IV Bolduin
== Uşaqlığı ==
IV.Bolduin uşaqlıqda atasının Yerusəlimdəki sarayında böyüdü. O, uşaqlıq illərində Yaffa və Aşkelonun qrafinyası olan, atası sonradan boşanan və Sidon Lordluğunun gələcək xanımı olacaq anası ilə çox vaxt keçirmədi. Bolduin tarixçi Vilyam tərəfindən təhsil almışdır. Bir gün Vilyam gənc şahzadə haqqında kədərli bir şey kəşf etdi. Bir gün şahzadə dostları ilə oynayırdı, dırnaqlarını bir-birlərinin qollarına vuraraq yaralamağa çalışırdılar, lakin Bolduin ağrı hiss etmirdi. Vilyam bunun ciddi xəstəliyin əlaməti olduğunu dərhal anladı, ancaq bir neçə ildən sonra cüzamın qəti diaqnozu qoyuldu və xəstəlik yetkinlik dövründə daha da sürətləndi.
== Taxta çıxması ==
Bolduinin atası I Amalrik 1174-cü ildə öldü və Boduin 13 yaşında taxta çıxdı. Yetkinlik dövründə Yerusəlim iki ardıcıl regent tərəfindən idarə edildi. Əvvəlcə Miles of Planci, sonra atasının əmisi oğlu Qraf Tripoli III. Raymond 1175-ci ildə Səlahəddin Əyyubi ilə müqavilə bağladı. Bolduin cüzam xəstəsi olduğu üçün uzun müddət hökmranlıq etməsi və varislik təyin etməsi gözlənilmirdi.