bulaqlar sözü azərbaycan dilində

bulaqlar

Yazılış

  • bulaqlar • 95.7187%
  • Bulaqlar • 4.2813%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bulaqlar
Bulaqlar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Bulaqlar kəndi rayondakı Herher kəndindən 4 km cənubda, Herher çayının sahilində yerləşirdi. Kənd dərədə çoxlu bulaq olan yerdə salındığı üçün Bulaqlar adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1873 - cü ildə 68 nəfər, 1886-cı ildə 92 nəfər, 1897-ci ildə 149 nəfər, 1904 - cü ildə 132 nəfər, 1914 - cü ildə 145 nəfər, 1916-cı ildə 151 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 29 nəfər, 1926-cı 40 nəfər, 1931-ci ildə 63 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənd sakinləri 1948-49-cu illərdə zorla Azərbaycana köçürülmüşdür.
Bulaqlar (Dərələyəz)
Bulaqlar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Bulaqlar kəndi rayondakı Herher kəndindən 4 km cənubda, Herher çayının sahilində yerləşirdi. Kənd dərədə çoxlu bulaq olan yerdə salındığı üçün Bulaqlar adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1873 - cü ildə 68 nəfər, 1886-cı ildə 92 nəfər, 1897-ci ildə 149 nəfər, 1904 - cü ildə 132 nəfər, 1914 - cü ildə 145 nəfər, 1916-cı ildə 151 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 29 nəfər, 1926-cı 40 nəfər, 1931-ci ildə 63 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənd sakinləri 1948-49-cu illərdə zorla Azərbaycana köçürülmüşdür.
"Badamlı" mineral bulaqları
Badamlı — Azərbaycan Respublikasının Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində mineral bulaq. Badamlı mineral suyunun kəşfi və dünyada tanıdılması geologiya-mineralogiya elmləri doktoru Əziz Əsgərovun adı ilə bağlıdır. 1947-ci ildən bəri istehsal olunan "Badamlı" Azərbaycanın ilk və ən məşhur su brendidir. Sovet İttifaqı dövründə 15 müttəfiq respublikaya satılan Badamlı suları faydalı komponentlərlə zəngin tərkibi və unudulmaz dadı ilə bütün Sovet İttifaqı alıcılarının könlünü fəth etmişdir. 1990-cı illərdə ittifaq dağıldıqdan sonra, bazar iqtisadiyyatına keçid prosesi ilə əlaqədar yaranan çətinliklərə görə Badamlı sularının ixracı dayanmışdır. Adını ərazidə yerləşən Badamlı kəndinin adından alan bulaqlar XIX əsrin sonlarında yer qatının çatlaması nəticəsində üzə çıxmışdır. Badamlı mineral süfrə suyu həzmi asanlaşdırır, iştahı artırır. Tərkibində olan minerallar insan orqanizminə müsbət təsir edir, həmçinin orqanizmdə çatışmayan mineralların bərpasına köməklik göstərir. Qiymətli süfrə suyu kimi sənaye miqyasında istifadə edilir. Badamlı bulağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı kəndinin cənub-qərbində, 1262–1274 metr hündürlükdə yerləşir.
Babək rayonunun mineral bulaqları
Naxçıvan Muxtar Respublikasında 200-dən artıq mineral bulaq var. Bunun da təqribən əllisi Babək rayonunun payına düşür. Babək rayonunda 50 mineral bulaq elmi şəkildə öyrənilmişdir ki, onların 27-si mexaniki üsul ilə qazılmışdır. Rayondakı “Sirab” mineral bulaqlarının gündəlik debütü (su sərfi) 22477265 litrdir. “Sirab” suyu müalicə əhəmiyyətinə görə rayondakı “Qahab”, “Vayxır”, “Cəhri” və “Qızılvəng” mineral sularından üstündür. Cəhri mineral bulağı. Babək rayonu ərazisində Cəhri kəndindən 5 km şimaldadır. Həmin suya kənddə Kərbəlayi Əziz bulağı da deyirlər. Zəif minerallaşmış su, karbonqazlı, hidrokarbonatlı-xlorlu, natriumlu-kalsiumlu-maqneziumludur. Daxili xəstəliklərin müalicəsində (bağırsaqları təmizləmək üçün 18-20 Cº) əhəmiyyətlidir.
Culfa rayonunun mineral bulaqları
Rayon ərazisində 85 mineral bulaq (onlardan 42-si mexaniki üsul ilə) qazılmışdır. Ərəfsə kəndindən 2 km cənubda, Ağsal dağının ətəyində yerləşir. Okean səviyyəsindən 1890 metr yüksəklikdədir. Əlincə kəndindən 1,5 km şimalda, okean səviyyəsindən 2340 metr yüksəklikdə yerləşir. Eyni kimyəvi tərkibli bulaq suyundan yaxın ərazidə, okean səviyyəsindən 2100 metr hündürlükdə yerləşən “Gilənarlıq dərəsi” deyilən yerdə də vardır. Hər iki bulaq suyunun kimyəvi tərkibi Rusiyanın Kislovodsk şəhərindəki (Şimali Qafqaz) Nazran suyunun tərkibi ilə eynilik təşkil edir. Sözügedən mineral sular daxili xəstəliklərin müalicəsində mühüm rola malikdirlər, lakin elmi şəkildə tam öyrənilməmişdirlər. Culfa şəhərindən 8 km şimal-şərqdə, Darıdağın ətəyində, okean səviyyəsindən 900 m. yüksəklikdə 5 bulaqla 32 sayda mexaniki quyular vardır. Yer altından təzyiqlə çıxan mineral tərkibli termal (isti) sular karbonqazlı, mərgümüşlü (radiaktiv zəhərli maddədir), yüksək minerallaşmış xlorlu-hidrokarbonatlı-natriumludur.
Naxçıvanın mineral bulaqları
Naxçıvanın mineral bulaqları — Naxçıvan Muxtar Respublikasında 200-dən artıq mineral bulaqlar vardır. Onların əksəriyyəti Şərqi Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay və Qaradərəçay ilə Əylisçay çaylarının vadilərindədir. Ərazidəki mineral bulaqlar ən qədim geoloji dövrlərin süxurlarından (onların yaşı 400 mln.-700 min il arasındadır) çıxırlar. El arasında yerin təkindən çıxan qazlı sulara "Tanrı möcüzəsi" kimi inam gətirilərək, "yel suyu", "sirli su", "şor su" və başqa adlar deyilmişdir. 1843-cü ildən başlayaraq bu cür sular diqqəti cəlb etməklə sonrakı əsrlərdə mükəmməl öyrənilmişdir. Naxçıvan çuxurunda olan mineral sular 6 tipə, 16 sinfə və 33 növə ayrılmışlar. Suların 98 %-i karbon qazlı olub, hidrokarbonatlı mineral sulara aiddir. Təbii mineral suların temperaturu +8-22 Cº arasındadır. Sirab və Darıdağdakı mexaniki üsulla qazılmış borularla çıxan mineral suların temperaturu isə +50-60 Cº arasındadır. Bütün Azərbaycanda olan mineral suların 35 %-i Naxçıvan Muxtar Respublikası ərazilərindədir.
Xaltan qrupu mineral bulaqları
Xaltan qrupu mineral bulaqları Cənub-Şərqi Qafqazın şimal yamacında, Gilgilçayın yuxarı axarlarında eyniadlı qolunun dərəsində yerləşir. Üst yura terrigen flişin çıxışları arasında yerləşən 32 isti (suyun temperaturu 49oC-yə qədər) hidrogen sulfidli bulaq köndələn pozulma ilə mürəkkəbləşdirilmiş Baş Qafqaz üstəgəlməsi zonasına aiddir. Sular kimyəvi tərkibinə görə hidrokarbonat-natriumludur və güclü hidrogen sulfid iyi verir, lakin minerallaşma dərəcələri zəifdir — 1,3–1,7 q/l. Yerli əhali və çoxsaylı gəlmələr onlardan mədə-bağırsaq, əzələ, dəri xəstəliklərinin müalicəsi məqsədilə istifadə edirlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.99 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 ••••• 0.79
2004 •••••• 1.01
2006 •••• 0.68
2007 ••••••••• 1.48
2008 ••• 0.49
2009 •••••••••••••• 2.24
2010 ••••••• 1.18
2011 ••••••• 1.03
2012 ••••••••• 1.38
2013 ••••• 0.73
2014 •• 0.17
2015 •••••••• 1.36
2016 ••• 0.35
2017 •••••• 0.98
2018 ••••• 0.75
2019 •••• 0.56
2020 ••••••• 1.06

"bulaqlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bulaqlar nədir? #bulaqlar sözünün mənası #bulaqlar nə deməkdir? #bulaqlar sözünün izahı #bulaqlar sözünün yazılışı #bulaqlar necə yazılır? #bulaqlar sözünün düzgün yazılışı #bulaqlar leksik mənası #bulaqlar sözünün sinonimi #bulaqlar sözünün yaxın mənalı sözlər #bulaqlar sözünün əks mənası #bulaqlar sözünün etimologiyası #bulaqlar sözünün orfoqrafiyası #bulaqlar rusca #bulaqlar inglisça #bulaqlar fransızca #bulaqlar sözünün istifadəsi #sözlük