kimi əsmək to tremble / to shake* like a leaf II. s. leafy; ~ kölgəsi leafy shade; ~ siqar cigar; ~ tütün tobacco in the leaf

    Azərbaycanca-ingiliscə lüğət

yarpaq sözünün fransız dilinə tərcüməsi

  • 1 is. feuille f ; yaşıl ~lar feuilles vertes ; ~ğın tökülməsi chute f des feuilles ◊ ~ kimi əsmək trembler comme une feuille

    Azərbaycanca-fransızca lüğət

yarpaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. пеш; yarpaq açmaq пеш авун, пеш ахъаюн, къацу хьун; yarpaq dolması пешин дулма; yarpaq (nanə yarpağı) kimi (tək) əsmək (titrəmək) пеш хьиз зурзун (кичӀевиляй, мекьивиляй); 2. ччар (кагъаздин); ччин (улубдин) ; 3. пеш хьтин, пешиниз ухшар затӀ; 4. куплет, бенд (шиирдин).

    Azərbaycanca-ləzgicə lüğəti

yarpaq sözünün türk dilinə tərcüməsi

yarpaq sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan qadın adlarının izahlı lüğəti.

ağac, kol, başqa bitkilərin yaşıl hissələri; vərəq, səhifə.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"yarpaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yarpaq nədir? #yarpaq sözünün mənası #yarpaq nə deməkdir? #yarpaq sözünün izahı #yarpaq sözünün yazılışı #yarpaq necə yazılır? #yarpaq sözünün düzgün yazılışı #yarpaq leksik mənası #yarpaq sözünün sinonimi #yarpaq sözünün yaxın mənalı sözlər #yarpaq sözünün əks mənası #yarpaq sözünün etimologiyası #yarpaq sözünün orfoqrafiyası #yarpaq rusca #yarpaq inglisça #yarpaq fransızca #yarpaq sözünün istifadəsi #sözlük