Atay sözü azərbaycan dilində

Atay

Yazılış

  • Atay • 93.3333%
  • atay • 6.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Atay
Ali Atay
Ali Atay (20 aprel 1976, Rizə, Rizə ili) — Türkiyə aktyoru. == Həyatı == 20 aprel 1976 -cı ildə Rizədə anadan olmuşdur. 1999-cü ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin Teatr fakültəsini bitirib. Aktyor TRT-də yayımlanmış Leyla ile Mecnun serialı ilə məşhurlaşıb. Hal-hazırda Leyla The Band qrupunun solistidir.
Oğuz Atay
Oğuz Atay (12 oktyabr 1934 – 13 dekabr 1977, İstanbul), Türk yazıçı. Türk romanının ən mahir ustalarından biridir. Oğuz Atay 1934-cü ildə İnebolu, Kastamonuda anadan olmuşdur. Atası Kastamonu şəhərinin millət vəkili olmuş Cemil Ataydır. 5 yaşında ailəsi ilə birlikdə Ankaraya köçmüşdür. 1951-ci ildə bugünkü adı Ankara Kolleci olan Ankara Maarif Kollecini, 1957-ci ildə isə İstanbul Texniki Universitetinin İnşaat Fakültəsini bitirib. Üç il sonra isə İDMMA İstanbul Dövlət Mühəndislik və Memarlıq Akademiyasının (indiki Yıldız Teknik Üniversitesi) İnşaat Bölümündə işçi üzv olmuşdur. 1975-də dosent olan Oğuz Atay, Topoqrafiya adlı peşə kitabı yazmışdır. Bu müddət ərzində müxtəlif qəzet və dərgilərdə yazıları dərc olunmuşdur. Oskar Uaylddan, Maurice Leblanca, Maksim Qorkidən Kroninə və Pitigrillidən Stendala, Laclos, Eliot, Herman Mervil və Henri Ceymsə qədər bir çox yazarların əsərləri ilə tanış olmuş, ədəbiyyat dəryasına daxil olduqdan sonra bütün həyatı boyu kitablarla nəfəs almışdır.
Əli Atay
Ali Atay (20 aprel 1976, Rizə, Rizə ili) — Türkiyə aktyoru. 20 aprel 1976 -cı ildə Rizədə anadan olmuşdur. 1999-cü ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin Teatr fakültəsini bitirib. Aktyor TRT-də yayımlanmış Leyla ile Mecnun serialı ilə məşhurlaşıb. Hal-hazırda Leyla The Band qrupunun solistidir.
Sermet Atay
Sermet Atay (29 iyun 1964, Qaziantep ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Sermet Atay 1964-cü ildə Qaziantep ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Qaziantepdə alıb. İstanbul Universiteti Hüquq Bölməsindən məzun olub. Maliyyə Nazirliyinin Hüquq Baş İdarəsində xəzinədar hüquqşünas vəzifəsində çalışıb. 1988-1990-cı illərdə Qaziantep Polis Liseyində müqaviləli təlimatçı olub. 1990-cı ildə dövlət qulluğundan istefa verib, öz hüquq bürosunu açıb və sərbəst hüquqşünas olaraq çalışıb. 1995-1998-ci illərdə Qaziantepspor İdman Klubunun Baş Katibi və TFF Ali Şurasının nümayəndəsi vəzifələrində təmsil olunub. 90-cı illərdə Doğru Yol Partiyasının üzvü olub. DYP Qaziantep ilçə şöbəsinin sədri, DYP Qaziantep il şöbəsinin sədr müavini və sədri olub.
Falih Rıfkı Atay
Falih Rıfkı Atay (25 yanvar 1894, Konstantinopol – 20 mart 1971[…], Konstantinopol) — türkiyəli jurnalist, yazıçı və siyasətçi. Respublika dövrünün ən təsirli jurnalistlərindəndir. İzmirin qurtuluşundan sonra Mustafa Kamal ilə tanış olub, dostluq edən Falif Rıfki, xüsusilə Atatürkə yaxınlığı ilə seçilən xatirələri ilə məşhurlaşmışdır. 1923–1950-ci illərdə deputat olaraq siyasətlə məşğul olmuşdur. Türkiyə Respublikasının qurucusu Atatürkə yaxınlığına görə çox önəmli hadisələrə şahidlik etmişdir. Bundan əlavə, Atay Türkiyədə türk mətbuatına senzuranın qaldırılmasının ildönümü olaraq hər il 24 iyul tarixində təşkil edilən Mətbuat Bayramının tarixini ortaya atmışdır. İstanbul Darülfünün ədəbiyyat fakültəsi məzunudur. IV ordu komandanının əmir zabitliyi, Bəhriyyə Nəzarəti İdarəsində xüsusi qələm müdirinin kömökçisi, Hakimiyyət-i Milliyyə, Milliyyət, Ulus, Axşam qəzetlərində baş redaktorluq, yazıçılıq, TBMM II, III və IV çağırış Bolu, V, VI, VII və VIII çağırış Ankara millət vəkilliyi etmişdir. II və III çağırış Divan-i Rəyasət katibliyi, Divan-i Rəyasət İdarə müdirliyi və IV çağırış Beynəlxalq Parlamentlər Birliyi Türk Qrupu üzvlüyü etmişdir. Evli və bir uşaq atası olmuşdur.
Falih Rıfkı Atay Təbiət Parkı
Falih Rıfkı Atay Təbiət Parkı (türk. Falih Rıfkı Atay Tabiat Parkı) ― Türkiyənin İstanbul ilinin Sarıyer ilçəsində yerləşən təbiət parkı. Sarıyerin Bahçeköy məhəlləsindən 7 km şimal-qərbdə və Neşet Suyu Təbiət Parkının yanında yerləşən Falih Rıfkı Atay Təbiət Parkı 16,33 hektar ərazini əhatə edir. Park 2011-ci ildə yaradılmışdır və Belqrad meşəsi daxilində yerləşən doqquz parkdan biridir. Qorunan ərazi jurnalist, yazıçı və siyasətçi Falih Rıfkı Atayın (1894-1971) şərəfinə adlandırılmışdır. Osmanlı sultanı Qanuni Sultan Süleyman (1520–1566-cı illər) tərəfindən Belqrad mühasirəsində hərbi əsir olaraq götürülmüş serblər İstanbula gətirildi və əvvəllər park sərhədləri daxilində olan kənddə yerləşdirildilər. Təbiət parkında 1999-cu ilin noyabrında mədəni irs olaraq qeydiyyata alınmış qorunan tarixi tikili statuslu kilsənin dağıntıları var. Təbiət parkı ziyarətçilər üçün gündəlik olaraq gəzinti, velosiped və piknik kimi açıq hava istirahət fəaliyyətlərini təklif edir. Ərazidə uşaqlar üçün oyun meydançaları var. Parkda həmçinin, açıq hava restoranı fəlaiyyət göstərir.
Anar Atayev
Armen Atayan
Armen Arşaki Atayan (rus. Արմեն Արշակի Աթայան; 21 may 1922, İrəvan – 8 aprel 2021) — Ermənistan-sovet və Ukrayna incəsənət xadimi, rəssamı. SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. Rəssam Tatyana Yablonskayanın ikinci əri və rəssam Qayane Atayanın atasıdır. == Həyatı == Armen Arşaki Atayan 1922-ci ildə Ermənistan SSR-in paytaxtı İrəvan şəhərində, Arşak Atayanın ailəsində anadan olmuşdur. O, İrəvan Pionerlər Sarayının orkestrində oxumuş, fortepiano, mandolin, bariton truba və trombon kimi bir neçə alətdə ifa etmişdir. 1937-ci ildə atası həbs olunanda Atayan ailəyə kömək etmək üçün müxtəlif estrada qruplarında çıxış etmişdir. O, 1941-ci ildə İrəvan Rəssamlıq Texnikumunu bitirmişdir. O, İkinci Dünya müharibəsi illərində könüllü olaraq cəbhəyə getmiş və tank bölməsinin orkestrində, sonra Zaqafqaziya cəbhəsinin orkestrində xidmət etmişdir. Atayan orduda xidmət etdikdən sonra İrəvan Rəssamlıq və Teatr İnstitutuna daxil olmuşdur.
Arşak Atayan
Arşak Gevorqi Atayan (erm. Արշակ Աթայան; 20 iyun 1877, Böyük Tağlar, Şuşa qəzası – 19 avqust 1938) — Ermənistan-sovet şairi, nasiri, dramaturqu, tərcüməçisi və ictimai xadimi. 1935-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. == Həyatı == Arşak Gevorqi Atayan 20 iyun 1877-ci ildə Rusiya imperiyasının Böyük Tağlar kəndində (indiki Azərbaycanda) anadan olmuşdur. O, Üçkilsə, Tiflis və Şuşada təhsil almışdır. Atayan 1898–1902-ci illərdə çar ordusunda xidmət etmişdir. O, 1903–1904-cü illərdə Tiflisdə çıxan "Molot" jurnalının redaksiyasında korrektor işləmişdir. Atayan Salmas yaxınlığındakı erməni kəndləri haqqında məlumatları qələmə almış, xalq mahnılarını və folklorunu toplamışdır. O, 1907–1911-ci illərdə Qacar ​​dövlətinin bir hissəsi olan İsfahan şəhərinin Yeni Culfa məhəlləsində dərs demiş, Rusiya–İran Bankının İsfahan şöbəsinə rəhbərlik etmişdir. Atayan 1922-ci ildən Ermənistan SSR-də yaşamağa başlamışdır.
Atayevlər ailəsi (film, 1978)
Atayevlər ailəsi tammetrajlı televiziya tamaşası rejissor Lütfi Məmmədbəyli tərəfindən 1978-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Filmdə hadisələr Xosrov Atayevin ailəsində və ətrafında cərəyan edir. Əsas rolları Məlik Dadaşov, Zərnigar Ağakişiyeva, Kamal Xudaverdiyev, Vəfa Fətullayeva, Fuad Poladov, Səidə Quliyeva və Əliabbas Qədirov ifa edirlər. == Məzmun == Filmdə hadisələr Xosrov Atayevin ailəsində və ətrafında cərəyan edir. Vicdanlı, dürüst bir həyat tərzi yaşayan Xosrov Atayevin həyat yoldaşı Dilşad xanım isə şan-şöhrət və pul düşkünü bir qadındır. Aralarındakı bu mənəvi uçurum, Dilşadın törətdiyi səhvlər nəhayət onların ailə həyatına da son qoyur. Əsərdə olduğu kimi filmdə də verilmiş müsbət surətlər əsl mənada xalq nümayəndələridir. Onların mədəni səviyyəcə, zəka və düşüncə etibarilə mənfi surətlərdən nə qədər yüksək olduqlarını isbat etməyə ehtiyac yoxdur... Burada insanların əlaqələri, təbiətlərindəki ziddiyyətlər, rəğbət və mütəqabil münasibətləri verilmiş, yaddaqalacaq obrazlar silsiləsi yaradılmışdır.
Fəxrəddin Atayev
Fəxrəddin Qəhrəman oğlu Atayev (31 yanvar 1972, Bakı) — azərbaycanlı dirijor, Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi (2016). Azərbaycan Dövlət Akademik Musiqili Teatrın simfonik orkestrinin baş dirijoru. == Həyatı == Fəxrəddin Atayev 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. F.Atayev əmək fəaliyyətinə 1988-ci ildə Azərbaycan Karlar Cəmiyyətinin mədəniyyət evində musiqiçi vəzifəsində başlamışdır. 1990-1992-ci illərdə həqiqi hərbi xidmətə çağırılmış və hərbi orkestrin baş musiqiçisi vəzifəsində xidməti başa vurmuşdur. F.Atayev 1993-1999-cu illərdə Bakı Musiqi Akademiyasını magistr dərəcəsi ilə, dirijor ixtisası üzrə bitirmişdir. Onun ixtisas müəllimləri Yusif Axundzadə *[1] və Yalçın Adıgözəlov *[2] olmuşdur. 1993-cü ildən 1998-ci ilədək Azərbaycan Dövlət Nəfəs Alətləri orkestrində, valtorna alətləri qrupunun konsertmyestri vəzifəsində çalışmış və 1988-2014-cü illərdə həmin orkestrin dirijoru vəzifəsində fəaliyyət göstərmişdir. == Musiqi yaradıcılığı == Azərbaycan Dövlət Nəfəs Alətləri orkestri məsuliyyətli dövlət tədbirlərində yüksək səviyyədə çıxışlar etmişdir. Bunlardan, 2001-ci ildə dünya şöhrətli musiqiçi Mistislav Rastropoviçin atası Liyapold Rastropoviçin ev muzeyinin açılış mərasimini, 2002-ci ildə “Üzeyir Musiqi günü” zamanı Dövlət Kapellasını müşayiət edən orkestr Üzeyir Hacıbəyovun “Qalx ayağa millət”, ”Koroğlu” operasının uverturasını və M.Maqomayevin “RV-8”marşını ifa etmişdir.
Hikmət Atayev
Hikmət Atayev (4 fevral 1953, Zaqatala – 7 mart 2013, Balakən rayonu) — Azərbaycan Milli Məclisinin deputatı, Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü. == Həyatı == Hikmət Atayev 4 fevral 1953-cü ildə Zaqatala şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilirdi. 1977-ci ildən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında cərrah, 2002-ci ildən Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2005–2006-cı illərdə Zaqatala şəhər bələdiyyəsinin sədri olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur. 2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü olmuşdur. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
Kərim Atayev
Kərim Atayev – Texnika elmləri namizədi. == Həyatı == Əslən Azərbaycanın Şəki rayonundan olan Kərim İbadulla oğlu Atayev 1986-cı ildən Moskvada yaşayır. Əvvəllər Moskva Baş Sənaye Tikinti idarələrinin birində işləmişdir. 1996-cı ildə MAYİ-nin idarəetmə fakültəsinə daxil olmuş və bu ali məktəbi bitirərək yol hərəkətinin təşkili üzrə mütəxəssis olmuşdur. 2002-ci ildə professor Y.Kremenetsin rəhbərliyi ilə diplom müdafiə etmiş və ali məktəbin rəhbərliyi onu idarəetmə kafedrasında mühəndis vəzifəsində işləmək üçün saxlamağı qərara almışdır. 2003-cü ildə idarəetmə kafedrasının adı dəyişdirilərək menecment kafedrası adlanmışdır. 2003-cü ildə K.Atayev MAYİ-nin aspiranturasında təhsilini davam etdirmiş və menecment kafedrasının müdiri, texnika elmləri doktoru, professor Leonid Mirotinin rəhbərliyi ilə "Anbar logistikası texnoloji proseslərinin avtomatlaşdırılması" mövzusunda dissertasiya müdafiə etmişdir. Bu dissertasiya işinə Rusiyanın 20-dən çox texniki ali məktəbindən, o cümlədən Bauman adına Moskva Dövlət Texniki Universitetindən, Almaniyanın Maqdeburq şəhərindəki Fraunqofer adına Cəmiyyətin Sənaye Təşkili və Avtomatlaşdırılması İnstitutundan, Sankt-Peterburq İnşaat Mühəndisləri İnstitutundan müsbət rəylər alınmışdır. Texnika elmləri namizədi alimlik dərəcəsi alandan sonra Kərim Atayev menecment kafedrasında bir neçə fənn üzrə dosent vəzifəsində dərs deməyə başlamışdır. Bu fənnlərdən biri də menecmentin əsasları fənnidir.
Məmmədşah Atayev
Məmmədşah Qədim oğlu Atayev — sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent teatrşünas, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor, truppa müdiri, teatr muzeyinin direktoru(1955-1985). 1941-ci ildə müharibə başlayanda Məmmədşah Qədim oğlu Atayevin (1937-2011) 4 yaşı vardı, qardaşı Teymurşah (1940) isə 8 aylıq uşaq idi. Müharibənin ortalarında atasını, sonunda anasını itirən hər iki uşağın keçmiş Qonaqkənd rayonunun (indiki Qubanın) qədim yaşayış yerlərindən olan Cimi kəndində yaradılmış uşaq evinə təhvil verilmişlər. Cimidə Məmmədşah üçün doğum şəhadətnaməsi bərpa ediləndə yaşını 9-dan 7-yə, 1939-cu il dekabr ayının 20-nə endirərək onu məktəb yaşlı uşaq kimi qəbul etmişdilər. Məmmədşah Atayevin 6-7-ci siniflərdə oxuyanda məktəbdə göstərilmiş bir neçə tamaşada uğurlu çıxışları olmuşdur. Bu sahəyə marağını nəzərə alan əməkdar müəllim İbad Mustafazadə onu rəhbərlik etdiyi dram dərnəyinə cəlb etmişdi. Orta məktəbi bitirdiyi üç il ərzində bir sıra tamaşalarda müvəffəqiyyətlə çıxış etmiş, Vaqif, Qacar, Şeyx Nəsrullah və s. rolların ən yaxşı ifaçısı kimi tanınmışdı. 1968 –ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1983–cü ildə Tbilisidə, Ş.Rustaveli adına Gürcüstan Dövlət Teatr İnstitutunda “Cəlil Məmmədquluzadə əsərləri Azərbaycan səhnəsində” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, sənətşünaslıq namizədi alimlik dərəcəsi almışdır.
Nicat Atayev
Oqtay Atayev
Oqtay Atayev (Tam adı: Oqtay Əlirza oğlu Atayev; d.19 dekabr 1929 - ö.12 mart 1991, Bakı) — Azərbaycan jurnalistikasının tanınmış simalarından biri. O.Atayev 1929-cu il dekabrın 19-da dünyaya anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki - BDU) tarix fakültəsini bitirib. Tələbəlik illərində idmanla ciddi məşğul olmuşdu, hətta Bakının “Dinamo” futbol komandasının mü­dafiəçisi mövqeyində də çıxış etmişdi. Gözündən zədə almış jurnalist bir müddət sonra məşqləri dayandırmaq məcburiyyətində qaldı. Oqtay Atayev həyatının sonunadək – 1991-ci il martın 12-nə qədər “İdman” - “Sport” qəzetinin baş redaktoru olub. 1960-70-ci illərdə Oqtay Atayev Nəsir İmanquliyevin baş redaktoru olduğu «Veçernı Baku» (sonralar – “Bakı” - “Baku”) qəzetinin əməkdaşı oldu. O illərdə qəzetin informasiya və idman şö­bəsinin mü­diri vəzifəsində Oqtay Atayev çalışırdı. 1976-cı ildə o, Azərbaycan Bədən Tərbiyəsi və İdman Komitəsində məsul vəzifəyə – sədr müavinliyinə təyin edildi. 1987-ci ildə Oqtay Atayev “İdman” - “Sport” qəzetinə rəhbərlik etməyə başladı.
Qayane Atayan
Qayane Armenovna Atayan (rus. Гаянэ́ Арме́новна Атая́н, erm. Գայանե Արմենի Աթայան; 23 sentyabr 1959, Kiyev) — erməni əsilli Ukrayna rəssamı. Rəssamlar Tatyana Yablonskaya və Armen Atayanın qızıdır. Qayane Atayan 23 sentyabr 1959-cu ildə Ukrayna SSR-in paytaxtı Kiyev şəhərində, rəssamlar Tatyana Yablonskaya və Armen Atayanın ailəsində anadan olmuşdur. O, 1983-cü ildə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Atayan anasını özünün əsas müəllimi hesab etdiyini bildirmişdir. O, 1986-cı ildən Ukrayna Milli Rəssamlar İttifaqının üzvüdür. Atayan 1982-ci ildən bir çox rəsm sərgilərinin iştirakçısı, 1986-cı ildən Ukrayna Rəssamlar İttifaqının üzvüdür. Qayane Atayanın əsərləri Kiyev Milli Rəsm Qalereyasında, Zaporojya, Xmelnitski incəsənət muzeylərində, Tayvandakı Əjdaha muzeyində, Ukraynada və xaricdə şəxsi kolleksiyalarda saxlanılır.
Rafael Atayan
Rafael Arşaki Atayan (erm. Ռաֆայել Արշակի Աթայան; 30 oktyabr 1907, Yeni Culfa – 4 dekabr 1990, İrəvan) — Ermənistan-sovet nasiri, ədəbiyyatşünası, müəllimi, tərcüməçisi. O, filologiya elmləri namizədi, 1934-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. Şair, nasir və tərcüməçi Arşak Atayanın oğludur. Rafael Arşaki Atayan 20 iyul 1877-ci ildə Qacar dövlətinin bir hissəsi olan İsfahan şəhərində. Yeni Culfa məhəlləsində anadan olmuşdur. O, orta təhsilini Yeni Culfadakı erməni məktəbində və ingilis kollecində almışdır. Atayan 1923-cü ildə ailəsi ilə birlikdə Ermənistana köçmüşdür. O, 1927-ci ildə İrəvan Dövlət Universitetini bitirmişdir. Atayan 1923–1925-ci illərdə "Armenpress"də ingiliscə tərcüməçi, 1925–1928-ci illərdə "Avanqard" qəzetinin məsul katibi, 1928–1934-cü illərdə "Sovet Ermənistanı" qəzetində şöbə müdiri, sonra 1934–1935-ci illərdə oranın məsul katibi kimi çalışmışdır.
Tariyel Atayev
Taryel Atayev
Tripanasoma atayevi
Tripanasoma atayevi (lat. Trypanosoma ataevi ) — Mastigophora tipinə aid olan növ. Bədən iri, ilanvari, uzunsov və sivriləşmiş sonluqla qurtarır, enli titrək membranı var. Qamçının sərbəst ucu qısadır, bədənin yarı uzunluğunu keçmir. Bədənin arxasında yerləşən nüvə bədənin eni böyüklükdədir. Kinetoplast arxa tərəfdən uzaq yerləşib. Bədədnin uzunluğu 16.0-38.0, eni – 1.5-3.0, titrək membranın eni 1.0-2.5, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 1.5-4.8, kinetoplastdan nüvəyə - 6.0-11.8, nüvədən ön qutaracağadək – 7.0-19.8, nüvəni uzunluğu 2.0-4.0, nüvənin eni – 1.0-3.0 mkm-dir. Xulu balığların spesifik parazitidir. Sahibi: mərmər xuludur. Kiçik Qızılağaç körfəzində yayılmışdır.
Əliməmməd Atayev
Əliməmməd İbadulla oğlu Atayev (1899, Bakı – 1963, Bakı) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). Əliməmməd (Əli Məmməd) Atayev 1899-cu ildə Bakıda anadan olmuşdur. 1934-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının truppasına qəbul olunmuş və burada müxtəlif rollar ifa etmişdir. Aktyor 1963-cü ildə Bakıda vəfat etmişdir. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh.
Əlirza Atayev
Atayev Əlirza Əsgər oğlu (1898, Yelizavetpol – 1962, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti dəftərxanasının rus dili üzrə redaktoru (1919-1920), görkəmli elm təşkilatçısı, həkim (mama-ginekoloq), tibb elmləri doktoru (1930), professor (1936). Atayev Əlirza Əsgər oğlu 1898-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə rus-tatar (Azərbaycan) gimnaziyasında təhsil almış, 1917-ci ildə Tiflis ali kurslarının tələbəsi olmuşdur. Təhsilini davam etdirmək üçün 1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının təqaüdçüsü kimi 1-ci Moskva Dövlət Universitetinin tibb fakültesinə göndərilmişdir. Hələ 1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti dəftərxanasının rus dili üzrə redaktoru olmuşdur. Universiteti bitirdikdən sonra 3-cü Moskva Dövlət Universitetinin kafedrasında bir il ordinator işləmiş, sonra Azərbaycan hökuməti tərəfindən gənc mütəxəssislərdən ibarət qrupun tərkibində ixtisasını təkmilləşdirmək üçün Almaniyaya göndərilmiş, 2 il Leypsiq Universitetinin mamalıq-ginekologiya klinikasında çalışmışdır. 1925-ci ildə Bakıya qayıtdıqdan sonra qadın, ana və uşaqların sağlamlığının mühafizəsinə dair Azərbaycan dilində ilk dəfə məqalələr yazmış, 1000 sözdən ibarət mamalıq-ginekologiya terminləri lüğətini nəşr etdirmişdir. Atayev 1936-ci ildə Azərbaycan Tibb İnstitutunun mamalıq və ginekologiya kafedrasının professoru seçilmiş, Xalq Səhiyyə Komissarlığı Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasının müdiri təyin olunmuşdur. 1937-ci ildə repressiyaya məruz qalmış, 8 il müddətinə Sibirə (Maqadan) sürgün olunmuşdur. Sürgündən sonra Maqadanda və Penzada şəhər xəstəxanasında və sanitar idarəsində işləmişdir.
Atayurd (Qars)
Atayurd — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 101 nəfərdir (2022).

"atay" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#atay nədir? #atay sözünün mənası #atay nə deməkdir? #atay sözünün izahı #atay sözünün yazılışı #atay necə yazılır? #atay sözünün düzgün yazılışı #atay leksik mənası #atay sözünün sinonimi #atay sözünün yaxın mənalı sözlər #atay sözünün əks mənası #atay sözünün etimologiyası #atay sözünün orfoqrafiyası #atay rusca #atay inglisça #atay fransızca #atay sözünün istifadəsi #sözlük