köşkü sözü azərbaycan dilində

köşkü

Yazılış

  • köşkü • 90.1442%
  • Köşkü • 9.3750%
  • KÖŞKÜ • 0.4808%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Köşkü
Köşkü — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Keşkü Göygöl r-nunun Aşıqlı i.ə.v.-də kənd. Sarıyal dağının ətəyindədir. Əslinin Köşkü olması ehtimal edilir. Yaşayış məntəqəsi keçmişdə yaylaq köçlərinin dayanacaq yerində salınmışdır. Oykonim köçkü sözündən olub, "köç yeri, müvəqqəti dayanacaq" mənasındadır == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 476 nəfər əhali yaşayır.
Alimlər Köşkü
Alimlər Köşkü və ya Alimlər Pavilyonu ― İran İslam Respublikası tərəfindən Vyanadakı Birləşmiş Millətlər Təşkilatının ofisinə bağışlanan bir abidədir. Xatirə abidəsinin İran İslam Respublikası Xəbər Agentliyi tərəfindən verilən məlumata görə İslam və Əhəməni memarlığının birləşməsi olduğu iddia edilir, lakin sonuncusu dekorativ xüsusiyyətlərdə açıq şəkildə üstünlük təşkil edir; xüsusilə Fars sütunları və digər xüsusiyyətləri Persepolis və digər yerlərdə qalmış Əhəməni memarlığı nümunələrindən götürülmüşdür. Çaxartaq köşk forması, İslamdan əvvəlki dövrlərdən bu günə qədər qalmış Fars memarlığının bir nümunəsidir. Köşkün içərisində dörd məşhur Fars orta əsr alimlərindən olan Ömər Xəyyam, Əl-Biruni, Məhəmməd ibn Zəkəriyyə ər-Razi və İbn-Sinanın (Avisena) heykəlləri vardır. Bu abidə 2009-cu ilin iyununda İranın elmdəki dinc inkişafları münasibətilə bağışlanmışdır. Bu abidə Alireza Nazem Alroaya tərəfindən dizayn edilmiş və Sadeh Architecture City Construction tərəfindən inşa edilmişdir.
Bağdad köşkü
Bağdad köşkü — Topqapı sarayında XVII əsrə aid köşk. == İnşası və fəaliyyət tarixi == Sofayi Hümayun adlanan dördüncü həyətdə fəvvarəli meydançada yerləşən Bağdad köşkü və ya Bağdad qəsri 17. Osmanlı sultanı IV Murad tərəfindən, 1624-cü ildə Səfəvilər tərəfindən işğal edilən Bağdadın yenidən fəth edilməsinin şərəfinə inşa edilmişdir. Köşkün inşası ilə bağlı kitabə yoxdur. Tarixçi Naimanın yazdığına görə, köşkün inşası Bağdad səfərinə çıxılarkən başlamış və bir il davam etmişdir. Sultan Muradın Bağdad səfərinin bir il iki ay davam etdiyini və səfərdən döndükdən qısa müddət sonra 1640-cı ilin fevralında padşahın vəfat etməsini nəzərə alsaq, köşkün inşasının 1639-cu ilin ortalarında bitdiyi başa düşülür. İnşası tamamlanan köşkün daxili interyerinin bəzədilməsi isə bir müddət uzadılmışdı. Əhməd Rəfiq Altınay, hər hansı mənbəyə istinad etməsə də, köşkün dövrün baş memarı Həsən ağa tərəfindən inşa edildiyini qeyd edir. Ancaq mənbələrə görə, köşkün inşa edildiyi tarixlərdə sarayın baş memarı Qasım ağadır. Bağdad köşkündə baş verən ən önəmli hadisə isə 1730 tarixli üsyanın rəhbəri olan Patrona Xəlil və ən yaxın adamlarının burada edam edilməsi olsa da, bu hadisə əslində İrəvan köşkündə baş tutmuşdur.
Qazan köşkü
Qazan köşkü — Cəlilabad rayonunun Musalı kəndinin şimal-şərqində Talış dağlarının şimal qurtaracağında yerləşmiş tarixi abidə. Qazan köşkü abidəsi stəkanvari, qala tipli müşahidə məntəqəsidir. Azərbaycan tarixinin zənginliyi ilə öyünməsinə baxmayaraq burda demək olar ki, dəqiq tarixi araşdırma aparılmamışdır. Bəzi məlumatlara görə və tarixi qaynaqlara gorə qazan köşkünün XIII əsrə, Hülaki hökmdarı Qazan xana (1295-1304) aid olduğunu deməyə əsas verir. Bu qala haqqında məlumata Qazan xanın vəziri olmuş tarixçi, alim Fəzlüllah Rəşidəddinin "Came ət-təvarix" ("Tarixlər toplusu") kitabında rast gəlinir. Qalanın hündür,strateji mövqedə inşa olunması onun müşahidə məntəqəsi kimi istifadə olunmasını sübut edir.
Rəvan Köşkü
İrəvan köşkü — Topqapı sarayında XVII əsrə aid köşk. Sofayi Hümayun adlanan dördüncü həyətdə və Hırka-ı Səadət otağının şimal-şərqində yer alan bu köşk Osmanlı sultanı IV Murad tərəfindən İrəvan səfərinin (1635) ardından inşa edilmişdir. Baş memarının kim olduğu dəqiq bilinməsə də, Həsən ağa və ya Qasım ağa olduğu iddia edilir. Qapısının üzərindəki farsca kitabədə dərgah olaraq anılması diqqət çəkir. Bina köşk olaraq inşa edilsə də, sonrakı illərdə müxtəlif məqsədlərlə istifadə edilmişdir. İlk illərdə padşah çalmalarının və əmmamələrinin hazırlanıb qorunduğu yer olan bu köşkdə sədrəzəm padşaha dövlət məsələləri ilə bağlı sənədləri təqdim edərdi. Ramazan ayının 12-ci günündə padşah müqəddəs əmanətləri məhz bu köşkdə ziyarət edər, iki gecə burada saxlanıldıqdan sonra yerinə aparılardı. Patrona Xəlil və ən yaxın adamlarının edam olunduğu İrəvan köşkü I Mahmud dövründə kitabxanaya çevrildi və sonrakı illərdə "Has oda kitabxanası" adını aldı. Səkkizbucaqlı planda inşa edilən köşkün 3 eyvanı var. Divarlar iki sıra pəncərəli olub, bunlardan alt sıradakı pəncərələr düzbucaqlı şəklindədir, üst sıradakılar isə iti uclu naxışlarla bəzədilmişdir.
Vahidəddin köşkü
Vahidəddin köşkü və ya Çəngəlköy köşkü — İstanbulun Üsküdar rayonunda yerləşən tarixi köşk. Üsküdarın Çəngəlköy səmtində yerləşən köşk Krım müharibəsi illərində italyan əsgərləri üçün hospital kimi istifadə edilmişdir. Ardından Sultan Əbdülməcid köşkü satın alaraq oğlu Burhanəddin Əfəndiyə hədiyyə etdi. Burhanəddin Əfəndinin gənc yaşda vəfat etməsinin ardından köşk Sultan Əbdülhəmid tərəfindən qardaşı Vahidəddin Əfəndiyə bağışlandı. Vahidəddin Əfəndi taxta çıxdığı 1918-ci ilədək bu köşkdə yaşadı və bu səbəblə köşk Vahidəddin köşkü olaraq anılmağa başlandı. Köşkdə məskunlaşan Vahidəddin Əfəndi fransız memar Aleksandr Vallaurinin rəhbərliyi ilə köşkü yenidən təşkil etdi. Ögey anası Şayəstə xanım üçün köşkün yaxınlığında başqa bir mülk də inşa etdirdi. Səltənətin ləğvindən sonra Sultan Vahidəddin ölkəni tərk etməyə məcbur oldu. Ölkəni tərk etməzdən öncə şəxsi mülük olan bu köşkü Zəhra adlı kənizinə bağışladı. Cümhuriyyət dövründə baxımsız qalan köşk 1988-ci ildə dövrün baş naziri Turqut Özalın təlimatıyla bərpa edildi və dövlət tərəfindən mənimsənildi.
Verilənlər köşkü
Verilənlər köşkü (ing. Data Mart) – konkret funksional sahədə və ya təşkilatın hər hansı sahəsində analitik məsələlərin həllini təmin edən verilənlərin strukturunu əks etdirir. Verilənlər köşkünə təşkilatın konkret idarəedici sahələrində analitik məsələlərin informasiya təminatını yerinə yetirən kiçik VX kimi də baxmaq olar. Verilənlər köşkü müəyyən qrup istifadəçilər üçün nəzərdə tutulmuşdur. Buraya verilənlər aqreqatlaşdırılmış, müxtəlif ierarxiya səviyyələrinə görə konsolidasiya olunmuş halda VX-dən gətirilir. VK həm təşkilati, həm də texniki səbəkələrdən asılıdır: real təşkilatın informasiya strukturu, bir qayda olaraq çox mürəkkəbdir və rəhbərlik təşkilatda gedən prosesin mahiyyətini daha dərindən başa düşmək imkanına malik deyil; qərarların qəbuledilməsi texnologiyası mövcud texniki imkanlara yönəldilmişdir və çox çətinliklə dəyişdirilə bilir; təşkilatın sturukturunun bir hissəsinin dəyişdirilməsinin vacibliyi meydana çıxa bilər; layihə öz xərcini ödəməyə başlayınca, əhəmiyyətli investisiya tələb olunur; mövcud texniki bazanın əhəmiyyətli modifikasiyası tələb olunur; təşkilatın mütəxəssisləri tərəfindən yeni texnologiyaların və proqram məhsullarının mənimsənilməsi çox vaxt apara bilər; xəzinəni işləyib hazırlayanla gələcək istifadəçi arasında, işləyib hazırlanma mərhələsində qarşılıqlı fəaliyyəti yaratmaq çətin olur. Bütün bunlardan belə nəticə çıxır ki, korporativ xəzinənin işləyib hazırlanması və tətbiqi, təşkilatın fəaliyyəti və onun yeni texnologiyalara yönəldilməsi analizinə görə, çox güc tələb edir. VK xəzinənin işlənib hazırlanması və tətbiqini asanlaşdırmaq məqsədilə yaranmışdır. Hazırda VK dedikdə, təşkilatın fəaliyyətinin hər hansı bir istiqamətinə, məsələn, ehtiyatların hesablanmasına və ya digər sahələrə xidmət edən xüsusiləşmiş xəzinə başa düşülür. Konkret fəaliyyət sahəsində cəlb olunan əməkdaşların sayı da çox deyil (köşkə 10-15 nəfər xidmət etməlidir).
Çankaya köşkü
Çanqaya köşkü — Türkiyənin paytaxtı Ankarada yerləşən və siyasi-mədəni əhəmiyyətə sahib memarlıq nümunəsidir Bu köşk uzun illər Türkiyə Cümhuriyyəti rəhbərlərinin iqamətgahı olmuşdur. Köşk Qızılay meydanından 5 km. Şərqdə və 1.77 km² ərazidə yerləşir. İctimaiyyətə bağlıdır. Atatürk muzey köşkü kimi tanınan və kompleksə daxil olan ilk tikilidir. Ankarada yaşayan bir erməni tacir tərəfindən XIX əsrin sonlarında tikilmişdir. Şəhərin varlı ailələrindən olan Bulgurzadələrin əlinə keçən bağevi Kasapyan köşk adı ilə tanınır. Köşk Atatürkə hədiyyə olaraq verilir. Belə ki, Ankara Müftisi Rüfət Əfəndinin səyləri nəticəsində əhali arasında 4500 türk lirəsi yığılaraq köşk Bulgurzadələrdən alınır və Mustafa Kamala hədiyyə edilir. Mustafa Kamal Atatürk burada 1921–1932-ci illər arasında yaşayıb.
Çanqaya köşkü
Çanqaya köşkü — Türkiyənin paytaxtı Ankarada yerləşən və siyasi-mədəni əhəmiyyətə sahib memarlıq nümunəsidir Bu köşk uzun illər Türkiyə Cümhuriyyəti rəhbərlərinin iqamətgahı olmuşdur. Köşk Qızılay meydanından 5 km. Şərqdə və 1.77 km² ərazidə yerləşir. İctimaiyyətə bağlıdır. Atatürk muzey köşkü kimi tanınan və kompleksə daxil olan ilk tikilidir. Ankarada yaşayan bir erməni tacir tərəfindən XIX əsrin sonlarında tikilmişdir. Şəhərin varlı ailələrindən olan Bulgurzadələrin əlinə keçən bağevi Kasapyan köşk adı ilə tanınır. Köşk Atatürkə hədiyyə olaraq verilir. Belə ki, Ankara Müftisi Rüfət Əfəndinin səyləri nəticəsində əhali arasında 4500 türk lirəsi yığılaraq köşk Bulgurzadələrdən alınır və Mustafa Kamala hədiyyə edilir. Mustafa Kamal Atatürk burada 1921–1932-ci illər arasında yaşayıb.
İrəvan Köşkü
İrəvan köşkü — Topqapı sarayında XVII əsrə aid köşk. Sofayi Hümayun adlanan dördüncü həyətdə və Hırka-ı Səadət otağının şimal-şərqində yer alan bu köşk Osmanlı sultanı IV Murad tərəfindən İrəvan səfərinin (1635) ardından inşa edilmişdir. Baş memarının kim olduğu dəqiq bilinməsə də, Həsən ağa və ya Qasım ağa olduğu iddia edilir. Qapısının üzərindəki farsca kitabədə dərgah olaraq anılması diqqət çəkir. Bina köşk olaraq inşa edilsə də, sonrakı illərdə müxtəlif məqsədlərlə istifadə edilmişdir. İlk illərdə padşah çalmalarının və əmmamələrinin hazırlanıb qorunduğu yer olan bu köşkdə sədrəzəm padşaha dövlət məsələləri ilə bağlı sənədləri təqdim edərdi. Ramazan ayının 12-ci günündə padşah müqəddəs əmanətləri məhz bu köşkdə ziyarət edər, iki gecə burada saxlanıldıqdan sonra yerinə aparılardı. Patrona Xəlil və ən yaxın adamlarının edam olunduğu İrəvan köşkü I Mahmud dövründə kitabxanaya çevrildi və sonrakı illərdə "Has oda kitabxanası" adını aldı. Səkkizbucaqlı planda inşa edilən köşkün 3 eyvanı var. Divarlar iki sıra pəncərəli olub, bunlardan alt sıradakı pəncərələr düzbucaqlı şəklindədir, üst sıradakılar isə iti uclu naxışlarla bəzədilmişdir.
Qazi köşkü
Qazi köşkü və ya Seman köşkü (türk. Gazi köşkü) — Türkiyənin Diyarbəkir ilində yerləşən Ağqoyunlu abidəsi, I Dünya müharibəsində Atatürkün qərargah olaraq istifadə etdiyi köşk. Köşkün tikilmə tarixi və kim tərəfindən inşa edilməsi barədə dəqiq məlumat olmasa da, türk tarixçi Mətin Sözən və Adil Təkin binanı XV əsr Ağqoyunlu dövrü memarlıq abidəsi adlandırıblar.Buna səbəb binanın Ağqoyunlu memarlığının tipik xüsusiyyətlərini özündə daşımasıdır. Daha sonra Birinci Dünya müharibəsi illərində Atatürk Diyarbəkirdə Korpus Komandiri olduğu zaman qərargah olaraq istifadə etdiyi malikanə 1937-ci ildə Diyarbakır Bələdiyyəsi tərəfindən satın alınaraq ona bağışlanıb. Bina qeydiyyata alınıb. Qazi köşkü Mardin qapısından kənarda, Dəclə körpüsünün qərb yamacındadır. Bura xalq arasında Semanoğlu köşkü kimi tanınır. Köşk geniş bağ sahəsinin mərkəzində yerləşir və Diyarbəkir Bələdiyyəsinin mülkiyyətidir. Onun qorunmasına cavabdeh qurum Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyidir. Qazi köşkü iki mərtəbəli planda tikilib.
Telefon köşkü
Telofon köşkü— taksofonla təchiz edilmiş və telefon istifadəçisi üçün nəzərdə tutulmuş kiçik bir binadır. Telefon köşklərində tez-tez işıqlandırma, məxfiliyi təmin etmək üçün qapı və kabinənin istifadə olunub-olunmadığını başqalarına bildirmək üçün pəncərələr var. Stend yerli telefon nömrələrinin çap olunmuş kataloqu və kağız, qələm və ya hətta otel kimi rəsmi şəraitdə oturacaqla təchiz oluna bilər. Xarici kabin elementlərə və ağır istifadəyə tab gətirmək üçün metal və plastikdən hazırlana bilər, daxili kabin isə daha mükəmməl memarlıq və mebellərə malik ola bilər. Xarici kabinələrin əksəriyyətində telefon xidməti təminatçısının adı və loqosu var.
Aynalıkavak Köşkü
Aynalıkavak Köşkü — İstanbulun Beyoğlu sahilində Hasköydə yerləşən pavilyon. İstanbul fəth ediləndə Ox meydanı yamaclarında böyük bir meşəlik idi. Bu bağ sahilə doğru enirdi. == Tarixi == I Səlimin dövründə Hasköy və Beyoğlu sahilləri tərsanələrin inşası ilə əhəmiyyət qazanmış və bu böyük bağ bağları ilə birlikdə “Gəmiqayırma bağı” kimi tanınmağa başlamışdır. I Əhməd Ədirnədə olarkən Kayseri admiralı Xəlil Paşa Gəmiqayırma Bağında matəm Əli qəsrinin tikilməsini əmr etdi və sarayın ilk binaları 1613-cü ildə tamamlandı. IV. Murat və Sultan İbrahim Tərsanə Sarayına maraq göstərərək sarayı əlavə binalarla genişləndirdilər. Saray, IV. Mehmet zamanında baş vermiş yanğın nəticəsində tamamilə dağılmış və yenidən tikilmişdir. Beyoğlunun Hasköyündən baxanda sarayın bütün mənzilləri görünürdü. İkimərtəbəli Hərəm İdarəsinin alt mərtəbəsi tamamilə şüşə pəncərə ilə örtülmüşdür. Həmçinin Hərəm və Mabeyn şöbələrinin ətrafında müxtəlif binalar var idi.
Moxave telefon köşkü
Moxave telefon köşkü — Kaliforniyada, Moxave səhrasında yaxınlıqda işləyən yerli geoloqlar və şaxtaçılar üçün quraşdırılan telefon köşkü. Ən yaxın şose yolundan 24 km, ən yaxın yaşayış məntəqəsindən isə onlarla km məsafədə yerləşirdi. İlk vaxtlar onun nömrəsi +1-714-733-9969 idi, sonra kod 619-a, daha sonra isə 760-a dəyişdirildi. Köşk 1948-ci ildə yaxınlıqda işləyən şaxtaçılar üçün quraşdırılmışdır. 1997-ci ildə Dyuis (Deuce) adlı bir şəxs köşk haqqında öyrənir və ona cavab verilənə qədər köşkə zəng etməyə başlayır. Hər səhər Dyuis üzünü qırxarkən güzgünün kənarına yapışdırdığı və üzərində "Sən bu gün Moxavenin ortasında yerləşən köşkə zəng etməyi unutmamısan?" cümləsini yazdığı yapışqanı görürdü. O, zəngləri ta ki Lorin (Lorene) adlı birisi ona cavab verənə qədər düz bir ay müddətində davam etdirir. Öz əhvalatını öz saytında paylaşandan sonra Moxavedəki köşk qısa bir zamanda məşhurluq qazanır. Köşkün həvəskarları cavab almaq ümidiylə ora zəng edir, zənglərə cavab vermək üçün ora gedir, həmçinin ismarış qoyurdular. Zamanla köşk bütünlüklə qraffitilərlə örtüldü.
Telefon köşkü(film)
Trabzon Atatürk Köşkü
Trabzon Atatürk Köşkü — Soyuqsu səmtində kiçik bir şam bağı içində yerləşir. XX əsrin əvvəlində tikilmiş 1923-cü ildən sonra dövlət xəzinəsinə qalmışdır. Atatürk 1934 və 1937-ci illərdə Trabzon səfərlərində, bu köşkdə qonaq edilmişdir. Onun ölümündən sonra Trabzon bələdiyyəsi tərəfindən o dövrdə istifadə olunan əşyalarla dekorasiya edilərək "Atatürk Muzeyi" olaraq istifadəyə vermişdir. Köşk Konstantin Kapogiannidis üçün tikilmişdir. Binanın tikintisi 1903-cü ildə başa çatdırılmışdır. Sahibi ailəsiylə birlikdə Respublika quruluan zaman (1923) Yunanıstana getmişdir. Mustafa Kamal Atatürk ilk dəfə 15-17 sentyabr 1924-cü ildə Trabzonu ziyarət edərkən Bələdiyyə və Baş müfəttişliyə getdikdən sonra Soyuğu ətrafına avtomobillə qısa bir gəzintidə olmuş və bu gəzinti zamanı, Köşkü görüb orada bir müddət dinlənmişdir. Atatürk Trabzona ikinci gəlişində 26-29 noyabr 1930-cu il tarixində trabzona səfəri zamanı bu köşkdə qalmışdır. Atatürk köşkü bəyəndiyini deyəndə, trabzonlular onu özünə hədiyyə etməyi düşünmüşdülər.
Telefon köşkü (film)
Telefon köşkü (ing. Phone Booth) — 2002-ci ildə çəkilmiş amerikan filmi. Bir telefon zəngi insanın həyatını həm dəyişə, həm də söndürə bilər. Filmin qəhrəmanı Styu Şeferd telefon köşkünün əsirinə çevrilir. Filmdə snayperin öldürməklə hədələdiyi adamdan bəhs olunur. Styu Şeferd və ya sadəcə Styu (Kolin Farrel) telefon köşkünə girir və telefonu götürərkən naməlum şəxs deyir ki,əgər o köşkdən çıxsa o öləcək... Filmdəki hadisələr real zamanda baş verir-film hadisələrin baş verdiyi ilk dəqiqədən son dəqiqəyədək tam təsvir olunur. Filmdəki hadisələr Nyu-Yorkda baş versə də film Los-Ancelesdə çəkilmişdir. Baş rol Cim Kerri, Uill Smit, Mel Gibson, Toni Kertisə qismət ola bilərdi. Maykl Bey filmin rejissoru ola bilərdi.
Hatice Sultan Köşkü
Hatice Sultan Köşkü — Türkiyənin İstanbul şəhərinin Ortaköy məhəlləsində, Boğazda yerləşən və ilk sahibi Hatice Sultanın adını daşıyan tarixi yalı. Malikanə Beşiktaşın Ortaköy səmtində, Ulu Məcidiyə Məscidinin yanında yerləşir. Altı sultan malikanəsindən biri olmasına baxmayaraq, Ortaköydə yanğınlar nəticəsində hazırda dayanan yeganə malikanədir. Türkiyə Cümhuriyyətinin qurulmasından sonra Osmanlı sülaləsi sürgün edildikdən sonra uşaq evi, daha sonra isə ibtidai məktəb kimi istifadə edilmişdir. 1972-ci ildə Üzgüçülük İxtisas Klubuna ayrılmış malikanənin bağçasında hovuz tikilmişdir.
Zeynəb xanım köşkü
Zeynəb xanım köşkü (türk. Zeynep Hanım Konağı) — İstanbulun Eminönü səmtində 1865-ci ildə memar Vədat Tək tərəfindən tikilmiş və 1942-ci ildə yanğın nəticəsində dağılmış üç mərtəbəli tarixi bina. Bu gün İstanbul Universiteti Elm və Ədəbiyyat fakültəsi köşkün binasında yerləşir. Köşk Əbdüləziz zamanının sədrəzəmlərindan olan Kavalalı Mehmed Əli Paşanın qızı və Yusif Kamil Paşanın həyat yoldaşı Zeynəb Kamil xanımın adını daşıyır. Onun 1864-cü ildə xəttat Vəhdəti Əfəndi tərəfindən yazılmış kitabəsi Türk və İslam Sənətləri Muzeyində sərgilənir. Əbdüləziz dövründə Yusif Kamil Paşa və Zeynəb xanımın evi olan köşk 30 min lirəyə başa gəlib. Köşkün bütün əşyaları isə Yusif Kamil Paşanın kəndxudası Hüseyn Haki Əfəndi tərəfindən Avropadan gətirilmişdir. Kamil Paşa 1876-cı ildə, Zeynep xanım isə ondan beş il sonra vəfat etdi. 1903-1909-cu illər arasında köşk İstanbulun ilk müsəlman uşaq evlərindən və sənət məktəblərindən biri olan Darü'l-Hayr-ı Âlinin istifadəsinə verilmişdi. Köşkü memar Vədat bəy bərpa edərək, yenilədi.
Florya Atatürk Dəniz Köşkü
Florya Atatürk Dəniz Köşkü — İstanbulun Bakırköy ilçəsinə bağlı Şenlikköy məhəlləsi sahillərində yerləşən bir binadır. Türkiyə Cümhuriyyətinin ilk prezidenti Mustafa Kamal Atatürkün bölgəyə göstərdiyi xüsusi diqqət və zaman-zaman həyata keçirdiyi səfərlər nəticəsində, dövrün İstanbul Bələdiyyəsi tərəfindən tikilərək Atatürkə hədiyyə edilmişdir. == Memarlıq xüsusiyyətləri == Köşk, qurudan 70 metr məsafədə dəniz dibinə sancılan zərbələr üzərində inşa edilərək, taxta bir estakada yolla quruya bağlanır. Bazasında qəbul salonu, yataq otaqları, hamam və kitabxana vardır. Köşk tikildiyi ilk dövrlərdə Atatürkün təşəbbüsü ilə yaxın ətrafda yerləşən və içində tərk edilmişdir Ayastefanos Monastırının xarabalıqlarının yerləşdiyi çəmənlikdə, köşkə bağça kimi bir qoruq yaradılmışdır. Bu qoruq, bu gün Flora Atatürk Ormanı adı ilə anılır və xalqa açıq park kimi istifadə edilir. Köşk, Türk memarlıq tarixində, ilkin respublika dövrü memarlığının rəmzi əsərlərindən biri kimi qiymətləndirilir. == Tarixi == 1935-ci ildə bələdiyyə tərəfindən memar Seyfi Arkana layihəsi hazırlanmış və həmin il 14 avqust günü tikintisi tamamlanaraq Atatürkə təhvil verilmişdir. Dolmabaxça Sarayında qaldığı dövrlərdə tez-tez mühərriklə köşkə gələn Atatürk, xalqla birlikdə dənizə düşüb. Atatürk üç il ərzində müəyyən fasilələrlə köşkü yazlıq çalışma ofisi kimi istifadə etmiş, son səfərini ölümündən bir neçə ay əvvəl, 28 may 1938-ci il tarixində həyata keçirib.
Telefon köşkü (film, 2002)
Telefon köşkü (ing. Phone Booth) — 2002-ci ildə çəkilmiş amerikan filmi. Bir telefon zəngi insanın həyatını həm dəyişə, həm də söndürə bilər. Filmin qəhrəmanı Styu Şeferd telefon köşkünün əsirinə çevrilir. Filmdə snayperin öldürməklə hədələdiyi adamdan bəhs olunur. Styu Şeferd və ya sadəcə Styu (Kolin Farrel) telefon köşkünə girir və telefonu götürərkən naməlum şəxs deyir ki,əgər o köşkdən çıxsa o öləcək... Filmdəki hadisələr real zamanda baş verir-film hadisələrin baş verdiyi ilk dəqiqədən son dəqiqəyədək tam təsvir olunur. Filmdəki hadisələr Nyu-Yorkda baş versə də film Los-Ancelesdə çəkilmişdir. Baş rol Cim Kerri, Uill Smit, Mel Gibson, Toni Kertisə qismət ola bilərdi. Maykl Bey filmin rejissoru ola bilərdi.

köşkü sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Təbriz) alaçığın ortasına basdırılan ağac. – İki nəfər adam köşkünü çalar yerə

Azərbaycan dilinin dialektoloji lüğəti.

"köşkü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#köşkü nədir? #köşkü sözünün mənası #köşkü nə deməkdir? #köşkü sözünün izahı #köşkü sözünün yazılışı #köşkü necə yazılır? #köşkü sözünün düzgün yazılışı #köşkü leksik mənası #köşkü sözünün sinonimi #köşkü sözünün yaxın mənalı sözlər #köşkü sözünün əks mənası #köşkü sözünün etimologiyası #köşkü sözünün orfoqrafiyası #köşkü rusca #köşkü inglisça #köşkü fransızca #köşkü sözünün istifadəsi #sözlük