Atayev sözü azərbaycan dilində

Atayev

Yazılış

  • Atayev • 99.0000%
  • ATAYEV • 0.7778%
  • atayev • 0.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anar Atayev
Anar Mamed oğlu Atayev (d. 11 mart 1996; Minaxorlu, Ağcabədi rayonu, Azərbaycan - ö. 11 mart 2015; Qiyaməddinli, Ağcabədi rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2015-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuşdur. == Həyatı == Anar Atayev 11 mart 1996-cı ildə Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olmuşdur. == Hərbi xidməti == Əsgər Anar Atayev 11 mart 2015-ci ildə Ağcabədi rayonunun Qiyaməddinli kəndində Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuşdur. 12 mart 2015-ci ildə Anar Atayev doğulduğu Ağcabədi rayonunun Minaxorlu kəndində torpağa tapşırılmışdır. == İstinadlar == Əsgər Anar Atayev öz ad günündə şəhid oldu. Sonxeber.az. 12.03.2015.
Fəxrəddin Atayev
Fəxrəddin Qəhrəman oğlu Atayev (31 yanvar 1972, Bakı) — azərbaycanlı dirijor, Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi (2016). Azərbaycan Dövlət Akademik Musiqili Teatrın simfonik orkestrinin baş dirijoru. == Həyatı == Fəxrəddin Atayev 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. F.Atayev əmək fəaliyyətinə 1988-ci ildə Azərbaycan Karlar Cəmiyyətinin mədəniyyət evində musiqiçi vəzifəsində başlamışdır. 1990-1992-ci illərdə həqiqi hərbi xidmətə çağırılmış və hərbi orkestrin baş musiqiçisi vəzifəsində xidməti başa vurmuşdur. F.Atayev 1993-1999-cu illərdə Bakı Musiqi Akademiyasını magistr dərəcəsi ilə, dirijor ixtisası üzrə bitirmişdir. Onun ixtisas müəllimləri Yusif Axundzadə *[1] və Yalçın Adıgözəlov *[2] olmuşdur. 1993-cü ildən 1998-ci ilədək Azərbaycan Dövlət Nəfəs Alətləri orkestrində, valtorna alətləri qrupunun konsertmyestri vəzifəsində çalışmış və 1988-2014-cü illərdə həmin orkestrin dirijoru vəzifəsində fəaliyyət göstərmişdir. == Musiqi yaradıcılığı == Azərbaycan Dövlət Nəfəs Alətləri orkestri məsuliyyətli dövlət tədbirlərində yüksək səviyyədə çıxışlar etmişdir. Bunlardan, 2001-ci ildə dünya şöhrətli musiqiçi Mistislav Rastropoviçin atası Liyapold Rastropoviçin ev muzeyinin açılış mərasimini, 2002-ci ildə “Üzeyir Musiqi günü” zamanı Dövlət Kapellasını müşayiət edən orkestr Üzeyir Hacıbəyovun “Qalx ayağa millət”, ”Koroğlu” operasının uverturasını və M.Maqomayevin “RV-8”marşını ifa etmişdir.
Hikmət Atayev
Hikmət Atayev (4 fevral 1953, Zaqatala – 7 mart 2013, Balakən rayonu) — Azərbaycan Milli Məclisinin deputatı, Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü. == Həyatı == Hikmət Atayev 4 fevral 1953-cü ildə Zaqatala şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilirdi. 1977-ci ildən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında cərrah, 2002-ci ildən Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2005–2006-cı illərdə Zaqatala şəhər bələdiyyəsinin sədri olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur. 2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü olmuşdur. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
Kərim Atayev
Kərim Atayev – Texnika elmləri namizədi. == Həyatı == Əslən Azərbaycanın Şəki rayonundan olan Kərim İbadulla oğlu Atayev 1986-cı ildən Moskvada yaşayır. Əvvəllər Moskva Baş Sənaye Tikinti idarələrinin birində işləmişdir. 1996-cı ildə MAYİ-nin idarəetmə fakültəsinə daxil olmuş və bu ali məktəbi bitirərək yol hərəkətinin təşkili üzrə mütəxəssis olmuşdur. 2002-ci ildə professor Y.Kremenetsin rəhbərliyi ilə diplom müdafiə etmiş və ali məktəbin rəhbərliyi onu idarəetmə kafedrasında mühəndis vəzifəsində işləmək üçün saxlamağı qərara almışdır. 2003-cü ildə idarəetmə kafedrasının adı dəyişdirilərək menecment kafedrası adlanmışdır. 2003-cü ildə K.Atayev MAYİ-nin aspiranturasında təhsilini davam etdirmiş və menecment kafedrasının müdiri, texnika elmləri doktoru, professor Leonid Mirotinin rəhbərliyi ilə "Anbar logistikası texnoloji proseslərinin avtomatlaşdırılması" mövzusunda dissertasiya müdafiə etmişdir. Bu dissertasiya işinə Rusiyanın 20-dən çox texniki ali məktəbindən, o cümlədən Bauman adına Moskva Dövlət Texniki Universitetindən, Almaniyanın Maqdeburq şəhərindəki Fraunqofer adına Cəmiyyətin Sənaye Təşkili və Avtomatlaşdırılması İnstitutundan, Sankt-Peterburq İnşaat Mühəndisləri İnstitutundan müsbət rəylər alınmışdır. Texnika elmləri namizədi alimlik dərəcəsi alandan sonra Kərim Atayev menecment kafedrasında bir neçə fənn üzrə dosent vəzifəsində dərs deməyə başlamışdır. Bu fənnlərdən biri də menecmentin əsasları fənnidir.
Məmmədşah Atayev
Məmmədşah Qədim oğlu Atayev — sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent teatrşünas, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor, truppa müdiri, teatr muzeyinin direktoru(1955-1985). == Həyatı == 1941-ci ildə müharibə başlayanda Məmmədşah Qədim oğlu Atayevin (1937-2011) 4 yaşı vardı, qardaşı Teymurşah (1940) isə 8 aylıq uşaq idi. Müharibənin ortalarında atasını, sonunda anasını itirən hər iki uşağın keçmiş Qonaqkənd rayonunun (indiki Qubanın) qədim yaşayış yerlərindən olan Cimi kəndində yaradılmış uşaq evinə təhvil verilmişlər. Cimidə Məmmədşah üçün doğum şəhadətnaməsi bərpa ediləndə yaşını 9-dan 7-yə, 1939-cu il dekabr ayının 20-nə endirərək onu məktəb yaşlı uşaq kimi qəbul etmişdilər. Məmmədşah Atayevin 6-7-ci siniflərdə oxuyanda məktəbdə göstərilmiş bir neçə tamaşada uğurlu çıxışları olmuşdur. Bu sahəyə marağını nəzərə alan əməkdar müəllim İbad Mustafazadə onu rəhbərlik etdiyi dram dərnəyinə cəlb etmişdi. Orta məktəbi bitirdiyi üç il ərzində bir sıra tamaşalarda müvəffəqiyyətlə çıxış etmiş, Vaqif, Qacar, Şeyx Nəsrullah və s. rolların ən yaxşı ifaçısı kimi tanınmışdı. 1968 –ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1983–cü ildə Tbilisidə, Ş.Rustaveli adına Gürcüstan Dövlət Teatr İnstitutunda “Cəlil Məmmədquluzadə əsərləri Azərbaycan səhnəsində” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, sənətşünaslıq namizədi alimlik dərəcəsi almışdır.
Nicat Atayev
Nicat Habil oğlu Atayev (5 mart 1994; Mingəçevir, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Atayev 1994-cü il martın 5-də Mingəçevir şəhərində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. Onun atası — polis mayoru və Qarabağ müharibəsinin qazisi Habil Atayevdir. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Nicat Atayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Atayev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Atayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Atayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Atayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Oqtay Atayev
Oqtay Atayev (Tam adı: Oqtay Əlirza oğlu Atayev; d.19 dekabr 1929 - ö.12 mart 1991, Bakı) — Azərbaycan jurnalistikasının tanınmış simalarından biri. == Həyatı == O.Atayev 1929-cu il dekabrın 19-da dünyaya anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki - BDU) tarix fakültəsini bitirib. Tələbəlik illərində idmanla ciddi məşğul olmuşdu, hətta Bakının “Dinamo” futbol komandasının mü­dafiəçisi mövqeyində də çıxış etmişdi. Gözündən zədə almış jurnalist bir müddət sonra məşqləri dayandırmaq məcburiyyətində qaldı. Oqtay Atayev həyatının sonunadək – 1991-ci il martın 12-nə qədər “İdman” - “Sport” qəzetinin baş redaktoru olub. == Fəaliyyəti == 1960-70-ci illərdə Oqtay Atayev Nəsir İmanquliyevin baş redaktoru olduğu «Veçernı Baku» (sonralar – “Bakı” - “Baku”) qəzetinin əməkdaşı oldu. O illərdə qəzetin informasiya və idman şö­bəsinin mü­diri vəzifəsində Oqtay Atayev çalışırdı. 1976-cı ildə o, Azərbaycan Bədən Tərbiyəsi və İdman Komitəsində məsul vəzifəyə – sədr müavinliyinə təyin edildi. 1987-ci ildə Oqtay Atayev “İdman” - “Sport” qəzetinə rəhbərlik etməyə başladı.
Tariyel Atayev
Tariyel Fəxrəddin oğlu Atayev (5 sentyabr 1986; Ağcabədi rayonu, Azərbaycan SSR — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tariyel Atayev 1986-cı il sentyabrın 5-də Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tariyel Atayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tariyel Atayev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağcabədi rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tariyel Atayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tariyel Atayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tariyel Atayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tariyel Atayev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Taryel Atayev
Tariyel Fəxrəddin oğlu Atayev (5 sentyabr 1986; Ağcabədi rayonu, Azərbaycan SSR — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tariyel Atayev 1986-cı il sentyabrın 5-də Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tariyel Atayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tariyel Atayev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağcabədi rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tariyel Atayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tariyel Atayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tariyel Atayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tariyel Atayev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əliməmməd Atayev
Əliməmməd İbadulla oğlu Atayev (1899, Bakı – 1963, Bakı) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Əliməmməd (Əli Məmməd) Atayev 1899-cu ildə Bakıda anadan olmuşdur. 1934-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının truppasına qəbul olunmuş və burada müxtəlif rollar ifa etmişdir.Aktyor 1963-cü ildə Bakıda vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 == İfa etdiyi əsas rollar == == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7.
Əlirza Atayev
Atayev Əlirza Əsgər oğlu (1898, Yelizavetpol – 1962, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti dəftərxanasının rus dili üzrə redaktoru (1919-1920), görkəmli elm təşkilatçısı, həkim (mama-ginekoloq), tibb elmləri doktoru (1930), professor (1936). == Həyatı == Atayev Əlirza Əsgər oğlu 1898-ci ildə Gəncə şəhərində anadan olmuşdur. === Təhsili === Gəncə rus-tatar (Azərbaycan) gimnaziyasında təhsil almış, 1917-ci ildə Tiflis ali kurslarının tələbəsi olmuşdur. Təhsilini davam etdirmək üçün 1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının təqaüdçüsü kimi 1-ci Moskva Dövlət Universitetinin tibb fakültesinə göndərilmişdir. == Fəaliyyəti == Hələ 1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti dəftərxanasının rus dili üzrə redaktoru olmuşdur.Universiteti bitirdikdən sonra 3-cü Moskva Dövlət Universitetinin kafedrasında bir il ordinator işləmiş, sonra Azərbaycan hökuməti tərəfindən gənc mütəxəssislərdən ibarət qrupun tərkibində ixtisasını təkmilləşdirmək üçün Almaniyaya göndərilmiş, 2 il Leypsiq Universitetinin mamalıq-ginekologiya klinikasında çalışmışdır. 1925-ci ildə Bakıya qayıtdıqdan sonra qadın, ana və uşaqların sağlamlığının mühafizəsinə dair Azərbaycan dilində ilk dəfə məqalələr yazmış, 1000 sözdən ibarət mamalıq-ginekologiya terminləri lüğətini nəşr etdirmişdir. Atayev 1936-ci ildə Azərbaycan Tibb İnstitutunun mamalıq və ginekologiya kafedrasının professoru seçilmiş, Xalq Səhiyyə Komissarlığı Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasının müdiri təyin olunmuşdur. 1937-ci ildə repressiyaya məruz qalmış, 8 il müddətinə Sibirə (Maqadan) sürgün olunmuşdur. Sürgündən sonra Maqadanda və Penzada şəhər xəstəxanasında və sanitar idarəsində işləmişdir. 1948-ci ildə SSRİ Səhiyyə Nazirliyi tərəfindən Penza vilayət xəstəxanasına məsləhətçi göndərilən Atayev tezliklə Penza vilayətinin baş mama-ginekoloqu seçilir və burada onun təşəbbüsü ilə Ümumittifaq mamalıq və ginekoloqlar elmi cəmiyyətinin filialı yaradılır.
Atayevlər ailəsi (film, 1978)
Atayevlər ailəsi tammetrajlı televiziya tamaşası rejissor Lütfi Məmmədbəyli tərəfindən 1978-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Filmdə hadisələr Xosrov Atayevin ailəsində və ətrafında cərəyan edir. Əsas rolları Məlik Dadaşov, Zərnigar Ağakişiyeva, Kamal Xudaverdiyev, Vəfa Fətullayeva, Fuad Poladov, Səidə Quliyeva və Əliabbas Qədirov ifa edirlər. == Məzmun == Filmdə hadisələr Xosrov Atayevin ailəsində və ətrafında cərəyan edir. Vicdanlı, dürüst bir həyat tərzi yaşayan Xosrov Atayevin həyat yoldaşı Dilşad xanım isə şan-şöhrət və pul düşkünü bir qadındır. Aralarındakı bu mənəvi uçurum, Dilşadın törətdiyi səhvlər nəhayət onların ailə həyatına da son qoyur. Əsərdə olduğu kimi filmdə də verilmiş müsbət surətlər əsl mənada xalq nümayəndələridir. Onların mədəni səviyyəcə, zəka və düşüncə etibarilə mənfi surətlərdən nə qədər yüksək olduqlarını isbat etməyə ehtiyac yoxdur...Burada insanların əlaqələri, təbiətlərindəki ziddiyyətlər, rəğbət və mütəqabil münasibətləri verilmiş, yaddaqalacaq obrazlar silsiləsi yaradılmışdır.
Cəmilə Atayeva
Cəmilə Atayeva (1946, Bakı) — Azərbaycan aktrisası. == Həyatı == Cəmilə Şamil qızı Atayeva 1946-cı ildə Bakıda anadan olub. Xoreoqrafiya məktəbini bitirib. 1962-ci ildən səhnədədir. Bir qədər Opera və Balet Teatrında çalışdıqdan sonra Musiqili Komediya Teatrının aparıcı solisti olub. Müxtəlif kinostudiyalarda çəkilmiş "Hava məbədi", "Silahlı çox təhlükəlidir", "Tehran-43", "Təyyarələr enmədi" (Özbəkfilm) filmlərində çəkilib. Hazırda Nizami kinoteatrında nəzarətçi işləyir.
Tripanasoma atayevi
Tripanasoma atayevi (lat. Trypanosoma ataevi ) — Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Bədən iri, ilanvari, uzunsov və sivriləşmiş sonluqla qurtarır, enli titrək membranı var. Qamçının sərbəst ucu qısadır, bədənin yarı uzunluğunu keçmir. Bədənin arxasında yerləşən nüvə bədənin eni böyüklükdədir. Kinetoplast arxa tərəfdən uzaq yerləşib. Bədədnin uzunluğu 16.0-38.0, eni – 1.5-3.0, titrək membranın eni 1.0-2.5, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 1.5-4.8, kinetoplastdan nüvəyə - 6.0-11.8, nüvədən ön qutaracağadək – 7.0-19.8, nüvəni uzunluğu 2.0-4.0, nüvənin eni – 1.0-3.0 mkm-dir. == Həyat tərzi == Xulu balığların spesifik parazitidir. Sahibi: mərmər xuludur. == Yayılması == Kiçik Qızılağaç körfəzində yayılmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.25 dəfə / 1 mln.
2003 •••••••••• 3.54
2004 ••••• 1.68
2005 ••••••••••••••• 5.40
2006 •••••••••••••• 4.96
2007 ••••••••• 3.38
2008 •••••••• 2.92
2009 •••••••••••••••••••• 7.52
2010 ••••••••••• 4.08
2011 ••••••• 2.49
2012 ••••• 1.55
2013 •••••••••••••••• 5.83
2014 ••••••• 2.40
2015 •••••• 2.04
2016 •••••• 2.08
2017 ••••••••••••• 4.88
2018 ••••••••••• 3.90
2019 ••• 0.97
2020 •••••• 1.99

Oxşar sözlər

#atayev nədir? #atayev sözünün mənası #atayev nə deməkdir? #atayev sözünün izahı #atayev sözünün yazılışı #atayev necə yazılır? #atayev sözünün düzgün yazılışı #atayev leksik mənası #atayev sözünün sinonimi #atayev sözünün yaxın mənalı sözlər #atayev sözünün əks mənası #atayev sözünün etimologiyası #atayev sözünün orfoqrafiyası #atayev rusca #atayev inglisça #atayev fransızca #atayev sözünün istifadəsi #sözlük