Zərikuməco
Zərigümaco — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Zərigümaco kəndi Siyov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Piran kəndi mərkəz olmaqla Piran kənd inzibati ərazi dairəsi yaradılmışdır.
== Toponimiyası ==
Oykonim Zəri (şəxs adı), talış dilindəki kümə (koma, alaçıq) və co (yer, sahə) sözlərindən əmələ gəlib, “Zərinin koma yeri, Zəriyə məxsus alaçıq yeri” mənasındadır.
== Əhalisi ==
Əhalisi 354 nəfərdir.