Babayev sözü azərbaycan dilində

Babayev

Yazılış

  • Babayev • 99.3298%
  • BABAYEV • 0.5933%
  • babayev • 0.0598%
  • bABAYEV • 0.0085%
  • BAbayev • 0.0085%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Heydər Babayev
Heydər Aydın oğlu Babayev (1957, Bakı) — Azərbaycan Respublikasının sabiq İqtisadi İnkişaf naziri. == Həyatı == Babayev Heydər Aydın oğlu 1957-ci ildə Bakıda anadan olmuşdur. 1980-ci ildə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan TSP-də xarici sərgilər üzrə müfəttiş vəzifəsi ilə başlamışdır. 1981-ci ildən SSRİ Xarici İqtisadi Əlaqələr Bankında valyuta mühafizəsi müfəttişi, idarə rəisinin müavini, 1992-ci ildən "Xariciiqtisadibank"ın Türkiyədə baş nümayəndəsi, 1997-ci ildən "Mostbank"ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləmişdir. 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır. 2005-ci il 19 oktyabrda İqtisadi İnkişaf Naziri təyin olunmuşdur. 2008-ci il 30 oktyabrda Heydər Babayev İqtisadi İnkişaf Nazirliyi vəzifəsindən azad olunumuşdur. === Ailə vəziyyəti === Evlidir, 1 övladı var.
Həbib Babayev
Həbib Bayram oğlu Babayev (30 dekabr 1926, Bucaq, Şəki qəzası – 2 iyul 1994, Bakı) — Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru (1969), professor (1970), Azərbaycan SSR əməkdar elm xadimi (1990). == Həyatı == 1932–1939-cu illərdə Bucaq kənd orta məktəbdə təhsil almış, lakin valideynlərinin vəfatı ilə əlaqədar Şuşa şəhər 1 saylı uşaq evinə göndərilmişdir. 1939–1941-ci illərdə təhsilini orada davam etdirmişdir. 1941–1943-cü illərdə Şuşa ikiillik Müəllimlər İnstitunun Dil və Ədəbiyyat fakültəsində, 1946–1951-ci illərdə ADU-nun Filologiya fakültəsində ali təhsil almışdır. 1951–1955-ci illərdə isə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında ali təhsilini davam etdirmişdir. 2 iyul 1994-cü ildə Bakı şəhərində vəfat etmişdir. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1943–1944-cü illərdə Bucaq kəndində başlamışdır. O, 1956–1958-ci illərdə M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda elmi işçi olmuşdur. 1958–1970-ci illərdə isə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsini icra etmişdir. 1970-ci ildən ömrünün sonunadək Bakı Slavyan İnstitutunda kafedra müdiri olmuşdur.
Hətəmxan Babayev
Kamal Babayev
Babayev Kamal Həbib oğlu (3 iyun 1927, Bakı – 4 yanvar 2022) — azərbaycanlı fotoqraf; Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Fotoqraflar Birliyinin üzvü. == Həyatı == Kamal Babayev 3 iyun 1927-ci il Bakıda anadan olub. 1953-cü ildən "Pioner" jurnalında fotomüxbir kimi fəaliyyət göstərib. Həmin ildən Azərbaycan Dövlət İncəsənət Muzeyində ştatdankənar çalışıb, 1959-cu ildən bu muzeyin əməkdaşı olub və 2022 ilə kimi muzeyin fotoqrafı kimi işləyib. XX əsrin 50-ci illərdə "Gənc texniklər" mərkəzində fotoqrafiya dərnəklərini aparır və bu vaxt foto həvəskarları üçün azərbaycan dilində dörd kitabça-vəsait çapdan çıxır. Sonrakı illərdə müxtəlif qəzet və jurnallarla əməkdaşlıq edərək Azərbaycanın keçmişi, memarlıq abidələri, incəsənəti ilə tanış edib. 1962-ci ildə mətbuatda fəal iştirak etdiyinə görə Fəxri fərmana layiq görülür. 1986-cı ildə İsveçdə keçirilmiş fotomüsabiqədə diplomla mükafatlanır. 1987-ci ildə SSRİ-də çıxan "Elm və həyat" ("Nauka i jizn") jurnalının mükafatını alır – 3-cü yer tutaraq "Kiyev" fotoaparatı ilə hədiyyələnir. Həmən jurnalda 3 məqaləsi dərc olunur.
Lütfəli Babayev
Lütvəli Babəli oğlu Babayev (30 yanvar 1959, Qaravəlli, Zərdab rayonu) — 2007–2019-cu illərdə Zərdab rayon, 2005–2007-ci illərdə Mingəçevir şəhər icra hakimiyyətinin başçısı. == Həyatı == 1959-cu il yanvarın 30-da Zərdab rayonunun Qaravəlli kəndində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1986-cı ildə həmin institutun ümumi texniki fənlər müəllimi ixtisasını bitirmişdir. 1977-ci ilin yanvar ayından 1977-ci ilin may ayınadək Mingəçevir Şəhər Yol tikinti maşınları zavodunda ikinci dərəcəli fəhlə işləmişdir. 1977-ci ilin may ayından 1979-cu ilin iyun ayınadək Çita şəhərində Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1979-cu ilin iyun ayından 1981-ci ilin noyabr ayınadək Qafqaz enerjiquraşdırma trestində çilingər işləmişdir. 1981-ci ilin noyabr ayından 1987-ci ilin avqust ayınadək Azərenerji Tikinti Tresti Mənzil İstismar Sahəsində tərbiyəçi işləmişdir. 1987-ci ilin avqust ayından 1990-cı ilin sentyabr ayınadək Mingəçevir şəhər 7 saylı orta məktəbdə müəllim, 1990-cı ilin sentyabr ayından 1991-ci ilin sentyabr ayınadək Mingəçevir şəhər 12 saylı orta məktəbdə direktor müavini, 1991-ci ilin sentyabr ayından 1993-cü ilin yanvar ayınadək Mingəçevir şəhər 17 saylı orta məktəbdə direktor müavini, 1993-cü ilin yanvar ayından 1993-cü ilin dekabr ayınadək Mingəçevir şəhər 11 saylı orta məktəbdə direktor vəzifəsində işləmişdir. Ailəlidir. İki qızı və bir oğlu var.
Lütvəli Babayev
Lütvəli Babəli oğlu Babayev (30 yanvar 1959, Qaravəlli, Zərdab rayonu) — 2007–2019-cu illərdə Zərdab rayon, 2005–2007-ci illərdə Mingəçevir şəhər icra hakimiyyətinin başçısı. == Həyatı == 1959-cu il yanvarın 30-da Zərdab rayonunun Qaravəlli kəndində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1986-cı ildə həmin institutun ümumi texniki fənlər müəllimi ixtisasını bitirmişdir. 1977-ci ilin yanvar ayından 1977-ci ilin may ayınadək Mingəçevir Şəhər Yol tikinti maşınları zavodunda ikinci dərəcəli fəhlə işləmişdir. 1977-ci ilin may ayından 1979-cu ilin iyun ayınadək Çita şəhərində Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1979-cu ilin iyun ayından 1981-ci ilin noyabr ayınadək Qafqaz enerjiquraşdırma trestində çilingər işləmişdir. 1981-ci ilin noyabr ayından 1987-ci ilin avqust ayınadək Azərenerji Tikinti Tresti Mənzil İstismar Sahəsində tərbiyəçi işləmişdir. 1987-ci ilin avqust ayından 1990-cı ilin sentyabr ayınadək Mingəçevir şəhər 7 saylı orta məktəbdə müəllim, 1990-cı ilin sentyabr ayından 1991-ci ilin sentyabr ayınadək Mingəçevir şəhər 12 saylı orta məktəbdə direktor müavini, 1991-ci ilin sentyabr ayından 1993-cü ilin yanvar ayınadək Mingəçevir şəhər 17 saylı orta məktəbdə direktor müavini, 1993-cü ilin yanvar ayından 1993-cü ilin dekabr ayınadək Mingəçevir şəhər 11 saylı orta məktəbdə direktor vəzifəsində işləmişdir. Ailəlidir. İki qızı və bir oğlu var.
Mirzə Babayev
Mirzəağa (Mirzə) Əbdülcabbar oğlu Babayev (16 iyul 1913, Maştağa, Bakı qəzası – 13 yanvar 2003, Bakı) — Azərbaycan-sovet kino aktyoru və estrada müğənnisi, memar və ictimai xadim. Azərbaycan Respublikasının xalq artisti (1992), "Şöhrət" ordeni laureatı (2002). == Həyatı == Azərbaycan estrada musiqisinin banilərindən biri Mirzə Babayev 1913-cü il iyul ayının 16-da Bakı şəhərinin Maştağa kəndində dünyaya gəlib. Mirzə Babayev İçərişəhərin "ağşalvarlılar" məhəlləsindəndir. Evləri İçərişəhərin M.Ə. Sabir küçəsində olub. Mirzə Babayev bakılı ola-ola, heç vaxt deməzdi ki, "mən bakılıyam". Başqalarına da deyərdi ki, "bakılıyam" deməyin, deyin "Bakıdanam". Çünki tam əsilli-köklü bakılı əslində çox azdı. Mirzə Babayev də həmçinin. Mirzə Babayevin atası- Əbdül Cabbar müasirliyin tərəfdarı olub, vaxtaşırı Parisə gedib-gələrmiş.
Mirzəağa Babayev
Mirzəağa (Mirzə) Əbdülcabbar oğlu Babayev (16 iyul 1913, Maştağa, Bakı qəzası – 13 yanvar 2003, Bakı) — Azərbaycan-sovet kino aktyoru və estrada müğənnisi, memar və ictimai xadim. Azərbaycan Respublikasının xalq artisti (1992), "Şöhrət" ordeni laureatı (2002). == Həyatı == Azərbaycan estrada musiqisinin banilərindən biri Mirzə Babayev 1913-cü il iyul ayının 16-da Bakı şəhərinin Maştağa kəndində dünyaya gəlib. Mirzə Babayev İçərişəhərin "ağşalvarlılar" məhəlləsindəndir. Evləri İçərişəhərin M.Ə. Sabir küçəsində olub. Mirzə Babayev bakılı ola-ola, heç vaxt deməzdi ki, "mən bakılıyam". Başqalarına da deyərdi ki, "bakılıyam" deməyin, deyin "Bakıdanam". Çünki tam əsilli-köklü bakılı əslində çox azdı. Mirzə Babayev də həmçinin. Mirzə Babayevin atası- Əbdül Cabbar müasirliyin tərəfdarı olub, vaxtaşırı Parisə gedib-gələrmiş.
Mobil Babayev
Mobil Rəşid oğlu Babayev (23 dekabr 1945, Kirovabad – 10 noyabr 2023) — azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2007). == Həyatı == Mobil Babayev 23 dekabr 1945-ci ildə Gəncə şəhərində dünyaya gəlmişdir. O, 1953-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka sinfinə qəbul olunmuş, təqribən, 5–6-cı siniflərdə olarkən musiqi bəstələməyə başlamışdır. Bəstəkarlıqdan ilk müəllimi Ədilə Hüseynzadə, daha sonra Müdhət Əhmədov, 8-ci sinifdən etibarən məktəbi bitirənə kimi isə Nazim Əliverdibəyov olmuşdur. 1964-cü ildə viola və bəstəkarlıq üzrə məktəbdən məzun olur və həmin ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının viola sinfinə daxil olmuşdur. 1972-ci ildə Konservatoriyadan məzun olmuş və diplom işi olan 1-ci simfoniya Rafiq Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında səslənmişdir. 1972-ci ildə hərbi xidmətə yollanmış, orada Qırmızı bayraq ordenli mahnı və rəqs ansamblında çalışmışdır. 1973-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru, daha sonra isə baş redaktor kimi fəaliyyət göstərmişdir. İlk mahnılarından biri, sözlərinin müəllifi Zeynal Vəfa olan "Vəfalı dost" olmuşdur. Həmin mahnı 1974-cü ildə Vilnüs şəhərində "Vilnüs qalaları" beynəlxalq mahnı müsabiqəsində birinci yerə layiq görülmüşdür.
Murad Babayev
Murad Köçəri oğlu Babayev (10 dekabr 1951, Şükürbəyli, Cəbrayıl rayonu – 6 yanvar 2013, Bakı) — 1991–1992-ci illərdə Azərbaycan Respublikasının Baş prokuroru. == Həyatı == Murad Babayev 10 dekabr 1951-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində Sosialist Əməyi Qəhrəmanı Babayev Köçəri Oruc oğlunun ailəsində anadan olub. 1968–1973-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1973-cü ildə Binəqədi rayonunda təcrübəçi müstəntiq, 1977–1980-ci illərdə Bakı şəhərində açılmamış ölüm hadisələri üzrə müstəntiq, 1982-ci ildə Mingəçevir şəhərində prokuror vəzifəsində çalışıb. 1987-ci ildə Azərbaycan Respublikası Baş prokurorunun müavini, 26 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilib. 1992-ci ilin sonunda vəzifəsindən istefa verib. 1993-cü ilin fevralında Bakı şəhər Nəqliyyat prokuroru təyin edilib. 7 il bu vəzifədə işləyəndən sonra təqaüdə çıxıb. Bundan sonra Təfəkkür Universitetində hüquq kafedrasının müdiri işləyib. Ailəlidir, bir qız və bir oğul atasıdır.
Musa Babayev
Musa Məhəmməd oğlu Babayev — Azərbaycan sərbəst güləş ustası, dəfələrlə SSRİ çempionu. 52 kq çəki dərəcəsində güləşmişdir. Güləşlə 1943-cü ildən məşqul olmağa başlamışdır. 1950-ci ildə SSRİ idman ustası, 1967-ci ildə isə Ümumittifaq dərəcəli hakim kateqoriyası almışdır. 8 dəfə ölkə çempionu olmuşdur. «Dinamo», «Stroitel», «İskra» (Bakı) kimi klublarda çalışmışdır. == İdman nəticələri == Sərbəst güləş üzrə SSRİ çempionatı 1949 — ; Sərbəst güləş üzrə SSRİ çempionatı 1950 — ; Sərbəst güləş üzrə SSRİ çempionatı 1951 — ; Sərbəst güləş üzrə SSRİ çempionatı 1952 — ; == Mənbə == "Musa Məhəmməd oğlu Babayev". sport-strana.ru. İstifadə tarixi: 2016-07-31. "Бабаев Муса Магомед оглы".
Mustafa Babayev
Muxtar Babayev
Muxtar Babayev (16 oktyabr 1967, Bakı) — Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri, Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı, Azərbaycan Alpinizm Federasiyasının və COP29-un prezidenti. == Həyatı == Muxtar Bahadur oğlu Babayev 1967-ci il, 16 oktyabr tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. 1986–1988-ci illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib. 2000-ci ildə Ümum-Rusiya Xarici Ticarət Akademiyasının "Dünya iqtisadiyyatı" ixtisasını bitirib. 1991–1992-ci illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində çalışıb. == İctimai-siyasi fəaliyyəti == 1992–1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib. 1994–2003-cü illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində, 2003–2007-ci illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışıb.
Mürsəl Babayev
Mürsəl Ələkbər oğlu Babayev — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1970–1979). == Həyatı == Mürsəl Ələkbər oğlu Babayev 1929-cu ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. 1952–1959-cu illərdə Azərbaycan Politexnik İnstitutunun kafedrasında assistent, avtomobil trestində böyük mühəndis, taksomotor parkının baş mühəndisi, rəisi olmuşdur. 1959–1961-ci illərdə Avtomobil Nəqliyyatı Nazirliyi istehsalat-texniki şöbəsinin rəisi, 1961-ci ildən Azərbaycan SSR avtomobil nəqliyyatı nazirinin müavini, birinci müavini vəzifələrində işləmişdir. 1970-ci ildən Azərbaycan SSR avtomobil nəqliyyatı naziri olmuşdur. Mürsəl Babayev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuş və Azərbaycan SSR Ali Sovetinin VIII və IX çağırış deputatı seçilmişdir.
Müşviq Babayev
== Siyahı ==
Məhərrəm Babayev
Babayev Məhərrəm Pirverdi oğlu — kənd təsərrüfatı elmləri doktoru (1981), professor (2000), AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü (2014). == Həyatı == Məhərrəm Babayev 13 yanvar 1937-ci ildə Bərdə şəhərində anadan olmuşdur. O, 1961-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Azərbaycan SSR Torpaqşünaslıq və Aqrokimya İnstitutunda fəaliyyətə başlamışdır. Babayev 1963–1966-cı illərdə institutun əyani aspirantı kimi təhsilini davam etdirmişdir. 12 yanvar 2022 — AMEA-nın Fəxri fərmanı ilə təltif edilmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Məhərrəm Babayev 1966–1971-ci illərdə institutda elmi işçi, 1971–1975-ci illərdə baş elmi işçi olaraq çalışmışdır. Akademik 1975–1981-ci illərdə laboratoriya rəhbəri, eyni zamanda 1981–1985-ci illərdə Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunda direktor vəzifəsini icra etmişdir. O, 1986–1989-cu illərdə Aqrar Sənaye Komitəsinin sədr müavini vəzifələrində çalışmışdır. Məhərrəm Babayev 1995-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaqların genezisi, coğrafiyası və xəritəçiliyi laboratoriyasının rəhbəri olmuş, 2001–2014-cü ilədək isə institutun direktoru kimi fəaliyyət göstərmişdir.
Babayev
Babayev — Azərbaycanlı soyadı. Bu soyadı olan tanınmış şəxslər Adil Babayev Adil Babayev (şair) — şair, tərcüməçi Adil Babayev (hüquqşünas) — Azərbaycan SSR-in baş prokuroru (1954–1958) Arif Babayev Arif Babayev (rejissor) — Azərbaycan televiziya və kino rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi. Arif Babayev (xanəndə) — Azərbaycan xanəndəsi, Azərbaycanın xalq artisti, professor. Nazim Babayev Nazim Babayev (alim) — professor, texnika elmləri doktoru. Nazim Babayev (milli qəhrəman) — milli qəhrəman. Nazim Babayev (atlet) — azərbaycanlı atlet. Nəbi Xəzri Nəbi Ələkbər oğlu Babayev (təxəllüsü: Nəbi Xəzri) — Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, Azərbaycan SSR xalq şairi (1984). Tofiq Babayev Tofiq Babayev (bəstəkar) — bəstəkar Tofiq Babayev (general-mayor) — Milli Təhlükəsizlik nazirinin keçmiş müavini, general-mayor Rafiq Babayev — azərbaycanlı bəstəkar, Azərbaycanın xalq artisti. Elxan Babayev — Elbəy Babayev Elçin Babayev — Bakı Dövlət Universitetinin rektoru Yaşayış məntəqələri Babayevo — Rusiya Federasiyasında yerləşən şəhər, Voloqda vilayətinə daxildir.
Nazim Babayev
Nazim Babayev (mühəndis) (1937–2014) — azərbaycanlı mühəndis. Nazim Babayev (hərbçi) (1975–1995) — azərbaycanlı əsgər, Azərbaycanın Milli Qəhrəmanı. Nazim Babayev (atlet) (1997) — azərbaycanlı atlet.
Nihad Babayev
Nihad Akif oğlu Babayev (30 avqust 1991, Günəşli, Biləsuvar rayonu – 29 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Nihad Babayev 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə, 18 yaşında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olub. 2012-ci ildə leytenant rütbəsi alaraq xüsusi təyinatlı qüvvələrdə təlimə başlayıb və kursu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib. Daha sonra isə Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb, ardınca Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçib. Nihad Babayev peşəkar kəşfiyyatçı kimi erməni, ingilis və rus dillərini bilib. == Döyüş Yolu == Şəhid atası Akif Babayev deyir ki, oğlu kəşfiyyatçı kimi xidmətləri çox olsa da, ilk geniş hərbi əməliyyatı 2018-ci ildə Naxçıvanda "Günnüt əməliyyatı"nda olub: "Özü sonralar danışırdı, deyirdi ata, üç gün eyni mövqedə uzanıb gözlədib. Erməni mayorun maşını gəlib keçəndə onu snayperlə vurdum". Qeyd edək ki, "Günnüt əməliyyatı" nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı daxil olmaqla 11 min hektarlıq ərazini işğaldan azad edib. Vətən Müharibəsi başlayanda Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini olan və bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib.
Nurəddin Babayev
Nurəddin Babayev (jurnalist) — görkəmli yazıçı-jurnalist, alim, professor Nurəddin Babayev (kimyaçı) — Azərbaycan Milli Məclisinin deputatı (1990-1995), "Azərkimya" Dövlət şirkətitinin vitse prezidenti (1995-1998).
Nəbi Babayev
Nəbi Ələkbər oğlu Babayev (Nəbi Xəzri) (10 dekabr 1924, Xırdalan, Bakı qəzası – 15 yanvar 2007, Bakı) — Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1984), SSRİ (1973) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı. == Həyatı == Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873–1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882–1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürmüşdür.
Nəsrulla Babayev
Babayev Nəsrulla Xanbaba oğlu (15 dekabr 1918, Bakı – 1975, Bakı) — texnika elmləri doktoru, professor, I dərəcəli SSRİ Dövlət mükafatı və Azərbaycanıən Dövlət mükafatı laureatı, həmçinin "Azərbaycanın əməkdar mühəndisi", "SSRİ fəxri neftçisi" adlarına layiq görülüb. O, iki dəfə Qırmızı Əmək Bayrağı, Lenin və "Şərəf Nişanı" ordenləri və s. ordenlərlə təltiv olunub. == Həyatı == Babayev Nəsrulla Xanbaba oğlu Bakı şəhərində anadan olmuşdur. Şair Mikayıl Müşfiq Bakı şəhəri 18 saylı orta məktəbdə onun müəllimi olmuşdur. 1942-ci ildə Neft-mədən işi ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, Azneft İB-nin Molotovneft trestinin qazıma kontorunda qazıma üzrə mühəndis işləyib. Böyük Vətən Müharibəsi iştirakçısıdır. Cəbhədən qayıtdıqdan sonra Kaqanoviçneft trestinin quyuların əsaslı təmiri kontorunda böyük mühəndis, sex rəisi işləmişdir. 1945–1946-cı illərdə Kaqanoviçneft trestinin qazıma kontorunun direktoru əvəzi, İdarə Texniki Birliyinin (ПТО) rəhbəri olub. 1946–1949-cu illərdə Azərneft İB-nin dənizdə qazma trestinin Gürgan-dəniz qazıma kontorunun direktoru, Azərneftkəşfiyyat İB-nin Jiloy adasında qazıma kontorunun direktoru işləyib.
Oktay Babayev
Oleq Babayev
Oleq Babayev (21 oktyabr 1965, Kursk – 26 iyul 2014, Kremençuk, Poltava vilayəti) — Ukraynalı politoloq, Ukrayna Ali Radasının VI çağırış xalq deputatı; Kremençuk şəhərinin meri (2010-2014), "Vorskla" (Poltava) futbol klubunun prezidenti (2005-2014); Atası azərbaycanlıdır. == Həyatı == == Vəfatı == 26 iyul 2014-cü il tarixində, yerli vaxtla səhər saat 10.00-da evindən bayıra çıxdığı zaman naməlum avtomobildən enən maskalı naməlum şəxslər onu avtomatdan atəşə tutublar. Nəticədə Oleq Babayev yerindəcə dünyasını dəyişib.
Orxan Babayev
Kamal Babayev (fotoqraf)
Babayev Kamal Həbib oğlu (3 iyun 1927, Bakı – 4 yanvar 2022) — azərbaycanlı fotoqraf; Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Fotoqraflar Birliyinin üzvü. == Həyatı == Kamal Babayev 3 iyun 1927-ci il Bakıda anadan olub. 1953-cü ildən "Pioner" jurnalında fotomüxbir kimi fəaliyyət göstərib. Həmin ildən Azərbaycan Dövlət İncəsənət Muzeyində ştatdankənar çalışıb, 1959-cu ildən bu muzeyin əməkdaşı olub və 2022 ilə kimi muzeyin fotoqrafı kimi işləyib. XX əsrin 50-ci illərdə "Gənc texniklər" mərkəzində fotoqrafiya dərnəklərini aparır və bu vaxt foto həvəskarları üçün azərbaycan dilində dörd kitabça-vəsait çapdan çıxır. Sonrakı illərdə müxtəlif qəzet və jurnallarla əməkdaşlıq edərək Azərbaycanın keçmişi, memarlıq abidələri, incəsənəti ilə tanış edib. 1962-ci ildə mətbuatda fəal iştirak etdiyinə görə Fəxri fərmana layiq görülür. 1986-cı ildə İsveçdə keçirilmiş fotomüsabiqədə diplomla mükafatlanır. 1987-ci ildə SSRİ-də çıxan "Elm və həyat" ("Nauka i jizn") jurnalının mükafatını alır – 3-cü yer tutaraq "Kiyev" fotoaparatı ilə hədiyyələnir. Həmən jurnalda 3 məqaləsi dərc olunur.
Kamal Babayev (əsgər)
Kamilə Babayeva
Kamilə Babayeva (11 avqust 1974, Bakı) — Aktrisa, teleaparıcı == Həyatı == Kamilə Babayeva 11 avqust 1974-cü ildə Bakıda anadan olub.1981-1991-ci illərdə Bakı şəhər 7 saylı Məmməd Rahim adına orta məktəbdə təhsil alıb. 1983-1990-cı illərdə 2 saylı musiqi məktəbində təhsil alıb. 1991-1993-cü illərdə BDU-nun nəzdində qızlar kollecində təhsil alıb, 1994-1998-ci illərdə isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunda (indiki Bakı Slavyan Universiteti) təhsil alıb. == Karyerası == 1993-cü ildə ANS TV-də xəbər aparıcısı kimi fəaliyyət göstərib. 1994-cü ildə BMT TV-də diktor kimi fəaliyyət göstərib. 1995-ci ildə Vahid TV-də veriliş aparıcısı olub. == Filmoqrafiya == Bağ mövsümü (film, 1985) – rol: Ağabalanın qızı Acılar bitməz (film, 2009) – rol: Ayla Aramızda qalsın (film, 2011-2013) – rol: Yeganə Vəkil hanı?
Kinooperator Xan Babayev (film, 2014)
Kinooperator Xan Babayev filmi rejissor Elvin Vəlimətov tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film görkəmli kinooperator, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Xan Babayevin 95 illik yubileyinə həsr olunur. == Məzmun == Film sovet kinooperatoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Xan Babayevin həyatından bəhs edir. Xan Babayev "Qırmızı Bayraq", "Qırmızı Ulduz", "Vətən müharibəsi" ordenləri və "Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur. == Film haqqında == Filmdə "Neft kəşfiyyatçıları" sənədli filminin, "Doğma xalqıma", "Qara daşlar", "Ögey ana", "Böyük dayaq", "Yenilməz batalyon" bədii filmlərinin kadrlarından istifadə olunur.
Kinorejissor Arif Babayev (film, 2000)
Murad Babayev (baş gizir)
Murad Babayev (baş prokuror)
Muxtar Babayev (kiçik çavuş)
Məlik-Baxış Babayev
Məlik-Baxış Babayev (3 yanvar 1936, Bakı – 11 fevral 2013, Bakı) — Beynəlxalq Ekoenerji akademiyasının həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, əməkdar elm xadimi, fizika — riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Məlik-Baxış Əli İkram oğlu Babayev 3 yanvar 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. Məlik-Baxış Əli İkram oğlu Babayev 1954–1959-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil almış, institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 1960–1963-cü illərdə isə həmin institutun aspirantı olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin Müdafiə Şurasında namizədlik dissertasiyası müdafiə edmişdir. 1966-cı ildə Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi vəzifəsinə təyin olunmuşdur. Məlik-Baxış müəllim 1992-ci ildə Özbəkistan Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda xüsusiləşdirilmiş elmi şurada doktorluq dissertasiyasını müdafiə edmişdir. Məlik-Baxış müəllim 158-dən çox elmi əsərin müəllifi olmuşdur ki, bunların da 78-i elmi məqalə, 46-sı tezis, 5-i monoqrafiya, 29-u elmi kitab olmuşdır. Dünyanın 8 ölkəsinin 20 riyaziyyatçı alimi əsərlərində M-B. Babayevin əsərlərinə istinad etmişdir.

"babayev" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#babayev nədir? #babayev sözünün mənası #babayev nə deməkdir? #babayev sözünün izahı #babayev sözünün yazılışı #babayev necə yazılır? #babayev sözünün düzgün yazılışı #babayev leksik mənası #babayev sözünün sinonimi #babayev sözünün yaxın mənalı sözlər #babayev sözünün əks mənası #babayev sözünün etimologiyası #babayev sözünün orfoqrafiyası #babayev rusca #babayev inglisça #babayev fransızca #babayev sözünün istifadəsi #sözlük