Paşayev sözü azərbaycan dilində

Paşayev

Yazılış

  • Paşayev • 99.5486%
  • PAŞAYEV • 0.4026%
  • paşayev • 0.0488%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdulla Paşayev
Abdulla Sultan oğlu Paşayev (24 iyul 1998, Gəncə – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abdulla Paşayev 1998-ci il iyulun 24-də Gəncə şəhərində anadan olub. 2004–2015-ci illərdə Gəncə şəhərində 42 nömrəli tam orta məktəbdə təhsil alıb. 2017–2019-cu illərdə isə Gəncə Dövlət Universitetinin (GDU) nəzdində Regional Kollecində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Abdulla Paşayev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Abdulla Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abdulla Paşayev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulla Paşayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulla Paşayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Aqil Paşayev
Aqil Paşayev (d. 1 may 1947 – d. 15 aprel 2005) — Azərbaycanlı idman xadimi; "Neftçi" PFK-nın 2-ci prezidenti (1997–2001). == Fəaliyyəti == 1960-cı illərdə idmanın güləş növündə peşəkar səviyyədə məşğul olmuşdur.1997-ci ildən Bakının "Neftçi" komandasının prezidenti vəzifəsində çalışmışdır. Onun fəaliyyəti dövründə klub ciddi uğurlar qazana bilməsə də, bölünmə ərəfəsində olan klubu faktiki olaraq, iflasdan xilas etmişdir. 2001-ci ildə bu postu tərk etmişdir.
Arif Paşayev
Arif Mir Cəlal oğlu Paşayev (15 fevral 1934, Bakı) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, akademik (2001), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2005), Milli Aviasiya Akademiyasının rektoru. == Həyatı == Arif Paşayev 15 fevral 1934-cü ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Arif Paşayev 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirmiş, 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır. Həmin vaxtdan o, yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxmışdır. Bu qurğular dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunur. Alimin əldə etdiyi elmi nəticələrin bir çoxu ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunmuş, bir sıra sənaye müəssisələrində tətbiq edilmişdir. Görkəmli alim 1960–1964-cü illərdə Moskvada "QİREDMET" İnstitutunda aspirant olmuş, 1966-cı ildə isə "Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. == Elmi fəaliyyəti == Elmi axtarışlarını uğurla davam etdirən alim 1978-ci ildə "Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Elmlər, Beynəlxalq İnformasiya akademiyalarının akademiki Arif Paşayevin elmi axtarışlarının əsas istiqaməti yarımkeçiricilər fizikası və texnikasıdır. O, yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaratmışdır.
Ataxan Paşayev
Ataxan Əvəz oğlu Paşayev (1 may 1938, Disər, Ordubad rayonu – 4 avqust 2022) — Azərbaycan tarixçisi, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi. == Həyatı == Ataxan Paşayev 1938-ci ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Culfa rayonunun Başkənd kəndində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Oktyabr İnqilabı və Sosialist Quruculuğu arxivində böyük elmi işçi kimi başlayıb. 1963–1965-ci illərdə Arxiv İdarəsinin baş metodisti, 1966–1982-ci illərdə Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, 1982–1984-cü illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun baş müəllimi işləyib. 1984-cü ildən 2018-ci ilə qədər Milli Arxiv İdarəsinin rəisi olmuşdur. == Fəaliyyəti == 1981-ci ildə Tarix İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi, 2008-ci ildə isə AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun Müdafiə Şurasında "XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları və deportasiyalar" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alıb. 1984-cü ildən "Azərbaycan arxivi" jurnalının baş redaktorudur. 1968-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilıb. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisidir (1981).
Ağaverdi Paşayev
Ağaverdi Ağaəli oğlu Paşayev (27 oktyabr, 1950, Bakı, Azərbaycan SSR) — azərbaycanlı dirijor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalq artisti, professor (1999), Şöhrət ordeni laureatı (2016). == Həyatı == Ağaverdi Ağaəli oğlu Paşayev 1950-ci il oktyabrın 27-də Bakıda anadan olub. Erkən yaşlarından musiqiyə böyük məhəbbət bəslədiyini görən atası ona balaca bir tar alıb. 1960-cı ildə, atası onu 12 saylı musiqi məktəbinin tar sinfinə qoyur. Burada onun ilk tar müəllimi Nadir Əhmədov, sonra isə Ağasaleh Abasəliyev olur. Hələ 12 saylı musiqi məktəbinin III sinfində oxuyarkən Respublikada "Oxu tar", "Sən nəğmələr qoş", "Oxu bülbül" adı altında keçirilən müsabiqələrdə iştirak edərək, laureat olub. Daha sonra VI, VII Ümumrespublika müsabiqələrində qalib olması da məhz onun ilk sənət uğurlarıdır. Bu istedadın sayəsində Ağaverdi Paşayev o vaxtlar, yəni keçən əsrin 60-cı illərində Azərbaycan radiosunda uşaqlar üçün hazırlanan "Ulduz" proqramının tez-tez qonağı olar və öz mahir ifaları ilə uğurlu çıxışlar edərmiş. Ulu tar alətində ifaçılığı püxtələşdikcə gənc Ağaverdinin bu sənətə sevgisi daha da artırdı. Tara məhəbbəti, sənətə sevgisi sayəsində o, 1966-cı ildə A. Zeynallı adına Musiqi Texnikumunun (indiki Musiqi Kolleci) tar sinfinə daxil olur.
Baxşeyiş Paşayev
Baxşeyiş Xanəhməd oğlu Paşayev (1 may 1936, Ağdam – 12 iyul 1992, Xanabad, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Baxşeyiş Paşayev 1 may 1936-cı ildə Ağdam rayonunun Əhmədavar kəndində doğulmuşdur. Burada məktəbi bitirdikdən sonra Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. 1988-ci illərdə Qarabağda vəziyyət pisləşəndən, Əli və Bəxtiyar qətlə yetiriləndən sonra Baxşeyiş xalq hərəkatına qoşulmuşdur. == Döyüşlərdə iştirakı == Daha sonra həyatını cəbhə ilə bağlayan Baxşeyiş döyüşçülərə silah sursat çatdırmış, dinc sakinlərin təhlükəsizliyi üçün həyatı bahasına risklər etmişdir. Baxşeyiş "Qarabağ Müdafiə Şahinləri" dəstəsinin ən fəal üzvlərindən biri olmuşdur. Xramort kəndinin erməni təcavüzkarlarından təmizlənməsində xüsusi fərqlənmişdir. "Ağsaqqal" ləqəbi ilə tanınan Baxşeyiş peşəkar atıcı olduğundan quldurların xeyli canlı qüvvəsini məhv etmişdir. Dəfələrlə Xanabad, Naxçıvanlı, Aranzəmin kəndlərinə kəşfiyyata getmişdir. 1992-ci il Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas etmişdir.
Camal Paşayev
Paşayev Camal Məmməd oğlu (1895 —1953) — İqtisadçı == Həyatı == Azərbaycanlı bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi olan Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyovun böyük bacısı Sayad xanımın böyük oğludur. Gənc yaşlarından musiqiyə böyük həvəs göstərmiş, Üzeyir Hacıbəyovun təklifi ilə bir müddət «Leyli və Məcnun» operasında Leylinin atası partiyasını ifa etmişdir. 1934—39 illərdə Üzeyir Hacıbəyovun şəxsi katibi, 1939-cu ildən ömrünün sonunadək Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləmişdir. == Nəsil ağacı == == Xarici keçidlər == http://uzeyir.musigi-dunya.az/az/maktub1.html.
Cavid Paşayev
Cavid Vəlican oğlu Paşayev (1 yanvar 1997; Gülməmmədli, Cəlilabad, Azərbaycan — 23 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavid Paşayev 1 yanvar 1997-ci il tarixdə Cəlilabad rayonu Gülməmmədli kəndində anadan olub. 2015-2017-ci illərdə müddətli hərbi xidmətdə olmuşdur. Evli idi, ölumundən sonra oğlan övladı dünyaya gəlmişdir. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cavid Paşayev Cəbrayıl və Qubadlı şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 23 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Cəlilabadda dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Paşayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Paşayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Paşayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Paşayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Davud Paşayev
Davud Hüseyn oğlu Paşayev (rus. Дави́д Гусе́йнович Паша́ев; 19.7.1940, Ostaşovo, Moskva vilayəti — 6.4.2010, Moskva) — Rusiya dövlət atom gəmiqayırması mərkəzinin baş direktoru (1993–2004) və prezidenti (2004–2010), "Sevmaş" maşınqayırma zavodunun direktoru (1988–2004), Rusiya qəhrəmanı (1995), Rusiya Federasiyası Dövlət mükafatının ikiqat laureatı (2000, 2006). == Həyat və fəaliyyəti == Davud Paşayev 19 iyul 1940-cı ildə Moskva vilayətinin Ostaşovo kəndində anadan olmuşdur. Atası Hüseyn Kazım oğlu Paşayev milliyyətcə azərbaycanlı, anası Varvara Sergeyevna isə rusdur. Atası Vətənini ötən əsrin 20-ci illərinin əvvəlində tərk etmişdir. Moskva vilayətinin Ostaşevo kəndində sovxoza rəhbərlik etdiyi dövrdə onun və xanımı Varvara Sergeyevnanın oğlu olur və adını Davud qoyurlar. Ailə Böyük Vətən müharibəsinin əvvəlində Kirov vilayətinə köçür. Hüseyn Paşayev körpü inşa edir, həyətyanı təsərrüfatla məşğul olurdu. 1963-cü ildə Ural politexnik institutunu bitirmiş və SSRİ Gəmiqayırma Dövlət Komitəsinin təyinnaməsi əsasında "Şimal maşınqayırma müəssisəsi" istehsalat birliyinə (rus. ПО Северное машиностроительное предприятие) işə qəbul olunmuşdur.
Daşdəmir Paşayev
Daşdəmir Paşayev (azərb. Paşayev Daşdəmir Əlizaman oğlu‎; 1982, Bakı – 8 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan zabiti, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Paşayev Daşdəmir Əlizaman oğlu 1982-ci ildə Bakı şəhərində anadan olub. 1988–1996-cı illərdə 250 saylı orta məktəbdə təhsil alıb. 1996–1999-cu illərdə Cəmşid Naxcivanski hərbi liseydə oxuyub. 1999–2003-cü illərdə Ali Baş Komandalıq Akademiyasında təhsil alıb. === Ailəsi === Ailə idi. Dörd övladı yadigar qalıb. == Hərbi xidməti == 2003-cü ildə leytenant hərbi rütbəsində xidmətə başlamışdır. İsveçrə 6 ay kurs keçib. Kursdan sonra Xüsusi Təyinatlı kəşfiyyatçı dərəcəsini alıb.
Elbrus Paşayev
Elbrus Paşayev (tam adı:Elbrus Paşa oğlu Paşayev, d.1957,Gəncə) — Dövlət xadimi, "Azdövsutəslayihə" institutunun (VII) direktoru. == Həyatı == Elbrus Paşa oğlu Paşayev 4 fevral 1957-ci ildə Gəncə şəhərində, dövrünün tanınmış ziyalılarından biri, Azərbaycanda meliorasiya və su təsərrüfatı sahəsində böyük əməyi olan Paşa Sirac oğlu Paşayevin ailəsində anaban olmuşdur. Bakı şəhərindəki 20 saylı orta məktəbi 1974-cü ildə bitirmişdir. 1974-1979-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki AzMİU) Hidromeliorasiya fakültəsində hidrotexniki tikintilər ixtisası üzrə ali təhsil almışdır. 1979-cu ildə “Azərkəndtikintisuçəkiliş” Tikinti Birliyində gənc mütəxəssis kimi mühəndis-hidrotexnik vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Paşayev E.P. 19.11.1979-30.04.1981-ci illərdə hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olandan sonra 30.04.1981-30.01.1983-cü illərdə “Azərkəndtikintisuçəkiliş” Tikinti Birliyində mühəndis-hidrotexnik vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. E.P. Paşayev 31.12.1982-31.12.1985-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Qruntlar mexanikası, bünövrələr və özüllər” kafedrasının əyani şöbəsinin aspirantı olmuşdur. Aspiranturada təhsilini başa çatdırdıqdan sonra göndəriş əsasında AzMİU-nun “Hidrotexniki qurğular və hidravlika” kafedrasında assistent vəzifəsində pedaqoji fəaliyyətə başlamışdır. 1986-1991-ci illərdə assistent, 1991-1995-ci illərdə baş müəllim, 1995-ci ildən dosent vəzifəsində çalışır.
Elgün Paşayev
Elgün İlham oğlu Paşayev (4 mart 1994, Sabirabad – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Paşayev 1994-cü il martın 4-də Sabirabad şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Elgün Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elgün Paşayev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Paşayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Paşayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Paşayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elsevər Paşayev
Elsevər Vaqif oğlu Paşayev (1 iyul 1988, Cəbrayıl rayonu – 25 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elsevər Paşayev 1988-ci il iyulun 1-də Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olub. 1994–2002-ci illərdə Beyləqan rayonunun Milabad kənd tam orta məktəbində təhsil alıb. 2002–2005-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2005–2009-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Elsevər Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elsevər Paşayev oktyabrın 25-də Qubadlının azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Paşayev "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Paşayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Paşayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Paşayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvin Paşayev
Elvin Nazim oğlu Paşayev (27 iyul 1983) — Göygöl Rayon İcra Hakimiyyətinin başçısı == Həyatı == Elvin Paşayev 1983-cü ildə anadan olmuşdur. Orta təhsilini Şirvan şəhər M. B. İsrailov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəbdə almışdır. 2000–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində Regionşünaslıq ixtisası üzrə bakalavr təhsilinə yiyələnib. 2004–2005-ci illərdə Azərbaycan Respublikasının Ordu sıralarında qulluq edərək həqiqi hərbi xidmət keçmişdir. 2005–2007-ci illərdə Bakı Dövlət Universitetində magistr təhsili almış, 2007–2009-cu illərdə Dövlət İqtisad Universitetində Maliyyə və Kredit ixtisası üzrə təhsilini davam etdirmişdir. 2021–2022-ci illərdə İsveçin Lund Universitetində "Dövlət sektorunda innovasiya", "Şəhər idarəetməsində innovasiya və təbiət əsaslı həllər" proqramı üzrə təhsil almışdır. Çin Xalq Respublikası, Polşa Respublikası Lex Kaçinski adına İdarəçilik Akademiyası, Estoniya Respublikası Şərq Tərəfdaşlıq Mərkəzi və s. kimi tədris müəssisələrində təkmilləşdirmə və ixtisasartırma kurslarından məzun olmuşdur. 2021-ci ildə ABŞ-nin Layihələrin İdarəedilməsi İnstitutunun PMP (Layihələrin idarəedilməsi üzrə peşəkar) beynəlxalq sertifikatını əldə etmişdir. 2012–2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Bakıxanov adına tarix inistutunun doktorantı olmuşdur.2003-cü ildə Bakı 1 saylı şəhər Klinik Xəstəxanasında Kadrlar şöbəsində müfəttiş vəzifəsi ilə əmək fəaliyyətinə başlamışdır.
Firdovsi Paşayev
Firdovsi Paşayev (tam adı: Firdovsi Afiq oğlu Paşayev; 14 noyabr 2000, Gədəbəy rayonu Kəlaman kəndi – 14 oktyabr 2020, Füzuli rayonu — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Paşayev Firdovsi Afiq oğlu 14 noyabr 2000-ci ildə Gədəbəy rayonunun Kəlaman kəndində anadan olmuşdur. 2007–2018-ci ildə E. İsgəndərov adına Hacılar kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ildə Gədəbəy rayon Peşə litseyini bitirib. == Hərbi xidməti == 6 may 2020-ci ildə həqiqi hərbi xidmətə getmişdir. İkinci Qarabağ müharibəsinin ilk günlərindən ön cəbhəyə yollanmışdır. Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşmüşdür. 14 oktyabr 2020-ci ildə yaralanmış komandirini və döyüş yoldaşlarını döyüş bölgəsindən çıxardaraq özü yenidən döyüşə qayıtmış, bu zamam düşmənin atdığı minamyot qəlpəsindən yaralanaraq həlak olmuşdur. == Təltifləri == (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) == İstinadlar == https://president.az/articles/49098. https://president.az/articles/49511.
Fərmail Paşayev
Fərmail Sabir oğlu Paşayev (12 oktyabr 1966, Xanlar rayonu) — Gəncə Dövlət Kukla Teatrına direktoru (2018). == Həyatı == Fərmail Paşayev 1966-cı ildə anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisasını bitirib. 1987-1991-ci illərdə Texniki Universitetin “Ülvi” rəqs kollektivinin rəhbəri olub. 1991-1998-ci illərdə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Göy göl” mahnı və rəqs ansamblında artist-rəqqas kimi çalışıb. 1998-ci ildə Gəncə Dövlət Kukla Teatrında aktyor vəzifəsinə təyin olunub. 1999-cu ildə C.Məmmədquluzadənin “Poçt qutusu” eyni adlı hekayəsinə verdiyi quruluşdan sonra quruluşçu rejissor kimi fəaliyyət göstərib. 2000-ci ildə Gəncə Dövlət Kukla teatrına baş rejissor təyin olunub. Peşəkar səhnədə xeyli sayda tamaşaya quruluş verib. Ə.Səmədlinin “Artıq tamah baş yarar”, ”Cırtdan”, R.Həsənlinin “Ağca və Sarıca”, M.Seyidzadənin “Büllur qəsr”, R,Əlizadənin “Keçəlin toyu”, ”Hamam,hamam içində”, F,Tarverdiyevin “Oğul Noğul”, Xalq nağılı “Şəngülüm,Şüngülüm, Məngülüm”, “Göyçək Fatma”, A.Əlizadə “Toya gecikən tülkü”, H.X.Andersenin “Qar Kraliça”, B.Zvinin “Taxta Kral”, A.S.Ekzüperinin “Balaca Şahzadə”, N.Gəncəvinin “Xeyir və Şər”, A.S.Puşkinin “Qızıl balıq”, M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli Şah”, “Xırs quldurbasan”, C.Rodarinni “Çippolino”, S.İbrahimlinin “Səlim və Sehirbaz” və s.
Hafiz Paşayev
Hafiz Mir Cəlal oğlu Paşayev (2 may 1941, Bakı) — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat, "ADA" Universitetinin rektoru. == Həyatı == Hafiz Mir Cəlal oğlu Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olmuşdur. 1963 – Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirmişdir 1964–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmışdır. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirmişdir. 1971–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olmuşdur. 1984-cü ildə Doktorluq dissertasiyasını müdafiə etmiş, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1975–1976-ci illərdə İrvin şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirmişdir 1992–2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilmişdir. 100-dən artıq elmi əsərlər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir. Xarici dillərdən ingilis və rus dillərini bilir.
Kərim Paşayev
Aşıq Kərim (2 fevral 1925, Ardanış – 1 dekabr 1999, Bakı) — aşıq. == Həyatı == 1925-ci il fevralın 2-də Göyçə mahalının Ardanış kəndində dünyaya göz açıb. Hələ uşaq yaşlarından şeirə, sənətə böyük maraq göstərib və 12 yaşından başlayaraq xalası oğlunun — Göyçənin tanınmış ustad aşıqlarından olan Aşıq Niftalının yanında şagirdlik etməyə başlayıb. Bu sənətin dərin incəliklərinə yiyələnən, sənəti gözəl tərzdə qavrayan Aşıq Kərim qısa müddət ərzində bu sənətdə məşhurlaşıb. Aşıq Niftalının ən bacarıqlı və ən çox sevdiyi şagirdlərindən biri olub. 1943-cü ilin fevralında Aşıq Kərimin 18 yaşı tamam olur və elə həmin ilin sentyabrın 22-də hərbi xidmətə yola düşür. Etdiyi xidmət boyu o sıravi əsgər-snayper olub. Böyük Vətən Müharibəsində faşizmə qarşı mərdliklə vuruşan Kərim döyüşdə göstərdiyi şücaətə, ciddi nizam-intizama görə dəfələrlə orden və medallarla təltif olunub. 1945-ci ildə faşizm üzərində qələbədən sonra ordudan tərxis olunan Kərim öz doğma yurd-yuvası olan Göyçə mahalının Ardanış kəndinə qayıdıb. Qayıtdıqdan sonra o ticarətlə məşğul olub.
Mahir Paşayev
Mahir Bəxtiyar oğlu Paşayev (1 sentyabr 1997; Cəlilabad rayonu, Azərbaycan — 9 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mahir Paşayev 1997-ci il sentyabrın 1-də Cəlilabad rayonunun Əsədli kəndində anadan olub. == Hərbi xidməti == Mahir Paşayev 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Mahir Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mahir Paşayev oktyabrın 9-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahir Paşayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahir Paşayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahir Paşayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahir Paşayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mahir Paşayev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mahir Paşayev ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Maksim Paşayev
Maksim Paşayev (ukr. Максим Пашаєв; d. 4 yanvar 1988, Krasnıy Luç, Luqansk vilayəti, Ukrayna SFSR, SSRİ — ö.. 12 dekabr 2008, Qradijsk, Qlobinsk rayonu, Poltava vilayəti, Ukrayna) — Azərbaycan əsilli ukraynalı futbolçu. "Dnepr" və "Krivbas" klublarının heyətində müdafiəçi mövqeyində çıxış edib. == Həyatı == === Klub karyerası === Maksim Paşayev futbolçu karyerasını Kremençuk şəhərinin "Atlant" klubunda başlayıb. 2004-cü ildə Paşayev Dnepropetrovskun "Dnepr" komandasının gənclərdən ibarət heyətinə cəlb edilib. Maksim üç il ərzində "Dnepr"in əvəzedici heyətində çıxış edib və bu müddət ərzində 64 oyun keçirib, 1 qol vurub. 2007-ci ildə Paşayev Krivoy Roq şəhərini təmsil edən "Krivbas" klubuna icarəyə verilib. 2007-ci il iyulun 14-də keçmiş komandası "Dnepr"ə qarşı oyunda Ukrayna çempionatında debüt edib.
Mircəlal Paşayev
Paşayev Mir Cəlal Əli oğlu (26 aprel 1908, Ərdəbil – 28 sentyabr 1978, Bakı) — yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru (1947), professor (1948), 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar elm xadimi (1969), laureatı (1968). == Həyatı == Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildə Cənubi Azərbaycan (Ərdəbil ostani) Xalxal şəhərinin Əndəbil kəndində doğulmuşdur. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 1918-ci ildə atası vəfat etmiş, böyük qardaşının himayəsində yaşamışdır. 1918–1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur (1924–1928). Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir (1926–1927). 1928-ci ildə Gəncə Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik məktəbində müəllimlik etmişdir. 1929–1930-cu illərdə 1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində işləmişdir.Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində (1930–1932) təhsil almışdır. 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət ElmiTədqiqat İnstitutunun aspiranturasına daxil olmuşdur, — "Kommunist", "Gənc işçi" qəzetlərində işləmişdir.
Mübariz Paşayev
Paşayev Mübariz Əlixan oğlu (Mübariz Əlixanoğlu) - Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti. == Həyatı == Mübariz Əlixanoğlu 1972-ci ildən 2006-cı ilə kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışmışdır. Xüsusi səs tembrinə malik idi. 20-ə qədər filmdə və "Mozalan" süjetlərində əsasən epizodik rollarda çəkilmişdir. 2007-ci ildə vəfat etmişdir. 2006-cı ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycanın əməkdar artist fəxri adına layiq görülüb.
Müşfiq Paşayev
Paşayev Müşfiq Teymur oğlu — Azərbaycan Silahlı Qüvvələrinin, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Paşayev Müşfiq Teymur oğlu 25 may 1973-cü ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, əvvəlcə 24 saylı orta məktəbdə oxumuş, sonra isə təhsilini 15 saylı orta məktəbdə davam etdirmişdir. Müşfiq Paşayev 1 iyun 1991-ci ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, polis batalyonu sayılan 5477 saylı hərbi hissədə xidmət etməyə başlamışdır.19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur.
Məhəbbət Paşayev
Məhəbbət Vaqif oğlu Paşayev (5 avqust 1999, Bolludərə, Şəki rayonu – 30 sentyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhəbbət Paşayev 12 5 avqust 1999-cu ildə Şəki rayon Bolludərə kəndində anadan olub. 2005-ci ildə Bolludərə kəndində birinci sinifə getmişdir. 2006-cı ildə ailəsi Oğuz şəhərinə köçmüş və Məhəbbət Paşayev təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirmişdir. 2016-cı ildə məktəb-liseyi bitirmişdir. == Hərbi xidməti == Məhəbbət Paşayev 26 aprel 2018-cı ildə Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Goran, Ağcakənd, Ballıqaya bölgəsində yerinə yetirmişdir. Əsgəri xidmətdə olarkən öz borcunu ləyaqətlə yerinə yetirmiş, hərbi hissə komandanlığı tərəfindən dəfələrlə Fəxri Fərmanlara layiq görülmüşdür. 1 oktyabr 2019-cu ildə xidmətini uğurla başa vurmuşdur. Ordu sıralarından qayıtdıqdan sonra müxtəlif işlərdə işləmişdir.
Paşa Paşayev
Paşa Paşayev (tam adı: Paşa Sirac oğlu Paşayev, 1924, Ağdaş – 2000, Bakı) — dövlət xadimi, "Azdövsutəslayihə" institutunun (V) direktoru. == Həyatı == Paşa Sirac oğlu Paşayev 1924-cü ildə Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olmuşdur. 1942-ci ildə Ağdaş şəhərində orta məktəbdə buraxılış imtahanlarını verdikdən sonra alman faşistləri ilə döyüşmək üçün könüllü olaraq müharibəyə yollanmışdır. Azərbaycanlılardan təşkil olunmuş 416-cı Taqanroq atıcı diviziyasının tərkibində Mozdok, Melitopol, Kerç şəhərləri uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. 1944-cü ildə Mariupol şəhərində 6 aylıq hərbi məktəbi bitirmişdir. Berlin şəhəri uğrunda gedən döyüşlərdə iştirak etmiş və 1946-cı ildə ordudan tərxis olunmuşdur. P.Paşayev 1947-ci ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hidromeliorasiya fakültəsinə qəbul olmuş və 1952-ci ildə institutu bitirərək "mühəndis-hidrotexnik" ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə 1952-ci ildə təhsil aldığı institutda assistent vəzifəsindən başlamışdır. 1953–1956-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun əyani şöbəsinin aspirantı olmuşdur. 1956–1962-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun Şirvan zonası üzrə Ucardakı təcrübə stansiyasının direktoru vəzifəsində işləmişdir.
Arif Paşayev (siyasətçi)
Arif Fəxrəddin oğlu Paşayev (15 may 1959, Laçın) — Azərbaycan hərbçisi və siyasətçisi. O, Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Laçın dağ-atıcı alayının ilk komandiri, Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Ehtiyatda olan polkovnikdir. == Həyatı == Arif Paşayev 15 may 1959-cu ildə Laçın şəhərində anadan olub. 1966–1976-cı illərdə Laçın şəhər orta məktəbində orta təhsil alib. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub, 1982-ci ildə həmin institutu sənaye və mülki tikinti ixtisası üzrə bitirərək təyinatla Daxili İşlər Nazirliyinin sərəncamına göndərilib. 1982–1984-cü illərdə xaricdə Sovet qoşun kontingentinin tərkibində xidmət edib. == Həbsi == 1993-cü ilin avqust ayında Cinayət Məcəlləsinin 4-cü maddəsində ölüm cəzası nəzərdə tutulan 13 maddə ilə ittiham olunaraq həbs edilib. 1994-cü ilin sentyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından qaçırılıb. 1994-cü ilin noyabrında məhkəmə keçirilməsini tələb edərək, məhkəməyə qayıdıb və 1995-ci ilin may ayının 12-də bəraət alıb.
Gülşən Paşayeva
Gülşən Məmmədəli qızı Paşayeva (1 avqust 1961, Bakı) — Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, beynəlxalq münasibətlər, konfliktologiya, gender və dil siyasəti sahələrində mütəxəssis. == Həyatı == Gulşən Paşayeva 1 avqust 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1978-ci ildə Bakı şəhərindəki 159 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra o,M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fililogiya fakültəsinə "Struktur və tətbiqi linqvistika" ixtisası üzrə qəbul olunmuş və bu ali məktəbi 1983-cü illdə müvəffəqiyyətlə bitirmişdir. 1983–2001-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində çalışmışdır. Filologiya elmləri namizədi, dosentdir. 1995-ci ilin avqust-dekabr aylarında ABŞ-nin Merilend Universitetinin Beynəlxalq İnkişaf və Münaqişələrin Həlli Mərkəzinin təşkil etdiyi "Münaqişələrdə tərəfdaşlar – Cənubi Qafqazda sülh körpülərinin yaradılması" adlı 4 aylıq proqramda iştirak etmişdir. 1998-ci ilin oktyabrından 1999-cu ilin aprelinədək Fulbrayt proqramı xətti ilə ABŞ-nin Tafs Universitetinin Hüquq və Diplomatiya üzrə Fletçer məktəbində tədqiqatlar aparmışdır. 2000-ci ilin iyun-iyul aylarında Avstriyanın Ştatşlayninq şəhərində yerləşən Sülh və Münaqişələrin həlli üzrə Avstriya tədqiqat mərkəzinin "Vasitəçilik" mövzusu üzrə təşkil etdiyi təlimdə iştirak etmişdir. 2001-ci ilin aprel-may aylarında İsveçin Upsala Universitetinin Sülh və Münaqişələrin Tədqiqatı üzrə Mərkəzin keçirdiyi münaqişələrin həlli ilə bağlı təlimin iştirakçısı olmuşdur. 2001–2006-cı illərdə Birləşmiş Millətlər Təşkilatının Qadınlar üçün İnkişaf fondunun (hazırda BMT Qadınlar) "Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda" regional layihəsinin Azərbaycan üzrə Milli əlaqələndiricisi vəzifəsində çalışmış, 2007–2009-cu illərdə Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisinin məsul işçisi olmuşdur.
Kamal bəy Paşayev
Mir Cəlal Paşayev
Paşayev Mir Cəlal Əli oğlu (26 aprel 1908, Ərdəbil – 28 sentyabr 1978, Bakı) — yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru (1947), professor (1948), 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar elm xadimi (1969), laureatı (1968). == Həyatı == Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildə Cənubi Azərbaycan (Ərdəbil ostani) Xalxal şəhərinin Əndəbil kəndində doğulmuşdur. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 1918-ci ildə atası vəfat etmiş, böyük qardaşının himayəsində yaşamışdır. 1918–1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur (1924–1928). Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir (1926–1927). 1928-ci ildə Gəncə Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik məktəbində müəllimlik etmişdir. 1929–1930-cu illərdə 1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində işləmişdir.Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində (1930–1932) təhsil almışdır. 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət ElmiTədqiqat İnstitutunun aspiranturasına daxil olmuşdur, — "Kommunist", "Gənc işçi" qəzetlərində işləmişdir.
Mir Cəlal Paşayevin ev-muzeyi
Mir Cəlal Paşayevin ev-muzeyi — Azərbaycanın yazıçı-alimi, Əməkdar Elm xadimi (1969) Mir Cəlal Paşayevin 100 illik yubileyi ərəfəsində ədibin xatirəsinə yaradılmış ev-muzeyi. == Muzey haqqında == Muzeyin rəsmi açılışı 2007-ci ilin sentyabr ayının 29-da baş tutmuşdur. Muzey kompleksində 2009-cu ilin aprel ayında Elmi-Ədəbi Tədqiqat Şöbəsi fəaliyyətə başlamışdır.Muzey fəaliyyətə başlayanda eksponatların sayı 150 olmuş, hal-hazırda isə eksponatların sayı 300-dən artıqdır. Ev-muzeyinə ədibin pasportu, orden və medalları hədiyyə edilib. Mir Cəlal Paşayevin uşaqlıq, gənclik və tələbəlik illəri, pedaqoji və ədəbi fəaliyyəti, onun ailə üzvləri, onun davamçıları xronoloji ardıcılıqla muzeyin ekspozisiyasında öz əksinin tapmışdır. Həmçinin buraya ədibin şəxsi əşyaları, ona həsr edilmiş incəsənət nümunələri, öz əsərləri, muzeyə hədiyyə edilmiş kitablar, qəzet məqalələri, 5 ədəd disk və 122 ədəd ailə şəkli də daxildir.Şəxsi əşyalar kolleksiyasına ədibin orden və medalları, döş nişanları, ailəsinə yazdığı məktublar, Mir Cəlala həsr edilmiş incəsənət nümunələrinə onun yağlı boya ilə işlənmiş portretləri, büstləri, xalça üzərində əl ilə toxunmuş portretləri, tablolar və başqa eksponatlar daxildir.Muzeydə ədibin Azərbaycan, rus, gürcü, ingilis, qırğız, ispan, rus dillərində həm seçilmiş əsərləri, həm də ayrıca kitab şəklində çap olunmuş hekayələri, romanları, povest və dərslikləri vardır.Muzeyə hədiyyə edilən kitablar sırasına isə Nəriman Həsənzadə, Elçin Əfəndiyev, Hidayət Orucov, Xalid Əlimirzəyev, Pənah Gülxani, Həcər Hüseynova, İlham Rəhimli, Dildar Vəkilova, Abbas Səmədov və digər müəlliflərin ədib haqqında elmi, bədii əsərləri, esse-araşdırmaları, xatirə-esseləri daxildir. Həmçinin, bu kitablar arasında Quran, ədibin biblioqrafiyası, "Qabusnamə", professor Yusif Seyidovun, Xalq şairi Səməd Vurğunun, professor Hafiz Paşayevin əsərləri yer alıb.Qəzet məqalələrinə isə müxtəlif illərdə "Gəncənin səsi", "Mədəniyyət", "Ədəbiyyat", "Haqq naminə", "Azərbaycan" və digər qəzetlərdə onun haqqında çap olunmuş materiallar daxildir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 29.31 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 68.52
2003 ••••••••••• 34.64
2004 •••••••• 26.28
2005 •••••••••••• 37.79
2006 ••••••••• 30.63
2007 •••••••• 25.79
2008 ••••••••••••• 42.88
2009 ••••••••• 30.40
2010 ••••••••••• 34.77
2011 ••••••••• 28.91
2012 •••••••• 24.70
2013 •••• 13.42
2014 •••••••••• 33.46
2015 ••••••••••• 37.26
2016 •••••••••••••• 46.16
2017 ••••••••••• 35.77
2018 ••••••••• 27.42
2019 ••••••• 22.12
2020 ••••• 13.92

Oxşar sözlər

#paşayev nədir? #paşayev sözünün mənası #paşayev nə deməkdir? #paşayev sözünün izahı #paşayev sözünün yazılışı #paşayev necə yazılır? #paşayev sözünün düzgün yazılışı #paşayev leksik mənası #paşayev sözünün sinonimi #paşayev sözünün yaxın mənalı sözlər #paşayev sözünün əks mənası #paşayev sözünün etimologiyası #paşayev sözünün orfoqrafiyası #paşayev rusca #paşayev inglisça #paşayev fransızca #paşayev sözünün istifadəsi #sözlük