buxaq sözü azərbaycan dilində

buxaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • buxaq • 80.5556%
  • Buxaq • 19.4444%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Buxaqlı qaçağanlar
Buxaqlı qaçağanlar (lat. Thinocoridae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.

buxaq sözünün leksik mənası və izahı

  • 1 is. İnsanın çənəsi ilə boğazı arasındakı hissə; çənəaltı. Ağ nazik əlinlə bir dəstə bağla; Tər buxaq altında düz bənövşəni. Qurbani. Kəlağayının altından çıxmış qara tellərin ucları ağ buxaqda ilan kimi qıvrılmışdı. Çəmənzəminli. ◊ Buxaq sal(la)maq – bax buxaqlanmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / buxaq

buxaq sözünün etimologiyası

  • 1 “Şiş, sallantı” anlamı ilə əlaqədardır. Sözün mənşəyi boğaz kəlməsi ilə kökdaşdır: boğazla çənə arasında əmələ gələn ətli hissədir, bir qədər sallanmış vəziyyətdə olur. Sözün əsli boğaq kimi olub, boğ elə boğazla bağlıdır, -aq şə­kilçisi isə yanaq sözündəki şəkilçi ilə eynidir, tərəf bildirir. Zənn edirəm ki, buxaq sözü buraxmaq sözü ilə də bağlı ola bilər (sallanır!). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / buxaq

buxaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

buxaq sözünün rus dilinə tərcüməsi

  • 1 второй подбородок (у полных людей)

    Azərbaycanca-rusca lüğət / buxaq
  • 2 I сущ. двойной подбородок (с обвисшей от полноты, тучности нижней складкой). Buxaq sallamaq отрастить второй подбородок II прил. подбородочный. Buxaq əzələsi анат. подбородочная мышца

    Azərbaycanca-rusca lüğət / buxaq

buxaq sözünün inglis dilinə tərcüməsi

buxaq sözünün fransız dilinə tərcüməsi

buxaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. инсандин ченединни гардандин арада авай пай, ченедин кӀаник пад, кьвед лагьай чене (рах.); ** buxaq sal(la)maq кил. buxaqlanmaq.

    Azərbaycanca-ləzgicə lüğəti / buxaq

"buxaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#buxaq nədir? #buxaq sözünün mənası #buxaq nə deməkdir? #buxaq sözünün izahı #buxaq sözünün yazılışı #buxaq necə yazılır? #buxaq sözünün düzgün yazılışı #buxaq leksik mənası #buxaq sözünün sinonimi #buxaq sözünün yaxın mənalı sözlər #buxaq sözünün əks mənası #buxaq sözünün etimologiyası #buxaq sözünün orfoqrafiyası #buxaq rusca #buxaq inglisça #buxaq fransızca #buxaq sözünün istifadəsi #sözlük